4)Şübhə (Şəkk) Etmək Küfrü – İnsandan tələb olunan şey Peyğəmbər – sallallahu aleyhi və səlləm – in gətirdiyinə şəksiz, şübhəsiz əminliklə itaət etmək olduğu halda, tərəddüd edərək nə onu təkzib etməsi (yalanlaması), nə də təsdiq olmadan yaranan küfr formasıdır. Kim Peyğəmbər – sallallahu aleyhi və səlləm – in gətirdiyinin haqqın əksi ola biləcəyini etiqad edərsə bu şübhəsi onu küfrə salmış olar. Şəkk yəqinin ziddidir. Şəkk insanın Allahın əmrlərindən birinə şəkk etməsidir. Məs: Allaha, Mələklərinə, Peyğəmbərinə, kitablarına iman gətirir, axirətə və ya qəza və qədərə iman gətirmir (inanmır). «Kafir kimsə özünə zülm etdiyi halda bağına girib: Bu bağın nə vaxtsa yox olacağını güman etmirəm. Qiyamətin də qopacağını zənn etmirəm…». (əl-Kəhf 32-42). «Möminlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən və iman gətirdikdən sonra heç bir şəkk-şübhəyə düşməyənlərdir». (əl-Hucurat 15). Qadi İyad – rahmətullahi aleyhi – deyir ki: «Kim ki Quranı alçaldarsa, yaxud Quran yazılı müshafları alçaldarsa, onlardan bir şeyi söyərsə, ondan bir şeyi inkar edərsə, onu yalan sayarsa, ondan bir hissəsini yalan sayarsa, Allahın hökmlərindən birini açıq-aşkar inkar edərsə, Peyğəmbərdən gələn xəbərləri inkar edərsə, Allahın isbat etdiyini inkar edərsə, inkar etdiyini isbat edərsə bu baxımdan onun bu barədə elmi var və yaxud şəkk edərsə Əhli Sünnənin icmasına görə bu insan artıq kafir olar».