2 FƏSİL. Tara təSƏRRÜfati 12. LogiSTİk yük vahiDLƏRİNİn saxlanmasi və daşINMASINDA Tara təSƏRRÜfatinin əHƏMİYYƏTİ


Şəkil. Qablaşdırmanın layihələdəşdirilməsi zamanı təsiredici amillərin sistemli əlaqələndirilməsi



Yüklə 202,7 Kb.
səhifə2/11
tarix01.01.2022
ölçüsü202,7 Kb.
#104995
1   2   3   4   5   6   7   8   9   10   11
Şəkil. Qablaşdırmanın layihələdəşdirilməsi zamanı təsiredici amillərin sistemli əlaqələndirilməsi
Yeni məhsullar üçün əlverişli qablaşdırma materiallarının-taraların yaradılması - istehsalı bazar iqtisadiyyatı yoluna qədəm qoymuş milli isteh­salçılarımız üçün milyon manatlarla vəsaitlər və aylarla vaxt məsrəfi hesabına başa gələ bilər. Belə ki, qablaşdırmaya çəkilən məsrəflər məhsulların müba­diləsinə çəkilən xərclərin 10, bəzi hallarda 40%-ni təşkil edir. Məhsulların qiymətində qablaşdırmaya çəkilən məsrəflərin dəyişmə diapozonu 1 % - dən 35 % qədərdir. Ümumiyyətlə, qablaşdırmanın layihələşdirməsinə təsir edən ümumi amillər baxımından qablaşdırmaya çəkilən məsrəflərin 35 %-i nəqliyyat amillərindən, 25 %-i anbar təsərrüfatının təşkilindən, 33 %-i məhsulların fiziki bölüşdürülməsinin aparılması səviyyəsindən, 15 %-i isə istehsal və əmtəəlik anbar ehtiyatlarının idarəedilməsi sistemindən asılıdır.

Bütün bunlara baxmayaraq sərf edilən maddi, maliyyə və əmək məsrəfləri qablaşdırmanın istehlakçı qruplarında məhsulların əldə edilməsi üçün alış motivləri yaratması və satışın həcminin artması nəticəsində ödənilir. Bu zaman istehsçalçı firma və müəssisələr qablaşdırmanın yaradacağı sosial problemləri unutmamalı və cəmiyyətin ayrı-ayrı sosial təbəqələrinin, habelə istehsalçıların özünün maraqlarına cavab verən qərarlar qəbul etməlidirlər.

Lakin bütün bunlarla yanaşı qablaşdırmanın özü ətraf mühitin çirklənməsi (əsasən taralardan bir dəfə istifadə nəticəsində yaranır), əlavə kapital qoyuluşuna tələbin meydana çıxması, müvafiq mütəxəssislərə (bədii layihələndirmə üzrə ixtisaslaşmış kadrlara) ehtiyacın formalaşması, məhsulun qiymətinin bahalaşması, qablaşdırmanın məhdudluğu kimi bir sıra problemlər yaradır.


Yüklə 202,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin