Texniki peĢə təhsili. Azərbaycan sənayesinin bərpası və inkiĢafı ixtisaslı iĢçi qüvvəsinin hazırlanmasını tələb edirdi. Sovet hakimiyyətinin qurulması ərəfəsində Bakıda yalnız 2 texniki-peĢə və dənizçilik məktəbi126, Gəncə və Zaqatalada isə sənət məktəbləri var idi127. Onlarda dərslər yalnız rus dilində aparılırdı, praktiki olaraq bu məktəblər yerli əhalidən ayrı düĢmüĢdü. Neft iĢinə xidmət edən, texniki sahədə çalıĢan ixtisaslı azərbaycanlı fəhlələrin sayı həddindən artıq az idi. Bu cəhətdən kənd təsərrüfatında, habelə iqtisadiyyatın digər sahələrində vəziyyət daha ağır idi.
1920-ci il avqustun 5-də Azərbaycan Ġnqilab Komitəsi respublika xalq təsərrüfatının bərpası üçün ixtisaslı iĢçi kadrları hazırlamaq məqsədilə texniki-peĢə təhsili Komitəsi təsis etdi.
Respublikada gənclər texniki-peĢə təhsilini dörd tip tədris müəssisələrində - fabrik-zavod Ģagirdliyi (FZġ) məktəbləri, peĢə məktəbləri, peĢə kursları və texnikumlarda alırdılar. Onlar müvafiq olaraq texniki-peĢə təhsilinin aĢağı, orta və ali pillələrini təĢkil edirdi. Azərbaycan gəncləri ibtidai peĢə təhsilini peĢə məktəbləri və fabrik-zavod Ģagirdliyi məktəblərində alırdılar. Onların sayı həddindən artıq az idi. Bakıda peĢə məktəbləri, Lənkəran, Salyan və Altıağacda tədris emalatxanaları, ġuĢada isə qadınlar üçün xalçaçılıq emalatxanası var idi129.
Azərbaycanda fabrik-zavod Ģagirdliyi məktəbləri daha geniĢ yayılmıĢdı. Onlar 1921 –ci ildən130 təhsil və istehsalat əməyini, ümunu və xüsusi təhsil elementlərini birləĢdirərək gənc nəsli texnikum və ali texniki məktəblərə hazırlamaq məqsədilə yaradılırdı.
Fabrik-zavod Ģagirdliyi məktəblərində təhsil üç-dörd il davam edirdi, onlar əsasən Bakıda və onun mədən-zavod rayonlarında fəaliyyət göstərirdi. 1922-ci ildə keçmiĢ Levenson zavodunda çilingərlik, xarratlıq və dəmirçilik Ģöbələri olan “Qızıl gənclik” fabrik-avod Ģagirdliyi məktəbi açıldı. 1923-cü ilin martında Suraxanıda, 1924-cü ildə isə Zabratda Azərbaycan dilində fabrik-zavod Ģagirdliyi məktəbi fəaliyyətə baĢladı132. Fabrik-zavod məktəblərində azərbaycanlı Ģagirdlərin sayını artırmaq məqsədilə belə məktəblərin qəzalarda təĢkilinə xüsusi diqqət yetirilirdi. Yerlərdə mütəxəssis müəllimlərin çatıĢmadığı (o zaman respublikada cəmi iki azərbaycanlı aqronom var idi) 1923-1924-cü illərdə Gəncə, Zaqatala, Nuxa və Qubada fabrik-zavod Ģagirdliyi məktəbləri açıldı133. Artıq 1925-ci ildə 14 belə məktəb var idi ki, onlardan da altısı Bakı və onun mədən-zavod rayonlarında yerləĢirdi. Bu məktəblərdə cəmi 1759 nəfər təhsil alırdı134. FZġ məktəbləri Ģagirdlərinin 92,8 faizi fəhlə və kəndli uĢaqları idi.
Azərbaycanda FZġ məktəbləri ilə eyni vaxtda texniki-sənaye, dəmir yol, su nəqliyyatı və s. Müxtəlif peĢə kursları geniĢ yayılmıĢdı. 1924/25-ci tədris ilində respublikada 35 peĢə kursunda 2447 nəfər oxuyurdu136. PeĢə kurslarmda oxuyanların 48,3 faizini fəhlələr, 29,2 faizini qulluqçular, 8 faizini isə kəndlilər təĢkil edirdi. Onların içərisində azərbaycanlılar 20,4, ruslar isə 54 faiz idi137. ġagirdlərin ümumi tərkibində qadınlar 28,2 faiz idi.
Orta ixtisas təhsili sistemində texnikumlar mühüm yer tuturdu. Onların təĢkilində, hər Ģeydən əvvəl, fəhlə və kəndli uĢaqların qəbulu, habelə azərbaycanlı Ģagirdlərin cəlb edilməsi yolu ilə ocal tərkibin yaxĢılaĢdırılması nəzərdə tutulurdu. Birinci növbədə göstərilən tədris müəssisələrinə fəhlə və kəndlilər qəbul edilirdilər. Texnikumun sərəncamına torpaq, bağ və meĢə sahələri ayırmaq, onların yerli aqronom məktəblərinin tədris vasitələrindən, xalq torpaq komissarlığının meteoroloji, ipəkçilik stansiyaları və digər elmi idarələrindən istifadə etmələrinə icazə vermək vəzifəsi bütün qəza təĢkilatlarına həvalə edilmiĢdi.
Beləliklə, bir neçə ildə texnikumlar Ģəbəkəsi xeyli geniĢləndi, onlarda azərbaycanlıların sayı üstünlük təĢkil etməyə baĢladı. 1926/27-ci tədris ilində 39 texnikumda təhsil alan 7137 nəfərdən 67, 7 faizi azərbaycanlı, 60,1 faizi fəhlə- kəndli uĢaqları idi. Azərbaycandakı texnikumlar pedaqoji, sənaye-iqtisadi, nəqliyyat sənaye-texniki, kustar sənətkarlıq, kənd təsərrüfatı, tibb, ocal musiqi və teatr ixtisasları üzrə qruplaĢdırıldı.
Dostları ilə paylaş: |