Mədəni-maarif müəssisələrinin yaranması. Mədəniyyət və təhsili dövrün tələbi səviyyəsində qurmaq yeni cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edirdi. Kütlələrin ictimai Ģüuru bir hakim partiyalı sovet rejiminin qurulması mənafeyinə uyğun formalaĢdırılmalı, onun kommunist siyasəti və ideologiyasına xidmət etməyə tabe edilməli idi. Bu məqsədlərə nail olmağın kütləvi mexanizmlərindən biri mədəni-maarif müəssisələri hesab olunduğu üçün sovet və partiya orqanları respublikanın bütün Ģəhər və qəzalarında mədəni-maarif müəssisələrinin geniĢ Ģəbəkəsinin təĢkil və inkiĢaf etdirilməsinə böyük diqqət yetirirdi. Bu Ģəbəkə insanların düĢüncə davranıĢlarının dövlət və partiya orqanları tərəfindən idarə edilməsi vəzifələri ilə sıx bağlı olan siyasi təbliğatda, kütlələrin siyasi cəhətdən lazımi istiqamətdə maarifləndirilməsində xüsusi rol oynamalı idi.
AK(b)P-nin II qurultayı (1920-ci ilin oktyabrı) mədəni-maarif ocaqlarının xüsusi əhəmiyyətini qeyd edərək, Azərbaycanda klub, kitabxana və qiraət komalarının geniĢ Ģəbəkəsinin yaradılmasını qərarlaĢdırdı.
Fəhlə klubları xüsusilə Bakı Ģəhəri və onun mədən-zavod rayonlarında - Sabunçu, Suraxanı, QaraĢəhər, Bayü, Zabrat və Binəqədidə geniĢ fəaliyyətə baĢladılar79. Artıq 1924-cü ilin ortalarında 54 fəhlə klubu mühüm siyasi və təsərrüfat kampaniyalarında bilavasitə iĢtirak edirdi80. Qəzalarda da vəsait və avadanlıqların, təcrübə və kadrların olmadığı çətin Ģəraitdə mədəni-maarif ocaqlarının təĢkilinə baĢlanmıĢdı. Azərbaycan kəndində siyasi-maarif fəaliyyətinin mərkəzləri 1923-cü ildən yaradılmasına baĢlanan qiraət komaları idi. Dövlət hesabına maliyyələĢdirilən bütün maarif iĢi onlarda cəmləĢdirilmiĢdi81. Qiraət komalarında kəndlilərin ibtidai siyasi-maarif savadsızlığını ləğvetmə kursları və azsavadlılar üçün məktəblər yaradılırdı. Bundan əlavə, qiraət komalarında kənd təsərrüfatı, kooperativ, sanitar, kənd müxbirləri, dram dərnəkləri və s. fəaliyyət göstərirdi. Bu illərdə yaylaqlarda "qırmızı çadırlar"ın təĢkili kimi mədəni-maarif iĢi formasından da istifadə edilirdi82. Kənd əhalisi içərisində təbliğat-təĢviqat iĢinin geniĢləndirilməsində rayonlara fəhlə təĢviqatçıların səfərləri də mühüm rol oynayırdı. 1920-ci ilin yayı və payızında Bakı-Ağstafa-Poylu marĢrutu üzrə partiya, sovet iĢçiləri, mədəniyyət və incəsənət xadimlərindən ibarət təĢviqat qatarı təĢkil olunmuĢdu.
Kənd mədəniyyət ocaqlarının inkiĢafı, onların iĢinin yaxĢılaĢdırılmasında fəhlələrin kənd üzərində hamiliyi böyük əhəmiyyət kəsb edirdi. Bu məqsədlə "ġəhərin kəndlə mədəni rabitəsi cəmiyyəti" də səmərəli fəaliyyət göstərirdi84. Təkcə 1923-cü ilin iyulundan 1924-cü ilin aprelinədək Bakıdakı hami təĢkilatların köməyi ilə kəndlərdə 30 qiraət koması açılmıĢdı. 1927-ci ilin sonunda kənd Klublarının sayı 171-ə çatmıĢdı83. Onlar yerli əhali içərisində böyük təĢkilati iĢ apararaq bir çox cəhətdən kənddə mədəni-maarif idarələrinin təməlini qoydular. Bu sahədə Bakı zəhmətkeĢlərinin mədəni hamilik iĢi Ģəhərlə kənd arasında rabitə yaradılması, kəndli kütlələrinin siyasi və mədəni səviyyəsinin yüksəlməsi üçün mühüm əhəmiyyətə malik idi.
Mədəni kütləvi və siyasi-maarif iĢində kitabxanalar da mühüm rol oynayırdı. Bunun üçün "BaĢ siyasi maarif idarəsi" nəzdində kitabxana Ģəbəkəsi yaradılmıĢdı. 1920-ci ilin əvvəlində Azərbaycanda cəmi beĢ kitabxana var idi. 1923-cü ildə Azərbaycan Dövlət Kitabxanasının, 1925-ci ildə isə Kitab palatasının təĢkili respublikanın mədəni həyatında mühüm hadisə oldu. Kəndlərdə kitabxanaların Ģəbəkəsini geniĢləndirmək məqsədilə ÜĠK(b)P MK 1925-ci iün sentyabrında "Kənd kitabxanaları və kitabxanaların təchizi üçün populyar ədəbiyyat haqqında" qərar qəbul etdi. Savadsızlıqla mübarizə Ģəraitində bu qərar geniĢ kəndli kütlələrini populyar ədəbiyyatla tanıĢ etmək, onların savad dərnəklərində əldə etdikləri bilikləri möhkəmləndirmək məqsədi güdürdü. Qəzalarda kitabxanaların sayı 1925-ci ildəki 85 min kitabı olan 25-dən 1927-ci ilin əvvəllərində 1017 min kitab fondu olan 114-ə çatdı.
Beləliklə, sovet hakimiyyətinin ilk illərində Ģəhərlərdə fəhlə klubları, kəndlərdə isə kənd qiraət komaları, klublar, kəndli guĢələri və kitabxanaları əhalinin əsas mədəniyyət, siyasi maarif və tərbiyə ocaqları oldular. Bu zaman əsas məqsəd zəhmətkeĢləri dövlət və partiya təĢkilatlarının irəli sürdüyü siyasi-təsərrüfat vəzifələrinin həllinə səfərbər etmək idi.
Dostları ilə paylaş: |