4. Kompüterdə məsələ həllinin mərhələləri. Kompüterdə müxtəlif xarakterli məsələləri, o cümlədən elmimühəndislik, sistem proqram təminatının hazırlanması, təhsil, istehsal prosesinin idarəçiliyi və s. kimi məsələləri həll etmək olar. Kompüterdə elmi-mühəndislik məsələlərinin hazır-lanma və həlli prosesində aşağıdakı mərhələləri ayırd etmək olar:
kompüterdə məsələnin həlli və nəticələrin təhlili.
Digər sinif məsələlərində bəzi mərhələlər olmaya da bilər, məsələn, sistem proqram təminatının hazırlaması məsələlərində riyazi təsvir yoxdur. Sadalanan mərhələlər bir-biri ilə bağlı olur. Məsələn, nəticələrin analizi proqrama, alqoritmə və ya hətta məsələnin qoyulmasına dəyişikliklərin daxil etməsinə ehtiyac olduğunu göstərə bilər. Belə dəyişikliklərin sayının azaldılması üçün hər mərhələdə sonrakı mərhələlərdə qoyulan tələbləri imkan daxilində nəzərə almaq lazımdır. Bəzi hallarda, müxtəlif mərhələlərin arasında, məsələn, məsələnin qoyuluşu ilə onun həlli metodunun seçilməsi arasında, alqoritmin tərtib edilməsi ilə proqramlaşdırma arasında əlaqə o qədər sıx ola bilər ki, bu halda onların bölünməsi çətin olur.
Məsələnin qoyuluşu. Bu mərhələdə məsələ həllinin hədəfi formalaşır və onun məzmunu təfərrüatı ilə təsvir edilir. Məsələdə istifadə edilən bütün ölçülərin xarakter və mahiyyəti təhlil edilir və həll olunma şərti təyin edilir. Məsələnin qoyulmasının düzgünlüyü vacib şərtdir, çünki ondan məsələnin mərhələləri əhəmiyyətli dərəcədə asılıdır.
Məsələnin riyazi təsviri. Bu mərhələ məsələnin riyazi cəhətdən forma-laşmasıyla səciyyələnir ki, burada nəticəni müəyyən edən ölçülər arasındakı mövcud nisbətlər riyazi düsturlar vasitəsi ilə ifadə edilir. Müəyyən dəqiqliklə, ehtimallarla və məhdudiyyətlərlə məsələnin riyazi modeli belə formalaşır. Bu halda məsələlərin həll olunma xüsusiyyətlərindən asılı olaraq riyaziyyatın və digər fənlərin müxtəlif bölmələrindən istifadə edilə bilər.
Riyazi model ən azı iki tələbi ödəməlidir: reallıq və həyata keçirilə bilən. Reallıq dedikdə, tədqiq edilən hadisənin ən əhəmiyyətli xüsusiyyətinin düzgün mo-dellə əks edilməsi anlaşılır. Məsələnin həlli ikinci dərəcəli detallardan yayınmaqla şüurlu abstraksiya vasitəsilə reallaşdırılma yolu ilə əldə edilir. Tələb edilən resurs-ların mümkün xərcləri daxilində sərf olunmuş vaxt çərçivəsində vacib hesablamaların praktik aparılması imkanı reallaşdırıla bilmənin şərtidir.