2. Yeni iqtisadi siyasətə keçidin zəruriliyi və mahiyyəti. Azərbaycanda Yeni iqtisadi siyasətin xüsusiyyətləri



Yüklə 267,88 Kb.
səhifə16/73
tarix01.01.2022
ölçüsü267,88 Kb.
#103170
1   ...   12   13   14   15   16   17   18   19   ...   73
Qadın hərəkatı. Azərbaycanda yeni cəmiyyət quruculuğunun mühüm problemlərindən biri Azərbaycan qadınının ictimai-sosial, siyasi, mədəni həyatda tam azadlığının təmin olunması idi. Qadınlar və qızlar respublika əhalisinin yarısını təĢkil etdiyi üçün onların kiĢilərlə bərabər yeni cəmiyyət quruculuğuna cəlb edilməsi mühüm əhəmiyyət kəsb edirdi. Hakimiyyətə gəlmiĢ kommunistlər bu məsələyə xüsusi fikir verirdilər. Partiya qərarlarında qadın məsələsi, onların vəziyyəti, əməyinin hərtərəfli öyrənilməsi, təhsil və mədəni səviyyəsinin yüksəldilməsi daim diqqət mərkəzində dururdu.

Azərbaycanda yeni hökumətin ilk tədbirlərindən biri cəmiyyətin bütün həyat sahələrində qadınların kiĢilərlə bərabərhüquqlu elan edilməsi oldu. Ancaq ilk dövrdə bütün Azərbaycan qadınları sovet hakimiyyətinin verdiyi hüquqları dərindən dərk etmək, yeni quruluĢun mahiyyətini hərtərəfli qavramaq səviyyəsində deyildi. Əhali içərisindəki feodal-patriarxal qalıqlarının çox güclü olması da bu problemin həllini çətinləĢdirirdi. Mədəni quruculuqda qadının ailədə, məiĢətdə maddi cəhətdən asılı olması barədə köhnə anlayıĢ və nıüxtəlif xurafatları aradan qaldırmaq sahəsində ardıcıl fəaliyyət baĢlandı. Qadınlara kiĢilərlə bərabər hüquqlar verilməsinə baxmayaraq, onlar hələ ictimai-siyasi və mədəni həyatdan uzaq dilər, çoxarvadlılıq, erkən evlənmə və digər zərərli adətlər də aradan götürülməmiĢdi.

Azərbaycan qadınının spesifık həyat tərzi onların arasında xüsusi forma və metodlarla iĢ aparılmasını tələb edirdi. AK(b)P-nin n qurultayının (1920-ci ilin oktyabrı) qətnaməsində göstərilirdi: “Müsəlmanların məiĢət xüsusiyyətlərini nəzərə alaraq, qadınlar arasında iĢ üçün bir sıra xüsusi xarakterli tədbirlər (kustar artelləri, savad məktəbləri, klubların təĢkili, kiĢilər içərisində təĢviqat və s.) qəbul etmək lazımdır”105. ġərq qadınları içərisində iĢintəĢkilatçılarının 1921-ci ilin aprelində Moskvada keçirilən Ümumrusiya müĢavirəsində qeyd olunmuĢdu ki, “ġərqin milli rayonlarında qadınlar içərisində təbliğat-təĢviqat iĢi ġərq xalqlarının mədəni səviyyəsi və çoxcəhətli iqtisadi inkiĢaf formalarına uyğunlaĢdırılmalıdır”106. MüĢavirə qadınlar üçün istehsalat artelləri təĢkilinin zəruriliyini də vurğulamıĢdı.

Azərbaycanda 1920-ci ilin noyabrından yaradılmıĢ qadın Ģöbələri qadın hərəkatında böyük rol oynadılar107. Qadınlar içərisində əvvəllər görünməmiĢ yeni təĢkilati iĢ forması olan qadın Ģöbələri tezliklə məĢhurlaĢaraq, qadın kütlələrinin etibarını qazandı və qabaqcıl müsəlman qadınların əsil döyüĢ qərargahlarına çevrildi. Onların təĢkilinin tək birinci ilində 20 min qadın Ģöbələrə cəlb edilmiĢ, 75 nəfər qadın iĢçi hazırlanmıĢdı108. 1921-ci ilin yanvarında qadın Ģöbələri müdirlərinin Bakıda toplanan birinci müĢavirəsi onların fəaliyyətinə böyük qiymət verdi.

Bitərəf qadınların 1921-ci il fevralın 8-dən 11-dək Bakıda keçirilən birinci qurultayında 1188 nəfər qadın nümayəndə iĢtirak edirdi. Onların 500 nəfəri ucqar kəndlərdən gəlmiĢdilər. Nümayəndələrin milli tərkibi belə idi: Azərbaycanlılar – 41,8, ruslar -16,7, ermənilər – 13,8, baĢqa millətlərdən olanlar – 7,7 faiz.

Qurultayın toplanmasında məqsəd Azərbaycanın zəhmətkeĢ qadın kütlələrini hərəkətə gətirmək və qəza qadın Ģöbələrinin iĢini təmin etmək idi.

Azərbaycan tarixində qadınların ilk xüsusi qurultayı qadınların istək və arzularını müəyyənləĢdirməli, onları ölkənin qarĢısında duran mühüm xalq təsərrüfatı vəzifələrinin həllinə səfərbər etmək idi. N.Nərimanov qadın nümayəndələrini salamlayaraq, onlar müraciətdə demiĢdi: “Gözlərimiz önündə görünməmiĢ iclas, eĢidilməmiĢ xəbər baĢ verir, daha doğrusu indiki qurultay ona görə toplanmıĢdır ki, siz burada bütün acı və ehtiyaclarınızı, arzu və istəklərinizi deyəsiniz və inqilabi hökumət bütün deyilənləri nəzərə alar, bütün arzularınızı yerinə yetirər”110.

Sovet hakimiyyəti, qadınlar arasında iĢ, ərzaq siyasəti və qadınların ərzaq iĢində iĢtirakı, ana və uĢaqların mühafizəsi, Zaqafqaziya qadınlarının vəziyyəti və xalq maarifi haqqında dinlənıniĢ məruzələr qadınlar üçün mahiyyətcə tam aydın olmasa da maraqla qarĢılandı. Qurultayın bəyannaməsində deyilirdi: “Biz, qurultayın iĢtirakçıları yalnız hökumətimizin bizə göstərdiyi yolla getməyə bir-birimizə söz veririk”.

Qurultay qadınlar içərisində iĢ aparmaq məqsədilə təĢkilatçı-təlimatçılar hazırlayan üçaylıq kurslar təĢkil etməyi qərara aldı. Bu iĢə Mərkəzi türk sovet partiyası məktəbi böyük kömək göstərdi. Ġlk mərhələdə Azərbaycan qadınları içərisində iĢi əsasən qadın klubları və kəndli qadın guĢələri aparırdı. Onlar qadınlar üçün istehsalat və sənət emalatxanaları yaradır, onlara istehsalat vərdiĢləri, savad öyrədir, ali və orta tədris müəssisələrinə daxil olmaq üçün hazırlayır, ekskursiyalar, maraqlı mühazirələr və məsləhətlər təĢkil edirdilər. BaĢ siyasi maarif idarəsi müsəlman qadın klublarının təĢkili üçün 1921-ci ilin noyabrında 10 mln manat ayırdı.

Qadın klubları sovet hakimiyyətinin qanunlarının müsəlman qadınlara izah edilməsində, əhalinin ən çox geridə qalmıĢ qadın təbəqələrinin fəallaĢdırılması və özfəaliyyətinin oyanıĢında, onları Ģüurlu yaradıcı fəaliyyətə cəlb etməkdə mühüm rol oynayırdılar. Sovet ġərqində birinci qadın klubu 1920-ci ilin mayında Bakıda yaradılan Ə.Bayramov adına klub idi. Onun iĢində respublikanın görkəmli qadın ictimai xadimləri Ayna Sultanova, Ceyran Bayramova, Arifə Musabəyova, Xavər Qarayeva-ġabanova, Mina Cəfərova, Gülarə Qədirbəyova, Xanımnaz Əzizbəyova, Klavdiya Ġģkova, Hökumə Məmmədova, Mələk-Nisə Orucova, Əminə Qasımova, Sona Cəfərova, Sara Talıbova, Bəyim Rəcəbova, Gövhər Axundova, Fatma Hacıyeva, Xədicə Babayeva, Zeynəb Rizvanova, Sona Sadıxova fəal iĢtirak etmiĢlər.

Klubda müsəlman qadınlar üçün əməli sənət məktəbi rolunu oynayan nümunəvi emalatxanalar yaradılmıĢdı. 1922-ci ildə klubun emalatxanasında 35, yun-sap emalatxanasında 50, toxuculuq emalatxanasında 20 müsəlman qadın, üzləmə sexində 20 Ģagird qadın, ayaqqabı təmirində 25, kisə arteli emalatxanasında 70 nəfər qadın iĢçi çalıĢırdı.

Klubun nəzdində kitabxana, oxu zalı, dram dərnəyi, xor və balet qrupları var idi. 1923-cü ildə burada əl iĢi, tətbiqi sənət, toxuculuq, xalçaçılıq zəhmətkeĢ qadınlar I Zaqafqaziya qurultayına toplaĢmıĢdılar118. Qurultayda 262 qadın, o cümlədən Azərbaycandan 133 nümayəndə iĢtirak edirdi. Qurultaya gələnlərin sayı o qədər çox idi ki, onların bir hissəsi birinci sıradan qabaqda sərilmiĢ xalçaların üstündə oturmuĢdular.

Qurultayda Kominternin beynəlxalq qadınlar katibliyinin nümayəndəsi Arborerolli “Sovet Rusiyasında və bütün dünyada qadın hərəkatının inkiĢafı və Beynəlxalq qadın katibliyinin vəzifələri” mövzusunda məruzə ilə çıxıĢ etmiĢdi. Həmin mövzu üzrə əlavə məruzəçilər Həmid Sultanov, Flora Vardanyan, Mariya OraxelaĢvili idi. Elə həmin gün Genuyadan qayıdan Nəriman Nərimanov qurultayda “Genuya konfransının yekunu barədə” məruzə ilə çıxıĢ etmiĢdi.

Qurultay Zaqafqaziyada qadın hərəkatının daha da geniĢlənməsinə, qadınların istehsalata, ölkənin ictimai-siyasi həyatına cəlb edilməsinə, Zaqafqaziya respublikalarının hamısında bu istiqamətdə iĢin inkiĢafına güclü təsir göstərdi.

Azərbaycanlı qadınlarının istehsalat fəaliyyətinə geniĢ cəlb edilməsi məqsədilə qadın klublarında artel və emalatxanalardan baĢqa milli ənənələrə, müsəlman qadınlarının spesifık ailə Ģəraitinə uyğun olan texniki-peĢə məktəbləri açılırdı. Təkcə 1924-cü ilin yazırıda Bakı və onun mədən rayonlarında 500 Azərbaycanlı qadını birləĢdirən 16 əmək arteli, 47 emalatxana var idi. Dövlət onların ehtiyacları üçün xüsusi fond – 1,5 milyard manat ayırmıĢdı. Qəzalarda tikiĢ, yun-sap, xalçatoxuma, kənd təsərrüfatı artelləri təĢkil olunmuĢdu. 1925-ci ilin əvvəllərində qəzalarda artellərin sayı 21-ə çatırdı və onlarda 320 iĢçi qadın çalıĢırdı.

Artel və emalatxanalar öz iĢlərini onları lazımi materiallarla təchiz edən və hazır məhsulu alan təsərrüfat və kooperativ təĢkilatların ehtiyacları ilə sıx uzlaĢdırırdı. Azərbaycanlı qadınlar tədricən sənaye sahəsinə də cəlb olunurdu. 1927-ci ilin əvvəllərində bu cür isçi qadınlarının sayı dörd min nəfərdən artıq idi.

Azərbaycanlı qadınlarda təhsilə marağın artması müĢahidə olunurdu. Ġlk dövrdə Ģəxsi təhsil dərnəkləri, qadın savad məktəbləri yaradılırdı. 1923-cü ildə onların sayı 15-ə çatmıĢ və burada 400 nəfərdən artıq Azərbaycanlı qadın təhsil alırdı122. Bunlar azərbaycanlı qadınlarının savadsızlığını ləğv etməyə, yeni məiĢət uğrunda mübarizəni asanlaĢdırmağa imkan verirdi. Bu cəhətdən çoxarvadlılığı və erkən nikahları qadağan edən yeni nikah hüququnun tətbiqi (mart, 1923-cü il) az əhəmiyyət kəsb etmədi.

Qadınlar arasında geniĢ maarifçilik iĢinin aparılmasında Xədicə Ağayeva, Rəhilə Hacıbababəyova, Həmidə CavanĢir-Məmmədquluzadə, Gövhər Qayıbova, ġəfiqə Əfəndizadə, Mədinə Qayıbova xüsusilə fərqlənirdilər.

Qadın hərəkatında nümayəndə iclasları yeni hadisə idi. Nümayəndə iclasları Bakıda, qəza mərkəzlərində keçirilirdi. Nümayəndə iclaslarının


Yüklə 267,88 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin