2. Yeni iqtisadi siyasətə keçidin zəruriliyi və mahiyyəti. Azərbaycanda Yeni iqtisadi siyasətin xüsusiyyətləri



Yüklə 267,88 Kb.
səhifə21/73
tarix01.01.2022
ölçüsü267,88 Kb.
#103170
1   ...   17   18   19   20   21   22   23   24   ...   73
Təsviri sənət. Mədəni dəyiĢikliklər proqramında zəhmətkeĢ kütlələri onlara az tanıĢ olan yeni bədii yaradıcılığa – təsviri sənətə alıĢdırmaq vəzifəsi də dururdu. Onu həyata keçirmək üçün 1920-ci ildə Xalq Maarif Komissarlığı nəzdindəki incəsənət Ģöbəsində bədii bölmə yaradıldı231. MəĢhur rəssam Ə.Əzimzadə həmin Ģöbənin müdiri idi. Hökumətin 1924-cü ilin martında qəbul olunmuĢ «Qədim abidələrin qeydə alınması və onların mühafızəsi haqqında» qərarına uyğun olaraq, memarlıq, mədəniyyət, tikinti abidələrinin, saraylar, karvansaralar, qədim evlər və mədəniyyət binalarının, bütün incəsənət abidələri, müxtəlif bədii sərvətlərin mühafızəsi və qeydə alınması iĢinə baĢlandı.

«Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyəti»nin prof. V.M.Zummerin rəhbərlik etdiyi Ġncəsənət Komissiyası xüsusilə AbĢeronda bir çox qədim abidələri tədqiq etmiĢdi233. Həmin cəmiyyətin yanında X.Terequlov, professorlar P.P.Fridolin, V.V.Siadkopevtsev, Ġ.S.Ayzberq, V.M.Zummer və Üzeyir Hacıbəyovun daxil olduğu Ġncəsənət Komissiyası rəyasət heyəti fəaliyyət göstərirdi. Eyni zamanda təsviri sənət üzrə 18 nəfərdən ibarət yardımçı komissiya da fəaliyyətdə idi.

Partiya təsviri sənətin ən kütləvi, asan anlaĢılan, sürətli yerdəyiĢmə imkanı olan janra – siyasi plakata «sosializm uğrunda» əyani təĢviqat vasitəsi kimi böyük əhəmiyyət verirdi. Buna görə rəssamlardan A.M.Lyubimov, N.M.Koçerqin və Ə.Əzimzadənin, sair və rəssam S.M.Qorodetskinin iĢləməsi üçün bədii emalatxanalar yaradılmıĢdı. 1921-ci ilin yanvarında «Türk mədəniyyəti sarayının» binasında Rusiya Teleqraf Agentliyi Qafqaz Ģöbəsinin bədii məhsullarının sərgisi keçirildi235. Həmin ilin oktyabrında Bakıda 400-dək eksponatın nümayiĢ etdirildiyi «inqilabi plakat sərgisi» açılmıĢdı.

Azərbaycanda yeni qrafıka sənətinin meydana gəlməsi və inkiĢafı Ə.Əzimzadənin adı ilə bağlıdır. O, təsviri sənət sahəsində təĢkilati və pedaqoji fəaliyyəti əlaqələndirərək silsilə plakatlar yaratdı. Bu plakatlarda Ə. Əzimzadə savadsızlığın ləğv edilməsinə çağırır, yeni Azərbaycan əlifbasının əhəmiyyətini izah edir, dini mövhumatçılığa qarĢı çıxırdı. Onun ən yaxĢı siyasi plakatları qrafıka dilinin tam aydınlığı və asan baĢa düĢülməsi, satira tərzinin kəskinliyi ilə seçilirdi. «Molla Nəsrəddin» və digər jurnalların səhifələrində daim çıxıĢ edən Ə.Əzimzadə özünün kəskin satirik Ģəkil və karikaturalarında daxili və beynəlxalq həyatın ən mühüm hadisələrini ustalıqla iĢıqlandırırdı. Əzimzadə satirasının baĢlıca hədəfi bürokratlar, alverçilər, rüĢvətxorlar, irticaçı qalıqların hər cür daĢıyıcıları idi. Teatr tamaĢalarının bədii tərtibi iĢində də onun böyük xidməti olmuĢdu.



Ədəbiyyat

1..Qаffаrоv T. Аzərbаycаn tаriхi. 1920-1991. Bаkı,1999

2. Аzərbаycаn tаriхi VII cilddə, VI-cild.B, 2000

3.Mусаева Т. Революция и народное образование в Азербайджане. Б, 1980

4. Мехтизаде.М Очерки истории советской школы. Б, 1963

5. Rəcəbli Q. Azərbaycan tarixi. Oçerklər.B, 2013




Yüklə 267,88 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin