2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 4,25 Mb.
səhifə6/46
tarix10.02.2018
ölçüsü4,25 Mb.
#42639
1   2   3   4   5   6   7   8   9   ...   46

1. Günahların zərərlərindən biri elmdən məhrum olmaqdır. Çünki elm Allahın qəlblərə atdığı bir nurdu. Günah isə bu nuru söndürür. İmam Şafii rahmətullahi aleyhi , İmam Məlik rahmətullahi aleyhi nin yanında idi. Onun elmi, fəhmi və zəkası İmam Məliki rahmətullahi aleyhi heyrətləndirmişdir. İmam Məlik: «Mən görürəm ki, Allah sənin qəlbinə bir nur vermişdir. Sən də bu nuru günahın zülməti ilə söndürmə». Buna görə də İmam Şafii rahmətullahi aleyhi deyir ki: «Şikayət etdim Vəkiyə hifzimin zəifliyindən, tövsiyəsi bu oldu: «Əl çək asiliyindən». Sonra bəyan eylədi: «Elm deyərlər nura, Allahın nuru verilməz asi qula»126.

2. Günahlar ruzidən məhrum olmağa səbəbdir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Həqiqətən də qul etdiyi günahına görə ruzidən məhrum qalır»127. İnsan öz əlləri ilə etdiyi günahlarına görə ruzidən məhrum olur. Allahdan qorxmaq ruzini gətirdiyi ki, Təqvanı tərk etmək fəqirliyi (kasıblığı) gətirir. Ona görə də Allahın ruzisini gətirən şey günahları tərk etməkdir. «Əgər şükür etsəniz sizə olan nemətimi artıracağam. Yox əgər nankorluq etsəniz mənim əzabım həqiqətən də şiddətlidir». (İbrahim 7).

3. Günahlar insan ilə Allah arasında sıxıntının (soyuqluğun) yaranmasına səbəbdir. Günahlar elə bir sıxıntı verir ki, heç bir ləzzət bunun yerini verə bilməz. Hətta bütün dünyanın ləzzətləri toplansa da belə bu sıxıntını aradan qaldıra bilməz. Günahları tərk etmək sadəcə bu sıxıntıya görə olsaydı ağıllı insan bunu tərk edərdi. Bir kişi sələflərdən birinə qəlbində olan sıxıntıdan şikayət edir. O, da deyir ki: «Əgər sən sıxıntını tapmısansa bu günahlardandır. Günahları tərk et ki, sıxıntıdan qurtarasan». Qəlbə yalnız günaha görə sıxıntı gəlir. Kömək istənilən isə Allahdır.

4. Günahların zərərlərindən biri də günahkarın özü ilə insanlar arasında sıxıntı (soyuqluğun) yaranmasıdır. Elm əhlinə, xeyir əhlinə qarşı olan sıxıntıdır. Görürsən ki, belə bir insan özü ilə onlar arasında bir sıxıntı duyur. Hər dəfə də bu sıxıntı çoxaldıqda o kimsə xeyir əhlindən uzaqlaşır. Onların məclislərindən, onlardan faydalanmaq bərəkətindən məhrum olur. Şeytanın dəstəsinə yaxınlaşır. Nə qədər Rəhmanın dəstəsindən uzaqlaşarsa bir o qədər də şeytanın dəstəsinə yaxınlaşar. Bu sıxıntı o, qədər güclənər ki, artıq ona hakim kəsilər. Hətta bu sıxıntı özü ilə yoldaşı, uşaqları və qohum əqrabaları arasında yaranar. Hətta özü ilə nəfsi arasında soyuqluq yaranır. Artıq sən belə bir kimsəni özündən uzaqlaşmış, tək (yalqız) qalmış görürsən. Sələflər deyirlər ki: «Mən Allaha asi oluram, günah edirəm və bunun təsirini də həyat yoldaşımın və heyvanımın əxlaqında görürəm».

5. Günahlar işlərin ona qarşı çətinləşməsinə səbəbdir. İşlərinin çətinliyə düşməsi. Hər hansı bir işə yönəlirsə ya onun bağlı olduğunu görür, ya da çətinləşdiyini görür. Kim ki, Allahdan qorxarsa Allah onun işlərini asanlaşdırar. Kim də Təqvanı - Allah qorxusunu - tərk edərsə Allah da onun işlərini çətinləşdirər. Çox təəccüblüdür ki, insan xeyir qapılarının onun üzünə bağlandığını görür, çətinlikləri görür, lakin bu çətinliklərin haradan gəldiyini və nəyə görə işlərin ona qarşı bağlandığını görmür və bilmir.

6. Günahlar insanın qəlbində zülmətin hiss olunmasına səbəbdir. Qaranlıq gecədə gözü ilə zülməti hiss etdiyi kimi qəlbində də o zülməti hiss edir. Artıq bu zülmət hissi zülmətə çevrilir. Həqiqətən də itaət nurdur, günahlar isə zülmətdir. Nə qədər zülmət çoxalarsa insanın heyrəti, çaşqınlığı da artar. O, bimədən bidətə, zəlalətə, həlak edici günahlara düşər. Artıq o, gecənin qaranlığında tək başına dolaşan kor kimidir. Bu zülmət qəlbdə o qədər güclənər ki, gözündə də büruzə verər. Sonra daha da gücləndikcə zülmət üzünə hakim olar. Artıq insanın üzündə hər bir kəsin görə biləcəyi bir qaraltıya dönər. İbn Abbas - radıyallahu anhu deyir ki: «Həqiqətən də yaxşı əməllər üzə nur, qəlbə nur, ruzini çoxaldır, bədənə qüvvət verir və insanların qəlbində sənə qarşı məhəbbət yaradır. Pis əməllər isə üzdə zülmət, qəlbdə və qəbirdə qaranlıq, ruzini azaldır, bədəni zəiflədir və insanların qəlbində sənə qarşı nifrət yaradır».

7. Günahlar qəlbi və bədəni zəiflədir. Qəlb o, qədər zəifləyir ki, həyat oradan qalxır. Artıq o, ölü qəlb olur. Bədənə gəldikdə isə möminin qüvvəsi qəlbindəndir. Qəlbi nə qədər güclü olarsa bədəni də bir o qədər güclü olar. Günahkarın isə bədəni nə qədər güclü olarsa ehtiyac vaxtı bədəni ona xəyanət edər. Sən Farslar və Rumlular haqqında fikirləş. Bu qədər səltənətin, var-dövlətin sahibləri iman əhlinin qarşısında necə zəlil oldular.

8. Günahlar insanı itaətdən məhrum edir. Günahlar insanı itaətdən yayındırır. İtaətə aparan yolun qarşısını kəsir. İtaətdən məhrum olur. Günahların səbəbi ilə bir çox itaətdən məhrum qalır. O itaətlər ki, onun üçün dünya və içindəkilərdən də xeyirli idi. Günahın insanı itaətdən məhrum etməsindən başqa heç bir cəzası olmasaydı da belə, bu cəza olaraq kifayyət edərdi. Günah insanın itaət yolunu kəsir. Onu bir, iki, üç və s. itaətlərdən məhrum edir. Nəticədə günah hər biri dünya və içindəkilərdən də xeyirli olan bir çox itaətin edilməsinə əngəl olur. İbnul Covzi rahmətullahi aleyhi deyir ki: «Günahkar kimsə bədəninin sağlam və malının çox olmasına baxaraq etdiyi günahın cəzasının verilməyəcəyini zənn edir. Halbuki cəzalandırılmasından xəbəri olmaması belə bir cəzadır». Vəhb b. Vərdədən soruşurlar: «Günah edən biri ibadətin dadını ala bilərmi?». O: «Xeyr, dada bilməz. Hətta günaha niyyətli olan belə ibadətin dadını ala bilməz». İbn Məsud - radıyallahu anhu dan: «Gecə namazlarına dura bilmirəm?» deyə soruşdular. O: «Günahlar qoymur» dedi. Sufyan əs-Souri rahmətullahi aleyhi deyir ki: «Etdiyim bir günaha görə beş ay gecə namazından məhrum qaldım».

9. Günahlar insanın ömrünü qısaldır və ömrün bərəkətini silir. Yaxşı əməllər ömrü uzatdığı kimi, günahlar da ömrü qısaldır. Alimlər bu mövzuda ixtilaf ediblər. Bir qrup deyir ki: «Ömrün qısaldılması onun bərəkətinin getməsi və silinməsidir. Bu da günahın təsirinin bir növüdür. Bu görüş doğrudur. Çünki ömrün bərəkətinin getməsi günahların səbəbindəndir». Bir qrup da demişlər ki: «Günahlar ruzini azaltdığı kimi, ömrü də azaldır. Allah ruzinin artırılması üçün çoxlu səbəblər qoymuşdur ki, bu da ruzini artırır və çoxaldır. Həmçinin ömrün də çoxalması üçün çoxlu səbəblər vardır ki, onu artırır və çoxaldır. Ömrün bəzi səbəblərdən azalması kimi, bəzi səbəblərlə artması da vardır. Ruzi, əcəl, xoşbəxtlik, bədbəxtlik, xəstəlik, şəfa, zənginlik və kasıblıq hər nə qədər Allahın qədəri ilə olsa da bütün bunlar səbəblərə bağlı olaraq təqdir edilmişdir». Üçüncü qrup isə demişlər ki: «Günahların təsiri deyildikdə, ömrün bərəkəti silinir deyildikdə buradan qəlbin həyatının yox olması qəsd olunur. Buna görə də Allah kafiri diri deyil ölü saymışdır: «Onlar ölüdürlər, diri deyillər». (ən-Nəhl 21). Həqiqi həyat qəlbin həyatıdır. İnsanın ömrü də onun həyatının müddətidir. Onun ömrü Allaha bağlandığı, Allaha yönəldiyi və Allaha itaətlə keçirdiyi günləri sayılır. İnsanın ömrünün anları, saatları yalnız bu anlardır. Yaxşılıq, təqva, itaət insanın ömrü olan bu vaxtları artırır. O da onun ömrünün həqiqətidir. Bu anlardan geridə qalanları isə onun ömrü deyildir. Əgər insan Allahdan üz döndərərsə, günahlarla məşğul olarsa onun həqiqi həyatının günləri yoxa çıxaraq zay olar. Bunun da (itirdiyinin) səmərəsini Qiyamət günü bu sözləri dediyi zaman tapacaqdır: «Kaş ki, mən həyatım üçün əməl təqdim edərdim». (əl-Fəcr 24). Əgər o, xeyir əməllərə yönəlməzsə artıq o, ömrünün hamısını itirmişdir. Ömrü boşa getmişdir. Əgər onun dünya və axirət xeyirlərinə çalışması varsa və əgər o, günahlara davam edərsə günahlar sayəsində onun yolu uzanar. Çünki günahlar sayəsində maneələr yaranır və xeyir səbəbləri də onun üçün çətinləşir. Onun ziddi, günahlarla məşğul olduğuna görə. Bu da insanın ömründən həqiqi naqisləşməkdir.

Bu məsələnin sirri nədir? Həqiqətən də insanın ömrü yaşadığı günlərdir. Onun həyatı ancaq Rəbbinə yönəlməsi, Allahı sevməklə, Allahı zikr etməklə və Allahın razılığını qazanmaqla sevinc və bolluq içində yaşamasından ibarətdir. Bu vaxt da onun həyatı sayılar.



10. Günahlar günah doğurur. Günahlar onun mislində başqa günahları əkir. Hətta o dərəcəyə çatır ki, insanın o günahdan çıxması, uzaqlaşması çətinləşir. Sələflər deyir ki: «Günahların cəzalarından biri də o günahdan sonra bir günahın da meydana gəlməsidir. Yaxşı əməlin də mükafatı ondan sonra başqa bir yaxşı əməlin meydana gəlməsidir». Əgər insan yaxşı əməl edərsə digər yaxşı bir əməl deyər: «Məni də et!». Ona da əməl edərsə üçüncü yaxşı bir əməl deyər ki: «Məni də et!». Beləliklə də o kimsənin savabı artar və qazancı çoxalar. Günahlar da belədir. Hər dəfə insan günah etdikdə digər bir günah deyər: «Məni də et!». Yaxşı əməl edən insan itaətləri tərk edərsə nəfsi sıxılar. Bu geniş dünya ona dar gələr. Özünü sudan çıxan balıq kimi hiss edər. İtaəti tərk edən insan da itaəti tərk etdikdə o balığa oxşayır. Bu vəziyyətdən yalnız ona (itaətə) döndükdə qurtular. Ona dönüncə rahatlaşar, hüzur tapar və sevinər.

Günahkar insan da günahı tərk edib itaətə yönələrsə yenə də onun nəfsi sıxılar, sinəsi daralar. Hətta günaha qayıdana qədər. Bəzi fasiqlər vardır ki, onlar günahları heç bir ləzzət tapmadan, ona yönəldən heç bir səbəb olmadan sırf günahdan ayrı qalmağın verdiyi acıdan ötrü günaha qayıdırlar. Nəyə görə bunu edirlər? Nə ləzzət vardır, nə də ona aparan bir yol. Ondan (günahdan) uzaq olduğuna görə ağrı çəkir və ona yönəlir. Bəndə bu itaətdə o qədər çalışar, əziyyət çəkər ki, artıq bu itaət onun qanına keçər, itaəti sevər və ona vərdiş edər. Onu hər şeydən üstün tutar və Allah ona Öz rəhməti ilə mələklər göndərər ki, onu doğru yola yönəltsinlər, onu həvəsləndirsinlər. Mələklər onu yatdığı və oturduğu yerdən qaldırıb itaətə yönəldərlər. Günahkar insan isə günaha öyrəndiyinə görə Allah ona şeytanlar göndərər ki, onu davamlı olaraq günahlara sövq edərlər. Bu da bəndəyə ən qorxulu olanıdır.



11. Günahlar qəlbin iradəsini zəiflədir. Artıq qəlb zəifləyərsə günaha olan istək (iradə) güclənər. Get-gedə onun tövbəyə olan istəyi də zəifləyər. O qədər zəifləyər ki, artıq tövbəyə olan istəyi bütünlüklə qəlbindən çıxar. Hətta o dərəcəyə çatar ki, onun yarısı ölsədə belə tövbə etməz. Artıq bu kimsə etdiyi bir çox günaha görə dil ucu yalançıların tövbəsini edər, qəlbi isə günaha bağlıdır, günaha davam edir, fürsət tapan kimi ona qayıdır. Bu da xəstəliklərin ən böyüyüdür və həlaka ən yaxınıdır.

12. Günahların zərərlərindən bir də qəlbin günahları çirkin görməməsidir. Qəlbdə günaha qarşı olan nifrət azalır. Artıq günah adətə çevrilir. Artıq insanların onu görmələri və haqqında danışmaları onu qorxutmaz və bunu pis də qarşılamaz. Bu hal fasiqlərə görə əyləncənin zirvəsi və zövqüdür. O dərəcəyə çatır ki, günahı etdikdə onu pis də qarşılamır. Bu günahla fəxr edir. Bilməyənlərə onu danışır. Ey filankəs! Mən belə-belə günah etmişəm! Bu növ insanlar bağışlanılmayacaqlar. Nəyə görə? Belə bir insanların qarşısında çox vaxt tövbə yolu bağlanır. Tövbə etməyə müvəffəq olmurlar. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Ümmətimin hər bir üzvü (Allah) tərəfindən əfv olunmuşdur. Yalnız aşkara günah edənlərdən başqa. Onlar əfv olunmamışlar. Günahı aşkara edənlərdən biri gecə vaxtı günah edər. Sonra Rəbbi o günahı insanlaın gözündən örtmüş olduğu halda səhərə çıxar. Səhəri o qul: «Ey filan! Mən bu gecə belə-belə günahlar etdim» deyər. Halbuki Rəbbi onun günah işini örtbasdır edərək gecələmişdir. Səhəri isə Allahın örtdüyü gizlilik pərdəsini qaldırmışdır»128.

13. Bu günahların hər biri Allahın həlak etdiyi ümmətlərdən bir mirasdır. Lut qövmünün əməli bu qövmdən qalıb, yer üzündə fitnə-fəsad, təkəbbürlük Fironun qövmündən qalıb, təkəbbürlük, lovğalıq Hud əleyhissəlam ın qövmündən qalmışdır. Günahkar insan bu ümmətlərin bəzilərinin paltarını geyinmişdir. Onlar da Allahın düşmənləridirlər. Abdullah b. Əhməd öz atasından «Zuhd» kitabında Məlik b. Dinardan rahmətullahi aleyhi rəvayət edir ki: «Allah İsrail oğullarından bir Peyğəmbərə vəhy etdi: «Qövmünə söylə, düşmənlərimin girdikləri yerə girməsinlər, düşmənlərimin paltarlarını geyinməsinlər, düşmənlərimin mindiklərinə minməsinlər və düşmənlərimin yedikləri yerlərdə yeməsinlər. Yoxsa onlar kimi düşmənlərim olarlar». Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kim bir qövmə oxşayarsa o da onlardandır»129.

14. Günahlar qulun Allah qatında dəyərsizləşməsinə və Allahın gözündən düşməsinə səbəbdir. Həsənul Bəsri rahmətullahi aleyhi deyir ki: «Onlar Allaha dəyərsiz olduqları üçün Ona asi oldular. Onun yanında dəyərləri olsaydı Allah onları qoruyardı». Qul Allaha görə dəyərsizləşərsə ona heç kimsə dəyər verməz. «Allahın alçaltdığı kimsəni heç kəs yüksəldə bilməz. Həqiqətən Allah dilədiyini edər». (əl-Həcc 18). Hətta insanlar o alçalmışlara ehtiyaclarından və ya şərlərindən qorxduq-larından ötrü zahirən onlara hörmət göstərsələr də həqiqətdə isə o alçaqlar insanların qəlblərində ən aşağı kimsələr olaraq qalırlar.

15. Qul nə qədər çox günah edərsə günahlar onun gözündə balacalaşar, yüngülləşər. Günah etməkdən insanın gözündə günahın kiçilməsi həlakın əlamətindəndir. Günah insanın gözündə nə qədər kiçik görünərsə bir o qədər Allah qatında böyük və əzəmətli olar. İbn Məsud - radıyallahu anhu deyir ki: «Mömin günahlarını dağ boyda görər və sanki o, dağın üstünə düşəcəyindən qorxar. Günahı kiçik görən facir isə işlədiyi günahı burnun üzərinə qonan milçək kimi görər»130.

16. Günahkarın etdiyi günahın zərərləri özündən başqa insan və heyvanlara da toxunar. Günahlarının səbəbinə görə özü və başqaları da yanır. «Əgər Allah insanları etdikləri günahlara görə cəzalandırsaydı, yer üzündə bir canlı da belə qoymazdı». (Fatir 45, ən-Nəhl 61). İbn Ömər - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Bir qövm zəkat malını verməzlərsə onlara səmadan yağış yağması əngəllənər və əgər heyvanlar olmasa onlara heç bir şəkildə yağış yağmazdı»131. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Günahkar bir qul öldüyü zaman qullar da, ölkələr də, ağaclar da, heyvanlar da ondan rahat olarlar»132. Əbu Hureyrə - radıyallahu anhu deyir ki: «Nəfsim əlində olan Allaha and olsun ki, hətta quş da zalımın zülmünə görə yuvasında ölür». Mücahid rahmətullahi aleyhi deyir ki: «Həqiqətən də heyvanlar Adəm övladının günahkarına lənət edirlər. Quraqlıq şiddətlənəndə heyvanlar günahkara lənət edirlər. Bunlar Bəni Adəmin günahlarına görədir» deyərlər. İkrimə rahmətullahi aleyhi deyir ki: «Yerin heyvanları, həşəratları, hətta böcək və əqrəblər də deyirlər ki: «Adəm övladının günahlarına görə biz yağışdan məhrum qaldıq». Beləcə, insana günahının cəzası azmış kimi bir də heç bir günahı olmayanların lənətinə məruz qalır.

17. Günahlar insanda zəlillik yaradır. Həqiqi izzət Allaha itaətdədir. «Hər kəs (dünyada) izzət-qüdrət, şərəf-şan istəsə (bilsin ki, dünyada da. Axirətdə də) bütün izzət-qüdrət, şərəf-şan ancaq Allaha məxsusdur». (Fatir 10). O izzəti Allaha itaət etməklə axtarın. İnsan itaəti yalnız Allaha itaətdə tapar. Buna görə də sələflər dualarında deyərdilər ki: «Allahım Sən məni itaətinlə izzətləndir, günahlarla zəlil etmə». Allah mütləq Ona asi olanı zəlil edəcəkdir. Həsənul Bəsri rahmətullahi aleyhi deyir ki: «Allah ona üsyan edənləri mütləq zəlil edər». Abdullah b. Mubarək rahmətullahi aleyhi deyir ki: «Mən gördüm ki, günahlar qəlbi öldürür. İnsana zəlillik gətirir. Günahları tərk etmək isə qəlbin həyatıdır. Sənə xeyirli olan odur ki, günahlara qarşı çıxasan. Dini korlayan padşahlar, pis alimlər və pis abidlərdən başqasıdırmı?».

18. Günahlar sahibinin ağlını ifsad edər. Həqiqətdə isə ağlın bir nuru vardır. Günah isə ağlın nurunu söndürər. O nur sönərsə artıq ağıl naqisləşər. Sələflər deyirlər ki: «Heç kəsin ağlı yox olmadıqca Allaha asi olmaz». Bu açıqca görülən bir şeydir. Çünki ağlı başında olsaydı onu günah etməkdən çəkindirərdi. O günahkar bilir ki, Allahın ovcunda və nəzarəti altındadır, mələklər onun əməllərinə şahiddirlər yenə də günahlara davam edir. Günah səbəbilə qaçırdığı dünya və axirət xeyirləri, günahı etməklə əldə etdiyi sevinc və zövqdən qat-qat çoxdur. Heç də ağıllı insan bu ləzzətləri buraxaraq bir parça zövq ilə dəyişə bilərmi?

19. Günahlar qəlbi möhürləyir. Günahlar çoxalarsa sahibinin qəlbini möhürləyər və o qafillərdən olar. Sələflər bu ayə barəsində demişlər: «Xeyr, əslində onların qəlblərini qazandıqları günahlar qaplamışdır (pasla örtmüşdür)». (əl-Mutəffifin 14). Bu da günahdan sonra günahın işlənməsidir. Həsənul Bəsri rahmətullahi aleyhi deyir ki: «Günahın üstündən günahın işlənməsi qəlbin kor olmasıdır». Qəlb günahdan, Allaha asi olmaqdan pas atır. Əgər günah çoxalarsa pas qəlbə hakim olar və nəticədə: «Ran» - pas adlanan hala gələr. Bütün qəlbi bürüyər. Pas o qədər çoxalar ki, sahibinin qəlbinə damğa və kilit kimi vurular. Artıq qəlb örtük, pərdə içərisində olar. Əgər bu günah işləmək ona düz yolu tapdıqdan sonra hasil olarsa artıq o qəlb əksinə çevrilər. Bu şəkildə altı üstünə çevrilmiş olar. Bu anda onun düşməni onu dost tutar və istədiyi yerə onu yönəldər.

20. Günahlar insanı Peyğəmbər sallallahu aleyhi və səlləm in lənəti altına daxil edir. Peyğəmbər sallallahu aleyhi və səlləm böyük günah sahiblərini lənətləmişdir. Belə ki, böyük günah sahibləri bu lənətin altına girməsinə daha layiqdirlər.

1) Riba Yeyən, Verən, Yazan Və İki Şahid: İbn Məsud - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Allah riba yeyənə, verənə də lənət etsin. Dəllala və iki şahidə də»133.

2) Rüşvət Alan Və Verən: (Abdullah b. Amr) Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Allah lənət edib rüşvət alana da, verənə də»134. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Məhkəmədə rüşvət alan və rüşvət verənə Allah lənət etsin»135.

3) Oğuruluq Edənə: Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Yumurta oğurladıqda və ip oğurladıqda əli kəsilən oğruya Allah lənət etsin»136.

4) Allahdan Qeyrisinə Qurban Kəsənə: Amir b. Vəsilə - radıyallahu anhu deyir ki: «Bir dəfə mən Əli b. Əbu Talib - radıyallahu anhu nun yanında idim. Bir kişi onun yanına gələrək soruşdu: «Peyğəmbər sallallahu aleyhi və səlləm sənə sirr olaraq heç nə deməyib?». Əli - radıyallahu anhu qəzəblənərək dedi: «Peyğəmbər sallallahu aleyhi və səlləm gizli olaraq mənə heç bir şey deməyib. Yalnız bu dörd şeydən başqa». Kişi: «Ey əmirəlmöminin onlar nədir?» deyə soruşdu. Əli: «Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Allahdan qeyrisinə qurban kəsənə Allah lənət etsin»137.

5) Valideynləri Lənətləyənə: Əli - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm mənə dörd şeyi buyurdu: «Allah lənət etsin valideyinlərini lənətləyənə»138. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Valideynləri təhqir etmək ən böyük günahlardandır (Başqa rəvayətdə lənətləmək)». Səhabələr: «Ya Rəsulullah! Məgər insan öz valideynlərini təhqir edə bilərmi?» deyə soruşdular. Peyğəmbər: «Bu onun valideynlərini təhqir edir, o da qayıdaraq onun valideynlərini təhqir edir» deyə buyurdu139.

6) Yenilik Edənə (Bidətçiyə) Sığınacaq Verənə: Əli - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm mənə dörd şeyi buyurdu: «Allah lənət etsin yenilik edib dini dəyişənə (bidətçiyə, cinayətkara) sığınacaq verənə»140.

7) Yerin Əlamətlərini Dəyişənə (Torpaq Sərhədlərini): Əli - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm mənə dörd şeyi buyurdu: «Allah lənət etsin ərazilərin sərhədlərini dəyişdirən kimsəyə»141.

8) Bir-Birinə Bənzəmək İstəyən Kişi Və Qadınlara: İbn Abbas - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm lənət edib kişiyə bənzər qadınlara və qadınlara bənzər kişilərə (və ya bir-birilərinə oxşamaq istəyənlərə)»142.

9) Bir-Birinə Geyimdə Bənzəmək İstəyən Kişi Və Qadınlara: Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Allah lənət edib qadın paltarı geyinən kişilərə və kişi paltarı geyinən qadınlara»143.

10) Homoseksualizim: İbn Abbas - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Allah Lut qövmünün əməli ilə məşğul olanlara lənət eləsin (bu kəlməni üç dəfə təkrar etdi)»144.

11) Qəbirləri Ziyarət Edən Qadınlar: (Əbu Hureyrə) İbn Abbas - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Allah lənət edib qəbirləri tez-tez ziyarət edən qadınlara»145.

12) Qəbirlərin Üstündə Şam Yandıran Və Orada Məscid Tikənlərə: İbn Abbas - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Allah lənət edib qəbirlərin üstündə şam yandıran və məscid tikənlərə»146.

13) Qadının Ərinə Olan İtaətsizliyi: Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Ər öz yoldaşını yatağa dəvət etdiyi halda qadın itaətsizlik edib gəlməzsə və əri qəzəbli yatarsa mələklər səhərə qədər o qadını lənətlyərlər (Başqa rəvayətdə: Qadın yatağa qayıdana qədər)»147.

14) Müsəlmanın Üstünə İti Bir Şey Qaldırmaq: Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kim bir müsəlman qardaşını (qorxutmaq niyyətilə) dəmir silah ilə işarə edərsə doğma qardaşı olasa da belə silahı əlindən buraxana qədər Allahın mələkləri ona lənət edərlər»148.

15) Döymə Vuran Və Vurduran: İbn Məsud - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Allah lənət edib döymə vuranlara və vurduranlara»149.

Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin