2. Yeni iqtisadi siyasətə keçidin zəruriliyi və mahiyyəti. Azərbaycanda Yeni iqtisadi siyasətin xüsusiyyətləri



Yüklə 267,88 Kb.
səhifə20/73
tarix01.01.2022
ölçüsü267,88 Kb.
#103170
1   ...   16   17   18   19   20   21   22   23   ...   73
Musiqi. 20-ci illərdən milli musiqi incəsənətinin yeni əsaslı inkiĢaf bazası yaradılırdı. Musiqi fəaliyyətinin təĢkilinə Xalq Maarif Komissarlığı rəhbərlik edirdi. Sovet hakimiyyətinin ilk çağlarından bütün ictimai və xüsusi musiqi məktəbləri, studiyalar, musiqi qrupları onun incəsənət Ģöbəsinin tabeçiliyinə və nəzarətinə verilmiĢdi.

1920-ci il sentyabrın 16-da Azərbaycan Ġnqilab Komitəsinin dekreti ilə bütün musiqi və not mağazaları milliləĢdirildi207. Musiqi təhsilini “proletar kütlələri” içərisində geniĢ və plana uyğun Ģəkildə yaymaq və bütün “proletar” təĢkilatlarına xidmət etmək məqsədilə Azərbaycan Ġnqilab Komitəsinin l920-ci il 10 iyul və 4 oktyabr tarixli dekretləri ilə bütün musiqi alətləri dövlət mülkiyyəti elan edildi208. Orkestr musiqiçiləri səfərbərliyə alınaraq Xalq Maarif Komissarlığının sərəncamına verildilər. Respublikada geniĢ xalq kütləsi üçün xüsusi musiqi təhsili sisteminin yaradılmasında peĢəkar Azərbaycan musiqisinin əsasını qoyan dahi Üzeyir Hacıbəyovun misilsiz xidməti olmuĢdu. Hələ 1920-ci ilin sentyabrında Maarif Komissarlığında musiqi bölməsinin müdiri olarkən o, musiqi akademiyasının və xalq konservatoriyasının açılması, musiqi məktəbinin binasının onlara verilməsi barədə hökumət rəhbərlərinə yazılı müraciət etmiĢdi.

Lakin ixtisaslı musiqiçi kadrlar kifayət qədər olmadığından Xalq Maarif Komissarlığı ilk mərhələdə “geniĢ zəhmətkeĢ proletar kütləsinin musiqi savadı” alması məqsədilə 1920-ci il iyulun 26-da Bakının səkkiz fəhlə rayonunda Ģöbəsi olan vahid musiqi təhsili müəssisəsi – Xalq Konservatoriyası açdı210. Xalq konservatoriyası, xüsusilə onun ġərq Ģöbəsi Üzeyir Hacıbəyovun səyi sayəsində geniĢ xalq kütləsinin musiqi mədəniyyətinə qovuĢmasında mühüm rol oynamıĢdı. Lakin bir tədris müəssisəsində iki ayrı-ayrı istiqamətdə fəaliyyət musiqi təhsilini təkmilləĢdirmək yolunda çətinlik yaradırdı. Ona görə 1921-ci il avqustun 26-da Azərbaycan SSR Xalq Komissarları Sovetinin dekreti ilə müsəlman ġərqində ilk Musiqi Akademiyası təsis olundu.

Konservatoriyaya azərbaycanlı Ģagirdləri cəlb etmək məqsədilə Ü.Hacıbəyov 1922-ci ildə ilk professional Azərbaycan musiqi məktəbini yaratdı. Tezliklə texnikuma çevrilən bu məktəb 1926-cı il konservatoriyaya birləĢdirilərək milli musiqiçi kadrların tərbiyəsi probleminin həllini sürətləndirdi212. Musiqi tədrisi müəssilərinin hamısında xalq mahnıları və muğam sinifləri olan milli musiqi Ģöbəsi yaradıldı.

Azərbaycan Ġnqilab Komitəsinin 1921-ci ilin yanvarında N.Nərimanovun imzası ilə verdiyi dekretlə musiqi studiyalarında iĢləyən dərəcəsiz Azərbaycanlı müəllimlərə ödənilməli zəhmət-haqqı hədləri əməkhaqqı tarifinə daxil edildi.

1927-ci ildə AK(b)P-nin VIII qurultayında xüsusi olaraq zəhmətkeĢlərin musiqi-bədii təhsil məsələləri müzakirə olundu, təhsil müəssisələrinin maddi bazalarının möhkəmləndirilməsi, tələbələrin qəzalardan cəlb edilməsi, onların təqaüdlə təmin olunması qərara alındı. Qərarda qeyd olunurdu ki, partiya «kütlələrin düzgün ideoloji tərbiyəsinə bədii üsulla təsir etməyə» nail olmalı214, «xalq yaradıcılığı və musiqisinin toplanmasına və öyrənilməsinə» xüsusi diqqət yetirməlidir.

Konservatoriyaya 1923/24-cü tədris ilindən M.L.Presman rəhbərlik etmiĢ, Üzeyir Hacıbəyov rektor müavini olmuĢ, burada müxtəlif vaxtlarda M.Çemyaxovski, D.Slavinski, S.Bretanitski, B.Semyonov, L.Rastropoviç, L.Yablonko, Q.ġaroyev, N.Speranski vo bir sıra görkəmli musiqiĢünaslar iĢləmiĢdilər.

Həmin dövrdə Azərbaycanlıların konservatoriyaya cəlb olunmasında ciddi dönüĢ yarandı. Əgər 1921/22-ci tədris ilində Konservatoriyada təhsil alan 623 tələbə arasında tək-tük azərbaycanlı var idisə, 1926/27-ci tədris ilində 524 tələbənin 331 nəfəri azərbaycanlı, o cümlədən 163-ü qadın idi .



Ü.Hacıbəyov, M.Maqomayev və digər mütərəqqi musiqi mədəniyyəti xadimləri musiqi folklorunun dərindən və hərtərəfli öyrənilməsinə xüsusi diqqət yetirirdilər. Ü.Hacıbəyov 1921-ci ildə «Azərbaycanda musiqi maarifınin vəzifələri» barəsində mətbuatda çıxıĢ etmiĢdi. O yazırdı: «Bu istiqamətdə ciddi və vicdanlı iĢ Ģübhəsiz ona gətirib çıxaracaqdır ki, Avropa musiqisi ilə yanaĢı, ġərq musiqisi nəhayət layiq olduğu Ģərəfli yeri tutacaq və bütövlükdə bütün bəĢəriyyətin inkiĢafını təmin edən nəhəng amillərdən biri olacaqdı.

Kino. Sovet hökuməti xalq kütlələrinin tərbiyəsində mühüm vasitə olan kino incəsənətinin inkiĢafına mühüm əhəmiyyət verirdi. Azərbaycan Ġnqilab Komitəsinin 1920-ci il 18 may dekreti ilə bütün kinoteatr və muzeylər “milliləĢdirildi”224. Həmin ilin iyununda isə bütün kinematoqrafıya vasitələrinin müsadirəsi elan edildi. Xalq Maarif Komissarlığı nəzdində təsis edilmiĢ foto-kino yarımĢöbəsi 1921-ci ilin martında Azərbaycan foto-kino idarəsinə (AFKĠ) çevrildi225. 1923-cü ildə Bakıda birinci kino-fabrik fılmlərin çəkiliĢinə baĢladı226. Ġ.Hidayətzadə, R.Dərablı, Kazım Ziya, Q.Gəraybəyovun iĢtirakı ilə birinci Azərbaycan sovet bədii filmi ―Qız qalası” ekrana çıxdı. Milli kinonun görkəmli xadimlərindən biri ġamil Mahmudbəyov 1925-ci ildən AFKĠ-yə baĢçılıq edərək, muli kadrlar hazırlamaq üçün istehsalat bazası və studiya yaratdı. C.Cabbarlı, M.Mikayilov, A.ġərifzadə, A.Quliyev kino sənətində onun tələbələri idilər. N.Pudovkin, Ġ.Perestiani, N.ġengelaya, M.Çiaureli və digər məĢhur kinorejissorları studiyaya dəvət edir onlardan yaradıcılıq məsləhətləri və köməyi alırdılar. AFKĠ ilə yanaĢı, Azərbaycan kinosunun formalaĢmasında 1923-cü ildə yaradılan, özündə beĢ kinoteatrı birləĢdirən “Kino-Qornyak” fəhlə kino təĢkilatının fəaliyyəti böyük əhəmiyyət kəsb etmiĢdi227. Fəhlə kütlələri içərisində məĢhurlaĢmıĢ “Kino-Qornyak” 1920-1927-ci illərdə “Neftçi fəhlə istirahət və müalicədə”, “Mədən-67”, “Gözə göz, qaza qaz”, “Bibiheybət neft fontanında yanğın”, “Azərneftin beĢ ili” filmlərini və s. ÇəkmiĢdi. 1926-cı ildə filmlərin kirayəsi və nümayiĢi ilə məĢğul olan Azərbaycan Dövlət Kino Ġdarəsi yaradıldı. Onıın səyi ilə 1927-ci ildə Gilanda milli-azadlıq hərəkatına həsr olunmuĢ “Gilan qızı” fılmi çəkildi. Azərbaycan kino sənəti maddi çətinlik və kadr çatıĢmazlığını aradan qaldırmaqla, təcrübə və peĢəkarlığı artırmaqla tədricən inkiĢaf etdirilirdi. 1927-ci ildə su və dəmiryol nəqliyyatı fəhlələrinin təĢəbbüsü ilə fəhlə təĢkilatı olan fəhlə kino ġurası (FKġ) fəaliyyətə baĢladı229. Bu kino təĢkilatı da «Kino-Qornyak»ın üzərinə düĢən eyni funksiyaları yerinə yetirərək, qəza kinoteatrlarını himayəsinə götürür, 23 qəza kino-teatrına xidmət edirdi.


Yüklə 267,88 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin