Qəlb Xəstəliklərinin Müalicəsi –1. Qəlbin xəstəliyini etiraf etmək. Bu nəzəri bir müalicədir. Çünki bir insan ki, xəstəliyi etiraf etmirsə və ya onu qəbul etmirsə necə bu xəstəliyi müalicə edə bilər.
2. Şəri elmi öyrənmək. Quran və Sünnəni bilmək. Sələflərin yazdıqları kitabları oxuyaraq qəlbi xəstəliklərdən təmizləmək.
3. Nəfsi hesaba çəkmək və tövbə etmək və daima özünü Allahın nəzarəti altında olduğunu hiss etmək. Elə bir insan yoxdur ki, böyük və ya kiçik günaha düşməsin. Lakin ağıllı insan o kimsədir ki, günahı üzərində davam etməz. Dərhal tövbəyə tələsər. O insan ki, öz sözlərini, əməllərini hesaba çəkir, sözlərini və əməllərini Quran və sünnəyə ərz edir. Əgər uyğun gələrsə Allaha həmd edir, əgər uyğun gəlməzsə tövbə edərək Allaha qayıdır. İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki: «Hər bir insan yatmamışdan bir saat qabaq Allah xatirinə oturub gün ərzində etdiyi yaxşı və pis əməllərinə görə özünə hesabat verməli, sonra tövbə edib yatmalıdır»84.
4. Allaha sadiq olmaq. İnsanın əməllərində ixlaslı olması. Sadəcə səbəbləri tutmaq qəlbin müalicəsi üçün kifayət deyildir. İnsan Rəbbi ilə sadiq olmalıdır. Qəlblərin açarı əlində olana əməlini ixlaslı etməli və bununla da ona yardım olunar.
5. Allahdan qorxmaq. İnsanın Allah qorxusunu hiss etməsi və Allahın onun üzərində qadir olduğunu, günah etdiyi zaman onu yaxalamaq qorxusu olmasını daima bilməlidir. Qorxmalıdır ki, baxanlar içərisində Allahın ən aşağı olmasından. Bu nə deməkdir? Görürsən ki, insan özü kimi bir məxluq baxdıqda günahdan çəkinir, lakin Allahın baxışı isə daima onun üzərindədir. İnsanların baxışı onun qəlbində Allahın baxışından daha böyük yer tutur.