1920-1930-cu illərdə mədəni quruculuq
Plan: 1. Savadsızlığın ləğvi uğrunda mübarizə
2. Yeni təhsil sisteminin formalaşması.
3. Əlifba problemləri.
4. Mədəni-maarif müəssisələrinin yaranması.
5. Nəşriyyat işinin inkişafı.
6. Qadın hərəkatı
7. Texniki peĢə təhsili.
8. Ali təhsilin inkiĢafı
9.Elm
10.Ədəbiyyat
11.Teatr
12.Musiqi
13. Kino
14.Təsviri ingəsənət
Savadsızlığın ləğvi uğrunda mübarizə. Azərbaycanda xalq maarifınin ən mühüm, birinci dərəcəli vəzifəsi əhalinin savadsızlığını ləğv etmək hesab olunurdu. 1917-ci ildə Azərbaycanda bütün əhalinin cəmi 9,3 faizi 32, kənd sakinləri və qadınlarınsa daha az hissəsi savadlı idi.
Savadsızlığın ləğv edilməsi 1920-ci ilin sentyabrında Azərbaycan Xalq Maarif Komissarlığı nəzdində xüsusi olaraq təĢkil edilmiĢ Mərkəzi Komissiyanın rəhbərliyi altında bütün Ģəhər, qəza mərkəzləri və kəndlərində vahid plan üzrə həyata keçirilirdi.
1921-ci il iyulun 14-də XKS xüsusi qərarında savadsızlığın ləğv edilməsini ilin əvvəlində təĢkil olunmuĢ Mərkəzi baĢ siyasi-maarif idarəsinin mühüm və təxirəsalınınaz vəzifəsi elan etdi.
Respublikada əhalinin bütün təbəqələrini əhatə edən savadsızlığı ləğvetmə məktəb və kursları açılmasına baĢlandı. Savadsızlığın ləğv edilməsi uğrunda mübarizədə müəllimlərlə yanaĢı, bütün savadlı adamlar da fəal iĢtirak edirdilər. Xalq Maarif Komissarlığının bütün iĢçiləri və kollegiya üzvləri, yerli inqilab komitələri və baĢqa təĢkilatlarda digər vəzifə və tapĢırıqları yerinə yetirməkdən tamamilə azad olunaraq, qəzalarda xalq maarifmin təĢkilinə cəlb edilmiĢdilər35. AK(b)P-nin IV qurultayı (1922-ci ilin fevralı) Azərbaycan əhalisi içərisində savadsızlıqla mübarizəyə ilin ən ümdə vəzifəsi kimi yanaĢmağı vacib bildi36.
1922/23-cü tədris ilində Bakı və onun ətraf mədən rayonlarında 7517 nəfərin oxuduğu 257 savad məktəbi fəaliyyət göstərirdi37, Azərbaycanın bütün qəzalarında isə ancaq 3852 nəfəri əhatə edən 189 məktəb təĢkil etmək mümkün olmuĢdu.
Növbə fəhlələrini savad məktəbinə cəlb etmək məqsədilə Bakı və onun mədən rayonlarında 1922-ci ildə 20 xüsusi səyyar qrup təĢkil edilmiĢdi39. Buna oxĢar səyyar savad məktəbləri qəzalarda da yaradılmıĢdı. Onlar kəndlilərin ən geridə qalmıĢ təbəqələrini savadlanma iĢinə cəlb edirdi. Bütün Azərbaycan üzrə savadsızlığı, ləğvetmə kurs və məktəblərində 1922/23-cü tədris ilində 14336 nəfər məĢğul olurdu40. Onlardan 6954 nəfər azərbaycanlı, o cümlədən 492 nəfər qadın idi41. Növbəti tədris ilində savadsızlığın ləğvi sahəsində könüllü təĢkilat və cəmiyyətlər meydana gəldi. Savadsızlığın ləğvi iĢini vahid orqanda mərkəzləĢdirmək üçün 1923-cü ilin dekabrında XKS-nin sədri Q. Musabəyovun baĢçılığı ilə "Savadsızlıqla mübarizə komitəsi" yaradıldı. Azərbaycan XKS və MĠK-in 1924-cü il 18 mart tarixli "Azərbaycan SSR əhalisi içərisində savadsızlığın ləğvi haqqında" qərarında yazmaq və ya oxumaq bacarmayan 15-25 yaĢda olan bütün əhaliyə savad öyrənmək bir vəzifə olaraq tapĢırıldı. Bu məqsəd üçün fabrik, zavod və idarələrdə boĢ otaqlardan, klub, xalq evi və məktəblərdən istifadə etmək hüququ verildi. Savad məktəblərində oxuyan fəhlələrin 8 saatlıq iĢ günü əmək haqqı saxlanılmaqla bütün təhsil müddətində 2 saat azaldıldı43. 1924-cü il iyulun 17-də Azərbaycanda "Rədd olsun savadsızlıq" cəmiyyəti təsis edildi. Cəmiyyətin idarə heyətinin sədri Xalq Daxili ĠĢləri komissarı H. Sultanov oldu44. Cəmiyyətin Bakı və qəzalarda Ģöbələri açıldı. Onların fəaliyyətində rayon partiya komitələrinin xüsusi səlahiyyətli nümayəndələri bilavasitə iĢtirak edirdilər.
Fəhlə və kəndlilərin fəal iĢtirakı ilə "Savadsızlığın ləğv edilməsi" Ģüarı altında iclaslar, xüsusi kampaniyalar, "həftələr" və "günlər" keçirilirdi. Bu kampaniyalar zamanı yeni savad məntəqələri yaradılır, savadsızlığın ləğv edilməsi fonduna könüllü vəsaitlər köçürülürdü. 1925-ci ildə "Rədd olsun savadsızlıq" cəmiyyətinin Bakı və qəzalarda on min üzvü olan 16 Ģöbəsi iĢləyirdi.
Partiya, gənclər və peĢəkarlar təĢkilatları xüsusilə öz üzvləri içərisində savadsızlıqla mübarizədə fəal iĢtirak edirdilər. Təkcə 1924/25-ci tədris ilində 1113 partiya üzvü və namizədinin, 3234 komsomolçunun və 11418 həmkarlar üzvünün48 savadsızlığı ləğv olunmuĢdu. Kənd əməkçiləri içərisində savadsızlığı ləğvetmə kurs və məktəblərinin təĢkilinə torpaq və meĢə iĢçiləri həmkarlar Ġttifaqı yardım edirdilər. Təkcə 1925-ci ildə bu Ġttifaq klub və qırmızı guĢələrdə muzdurlar üçün 24 savadsızlığı ləğvetmə məntəqəsi və 22 savad məktəbi təĢkil etmiĢdi49. Xalqın təhsilə marağı ildən-ilə artırdı. Azərbaycan kəndlilərində bu həvəs xüsusilə güclü idi. Bir çox hallarda savad məntəqələri 20-25 əvəzinə 40-45 nəfərə xidmət edirdi. Bəzi qəzalarda - Quba, Qazax və baĢqalarında savadsızlığı ləğvetmə məntəqələrində yer üstündə kəndlilər arasında münaqiĢələr baĢ verirdi50. Cəbrayıl, Tovuz və Quba qəzalarında BaĢ siyasi maarif idarəsinin məntəqələri ilə yanaĢı, kəndlilərin tələbi ilə savadsızlığın ləğv edilməsi üzrə gecə kursları açılmıĢdı.
Savadsızlığı ləğvetmə məntəqələrinə cəlb olunanlar durmadan artırdı. 1924/25-ci tədris ilində 1233 savadsızlığı ləğvetmə məntəqəsində 31755 nəfər təhsil alırdı52.
Maddi bazanın zəifliyinə, kadr çatıĢmazlığına, lazımi binaların yoxluğuna və böyük miqdarda savadsızlar olmasına baxmayaraq respublikada savadsızlığın ləğvi sahəsində ilk uğurlu addımlar atıldı. Belə ki, 1921/22-ci tədris 187 ilindən 1926/27-ci tədris ilinədək 102370 nəfər savadsızlığı ləğvetmə məntəqələrində ancaq əlifba savadı qazanmıĢdı. Onlardan 63607 nəfəri azərbaycanlı, o cümlədən 3466 nəfəri azərbaycanlı qadın idi53. Azərbaycanda mədəni quruculuğun mühüm vəzifələrindən biri-əhalini təhsillə geniĢ əhatə etmək və onu yüksək səviyyəyə qaldırmaq sahəsində hələ də böyük zəhmət tələb olunurdu.
Dostları ilə paylaş: |