Keyfiyyətini müəyyənləşdirmək üçün toxuma kisələr beş kateqoriyaya ayrılır:
Birinci kateqoriya - respublikamızda və ya onun hüdularından kənarda istehsal olunmuş təzə, işlənmiş, lakin təmiz, quru, qoxusuz, yarmaqsız və deşiksiz kisələr;
İkinci kateqoriya-təmiz, quru, qoxusuz, az (üçədək) yamaqlı və yamanmalı kisələr;
Üçüncü kateqoriyaya - təmiz, quru, qoxusuz, az (beşədək) yamaqlı və yamanmalı kisələr;
Dördüncü kateqoriya - təmiz, quru, qoxusuz, yamaqlı (yeddiyədək) və yamanmalı;
Beşinci kateqoriya - təmiz, quru, qoxusuz, yamaqlı (on ikiyədək) və yamanmalı;
Metal taralar özlərinin fiziki xassələrinə görə çox möhkəm olduqları üçün onlardan dəfələrlə və uzun müddət istifadə edilir. Bu taralar praktiki fəaliyyət zamanı əsasən nəqliyyat tarası kimi tətbiq olunur.
Son dövrlərdə elm və texnikanın, xüsusilə bazar iqtisadiyyatının kimya sənayesi qarşısında qoyduğu tələblər, inkişaf etmiş kapitalist dövlətlərinin qabaqcıl təcrübəsi ölkəmizdə polimer taraların tətbiqi üçün geniş perspektivlər açmışdır. Yeni iqtisadi şəraitdə yaşadığımız bu son illərin praktik təcrübəsi sübut edir ki, polimer materiallardan hər il yeni tara növləri istehsal edilir və təsərrüfat dövriyyəsinə buraxılır. Bu hər şeydən əvvəl belə tara növlərinin yüngül, davamlı, şəffaf və məhsulları ətraf mühitin neqativ təsirlərindən tələb olunan səviyyədə qoruya bilməsi ilə əlaqədardır. Sintetik materiallardan hazırlanmış taralara istənilən hər hansı formanı vermək mümkün olur. Bu materiallardan ən müxtəlif növlü - bərk, yarımbərk və yumşaq taralar hazırlanır. Sintetik materialların digər material növlərinin qarışığından hazırlanması taranın keyfiyyətini daha da yaxşılaşdırır.
Çox istifadə edilən tara növlərindən bir də şüşə taralardır. Bu növ taralar maye və yarım maye halında olan məhsulların qablaşdırılması məqsədilə tətbiq edilir və şəffaf olduğu üçün istehlakçılarda alış motivləri yaradır. Şüşənin fiziki-kimyəvi xassələri onlarda gündəlik məişətdə istifadə olunan yeyinti məhsullarının yığılmasına imkan yaradır.
Kombinələşdirilmiş taralar müxtəlif tara materialı növlərinin birləşdirilməsindən alınan taralar hesab olunur. Bunlara nümunə kimi konstruksiyası və tutumuna görə fərqlənən konteynerləri, boçkaları, yeşikləri göstərmək olar.
Qabaritinə görə taralar kiçik qabaritli (yeşiklər, qutu və kisələr, paketlər, və s.), iri qabaritli (kisələr, malaltlıqları, konteynerlər) və standart taralara bölünür.
Məhsul doldurulan anda öz ilkin-malik olduğu formasını saxlamaq və mexaniki təsirlərə müqavimət göstərmək qabiliyyətinə, yəni fiziki-kimyəvi və konstruksiyasına görə taralar şəkildə göstərildiyi kimi bir neçə qrupa bölünür. Bərk taraya (yeşiklər, boçkalar, bidonlar, butulkalar, habelə ağacdan, şüşədən və metaldan olan digər məmulatlar) aiddir. Bərk taralar həm məhsulla birlikdə, həm də onsuz öz formasını saxlaya bilmək qabiliyyətinə malikdir. Karton yeşiklər, səbətlər, qəlbirlər və s. ibarət olan yarımbərk taralar zahiri baxımdan öz ilkin formalarını saxlamalarına baxmayaraq mexaniki təsirlərə bərk tara kimi o qədər də davamlı deyildir. Yumşaq taralar (kisələr, torbalar, qablaşdırma parçaları) içərisindəki məhsulların formasını qəbul edir, alır və məhsulları fiziki təsirlərdən qoruyur. Sökülməyən taraya - balon, sökülən taraya - taxta yeşik, qatlanan taraya – karton karobka, sökülən-qatlanan taraya - tara avadanlığı, izotermik taralara - butulkalar, balon, germetik taralara - bidon, flyaqa və s. nümunə göstərmək olar.
Funksional təyinatına görə taralar dörd növə ayrılır:
Dostları ilə paylaş: |