Yeni iqtisadi siyasətə keçid. 1921-ci il ərəfəsində kəndlilərin fəhlələrin bir hissəsini əhatə etmiĢ narazılıq göstərirdi ki, "hər kormmunizm" siyasəti əsasında xalq təsərrüfatını bərpa etmək mükün deyil. Ərzaq sapalağı siyasəti, sosializmin quruculuğunun kommunist üsulu sistemi bütün kəndlilərin mənafeləri ilə toqquĢmağa baĢlamıĢdı. Belə bir Ģərait fəhlə sinfi ilə kəndlilərin ittifaqını, sosialist quruculuğunun taleyini təhlükə altına alırdı. Yeni iqtisadi siyasətə keçmək zəruriyyəti meydana çıxdı. Onun əsas məqsədi iqtisadi və sosial böhranın qarĢısını almaq, sovet hakimiyyətinin sosial bazası sayılan fəhlə və kəndli ittifaqını möhkəmləndirmək idi.