2 Translyatorlar, kompilyatorlar haqqında ümumi məlumat. İnterpretator haqqında ümumi məlumat



Yüklə 42,74 Kb.
səhifə7/8
tarix29.10.2022
ölçüsü42,74 Kb.
#118793
1   2   3   4   5   6   7   8
Mövzu 1 Proqramlaşdırma dilləri və Kompüterdə məsələ həllinin mərhələləri

Proqram səhvləri



Şəkil 1. Proqram səhvləri


1. Sintaksis səhv (syntax error);
2. Məntiqi səhv (logical error)
3. Proqram çağırılan vaxt meydana çıxan səhv (Runtime error).
Sintaksis səhv kompilyator tərəfindən bildirilir.Əsas sintaksis səhvlər aşağıdakılardır:

  • sonda ; unudulur;

  • } bağlanması unudulur;

  • Hər hansı komanda səhv yazılır;

  • case istifadə edəndə break unudulur;

  • hərf - in böyük və ya kiçik yazılması.



Məntiqi səhv. Ən çətin təyin edilən səhv məntiqi səhvdir. Məntiqi səhv kompilyator tərəfindən tutulmur. Proqramı test edəndə proqramın düzgün işləmədiyi görünür və beləliklə, proqramın məntiqində səhv olduğu təyin edilir.
Proqram çağırılan vaxt meydana çıxan səhv. Sintaksis səhvi məntiqi səhvlərlə qarışdırmaq olmaz. Çünki sintaksis error proqramı kompilyasiya edəndə çıxan səhvdir, runtime errorda isə proqramın kompilyasiyası zamanı heç bir səhv çıxmır, amma proqramı işlətməyə başlayanda səhv çıxır. Runtime errora misal olaraq 0-a bölməni göstərmək olar. Ekranda 0-a bölmənin mümkün olması barədə error mesajı görünür. Bu səhvi zərərsizləşdirmək üçün proqramlaşdırma dillərində istisna işlər (azərbaycanca bəlkə də səhv tərcümə edirəm, ingiliscə exception handling) deyilən anlayış var. C# və Javada (başqa dillərdə də var) try və catch blokundan istifadə edilir. Proqramlaşdırma dillərinin sintaksisi bir-birindən fərqlənir. Lakin bir çox elementlər bütün proqramlaşdırma dillərində var. Bunlar aşağıdakılardır:

  • Literal: literal qiymət. Hər hansı qiymət. Literal məsələn, 5, 6 , -100, "Salam". Literal ədəd, sətir, simvol və s. ola bilər.

  • Riyazi əməliyyatlar: toplama, çıxma, vurma, bölmə.

  • Funksiyalar: İstifadəçinin təyin etdiyi və ya dilin özündə hazır olan funksiyalar.

  • Dəyişənlər: Literal dəyişənin qiymətidir. Dəyişən - hər hansı qiymətdən sonradan istifadə etmək üçün literala verilən addır. Və ya dəyişən təyin edilir və sonra hər hansı bir qiymət alır.

  • Massivlər: Massiv eyni xüsusiyyətə malik olan elementlər çoxluğudur. Massivlər bir ölçülü və ya çox ölçülü ola bilər.

  • Konstantlar: Konstant yəni sabitlər. Proqramın əsasən əvvəlində təyin olunur və proqramda onun qiyməti dəyişmir.

  • If...Then...Else:  Bütün proqramlaşdırma dillərində bu şərti operator var. Əgər bu belədirsə, bunu et, əks halda onu et. 

  • Dövrlər: Bu da adından göründüyü kimi hər hansı bir dövr yaratmaq üçündür.

  • Məsələn, 1-dən 100-ə kimi bütün ədədlərin cəmini tapmaq. Bunun üçün bir dövr yazılır. Bir dəyişənin qiyməti əvvəlcədən 0 götürülür. O biri dəyişənin qiyməti isə dövrdə bir bir artır və bu dəyişənin üzərinə əlavə olunur.

  • Giriş-çıxış faylı (file input-output): Bu da proqramda hər hansı bir fayldan istifadə etmək və ya proqramda hər hansı faylı yaratmaq üçün istifadə olunur. Bunların hamısı bütün proqramlaşdırma dillərində var.


Yüklə 42,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin