2. Ədəbi tənqid anlayışı



Yüklə 27,86 Kb.
səhifə8/9
tarix10.01.2023
ölçüsü27,86 Kb.
#122134
1   2   3   4   5   6   7   8   9
Sənəd-2

Ədəbi müsahibə - yazıçı, tənqidçi və ya ədəbiyyatşünasdan sorğu yolu ilə alınmış tənqidi yazıdır. Ədəbi müsahibə forma etibarı ədəbi dialoqa bənzəyir və onun bir çox janr xüsusiyyətlərini özündə əks etdirir.
Ədəbi müsahibələrdə yaradıcı şəxsiyyətin ədəbiyyat və sənətlə yanaşı, həyat, cəmiyyət, siyasət, insanları narahat edən bu və ya digər məsələlər haqqında fikir və mülahizələrinə yer verilir. Janrın tələblərinə uyğun olaraq müsahibə götürən şəxs qabaqcadan hazırlanmış, yaxud öncədən müəyyənləşdirilməmiş suallarla yazıçı, şair, dramaturq və ya tənqidçiyə müraciət edir. Söhbətin gedişində gözlənilməz sualların ortaya çıxması da mümkündür.
Ədəbi müsahibələrin elmi-nəzəri səviyyəsi onu qələmə alan jurnalistin və ya tənqidçinin nəzəri hazırlığından çox asılıdır. Bu mənada, mətbuatda dərc olunan bütün müsahibələri yüksək sənət örnəyi kimi dəyərləndirmək mümkün deyildir. Çünki ədəbi müsahibələrin mühüm bir qismində onu hazırlayanın səriştəsizliyi, müsahibə aldığı müəllifin yaradıcılığına, bütövlükdə ədəbiyyat tarixinə və müasir ədəbi prosesə bələdsizliyi hiss olunur.
Nəzəri məqalə daha çox akademik çevrəyə ünvanlandığı üçün ədəbi tənqidin digər janrları ilə müqayisədə o qədər də yayğın deyildir. Bu janr əsasən ədəbiyyatın nəzəri problemlərinə diqqətin yönəldilməsi baxımından maraq doğurur.
Nəzəri məqalə müəyyən mənada ədəbi tənqidi ədəbiyyat nəzəriyyəsinin problemlərinə yaxınlaşdırır, bəzənsə ortaq mocraya yönəldir.
Nəzəri məqalələrdə dünya ədəbiyyatında gedən proseslərə diqqət yönəldilir, müqayisələr fonunda milli ədəbiyyatın problemlari səciyyələndirilir.
Nəzəri məqalələr ədəbiyyatşünaslıq, fəlsəfə, estetika, dilçilik və başqa elmlərə məxsus terminlərlə müşayiət olunan mürəkkəb elmi üslubda yazılır. Azərbaycan ədəbi tənqidində dil-üslub, bədii təhkiyə, dövrləşmə problemi, yaradıcılıq metodu, bədii təsvir vasitələri və s. Məsələlərə həsr olunmuş nəzəri məqalələrə təsadüf olunur.
Yol qeydləri (Səfər təəssüratı) – müasir ədəbi tənqidin geniş yayılmış janrlarından olub, səyahət, yolçuluq fonunda qələmə alınan tənqidi yazı türüdür. Ədəbi tənqidin janrı olaraq yol qeydlərinin öz başlanğıcının əski dönamlarda sayyahların qələmə aldığı ənənəvi səyahətnamələrdən aldığı şübhə doğurmur.
Yol qeydlərində müəllif hər hansı bir səyahətlə bağlı təəssüratları fonunda bu və ya digər problemlə əlaqədar olaraq ədəbi-kulturoloji məsələlərə yer verir, yaxud da getdiyi ölkənin ədəbiyyatı, mədəni həyatı, görüşdüyü və ünsiyyətdə olduğu yazıçı və tanqidçiləri haqqında qanaətlərini aks etdirir.
Şübhəsiz, yol qeydləri səpkisində yazılmış bütün nümunələrin ədəbi tənqidin janrı hesab edilməsi doğru deyildir. Yalnız səfər, sə yahət təəssüratları fonunda ədəbi-mədəni məsələlərə kifayət qədər yer verilən yazılar ədəbi tənqidin janrı kimi dəyərləndirilməlidir.
Azərbaycan ədəbiyyatında zaman-zaman yazıçı, tənqidçi və ədəbiyyatşünaslar bu janra müraciat etmişlar. Mehdi Hüseynin <, <,<<<Şekspirin vətənində»>, Çingiz Hüseynovun «<«Fransa dəftəri»>, Elçi- nin«Yaxm-uzaq Türkiya və başqa yazılar yol qeydlərinin dǝyǝr- li nümunələridir. Yol qeydlari hamçinin ədəbiyyatın müqayisali öyrənilməsinə müəyyən zəmin hazırlayan janrlardan biri kimi də diqqəti çəkir.

Yüklə 27,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin