Fasiqlik – «Həqiqətən münafiqlər fasiqlərdir!». (ət-Tövbə 67).Allah Lut – əleyhissəlam – ın qövmü haqqında buyurur: «Həqiqətən onlar pis, fasiq bir tayfa idilər». (əl-Ənbiya 74). Allah ismətli qadınlara böhtan atanlar haqqında: «Onlar sözsüz ki, əsl fasiqlərdir». (ən-Nur 4). «Ey iman gətirənlər! Əgər bir fasiq sizə pis bir xəbər gətirsə, dərhal onun doğruluğunu yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız!».(əl-Hucurat 6). Fisk – bir şeyin və ya bir məqsədin kənarına çıxmaq deməkdir. Fısq itaətdən çıxmaq deməkdir. Fısq – Fucur (əxlaqsızlıq, günahkarlıq) mənasına da gəlir363. İstilahi Mənası– Üsyan, Allahın əmrini tərk etmək, Ona itaətdən çıxmaq, haqq yoldan ayrılmaq deməkdir. Fasiq kimsə üsyan edən və dinin sərhədlərini aşan kimsə deməkdir. Rəbbinə itaətdən çıxdı mənasında olan – Fəsəka Ən Əmri Rabbihi – deyilir. Fısq küfrdən daha geniş mənanı əhatə edir. Çünki bu kəlimə küfrü və onun altında böyük və kiçik bütün günahları əhatə edir. İki qismdir.