2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 4,25 Mb.
səhifə1/46
tarix10.02.2018
ölçüsü4,25 Mb.
#42639
  1   2   3   4   5   6   7   8   9   ...   46

2-Cİ NƏŞR

ƏLAVƏ VƏ DÜZƏLİŞLƏR


ƏHLİ SÜNNƏ VƏL CƏMAAT

SƏLƏFİ SALİHİN

ƏQİDƏSİ

QADAĞALARDAN ÇƏKİNMƏK


Bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №DK-169/H

TOPLAYAN VƏ TƏRTİB EDƏN

K.HÜSEYN

KİTABIN BÜTÜN HAQLARI QORUNUR



RƏHİMLİ VƏ MƏRHƏMƏTLİ OLAN ALLAHIN ADI İLƏ

Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən

sonra ürəklərimizə şəkk-şübhə (azğınlıq, əyrilik)

salma! Bizə Öz tərəfindən bir mərhəmət bəxş et,

çünki Sən, doğurdan da, bəxşiş verənsən! (Ali İmran 8).

Ey Rəbbimiz! Unutduqda və ya yanıldıqda bizi cəzalandırma!

Ey Rəbbimiz! Bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə!

Ey Rəbbimiz! Gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma!

Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən.

Kafirlərə qələbə çalmaqda bizə kömək et! (əl-Bəqərə 286).

Allahım! Bütün əməllərimin saleh əməl olmasını və bunları heç kimsə üçün deyil, sadəcə sənin rizan üçün olmasını diləyirəm.

Allahım! Bu kitabı yazan üçün, tərcümə edən üçün, oxuyan üçün, dinləyən üçün, yayan üçün və bu kitabın üzərində əziyyəti olan

hər bir kəs üçün xeyirli et! Amin!




ÖN SÖZ

Xutbətul-Hacə

Həmd ancaq Allahadır, Ona həmd edir, Ondan yardım və məğfirət diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Allah kimi hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa, heç kəs onu hidayətə yönəldə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur. O, təkdir, şəriki də yoxdur və şəhadət edirəm ki, Muhəmməd onun qulu və elçisidir.



«Ey iman gətirənlər! Allahdan lazımınca qorxun. Yalnız müsəlman olduğunuz halda ölün». (Ali-İmran 102).

«Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun. (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən qorxun. Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir». (ən-Nisa 1).

«Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz) Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar». (əl-Əhzab 70-71)1.

Şübhəsiz ki, sözlərin ən doğrusu Allahın kəlamı, yolların ən xeyirlisi Muhəmməd - səllallahu aleyhi və səlləm - in yoludur. Əməllərin ən pisi sonradan uydurulanlardır. Sonradan uydurulub dinə salınan hər bir əməl (iş) bir bidətdir, hər bir bidət isə bir zəlalətdir (sapmaqdır), hər bir zəlalət isə oddadır2.



«Ey Rəbbim! köksümü açıb genişlət, işimi yüngülləşdir, dilimdəki düyünü aç ki, sözümü yaxşı anlasınlar». (Ta ha 25–28).

Möhtərəm müsəlman bacı və qardaşlarım! İlk öncə hamınızı Allahın salamı ilə salamlayıram. Allahın kitabına və Rəsulullah - səllallahu aleyhi və səlləm in yoluna uyaraq öz risaləmi «Bismilləh» ilə başlayıram. Çünkü Allah Rəsulu - səllallahu aleyhi və səlləm - də öz məktublarını «Bismilləh» ilə başlamış və buyurmuşdu: «Hər mühüm bir işə «Bismilləh» ilə başlanılmazsa, o işin sonu kəsikdir»3.

Ən-ənəmizə sadiq olaraq Uca və Böyük olan Allahın izni ilə Əhli Sünnə vəl Cəmaat, Sələfi Salihin əqidəsi ilə bağlı olan kitabları toplamağa davam edirik. İnşəallah bu kitabımızda İslam və İmanın ziddi olan, bəndənin Tövhidini dağıdan, naqisləşdirən şirk, bidət, küfr, nifaq, böyük və kiçik günahlar, gündəlik həyatımızda qarşılaşdığımız, lakin biganə yanaşdığımız məkruhlar (bəyənilməyən) əməllər, haramlar, qadağalar haqqında danışacağıq. Kitabın adı barəsində çox düşündüm. Lakin sonda belə qərara gəldim ki, adını Nəhyi Anil Munkər Qadağalardan Çəkinmək4 deyə adlandırım. Çünki kitabın özü də bu mövzu üzərində qurulmuşdur. Quran və Sünnə, Allah və Rəsulu tərəfindən qadağan edilmiş, bizlərə çəkinməyi əmr etdikləri məsələlər barəsində danışacağıq. Sözsüz ki, bütün qadağaları bu kitabda toplamaq mümkün deyildir. Lakin mən çalışdım ki, bu kitabda gündəlik həyatımızda qarşılaşdığımız (sözlərdən və əməllərdən) ibarət olan qadağaları qeyd edim. Çünki Allah Rəsulu bizlərə qadağalardan çəkinməyi əmr edərək buyurur: «Sizə nəyi qadağan edirəmsə ondan uzaq olun, nəyi sizə əmr etmişəmsə ondan bacardığınız qədər istifadə edin…»5. Allahın Rəsulu bizlərə əmr etdiyi şeyləri bacardığımız qədər yerinə yetirməyi buyurmuşdur. Lakin qadağalara gəldikdə isə onlardan uzaq durmağımızı (bir-başa çəkinməyimizi) əmr etmişdir. Uca və Böyük olan, Əl-Vəhhəb olan Allahdan bu kitabı İslam ümməti, Muhəmməd ümməti üçün xeyirli və faydalı olmasını diləyirəm. Amin! Allah sizin Amin deməyinizi də qəbul etsin!

Bu baxımdan da mən bu kitabı topladım. Bu kitabı yazmaq, toplamaq üçün Quran və Sünnəyə uyaraq və İslamın elm adamlarının əsərlərindən geniş istifadə edərək Allahın izni ilə əlimizdəki bu kitabın yazılmasına nail oldum. İlk növbədə Allahdan bu çalışmamın dolğun, düzgün şəkildə yazıb başa çatdırılmasını diləyirəm. Allahdan əməlimin onun üçün ixlaslı olmasını, məndən qəbul edib onunla müsəlmanları faydalandırmasını diləyirəm. Əgər hardasa xəta etmişəmsə bu nəfsimdən və şeytandandır. Burada düzəldilməsi mühüm olan yerləri tapdıqdan sonra mənə öyüd-nəsihət verməkdən çəkinməyəcəyinizi ümid edirəm.

Güvəndiyim Allahdır, işlərimi ona həvalə edirəm və ona arxalanıram. Həmd və nemət yalnız onadır. Müvəffəqiyyət bəxş edən və xətalardan qoruyan da odur. «Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O şəfa verir. Məni öldürəcək, sonra dirildəcək də Odur və Qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur! Ey Rəbbim! Mənə hikmət bəxş et və məni salehlərə qovuşdur! Sonra gələnlər arasında mənə yaxşı ad qismət et! Məni Nəim Cənnətlərinin varislərindən et». (əş-Şuəra 78-85).

Allahın salat və salamı onun Peyğəmbəri Muhəmməd - səllallahu aleyhi və səlləm - ə, onun ailə üzvlərinə, səhabələrinə və Qiyamətə qədər onun yolu ilə gedən saleh möminlərin üzərinə olsun.


GÜNAHLARIN ƏSLİ VƏ TƏMƏLİ

Günahların ən böyük cəzalarından insanın dünya və axirətdə düz yoldan çıxmasıdır. Çünki insanın həm bu dünyada, həm də axirətdə də düz yolda olmasına ehtiyacı vardır. İnsanın düz yola müvəffəq olması üçün Tövhid əhli (Muvahhid) olması lazımdır. «İman gətirib imanlarını zülmlə qarışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır». (əl-Ənam 82). Günahlar dərəcələrinə və zərərlərinə görə fərqləndiyi üçün dünya və axirətdə ki, cəzaları da bu fərqə görə olacaqdır.

Günahlar iki şeydən yaranır: Birinci - Əmr olunanın tərk olunması. İkinci - Qadağanların edilməsi. Bundan başqa günah yoxdur. İnsan ya qadağanı (haramı) edir, ya da vacibi tərk edir. Bu iki günahdır ki, Allah subhənəhu və təalə bunların ikisi ilə insanların və cinlərin Atasını imtahana çəkmişdir. Bu haqda da Sələflər arasında ixtilaf vardır ki, hansının günahı daha şiddətlidir. Əmr olunanı tərk etmək, yoxsa haramları etmək. İbn Qeyyim rahmətullahi aleyhi deyir ki: «Əmr olunanı tərk etmək, günahı etməkdən daha şiddətlidir». Əmr olunanı tərk etmək Allahın qatında qadağan olunanı etməkdən daha şiddətlidir. Nə üçün? İblis səcdə etmək üçün əmr olunmuşdur, lakin əmri tərk etdiyi üçün əbədi olaraq Cəhənnəmi qazandı. Adəm əleyhissəllam qadağan olunanı yedi və tövbə etdi. Tövbəsi qəbul olundu.

Bu ikisi də əzalarla edildiyinə görə Zahiri qəlblərlə edildiyinə görə Batini olaraq iki qismə ayrılır. Yenə də bu ikisi - Allahın haqqı – və - qulların haqqı - olmaqla iki qismə ayrılır. Nəyə görə ona bəndənin haqqı deyilir? Çünki bəndə (haqsızlıq, zülm edənə) güzəştə getməsə hesaba çəkiləcəkdir. Bəndənin haqqı ilə bağlı olan günahlar da Allahın haqqına daxildir. Bu günahlar özləri də dörd yerə bölünürlər.



Birinci Təkəbbürlük (Hökmüdarların) günahı. İnsanın özünə yaraşmayan Rububiyyət sifətlərinə əl atması. Məs: Böyüklük, yüksəklik, təkəbbürlük, zorbalıq, azğınlıq, insanları özünə qul etmək kimi günahlardır ki, bunlar da Rububiyyətdə şirk, Rəbbə şərik olmaqdır. Şirk iki qismdir: Birinci Allahın İsim və Sifətlərində şərik qoşmaq və Onunla birlikdə başqa İlahlar qəbul etmək. İkinci Allah ilə müamələdə şirk qoşmaq. Bu bəzən insanı Cəhənnəmə salmaya da bilər. Lakin etmiş olduğu əməli puç edir.

Bu qism günahlar ən böyük günahlardır ki, bura həmçinin daxildir elmsiz (bilmədən) Allahın yaratması və əmri barəsində danışmaq. Hər kim bu günahları edənlərdəndirsə o, Rəblik və hökmüranlıq tərəfdən özünü Allaha oxşatmışdır. Bu isə Allah qatında günahların ən böyüyüdür. Belə bir günahla birlikdə heç bir əməl də ona fayda verməz.



İkinci - Şeytani günahlar. Şeytana oxşamaq həsəddə, azğınlıqda, kin-kudurət, hiylə, Allahın qadağalarını əmr etmək, onları gözəlləş-dirmək, itaətdən çəkindirmək, Allahın dininə yeniliklər gətirmək, bidətə çağırmaq, aldatmaq.

Üçüncü Yırtıcı heyvan günahları. Düşmənçilik, qəsb etmək (zorla ələ keçirmək), qan tökmək, zəiflərin və acizlərin üstünə cummaq, zülmə və düşmənçiliyə qarşı cürətli olmaq.

Dördüncü - Heyvani günahlar. Acgözlük, tamahkarlıq, qarın və şəhvətini ödəməyə həris olmaq. Buradan da zina, oğurluq, yetim malını yemək, xəsislik, qorxaqlıq və özündən çıxmaq törənir. İnsanların işlədikləri günahların çoxu da bura aiddir. Heyvani günahlar insanları yüyənlərindən tutaraq digər günahlara da yönəldirlər. Beləcə heyvani günahlardan yırtıcı heyvani günahlara, oradan şeytani günahlara sonda isə Allaha Rububiyyətdə və təkliyində şərik qoşmaq günahlarına qədər gedərlər. Kim bu haqda düşünərsə ona aydın olar ki, günahlar şirkin, küfrün və Allah ilə Rəblik döyüşünə aparan dəhlizidir.
GÜNAHLAR

Üsyan (günah) itaətin ziddidir. «Allah sizə küfrü, fusqu və üsyanı çirkin göstərdi». (əl-Hucurat 7). Fərahidi rahmətullahi aleyhi deyir ki: «əl-Asə - İslam toplumu mənasına gəlir. Kim müsəlmanlara müxalif olarsa onların əsasını qırmış, topluluqlarını dağıtmışdır. Asi olmaq, əmrə itaətsizlik etmək, inadkarlıq edərək əmrə müxalif olmaq mənalarına gəlir»6. İbn Mənzur rahmətullahi aleyhi deyir ki: «Üsyan itaətin ziddidir. Qul Rəbbinin əmrinə müxalif oldu, kişi başqasına asi oldu, ona itaət etmədi, müxalif oldu. əl-Asə dəyənək, əsa mənasındadır. Qurani Kərimdə Musa əleyhissəllam ın dilindən buyurur: «Bu mənim əsamdır. Ona dayanıram». (Ta ha 18)»7. Xəvariclər haqqında deyilir ki: «Müsəlmanların əsalarını qırdılar. Müsəlman topluluğunu dağıtdılar».



İstilahi Mənası əmr edilənləri tərk etmək, qadağaları etmək. Allahın kitabı, Peyğəmbərin diliylə fərz və vacib qıldığı şeyləri tərk etmək, Allahın və Rəsulunun qadağalarını etməkdir. Bunlar sözlər də ola bilər, gizli və açıq əməllər də. «Hər kəs Allaha və Peyğəmbərinə itaət etməyib onun sərhədlərini aşarsa, Allah da onu həmişəlik Cəhənnəmə daxil edər. Onu rüsvay edici əzab gözləyir». (ən-Nisa 14). İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: «Masiyət, fisq və küfr ləfzlərinə gəlincə əgər masiyət ləfzi Allah və Rəsuluna nisbət edilirsə küfr və fisq bunun mənasına daxil olur. «Artıq kim Allah və Rəsuluna üsyan edərsə ona əbədi qalacağı Cəhənnəm atəşi vardır». (əl-Cinn 23). «Bu da ad tayfasıdır! Onlar Rəbbinin ayələrini inkar etdilər. Onun Peyğəmbərinə qarşı çıxdılar. Başlarının üstündə duran hər bir inadkar böyüyün əmrinə tabe oldular». (Hud 59)»8.

Üsyan ləfzi Kitab və Sünnədə dəyişik şəkillərdə gəlmişdir.



1. Zənb (günah) - «Biz onların hər birini öz günahı ilə yaxaladıq. Kiminin başı üstünə qızmar daş yağdırdıq, kimini dəhşətli, tükürpədici səslə yaxaladıq, kimini yerə batırdıq, kimini suya qərq etdik. Allah onlara zül etmirdi, onlar özləri özlərinə zülm edirdilər». (əl-Ənkəbut 40).

2. Xatiə (xəta) - «Biz doğurdan da xəta (günah) edənlərdən olmuşuq». (Yusuf 97).

3. Səyyiə (pislik) - «Həqiqətən yaxşı əməllər pis işləri yuyub aparır». (Hud 114).

4. Hub (günah, zülm) - «Şübhəsiz ki, bu böyük günahdır». (ən-Nisa 2).

5. İsm (günah) - «De ki: Rəbbim yalnız aşkar və gizli alçaq işləri, hər cür günahı, haqsız zülmü, Allahın haqqında heç bir dəlil nazil etmədiyi hər hansı bir şeyi Ona şərik qoşmağınızı və Allaha qarşı bilmədiyiniz şeyləri deməyinizi haram buyurmuşdur». (əl-Əraf 33).

6. Fusuq Və Üsyan - «Allah sizə küfrü, fusqu və üsyanı çirkin göstərdi». (əl-Hucurat 7).

7. Fəsad - «Bizim Peyğəmbərimiz İsrail oğullarına açıq möcüzələrlə gəlmişdilər. Bundan sonra da onların çoxu yer üzündə fəsad çıxarmaqdadırlar». (əl-Maidə 32).

8. Utuvv (təkəbbürlükdən həddi aşmaq) - «Qadağan olunduqları işə (balıq ovuna) təkəbbürlük (saymazyana münasibət bəslədikləri) vaxt onlara: Həqir, zəlil meymunlar olun! deyə əmr etdik». (əl-Əraf 166).
ZAMAN VƏ MƏKAN

Zaman Günah bəzi zamanlarda digər zamanlardan daha ağırdır. Məs: Haram aylarda, Ramazanda, Zilhiccənin ilk on günündə və s. «Həqiqətən Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın kitabında on ikidir. Onların dördü haram aylardır (Rəcəb, Zülqədə, Zülhiccə və Məhərrəm). Bu doğru dindir. Ona görə də həmin aylarda özünüzə zülm etməyin. Müşriklərin hamısı sizinlə vuruşduqları kimi, siz də onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir». (ət-Tövbə 36). Allah subhənəhu və təalə bu günlərdə zülm etməyi qadağan etmişdir. Bu günlərdə zülm etmək haram olduğu kimi başqa günlərdə də haramdır. Lakin bu günlərdə daha da ağırdır. Allah: «Bu aylarda özünüzə zülm etməyin» buyurdu: Zülmün nə olduğu isə öldürməyi halal saymaqdır kimi, günah etməkdir də deyilmişdir9. Qatadə rahmətullahi aleyhi deyir ki: «Haram aylarda zülm digər aylardakı zülmdən daha ağır, daha günahlıdır. Amma zülm hər bir zaman pisdir. Allah isə dilədiyi kimsə haqqında dilədiyi şeyi böyüdür». Qatadə rahmətullahi aleyhi deyir ki: «Allah yaratdıqları arasından dilədiyini seçdi. Mələklərdən də elçilər, insanlardan da elçilər seçdi. Sözlər içindən zikrini seçdi. Yer üzündən məscidləri, aylardan Ramazanı və Haram ayları, günlərdən Cüməni, gecələrdən Qədir gecəsini seçdi. Allah böyük görməsiylə bunların dəyəri artdı. Çünki işlər Allahın böyütməsiylə böyüyür. Elm əhli də, ağıl sahibi olanlar bunu belə bilirlər»10.

Ramazan ayı da ayların ən xeyirlisi və sultanıdır. O ayda Cənnətin qapıları açılır, Cəhənnəmin qapıları bağlanır və şeytanlar zəncirlərlə bağlanırlar. O ayın orucu və namazı, qədr gecələri Allah qatında ən məqbul ibadətlərdir. Allah subhənəhu və təalə ondan əcir və savab istəyərək Ramazanı orucla və namazla keçirən kimsəni məğfirət edər. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kim Ramazan orucunu ixlasla və əcrini umaraq ibadət edərsə keçmiş günahları bağışlanar»11.



Məkan - Bəzi yerlər digər yerlərdən daha fəzilətli və daha bərəkətlidir. Yer üzünün ən fəzilətli hissəsi Məkkə, Mədinə və sonra da Beytul Məqdisdir. Bu yerlərdə qazanılan savab digər yerlərdən daha savablıdır və bu yerlərdə edilən günah qat-qat digər yerlərdə edilən günahlardan böyükdür. «Kafir olub (insanları) Allah yolundan, həm yerlilər, həm də gəlmələr üçün (qiblə) etdiyimiz Məscidülhəramdan döndərənlərə və orada zülmə, haqsızlığa meyl etmək istəyənlərə də şiddətli əzabdan daddıracağıq». (əl-Həcc 25). İbn Kəsir rahmətullahi aleyhi deyir ki: «Yəni kim orada böyük günahlardan iyrənc bir iş etmək istəyərsə deməkdir». İbn Cureyc, İbn Abbas - radıyallahu anhu dan bunun bilə-bilə edənlər üçün olduğunu söyləmişdir. Əli - radıyallahu anhu isə İbn Abbas - radıyallahu anhu dan nəql etdiyi rəvayətdə «Zülmün», «Şirk» mənasına gəldiyini söyləmişdir. Mücahid rahmətullahi aleyhi deyir ki: «Məscidul Haramda Allahdan başqasına tapınmaq olduğunu» söyləmişdir12. Buna görə də Fil sahibi Əbrəhə və ordusu Məscidul Haramı Kəbəni yıxmaq istədikdə Allah Əbabil quşlarını göndərərək hamısını həlak etdi. İmam Qurtubi rahmətullahi aleyhi deyir ki: «İbn Məsud və İbn Ömər - radıyallahu anhum isə dedilər ki: «Kim bu Kəbədə bir kimsəni öldürməyi qəsd edərsə Allah da ona əzab edər»13.

Allah subhənəhu və təalə bu yeri Peyğəmbər sallallahu aleyhi və səlləm üçün seçmiş, qullarına ibadət yeri etmiş və uzaqdan, yaxından ora gəlmələrini əmr etmişdir. İnsanlar ora yalnız başları açıq, könülləri Allaha yönəlmiş olaraq girə bilirlər. Orada qan tökülməz, yaş ağac kəsilməz, ov edilməz və s. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kim bu evə gəlir və qadına yaxınlaşmaz, günaha düşməzsə anadan doğulmuş kimi geri dönər»14. Allah onu ziyarətə gələnlərə savab olaraq Cənnətdən başqasını uyğun görməz. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Gözəl həcc edənin mükafatı isə Cənnətdən başqa bir şey deyildir»15. əl-Bələd əl-Əmin – şəhərlərin ən xeyirlisi və əmin-aman olanı. Allah iki dəfə bu şəhərə and içmişdir. «And içirəm bu şəhərə». (əl-Bələd 1). «And olsun bu təhlükəsiz, qorxusuz-xətərsiz şəhərə». (ət-Tin 3). Bu üç yerdən başqa heç bir yerə ziyarət məqsədi ilə çıxmaq olmaz. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Bu üç məsciddən başqa (digər yerlərə) səfər etmək üçün yüklər bağlanmaz. Mənim bu məscidim, Məscidul Həram və Məscidul Aksa»16. Həmçinin də orada olan Mina, Ərafət, Zülhiccə ayının son on günü: Abdullah b. Amr b. əl-As - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Ən yaxşı dua Ərafat günü edilən duadır. Mən və məndən əvvəlki Peyğəmbərlərin dediyi isə: «Şəriki olmayan tək Allahdan başqa ilah yoxdur, səltənət və həmd ona aiddir və O, hər şeyə qadirdir»17. Aişə - radıyallahu anhə rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Ərafə günündə olduğu qədər Allahın atəşdən çox qul azad edəcəyi başqa bir gün yoxdur»18. Həcərul Əsvəd və s. Allah seçmişdir.



Belə bir yerlərdə edilən günahlar daha böyükdür və cəzası da daha şiddətlidir. Məlumdur ki, Məscidul Haramda qılınan bir namaz başqa yerlərdə qılınan namazlardan yüz min dəfə savablıdır. Peyğəmbər sallallahu aleyhi və səlləm in məscidində qılınan namaz isə min namaza, Məscidul Aksada qılınan namaz isə beş yüz namaza bərabərdir. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Mənim bu məscidimdə qılınan bir namaz başqa məscidlərdə qılınan min namazdan daha xeyirlidir. Lakin Məscidl Haramda qılınan namaz daha fəzilətlidir»19. Cabir b. Abdullah - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Məscidul Haramdakı bir namaz başqa məscidlərdə qılınan namazdan yüz min dəfə fəzilətlidir»20.

Həmçinin – Allah, Peyğəmbərlərini, Nəbilərini də dilədiyi kimsələrdən seçir: «Allah Peyğəmbərliyi hara (kimə) göndərəcəyini Özü daha yaxşı bilir». (əl-Ənam 124). «Rəbbin istədiyini yaradar və seçər. Onların heç bir ixtiyarı yoxdur». (əl-Qəsəs 68). «Allah mələklərdən də Peyğəmbərlərdən seçər, insanlardan da. Həqiqətən Allah (hər şeyi) eşidən və görəndir». (əl-Həcc 75). Çünki O, bu seçmənin seçilən üçün daha uyğun olduğunu, başqası üçün olmadığını bilir. Əbu Zərr - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Peyğəmbərlər yüz iyirmi dörd min kişidir. Allah onlardan Rəsullar seçdi. Bunlar da üç yüz on üç kişidir»21. Onlardan da Ulul Azimi seçdi. «Xatırla ki, bir zaman Peyğəmbərlərdən əhd almışdıq. Səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsadan da!». (əl-Əhzab 7). Bunlar arasından da ikisini dost seçdi. İbrahim və Muhəmməd sallallahu aleyhi və səlləm i. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Şübhəsiz ki, Allah İsmail oğullarını seçmişdir. İsmail oğullarından da Kinanəni, Kinanədən də Qureyşi, Qureyşdən də Haşim oğullarını, Haşim oğullarından da Məni seçdi»22. Həmçinin də Allah səhabələri bütün dünya insanlarından ayıraraq seçməsi, onlar içərisindən bədr əhlini, Ridvan beyətində iştirak edənləri də seçməsi buna aiddir. İbn Məsud - radıyallahu anhu deyir ki: «Allah qullarının qəlblərinə baxdı. Muhəmməd sallallahu aleyhi və səlləm in qəlbini qullarının qəlbləri arasında ən xeyirli qəlb olduğunu gördü. Buna görə də onu özü üçün (bir Peyğəmbər) olaraq seçdi və onu risalətlə göndərdi. Muhəmməd sallallahu aleyhi və səlləm in qəlbindən sonra yenə də qullarının qəlblərinə baxdı, onun səhabələrinin qəlblərini qullarının qəlbləri arasında ən xeyirli qəlblər olduğunu gördü. Buna görə də onları Peyğəmbərinə dini uğrunda vuruşacaq yardımçılar etdi. Buna görə də müsəlmanların gözəl gördükləri bir şey Allah dərgahında da gözəldir, pis gördükləri bir şey də Allah dərgahında da pisdir»23. Allah tək yaratdığı kimi tövbə edənləri, inananları və yaxşı əməl edənləri də seçdi. Onlar Onun qullarından, yaratdıqlarından seçdikləridir. Bu seçmə Allahın hikmətinə, kimin seçilməyə daha uyğun əhil olduğunu bilməsinə dayanır. Allah göyləri yeddi qat yaratdı. Onlardan ucalarını seçdi. Mələklərdən «Mukarrəbin» (Ona yaxın olanları) oraya yerləşdirdi. Mələklərdən Cəbrail, Mikail, İsrafil kimi mələkləri də seçməsi: Peyğəmbər sallallahu aleyhi və səlləm gecə namazına qalxdıqda qiyamda təkbirdən sonra bu duanı oxuyardı: «Cəbrailin, Mikailin və İsrafilin Rəbbi…»24. Mələklərdən yalnız bu üçündən söz edilməsi seçilmələri və Allaha yaxınlıqlarının kamilliyindəndir. Halbuki göylərdə neçə-neçə mələklər vardır. Cəbrail vəhyin əminidir. Allah vəhy ilə onu Rəsullara və Peyğəmbərlərə göndərir. Mikail yağış, bitkilər və heyvanlarla, İsrafil Qiyamətin qopacağı və insanların diriləcəyi gün sura üfürəcəkdir. Allah Firdovs Cənnətini digər Cənnətlərdən üstün tutdu. Onu ərşin tavanı etdi. Əbu Hureyrə – radıyallahu anhu rəvayət edir ki, Rəsulullah - səllallahu aleyhi və səlləm - buyurdu: «Cənnətdə yüz dərəcə vardır. Allah oranı yolunda vuruşan mücahidlər üçün hazırlamışdır. Hər iki dərəcə arasında yerlə göy arası qədər məsafə vardır. Allahdan dilədikdə Firdovsu diləyin. O, Cənnətin orta yerində ən üst yerdədir. Onun üzərində Allahın ərşi vardır. Cənnətin çayları oradan qaynayır»25.
Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin