2.İqtisadiyyatda struktur dəyiĢiklikləri. Prezident Heydər Əliyev tez bir zamanda dövlət intizamını gücləndirib, siyasi sabitliyin yaranmasına nail oldu və iqtisadi tənəzzülün qarşısını almaq üçün ciddi tədbirlər görməyə başladı. Bazar iqtisadiyyatının formalaşmasına münasib şərait yaratmaq məqsədilə qanun, fərman və qərarlar qəbul edildi. Ölkənin iqtisadiyyatında struktur dəyişiklikləri getdikcə dərinləşirdi. Onun başlıca istiqamətləri dövlət mülkiyyətinin özəlləşdirilməsi, aqrar islahatların həyata keçirilməsi və sahibkarlığın inkişaf etdirilməsi idi. 1995-ci il sentyabrın 29-da Qanunla təsdiqlənmiş "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsi Dövlət Proqramı", "Sahibkarlıq fəaliyyəti haqqında", "Müəssisələr haqqında", "Səhmdar cəmiyyətləri haqqında", "Auditor xidməti haqqında" qanunlar, "Dövlət müəssisələrinin səhmdar cəmiyyətlərinə çevrilməsi haqqında Əsasnamə" və başqa mühüm hüquqi aktlar qəbul edilmişdi. Sahibkarlığın inkişafı üçün Milli Fond təsis olunmuşdu. "Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi", yerlərdə sahibkarlığı inkişaf mərkəzləri, "Kiçik və Orta Sahibkarlığı İnkişaf Agentliyi", "Xarici İnvestisiyalar Mərkəzi", "İqtisadi və Biznes İnformasiya Mərkəzi" "Azərbaycan Respublikası Auditorlar Palatası" yaradılmışdı.
3.Maliyyə-vergi sistemi təkmilləşdirildi. Burada ağırlıq mərkəzi istehsal üzərindən götürülüb istehlak üzərinə qoyuldu. Əvvəllər əmək haqqı məhsulun maya dəyərinə daxil olunmur, mənfəətdən verilirdi və buna görə də əmək haqqından əlavə 35 faiz kooperativ vergi tutulurdu. 1996-cı ilin sentyabr ayından əlavə vergi 50 faiz azaldıldı, 1997-ci ilin əvvəllərindən isə tamamilə ləğv edildi. Müəssisələrə ümumi vergi təzyiqi xeyli azaldı. Fiziki şəxslərdən tutulan vergilərin yuxarı dərəcəsi 55 faizdən 40 faizə endirildi, onların gəlirinin vergi tutulmayan hissəsi isə 40 min manatdan 60 min manata qaldırıldı. Eyni zamanda xarici iqtisadi əlaqələri fəallaşdırmaq üçün gömrük rüsumları 30-40 faizdən 15 faizə endirildi. Nəticədə vergi və rüsumlardan büdcəyə gəlir 2 dəfəyə qədər artdı.2001-ci il yanvarın 1-dən ölkədə vahid vergi qanunvericiliyi tətbiq olundu /Vergi Məcəlləsində mülkiyyət formasından və təşkilat-hüquqi statusundan asılı olmayaraq, bütün vergi ödəyiciləri üçün eyni vergiqoyma siyasəti həyata keçirildi. Yerli və xarici iş adamları eyni vergiləri ödəyərək eyni imtiyazlara, güzəştlərə . Əlavə dəyər vergisinin dərəcəsi 20 faizdən 18 faizə endirildi. Fiziki şəxslərdən gəlir vergisinin maksimum həddi 40 faizdən 35 faizə (bu dərəcələr inkişaf etmiş ölkələrin əksəriyyətindəkindən aşağıdır) düşdü.31 2002-ci ilin noyabr ayından 62 yerli vergi idarəsi ləğv olunub, əvəzinə 12 ərazi vergi idarəsi təşkil edildi. 1997-ci ildən dövlət büdcəsi xərclərinin səmərəli təşkili, iqtisadi idarəetmədə şəffaf mexanizmlər yaratmaq üçün maliyyə işləri xəzinədarlıq sistemi üzrə qurulmağa başlandı. Baş və yerli xəzinədarlıq orqanları təşkil edildi. İstehsalı inkişaf etdirmək üçün respublikanın kifayət qədər investisiya imkanları yox idi. Xarici kapitalı cəlb etmək məqsədilə "açıq qapı" siyasəti yeridilməyə başlandı. Xarici investorlara və kreditorlara təminat verən, onları müdafiə edən qanunlar qəbul olundu. Gömrük vergiləri sərbəstləşdirildi və aşağı salındı. Xarici sərmayələrə immunitet haqqında Qanun qəbul edildi. Fiziki və ya hüquqi şəxslər, respublikada qanunların dəyişdirilməsindən asılı olmayaraq, on il müddətində investisiyanı qoyduğu şərtlərlə işlətmək hüququ aldı. Xarici səhmdarların gəlirlərinin repartasiya olunması haqqında da Qanun qəbul olundu. Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Beynəlxalq İnkişaf Assosiasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı ilə əməkdaşlıq yaradıldı. Bu, Azərbaycan Respublikasının maliyyə-bank sistemini dünya standartlarına uyğunlaşdırdı.34 Prezident 1994-cü il aprelin 5-də xarici ticarəti sərbəstləşdirmək haqqında Fərman verdi.26 Xarici iqtisadi əlaqələr liberallaşdırıldı, həm fiziki, həm də hüquqi şəxslərə azad surətdə xarici ticarət hüququ verildi. 1997-ci ilin yanvarında respublikada ixrac vergisi ləğv olundu. 1994-cü ilin may ayında respublikanın maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün qəti addımlar atıldı. 1994-cü ilin əvvəllərindən milli valyuta - manat respublika ərazisində yeganə ödəniş vasitəsi elan olundu. Prezidentin 14 may 1994-cü il Fərmanı ilə kredit siyasəti ciddiləşdirildi. Banklararası valyuta birjasının işi nizama salındı.27 1995-ci ilin fevral ayında prezident ilk radikal addım atıb valyuta bazarının təşkili haqqında Fərman verdi, bundan sonra valyuta ehtiyatları bazar vasitəsilə tənzimlənməyə başlandı. Beynəlxalq Valyuta Fondu və Ümumdünya Bankı ilə müqavilələr bağlandı. Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankına qoşuldu. Büdcə kəsirinin artmasına yol verilmədi. Nəticədə 1995-ci ildə inflyasiya 85 faizə endi. 1996-cı ildə inflyasiya cəmi 6,7 faiz oldu. Onun səviyyəsi 2000-ci ildə cəmi 2 faiz, 2001-ci ildə isə 1,5 faiz idi.28 Manatın dollara nisbətən dəyəri möhkəmləndi, istehlak mallarının qiymətləri artmadı, əksinə, azalması müşahidə olundu.29 İnflyasiyanın cilovlanması mühüm makroiqtisadi göstərici kimi iqtisadi tərəqqiyə, investorların cəlb olunmasına münasib imkanlar açırdı. 1996-cı ilin ortalarında Prezident daha bir yeni ciddi iqtisadi addım atdı - Beynəlxalq maliyyə təşkilatlarının ayırdığı kreditlər ölkədə iqtisadi struktur dəyişikliklərinə, mühüm iqtisadi tədbirlərin həyata keçirilməsinə kömək etdi. Təkcə 1995-ci ildə Dünya Bankı Azərbaycana reabilitasiya layihəsi üçün 65 milyon dollar kredit ayırdı. Prezidentin Fərmanı ilə 1999-cu ilin dekabrında "Azərbaycan Dövlət Neft Fondu" təsis olundu
4..1993-cü ildə respublikada cəmi 300, 1997-ci ildə isə artıq 60 min özəl müəssisə vardı.
Kiçik dövlət müəssisələrinin özəlləşdirilməsi 1997-ci ilin martında artıq başa çatmışdı. 10174 kiçik müəssisə özəl mülkiyyətə, əsasən, əmək kollektivi üzvlərinə satılmışdı. İri və orta müəssisələrin özəlləşdirilməsi səhmdar cəmiyyətləri yaradılması yolu ilə həyata keçirilirdi. Belə sənaye müəssisələrinin səhmləri 1997-ci il martın 1-dən əhaliyə paylanan ümumi mülkiyyət bölgüsündən hər kəsə düşən hissənin ifadəsi olan 7 milyon 500 mindən çox hər biri 4 çekdən ibarət paya dəyişdirildi. 1998-ci ilin sonlarında Prezidentin Fərmanına əsasən müharibə və Çernobıl əlillərinə, onların ailələrinə əlavə özəlləşdirmə payları verildi. Özəlləşən müəssisələrin göstəriciləri hərracdan azı iki həftə qabaq mətbuatda dərc olunurdu. Səhmlərin 15 faizi əmək kollektivi üzvlərinə güzəştlə nağd pula satılır, 50 faizi isə çeklərə dəyişdirilirdi. Dövlət Əmlak Komitəsi çeklərin hərracı üçün Respublika Hərrac Mərkəzi təşkil etmişdi. Çekləri toplayıb səmərəli yerləşdirmək, əldə ediləcək dividentləri bölüşdürmək üçün çek investisiya fondları yaradılmışdı. 2002-ci ilin oktyabr ayınadək 36,2 minə qədər kiçik dövlət müəssisəsi, müəssisə obyekti və avadanlığı, o cümlədən 9,5 mindən çox məişət xidməti, 2797 ticarət, 773 ictimai iaşə müəssisəsi, 552 yanacaqdoldurma məntəqəsi, 570-ə qədər çörək ticarəti və çörəkbişirmə obyekti, 700 sənaye, 120 kənd təsərrüfatı müəssisəsi, 337 tikinti təşkilatı, 181 yarımçıq tikinti, 14,7 mindən çox nəqliyyat müəssisəsi və vasitəsi, 119 aptek, 1,3 mindən çox qeyri-yaşayış obyekti və s. özəlləşdirilmişdi. 1463 orta və iri dövlət müəssisəsi səhmdar cəmiyyətinə çevrilmişdi. 100 mindən çox vətəndaş səhmdar, 140 mindən çox adam əmlak sahibi idi. 331,3 min mənzil-özəlləşdirilməsi nəzərdə tutulan mənzillərin 52,8 faizə qədəri xüsusi mülkiyyətə verilmişdi. verilmişdi. 2002-ci ilin əvvəllərinə qədər çeklərin cəmi təqribən 10 faizi dövriyyədən çıxmışdı. Qalan çeklər qara bazarda əvvəllər 100 dollara, sonralar isə 4 dollardan da ucuz (təqribən 20 min manata) qiymətə satılmış, bir hissəsi xarici qrupların əlində toplanmışdı.118 Bunu nəzərə alaraq strateji özəlləşməyə başlamazdan əvvəl ölkənin və vətəndaşların maraqlarını qorumaq üçün 2000-ci ilin martında çek dövriyyəsinin tənzimlənməsinə istiqamətləndirilmiş qaydalar müəyyən edildi. Mövcud vəziyyətin öyrənilməsi və nəzərə alınması üçün 400-dən çox çekə sahib olanların çekləri Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydə alındı.119
2000-ci il avqustun 10-da özəlləşdirmənin İkinci Dövlət Proqramı qəbul edildi. Özəlləşdirmənin daha səmərəli formaları tətbiq olunmağa başlandı. "Bakelektroqaynaq" Səhmdar Cəmiyyəti, Siyəzən broyler fabriki və s. üzrə investisiya müsabiqələri təşkil olundu. Strateji müəssisələrin özəlləşdirilməsi üçün maliyyə məsləhətçiliyi üzrə tenderlər keçirildi. Bir çox iri müəssisələr, o cümlədən "Azərbaycan-alüminium", "Bakelektrik-şəbəkə", "Siyəzən-broyler" və s. özəlləşdirildi.12001-ci ilin payızınadək artıq respublikada dövlət müəssisələri bazasında 1275 səhmdar cəmiyyəti yaradılmışdı. Kənd Təsərrüfatı Nazirliyi üzrə 248, "Azəravtonəqliyyat" Dövlət Konsemi üzrə 101, "Xidmət" Dövlət Konsemi üzrə 95, Ticarət Nazirliyi üzrə 86, "Taxıl məhsulları" Dövlət Şirkəti üzrə 62, "Azəryeyintisənaye" Dövlət Şirkəti üzrə 55, "Xalq üçün mallar" Dövlət Konserni üzrə 47, "Azərsənayetikinti" Dövlət Şirkəti üzrə 29, "Azərquşsənaye" Dövlət Şirkəti üzrə 32, "Sənaye-ticarət" Dövlət Konserni üzrə 31, "Azərkəndtikinti" Dövlət Şirkəti üzrə 22, Dövlət Neft Şirkəti üzrə 17, "Azərbalıq" Dövlət Konserni üzrə 10 müəssisə, səhiyyə üzrə 18, rabitə üzrə 9, metallurgiya üzrə 10, mənzil-kommunal təsərrüfatı üzrə 4 belə təşkilat vardı
5. Aqrar islahatlar. Kənddə sahibkarlığın inkiĢafı. İqtisadiyyatda struktur dəyişikliklərinin mühüm istiqamətlərindən biri də torpaq islahatının həyata keçirilməsi idi. İlk vaxtlar kənd təsərrüfatında sahibkarlıq çox ləng inkişaf edirdi. 1992-ci ildə 320, 1995-ci ilin əvvəllərində isə 830 müstəqil və kollektiv fermer təsərrüfatı vardı.12
1995-ci ilin fevral ayında "Aqrar islahatların əsasları" və "Kolxoz və sovxozların islahatı haqqında" qanunlar qəbul edildi.126 Bu mühüm qanunların həyata keçirilməsi ilk növbədə torpağa mülkiyyət münasibətlərinin yenidən müəyyənləşdirilməsindən çox asılı idi. 1995-ci ilin mart ayında "Dövlət Aqrar İslahatı Komissiyası" yaradıldı.127
1996-cı il iyulun 16-da ölkənin aqrar sektorunda radikal bir addım atıldı. Prezident Heydər Əliyevin rəhbərliyi altında hazırlanan, onun təfəkkürünün vəsiyasi iradəsinin məhsulu olan "Torpaq islahatı haqqında" Qanun qəbul edildi. Bu qanuna görə, bütün postsovet respublikalarından fərqli olaraq, torpaq sosial ədalət prinsipinə əsasən kənddə yaşayan vətəndaşların xüsusi mülkiyyətinə pulsuz verildi. Respublikanın vahid torpaq fondu əsasında üç - dövlət, bələdiyyə və xüsusi torpaq mülkiyyəti forması müəyyən olundu. Kənd təsərrüfatı torpaqlarının 22 faizi - 1 milyon 911 min hektarı xüsusi mülkiyyətə, 45 faizi dövlət mülkiyyətinə, 33 faizi isə bələdiyyə mülkiyyətinə verildi.129 Qanunun icrası üçün Prezident Fərman imzaladı. "Dövlət torpaqları haqqında", "Torpaq vergisi haqqında" qanunlar, normativ aktlar qəbul olundu. 1999-cu il martın 12-də "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında" və "Torpaq icarəsi haqqında", həmin il iyulun 18-də "Torpaq bazarı haqqında" qanunlar verildi. Bütün rayonlarda torpaq istifadəçilər üzrə inventarlaşdırıldı və iqtisadi cəhətdən qiymətləndirildi. Özəl qurumların tələbatını təmin etmək üçün 1996-cı ilin iyul ayında Aqrar kredit kassaları təşkil olundu. Prezident Heydər Əliyev "Aqrar sahədə islahatların sürətləndirilməsinə dairDövlət Proqramı"nı təsdiq etdi.1Kənd təsərrüfatı müəssisələrinin 2,9 milyard manatlıqdan artıq əmlakının 2,1 milyard manatlığının özəlləşdirilməsi nəzərdə tutulurdu. 2001-ci ilin əvvəllərində 1 milyon 329 min 285 ha torpaq özəlləşdirilmiş, kənddə yaşayan 830 min ailədən 818 mini (3 milyon 238 min adam) torpaq payını almışdı
.2002-ci il avqustun 27-də Prezidentin sərəncamı ilə Prezident yanında Sahibkarlar Şurası yaradıldı. Prezident Fərmanı ilə "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə" təsdiq olundu.97
"Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa dövlət köməyi Proqramı (1997-2000-ci illər)" hazırlandı və qəbul olundu. 2002-ci ilin yayında "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)" təsdiq edildi.98 Müəssisələrin dövlət qeydiyyatı işi sadələşdirildi, zonalar üzrə qeydiyyat mərkəzləri yaradıldı.99
2002-ci ilin sentyabr ayında Prezidentin Fərmanı ilə lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 240-dan 30-a endirildi və lisenziyaların fəaliyyət müddəti 5 ilə qaldırıldı.100 2002-ci il sentyabrın 10-da Azərbaycan Prezidentinin sahibkarlığın inkişafı üçün əlverişli iqtisadi və hüquqi şərait yaratmaq məqsədilə "Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında" fərmanı verildi.101 Həmin il sentyabrın 28-də "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" Prezident Fərmanı imzalandı. Hüquq-mühafizə orqanlarının (məhkəmədən başqa) sahibkarlıq subyektlərinə müdaxilələri qadağan edildi. DİN-in İqtisadiyyatda Cinayətkarlıqla Mübarizə İdarəsi ləğv olundu.102
Kiçik və orta sahibkarlığın inkişafına kömək üçün dövlət qarşıdakı üç ilə 250 milyard manat vəsait ayırdı.103 Bu məqsədlə 2002-ci ilin oktyabr ayında Dünya Bankının Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Qara dəniz Ticarət və İnkişaf Bankı və s. maliyyə qurumları birlikdə Azərbaycan Mikromaliyyə Bankı təşkil etdilər. Respublikada sahibkarlığın inkişafına beynəlxalq iqtisadi təşkilatlar da köməklik göstərirdilər. BMT-nin İnkişaf Proqramı sənaye komplekslərinin inkişafı, yoxsulluğun aradan qaldırılması, qaçqın və köçkünlərin yerləşdirilməsi, işlə təmin olunması, həyat səviyyəsinin yüksəldilməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması və başqa layihələrin hazırlanması və maliyyələşdirilməsində iştirak edirdi. Avropa Birliyi İqtisadi Komissiyası TASİS Texniki Yardım Proqramı respublika iqtisadiyyatında struktur dəyişiklikləri, sahibkarlığın inkişafı, xüsusən kənd təsərrüfatında islahatların aparılmasına investisiyalar cəlb olunması, Avropa-Qafqaz-Asiya ticarət, nəqliyyat əlaqələrinin inkişafına kömək üçün layihələr hazırlanmasında fəal iştirak edirdi. Bu proqram dairəsində KOSİA-SMEDA təşkilatı, habelə "Türk Sənaye İş Adamları Birliyi", "Türk İş Birliyi İnkişaf Agentliyi" respublikada sahibkarlığın inkişafına yardım göstərirdilər
İqtisadi dirçəliş ölkənin maliyyə vəziyyətini xeyli yaxşılaşdırdı. 1996-2002-ci illərdə Azərbaycan Respublikasının dövlət büdcəsinin gəlirləri 2,2 dəfə artmışdı. 2003-cü ildə dövlət büdcəsi 1 milyard 200 milyon dollar həcmində (1994-cü ildəkindən 17 dəfə çox) müəyyən edilmişdi.170 Dövlət büdcəsinin kəsiri durmadan azalırdı: 1996-cı ildə o, cəmi 3 faiz 2001-ci ildə isə 0,1 faiz təşkil etmişdi.
Ölkənin valyuta ehtiyatları 2002-ci ildə 1 milyard 374 milyon dollara çatmışdı ki, bu da 1993-cü ildəkinə nisbətən 103 dəfədən çox idi. 2014-cü ilin noyabrına Ölkənin valyuta ehtiyatları 54 mld təşkil edir.
Dostları ilə paylaş: |