2. Yeni iqtisadi siyasətə keçidin zəruriliyi və mahiyyəti. Azərbaycanda Yeni iqtisadi siyasətin xüsusiyyətləri



Yüklə 267,88 Kb.
səhifə19/73
tarix01.01.2022
ölçüsü267,88 Kb.
#103170
1   ...   15   16   17   18   19   20   21   22   ...   73
Ədəbiyyat. Sovet hakimiyyəti, kommunist partiyası kütlələrin bədii sərvətlərə yiyələnməsini özlərinin ideoloji fəaliyyətlərində məqsədyönlü baĢlıca vəzifə kimi elan etmiĢdilər. “Ġncəsənət xalqa” Ģüarı nəzərdə tuturdu ki, incəsənət xalqa məxsus olmalı, “sosialist ideologiyası” qanadı altında onun mənəvi cəhətdən maariflənməsini, tərbiyələndirilməsini təmin etməlidir.

Azərbaycanda yeni bədii mədəniyyət quruculuğu yollarının axtarıĢı zamanı zəngin milli ənənə və yeniliklərin münasibətindən meydana çıxan ciddi problemlər kəskin mübahisə və müzakirələr törədirdi. Ancaq müzakirələr azad, demokratik Ģəraitdə getmirdi, partiya təzyiqi altında hakim ideologiyaya tabe ruhunda həll edilirdi. Bununla belə, qədim humanist köklərə söykənən Azərbaycan ədəbiyyat və incəsənətinin mütərəqqi cəhətləri özünə yol açır, xalq da onlara yiyələnməyə cəhd göstərirdi. Azərbaycan mədəniyyətinin görkəmli, dəyanətli xadimləri mürəkkəb ictimai-siyasi Ģəraitdə milli irsi qoruyub saxlamağa çalıĢırdılar. Demokratik mövqelərdə dayanmıĢ bir çox yazıçılar ictimai-mədəni, ədəbi tədbirlərdə iĢtirak edərək, respublikada qərarlaĢan yeni həyata qoĢulurdular. S.S.Axundov, C.Məmmədquluzadə, Ə.Haqverdiyev, A.ġaiq, Y.V.Çəmənzəminli, N.Vəzirov, C.Cabbarlı, M.S.Ordubadi, Ə.Nəzmi, T.ġahbazi, B.A.Talıblı və baĢqaları maarifçilik, humanizm, tərəqqi ideyalarını təbliğ edərək, gerilik və mövhumatçılığa qarĢı mübarizə aparır, qəzet və jurnallarda, maarif və mədəniyyət orqanlarında çalıĢırdılar. Bu illərdə S.S.Axundovun fəaliyyəti xüsusilə fərqlənirdi. 1920-ci ildə Qarabağda vilayət xalq təhsili Ģöbəsinə baĢçılıq edən ədib 1921-ci ildə “Tənqid-təbliğ teatrı”nın səhnəsi üçün müsabiqəyə təqdim olunmuĢ 32 əsər içərisində birinci yeri tutmuĢ “Laçın yuvası” pyesini yazmıĢdı182. Pyesdə Yeni həyat uğrunda mübarizə təqdir edilirdi. 1921-1923-cü illərdə S.S.Axundov “Taleyin təkəri”, “Əməkdə xoĢbəxtlik”, “Qaranlıqdan iĢığa”, “Ġki yol”, “Məhəbbətin nəticələri”, “ġərq diplomları”, “Yeni məiĢət” səhnə əsərlərini qələmə almıĢdı183.

1921-ci ildə C.Məmmədquluzadə Təbrizdən Bakıya qayıtdı. Artıq 1922-ci ildə “Molla Nəsrəddin” jurnalının nəĢri bərpa edildi. C.Məmmədquluzadə 1921-ci ildə “DanabaĢ kəndinin məktəbi” 1927-ci ildə isə “Dəli yığıncağı” komediyasını yazdı.

Azərbaycan sovet ədəbiyyatı klassik rus və sovet ədəbiyyatının ideya-bədii təsirini azaltmağa cəhd göstərənlərə qarĢı kəskin mübarizə Ģəraitində inkiĢaf edirdi. Eyni zamanda Azərbaycan ədəbiyyatının qədim və zəngin irsini inkar etmək meyilləri də mövcud idi. Yeni hakimiyyətin qanunlarını, sovet həyatını qəbul etməyərək kənarda dayananlar, bəzən isə ona qarĢı düĢmən əhvali-ruhiyyədə olanlar da az deyildi.

Azərbaycanda sovet ədəbiyyatının inkiĢafında bütün mədəni irsin rolunu inkar eden “proletkultçuluq” mənfi rol oynadı184. ĠĢ o yerə çatmıĢdı ki, Nizami və Sabirə abidə ucaldılmasını onlar “fəhlə iĢinə” xəyanət kimi qiymətləndirirdilər.

Azərbaycanda “proletar mədəniyyəti” ziyanlı ideyalarının yayılmasına qarĢı daim çıxıĢ edən N.Nərimanov Azərbaycan ədəbiyyatının formalaĢması və inkiĢafını böyük dövlətçilik fəaliyyətinin diqqət mərkəzində saxlayırdı. O, bəĢəriyyətin yaratdığı mədəniyyət abidələrini, sivilizasiyanın nailiyyətlərini yüksək qiymətləndirir və zəhmətkeĢ kütlələri yorulmadan ona yiyələnməyə çağırırdı.

1922-ci il iyunun 15-də “Bakinski raboçi” qəzetində dərc olunan “Bir neçə yoldaĢlara cavab” məqaləsində o, “proletar mədəniyyəti” ideoloqlarını ifĢa edərək göstərirdi ki, əsil proletar Ģairi Sabirin, xalq Ģairləri Vaqif və Zakirin bədii irsi öyrənilməli və geniĢ xalqın malı olmalıdır. N.Nərimanov həmin məqaləsində yazırdı: “Türk uĢaqları təkcə PuĢkinin deyil, habelə ġekspir və ġillerin də Ģeirlərini bilməlidirlər. Ancaq hər halda yalnız ondan sonra, o zaman ki, onlar hər Ģeydən əvvəl əsil proletar, xalq Ģairi Sabir, Vaqif, Zakir, Vidadinin bütün zəhmli döyüĢkən Ģeirlərini bilərlər”.

Bu məqalə yüksək rəhbər dairələrdə bərk çaxnaĢma törədir. N.Nərimanova qarĢı böhtan və təqiblərə baĢçılıq edən, onu millətçilikdə ittiham etməyə çalıĢan, AK(b)P BK-nın katibi Levon Mirzoyan 1922-ci il iyunun 19-da bu məsələnin RK(b)P Zaqafqaziya Ölkə Komitəsində təcili müzakirə olunması barədə Tiflisə Q.Orcokidze və M.OraxelaĢviliyə məktub göndərir. N.Nərimanovun məqaləsi 1922-ci il iyunun 22-də AK(b)P MK-nın iclasında müzakirə edilərək, partiyanın birliyinə, beynəlmiləl xəttinə xələl gətirən kimi qiymətləndirilir185a. N.Nərimanov öz xalqını nəinki rus və digər xalqların mədəniyyət nümayəndələrini tanıyan, eləcə də ilk növbədə öz milli Ģair və yazıçılarını öyrənən savadlı, təhsilli görmək istəyinin partiya xəttinə qarĢı yönəldilmiĢ cəhd kimi dəyərləndirildiyi gərgin bir ictimai-siyasi Ģəraitdə milli mədəniyyətin, ədəbiyyatın, incəsənətin inkiĢafı uğrunda dönmədən mübarizə aparırdı. 1925-ci ilin sentyabrında respublika hökuməti Nizami Gəncəviyə abidə ucaldılması haqqında qərar qəbul etdi186.

20-ci illərdə Hüseyn Cavidin orijinal, ictimai fəlsəfi “Peyğəmbər” (1923), “Topal Teymur” (1925) əsərləri, Əhməd Cavadın “Göy göl” (1925) poeması, Hacı Kərim Sanılının “Aran köçü” (1925), “Namus davası” (1927) poemaları çap olunmuĢ, Azərbaycan dramaturgiyası da C.Cabbarlının “Aydın” (1921), “Oqtay Eloğlu” (1923) pyesləri ilə zənginləĢmiĢdi. Partiya orqanları və sovet hökuməti ilk günlərdən yaradıcı təĢkilatların, ədəbiyyat nümayəndələrinin fəaliyyətini ciddi nəzarətində saxlayırdı.

AK(b)P MK katibi Ə.H.Qarayevin 1923-cü ilin dekabrında “Kommunist” qəzetində getmiĢ məqaləsində guya “yaradıcılıqlarında bədbinlik” motivlərinə üstünlük verməkdə, müasir həyata tam laqeydlik göstərməkdə günahlandırılan Ģairlər partiya mövqeyindən ciddi tənqid olunaraq qeyd edilirdi ki, “onların yaradıcılığı “gənclərin tərbiyəsinə mənfı təsir göstərir”. O vaxt H.Cavid, H.X.Sanılı, Ə.Cavad, S.Mənsur kimi görkəmli Ģairlər də kəskin tənqidə məruz qalmıĢdılar. Onlara qarĢı real həyatdan ayrı düĢmək və yeni həyatı təbliğ etmək əvəzinə, “adamları gündəlik həyatdan uzaqlaĢdırmaq” ittihamı səslənirdi. Görkəmli dramaturq və Ģair, XX əsr Azərbaycan ədəbiyyatının ən parlaq simalarından biri – Hüseyn Cavid xüsusi “bolĢevik niĢangahı”na hədəf idi.

Bədii sözün gənclərin tərbiyəsinə böyük təsirini nəzərə alaraq, AK.(b)P MK-nın orqanı “Maarif və mədəniyyət” jurnalı gənclərin bədii və ictimai tərbiyəsini xüsusi nəzarətə götürdü187. Partiya orqanları yaradıcı qüvvələri öz rejimində “birləĢdirərək”, sosialist ideyalarını təbliğ məqsədilə partiya sovet platformasında dayanan cəmiyyət və təĢkilatlar yaradır, onların vasitəsi ilə yeni ideya və baxıĢları amiranəliklə qəbul etdirirdilər. Yaradıcılıq azadlığı əməli olaraq partiyanın ciddi nəzarəti altında idi və hər cür özgəfikirliyin təqib edilməsi tədricən “zəruri norma”ya çevrilirdi.

Teatr. 192I-ci ilin yanvarında Xalq Maarif Komissarlığı nəzdində teatr, musiqi, təsviri sənət və foto-kino yarımĢöbələri olan xüsusi incəsənət Ģöbəsi202 və incəsənətlə bağlı bütün iĢlərə rəsmi rəhbərlik etmək üçün incəsənət Ģurası təsis edildi. N.Nərimanov respublikada keçirilən ilk mədəni tədbirlərin təĢəbbüskarı və rəhbəri idi. Bədii, musiqi və teatr idarələrinin formalaĢması və inkiĢafında Ü.Hacıbəyov, M.Maqomayev, Ə.Əzimzadə, Ə.Haqverdiyev kimi böyük sənətkarlar fəal iĢtirak edirdilər. Azərbaycan Ġnqilab Komitəsinin 1920-ci il 18 may tarixli dekreti əsasında bütün xüsusi incəsənət idarə və təĢkilatları milliləĢdirildi. Mayilov teatrının bazasında Dövlət teatrı yaradıldı, o vaxt bütün dram və opera kollektivləri orada cəmləĢmiĢdi. 1918-ci il qanlı mart hadisələri zamanı erməni daĢnakları tərəfindən yandırılmıĢ H.Z.Tağıyev teatrı binasının bərpasına baĢlandı.

1920-ci ilin iyulunda Bakıda Azərbaycan Dövlət Dram Teatrının özəyi olan ilk teatr truppası formalaĢdı. Bu teatrın inkiĢafında Xalq Maarif Komissarlığı nəzdindəki incəsənət Ģöbəsində teatr yarımĢöbəsinin rəhbəri, görkəmli dramaturq və ictimai xadim Ə.Haqverdiyevin böyük rolu var idi. Respublikanın teatr həyatında ―Tənqid-təbliğ‖ teatrının açılıĢı da mühüm hadisə oldu. Həmin ilin dekabrında bu teatrın rus truppası yaradıldı. Onun təĢkilində rus səhnəsinin aparıcı ustaları – V.Q.Saxnovski (Nümunəvi teatrın rejissoru), V.S.Massalitinov (Kiçik teatr), T.Yakulov (Kamera teatrının rəssamı) fəal iĢtirak etmiĢdilər205. Yeni Azərbaycan teatrının tarixində mühüm yer tutan “Tənqid və təbliğ” teatrında Azərbaycan səhnəsinin qocaman ustadları Mirzə Ağa Əliyev, Sidqi Ruhulla və Ələkbər Süheyli də unudulmaz rollar oynadılar.

1922-ci ilin yanvarında Tağıyev teatrının bərpa olunmuĢ binasında Azərbaycan Dövlət Dram Teatrının M.F.Axundovun “Hacı Qara” komediyasının tamaĢası ilə təntənəli açılıĢı oldu. Dövlət Dram Teatrı, M.Ə.Əliyev, M.Davudova, Ġ.Hidayətzadə, A.Qurbanov, Sidqi Ruhulla, R.Təhmasib, Ülvi Rəcəb (U.R.ġaĢixaĢvili), A.M.ġərifzadə, M.Sənani kimi mədəniyyət aləmində Ģöhrət qazanmıĢ görkəmli səhnə ustalarının sayəsində yeni teatr sənəti yüksək pilləyə qaldırıldı. 1924-cü ildən teatrın baĢ rejissoru A.A.Tuqanov teatr sənəti üçün çox iĢ görmüĢ, onun vaxtında teatrda studiya yaradılmıĢ, səhnə ustalığı, rəqs ritmi, psixologiya və digər fənlər üzrə məĢğələlər aparılmıĢ, teatr isə Dövlət Akademik Dram Teatrı adlandırılmıĢdı. 1923-cü ildə Bakıda rus fəhlə teatrı yaradıldızaman erməni teatrı da fəaliyyət göstərirdi. Teatrların səhnələrində M.Jarov, F.Ranevskaya, M. Jasmen və bir sıra istedadlı aktyorlar çıxıĢ edirdilər. 1926-cı ildə Azərbaycan səhnəsində U. Ġekspirin “Hamlet” faciəsi ilk dəfə tamaĢaya qoyuldu. BaĢ rolda görkəmli “Azərbaycan Hamleti” A.M.ġərifzadə çıxıĢ edirdi.

1923-cü ildə Bakıda ġ.X.Məmmədova və A.M.ġərifzadənin fəal iĢtirakı ilə təkcə Azərbaycan üçün deyil, habelə Orta Asiya respublikaları üçün də kadrlar hazırlayan, müsəlman ġərqində birinci teatr texnikumu açıldı.

Yeni sovet teatrının mürəkkəb və ciddi məsələlərindən biri “sosialist quruculuğu” vəzifələrinə cavab verən repertuar idi. Mətbuat səhifələrində və müzakirələrdə bəzən klassik irsi, onun milli özünəməxsusluğunu inkar edən nihilist fikirlər irəli sürülürdü. Bu zərərli meyillər N.Nərimanov və digər görkəmli ictimai xadimlər tərəfindən pislənirdi. Bu illərin teatr repertuarlarında təsadüfi, bədiilikdən uzaq, sənətə yabançı mövzular da özünə yer tapırdı, lakin onlar həm milli sənət inciləri, həm də dünya klassikası ilə zənginləĢmək meyli daha səciyyəvi idi.


Yüklə 267,88 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin