2. Yeni iqtisadi siyasətə keçidin zəruriliyi və mahiyyəti. Azərbaycanda Yeni iqtisadi siyasətin xüsusiyyətləri



Yüklə 267,88 Kb.
səhifə14/73
tarix01.01.2022
ölçüsü267,88 Kb.
#103170
1   ...   10   11   12   13   14   15   16   17   ...   73
NəĢriyyat iĢinin inkiĢafı. Mədəni quruculuqda ycni siyasətin və "sosialist ideyaları"nın təbliğ və təĢviqinə üstünlük verən partiya və dövlət orqanları Azərbaycan dilində çap və nəĢriyyat iĢini qaydaya salmaq üçünciddi səy göstərirdilər. 1920-ci il avqustun 18-də Azərbaycan Ġnqilab Komitəsi çap iĢinin təĢkili və mərkəzləĢdirilməsi haqqında dekret verdi87. Dekretdə nəĢriyyat iĢinin, Azərbaycan dilində "inqilabi" ədəbiyyat nəĢrinin təkcə Azərbaycan üçün deyil, habelə qonĢu ġərq ölkələri üçün də rolu qeyd edilmiĢdi. Bu məqam "dünya inqilabının inkiĢaf etdirilməsi"nə inamdan irəlı gəlirdi və dekretdə onunla bağlı konkret tədbirlərin həyata keçirilməsi müəyyənləĢdirildi. A.B.Yusifzadənin sədrliyi ilə Azərbaycan Mərkəzi mətbuat kollegiyası yaradıldı. MəĢhur yazıçı M.S.Ordubadi bu kollegiyanın üzvü idi88. Bundan sonra 1920-ci ilin axırlarında Axundovun redaktorluğu ilə Bakı Partiya Komitəsinin həftəlik ―Kənd füqərası", 1921-ci ilin əvvəlindən isə "Azərbaycan füqərası" "Kommunist" qəzetlərinin nəĢrinə baĢlandı88a. Əsası 1906-cı ildən qoyulmuĢ "Bakinski raboçi" ("Bakı fəhləsi") qəzetinin nəĢri 1922-ci ilin mayından bərpa olundu.

AK(b)P MK 1922-ci ilin fevralında marksizm-leninizm klassiklərinin əsərlərinin, marksist-leninçi ədəbiyyatın nəĢrinə baĢlamaq məqsədilə onların Azərbaycan dilinə tərcüməsinə rəhbərlik üçün komissiya yaratdı. K.Marks və F.Engelsin "Kommunist Partiyasının manifesti" Azərbaycan dilində nəĢr olunan ilk əsərlərdən idi. 1920-1925-ci illərdə V.Ġ.Leninin 26 əsəri 130,5 min nüsxə ümumi tirajla çap olunmuĢdu.

1921-ci ilin mayında bütün mətbəə müəssisələri milliləĢdirildi90. Həmin ilin iyununda Xalq Maarif Komissarlığı nəzdində, sonradan dövlət nəĢriyyatına çevrilən nəĢriyyat Ģöbəsi yaradıldı. Mətbəə bazasını geniĢləndirmək məqsədilə təkcə 1922-ci ilin sonunda partiya 80 min manat (qızıl pulla) ayırmıĢdı. Dövlət və partiya orqanlarının köməyi sayəsində Azərbaycan dilində 1920-ci ildə 63 min nüsxə tirajla 3, 1925-ci ildə 1 milyon 215 nüsxə tirajla 179, 1927-ci ildə isə 2 milyon 130 min nüsxə tirajla 858 adda nəĢr buraxılmıĢdı91. Siyasi ədəbiyyatla yanaĢı, sovet mətbuatı da kütlələrdə avtoritar Ģüurun formalaĢdırılmasına və onların "sosializm" uğrunda mübarizəyə səfərbər edilməsinə xidmət edirdi. Aparıcı partiya mətbuat orqanları "Kommunist" (Azərbaycan dilində), "Bakinski raboçi", "Kommunist" (erməni dilində) idi. 1923-cü ildə "Kommunist" qəzetinin tirajı 2,5 min nüsxəyə çatdırıldı. 111 Azərbaycan Sovetlor qurultayı (1923-cü il) böyük xidmətlərinə görə "Kommunist" və "Bakinski raboçi" qəzetlərini Azərbaycan SSR-in Qırmızı Əmək Bayrağı ordeni ilə təltif etdi.

Qəzalarda da partiya mətbuat orqanlarının nəĢrinə baĢlandı. Bu zaman Gəncədə "Yeni Gəncə", Naxçıvanda "ġərqin qapısı", ġuĢada Qarabağın səsi" və baĢqa qəza qəzetləri çıxırdı. 1922-ci ildə Qubada "Əxbar" qəzetinin nəĢrinə baĢlandı. Maraqlıdır ki, qəzet 1920-ci ilin dekabrında VIII Ümumrusiya Sovetlər qurultayı keçirərkən göndərilmiĢ alma sovqatına görə, Quba zəhmətkeĢlərinə minnətdarlıq əlaməti olaraq, 1921-ci ilin aprelində V.Ġ.Leninin göndərdiyi mətbəə maĢınında çap olunmuĢdu. 1920-1927-ci illərdə "AK(b)P MK və BK-nın Xəbərləri" (Azərbaycan və rus dillərində), "ġura quruluĢu", "Ġqtisadi xəbər" "Azərbaycan Ali Ġqtisad ġurasının əxbarı", "Azərbaycan neft təsərrüfatı", "Maarif və mədəniyyət" jurnalları nəĢr olunurdu.

1922-ci ildə "Molla Nəsrəddin"in nəĢri Bakıda bərpa olundu müsəlman ġərqində ilk qadın jurnalı - "ġərq qadını" 1923-cü ildə nəĢrə baĢladı, hökumət "Əkinçi" qəzetinin 50 illiyini keçirmək barədə 1928-ci ilin oktyabrında qərar qəbul etdi. 1927-ci ilin sonunda Azərbaycanda 194 min nüsxə tirajla 35 jurnal və digər nəĢrlər (onların ilk tirajı 497 min nüsxə idi) çıxırdı.

Dövri mətbuatın əhalinin müxtəlif təbəqələri ilə əlaqələrinin geniĢlənməsi fəhlə-kəndli müxbirlər hərəkatına təkan verdi. 1924-cü ilin oktyabrında Bakıda fəhlə-kəndli müxbirlərdən 235 nümayəndənin iĢtirakı ilə bu hərəkatın əsas məsələlərini müzakirə edən birinci qurultayı oldu94. Bclə bir qurultay 1926-cı ilin iyununda Naxçıvan Respublikasında da keçirildi.

Azərbaycanda geniĢ radio veriliĢi Ģəbəkəsinin yaradılması xalqın ictimai-siyasi və mədəni həyatında çox mühüm hadisə oldu. Birinci radio qurğusu 1924-cü ildə Bakıda, digərləri isə az sonra yerlərdə fəaliyyətə baĢladı. 1926-cı ilin 6 noyabrında ilk dəfə efirdə "DanıĢır Bakı" sözləri səsləndi. Artıq 1927-ci ildə Azərbaycanın qəzalarında 111 radio qurğusu və 36 səyyar radiostansiya fəaliyyət göstərirdi.


Yüklə 267,88 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin