ƏQİDƏ Kİtabi 2 ƏHLİ SÜNNƏ VƏl cəmaat səLƏFİ saliHİN ƏQİDƏSİ



Yüklə 1.75 Mb.
səhifə1/19
tarix30.04.2018
ölçüsü1.75 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   19


ƏQİDƏ KİTABI 2

ƏHLİ SÜNNƏ VƏL CƏMAAT

SƏLƏFİ SALİHİN

ƏQİDƏSİ

İ M A N I N Ə S A S L A R I

Bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 06 Avqust 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №DK-96/H
Toplayan Və Tərtib Edən

K. Hüseyn

Kitabın Bütün Haqları Qorunur


ÖN SÖZ

Xutbətul-Hacə

Həmd ancaq Allahadır, Ona həmd edir, ondan yardım və məğfirət diləyirik. Nəfslərmizin şərindən və pis əməllərmizdən Allaha sığınırıq. Allah kimi hidayətə yönəltmişsə onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa heç kəs onu hidayətə yönəldə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur. O, təkdir, şəriki də yoxdur və şəhadət edirəm ki, Muhəmməd onun qulu və elçisidir.



«Ey iman gətirənlər! Allahdan lazımınca qorxun. Yalnız müsəlman olduğunuz halda ölün». (Ali-İmran 102).

«Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun. (Adı ilə) bir-birinizdən (Cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən qorxun. Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir». (ən-Nisa 1).

«Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz) Allah əməllərinizi islah edər və günahlarnızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar». (əl-Əhzab 70-71)1.

Şübhəsiz ki, sözlərin ən doğrusu Allahın kəlamı, yolların ən xeyirlisi Muhəmməd - sallallahu aleyhi və səlləm - in yoludur. Əməllərin ən pisi sonradan uydurulanlardır. Sonradan uydurulub dinə salınan hər bir əməl (iş) bir bidətdir, hər bir bidət isə bir zəlalətdir (sapıqlıqdır), hər bir zəlalət isə oddadır2.



«Ey Rəbbim! köksümü açıb genişlət, işimi yüngülləşdir, dilimdəki düyünü aç ki, sözümü yaxşı anlasınlar». (Ta ha 25-28).

Möhtərəm müsəlman bacı və qardaşlarım! İlk öncə hamınızı Allahın salamı ilə salamlayıram. Allahın kitabına Rəsulullah - səllallahu aleyhi və səlləm in yoluna uyaraq öz risaləmi «Bismilləh» ilə başlayıram. Çünkü Allah Rəsulu - sallallahu aleyhi və səlləm - də öz məktublarını «Bismilləh» ilə başlamış və buyurmuşdu: «Hər mühüm bir işə «Bismilləh» ilə başlanılmazsa o işin sonu kəsikdir»3.

Allah, Muhəmməd - sallallahu aleyhi və səlləm i aləmlərə rəhmət, əməl edənlərə öndər, qullarına hüccət olaraq hidayət və haqq dini ilə göndərdi. O, - sallallahu aleyhi və səlləm - ona verilən əmanəti yerinə yetirdi, rəsaləti təbliğ etdi, ümmətə öyüd verdi, dinin əsaslarından tutmuş hər bir şeyi incəliyinə kimi bizə xəbər vermişdi. Açıqlamadığı bir şey, ümmətini sövq etmədiyi bir xeyr və onları çəkindirmədiyi bir pislik buraxmadı. Səhabələr onun aydınlıq yolu üzərində yürüdükləri kimi, onların yollarına uyan kimsələr də bu yolda yürüməyə başladılar.

Lakin çox keçmədi ki, gecə qaranlıqları kimi bidətlər ortaya çıxmağa başladı. Bu bidətlər, uydurmalar İslamı və müsəlmanları dağıtmağa və onların firqələrə və məzhəblərə bölünməsinə gətirib çıxartdı. Müsəlmanlar da cahilcəsinə bu bidətlərə doğru yürüməyə başladılar. İnanclarını bu çürümüş şeylər üzərində qurmağa başladılar. Bu İslam və müsəlmanların düşmənlərinin fikirləri birdir. Allahın nurunu söndürmək, yəni İslamı məhv etməkdir. Lakin bu əsla belə deyildir. Allah buyurur: «Onlar Allahın nurunu (İslam dinini) öz ağızları (öz iftiraları və şər sözləri) ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də öz nurunu (dinini) tamamlayacaqdır». (əs-Səff 8). Allahu Əkbər! Həqiqətən də onların xoşlarına gəlsə də, gəlməsə də belə Allah öz dinini qoruyur və tamamlayır. Hər dövrdə, hər zamanda, hər vaxtda Allahın dinini bəxş etdiyi iman, elm və hikmət ilə din düşmənlərinə qarşı vuruşan, onların hiylələrinə, bidətlərinə qarşı çıxan, bidətlərini yox edən və onları Quran və Sünnə ilə məhv edən sünnət əhlindən olan cəmaat olub və olacaqdır. İnşəallah!

Səvban radıyallahu anhu dən gələn rəvayətdə Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurur: «Ümmətimdən bir qrup insanlar olacaq ki, Qiyamətin qopacağı vaxta qədər haqq üzrə gedəcəklər. Heç nə və heç kim onlara zərər vura bilməyəcək. Allahın əmri gəlincəyə qədər»4. Bu cəmaat Firqətun Nəciyə – qurtuluşa çatan firqə, Əhli Sünnə vəl Cəmaat, Sələfi Salihin, Əhli Hədis və s. deyə adlandırılmışdır. Onlar isə Peyğəmbər - sallallahu aleyhi və səlləm in və əshabələrin izləmiş olduğu yolu davam etdirən kimsələrdir. Auf b. Məlik - radıyallahu anhu rəvayət edir ki, Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: «Yəhudilər yetmiş bir firqəyə bölünəcəklər. Onlardan yalnız biri Cənnətə, qalanları isə Cəhənnəmə düşəcəkdir. Xristianlar yetmiş iki firqəyə bölünəcəklər. Onlardan yalnız biri Cənnətə, qalanları isə Cəhənnəmə düşəcəkdir. Qəlbim əlində olan Allaha and olsun ki, mənim ümmətim yetmiş üç firqəyə bölünəcəkdir. Onlardan yalnız biri Cənnətə, qalanları isə Cəhənnəmə düşəcəkdir»5. İbn Ömər - radıyallahu anhu nun rəvayətində isə səhabələr Cənnətə düşən firqə haqqında soruşdular. Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: «Onlar mənim və səhabələrimin yolu ilə gedənlərdir»6. Başqa rəvayətdə Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: «O da cəmaatdır»7.

Bütün bu hədislər bizlərə Cəhənnəm atəşindən qurtulmuş toplumun orta yolu mənimsəmiş Əhli Sünnə vəl Cəmaat olduğunu açıqca göstərməkdədir. Çünkü onlar bütün ixtilaflarda orta yolu tutmuş, Kitab və Sünnətin bildirdiyi iman əsaslarından başqa hər hansı bir inanca yönəlməmiş, insan üçün lazımlı hər şeyin bu iki qaynaqda bəyan edildiyinə inanmışlar. Sünnəti bəyan etmək, əsaslarını gücləndirmək və bidətləri yıxmaq üçün bir çox əsərlər də yazmışlar.

Buna görə də hörmətli müsəlman bacı və qardaşlarım hər biriniz bu müxaliflərə qarşı mübarizə aparmalısınız. Hər biriniz Allahın dinini qorumalısınız. «Ey iman gətirənlər! Əgər siz Allaha yardım göstərsəniz, o da sizə yardım göstərər və sizi sabitqədəm edər». (Muhəmməd 7). Allahı qorumaq isə onun dinini qorumaq ilə olur. İbn Məsud radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Allahın məndən əvvəlki ümmətlərə göndərdiyi hər Nəbinin öz ümmətindən sünnətini alan və əmrlərinə uyan bir çox həvvariləri və səhabələri vardır. Sonra onların ardından etməyəcəkləri şeyləri söyləyən və əmr olunmadıqları işləri edən bir çox nəsillər zühur edər. Kim onlara qarşı əli ilə mübarizə apararsa o, bir mömindir. Onlara qarşı kim diliylə mübarizə apararsa o, da bir mömindir. Onlara qarşı kim qəlbi ilə mübarizə apararsa o, da mömindir. Amma bundan aşağı (imandan) bir xardal dənəsi qədər də iman yoxdur»8.

Bu batil firqələrin yoluna uymamaq, onların ardınca getməmək üçün, Rəsulullah sallallahu aleyhi və səlləm in yoluna uymaq, hidayət yolunda olan cəmaatdan olmaq üçün hər bir müsəlman, hər bir şəxs öz əqidəsini gözəl bir şəkildə öyrənməli, öyrəndikdən sonra isə ona əməl edib başqalarına öyrətməlidir. İbn Teymiyyə rahmətullahi aleyhi bu məsələ ilə bağlı demişdir: «Buna görə də Əhli Sünnə alimləri - sünnətə sarılmaq qurtuluşdur demişlər». Allah rəhmət etsin imam Məlik deyir: «Sünnət Nuhun gəmisi kimidir, minən qurtulur, arxada qalan isə həlak olur. Haqq budur. Çünki Nuhun gəmisinə peyğəmbəri təsdiq edən və ona tabe olanlar minmişlər. Ona minməyənlər isə Peyğəmbəri yalan saymışlar. Sünnətə tabe olmaq Allah qatından gələn risalətə tabe olmaq deməkdir. Dolayısı ilə risalətə tabe olan, Nuhla bərabər gəmiya minən kimsə durumundadır. Risalətə tabe olmaqdan ayrılan kimsə də Nuha tabe olmaqdan və onunla bərabər gəmiyə minməkdən qaçan kimsə durumundadır»9.

Bu baxımdan da mən ikinci risaləni topladım. Bu risaləni toplamaq üçün Quran və Sünnəyə uyaraq və İslamın elm adamlarının əsərlərindən geniş istifadə edərək Allahın izni ilə əlimizdəki bu risalənin toplanmasına nail oldum. Bu risalədə birincidən fərqli olaraq İman, imanın əsaslarından, ehsan və s. mövzular haqqında geniş yer verməyə və hər oxucu ondan faydalansın deyə, aydın dəlillərlə göstərməyə çalışdım. İlk növbədə Allahdan bu çalışmamın dolğun, düzgün şəkildə yazıb başa çatdırılmasını diləyirəm. Allahdan əməlimi onun üçün ixlaslı olmasını, məndən qəbul edib onunla müsəlmanları faydalandırmasını diləyirəm. Əgər hardasa xəta etmişəmsə bu nəfsimdən və şeytandandır. Burada düzəldilməsi mühüm olan yerləri tapdıqdan sonra mənə öyüd-nəsihət verməkdən çəkin-məyəcəyinizi ümüd edirəm.

Güvəndigim Allahdır! İşlərimi Ona həvalə edirəm və ona arxalanıram. Həmd və təriflər yalnız Onadır. Müvəffəqiyyət bəxş edən və xətalardan qoruyan da Odur. «Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O şəfa verir. Məni öldürəcək sonra dirildəcək də Odur və Qiyamət günü xətamı bağışlayacağına ümüd etdiyim də Odur! Ey Rəbbim! Mənə hikmət bəxş et və məni salehlərə qovuşdur! Sonra gələnlər arasında mənə yaxşı ad qismət et! Məni Nəim Cənnətlərinin varislərindən et». (əş-Şuəra 78-85).

Allahın salat və salamı onun Peyğəmbəri Muhəmməd - sallallahu aleyhi və səlləm - ə, onun ailə üzvlərinə, səhabələrinə və Qiyamətə qədər onun yolu ilə gedən saleh möminlərin üzərinə olsun.



Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə