Ali təhsilin inkiĢafı. Azərbaycanda yeni cəmiyyət qurulmasında ən mühüm vəzifələrdən biri sovet mütəxəssisləri, ələlxüsus fəhlə və kəndlilərdən ziyalı kadrlar hazırlamaq idi. Lakin bu sahəda Azərbaycanın konkret spesifık Ģəraitini nəzərə almadan, RSFSR-in ali məktəb təcrübəsindən istifadə edildi, orada isə təhsil xüsusi dekretlə təlimin “proletariatlaĢdırılmasına” istiqamətləndirilmiĢdi. Həmin dekretdə göstərilirdi: “Birinci yerdə sözsüz, proletariat və yoxsul kəndlilər mühitindən Ģəxslər qəbul edilməlidir, onlara geniĢ həcmdə təqaüdlər veriləcəkdir”. Fəhlə və kəndli hakimiyyəti yeni sosialist cəmiyyətinin öz qurucu kadrlarını hazırlamalı idi. Ali təhsil probleminin bu qaydada həlli onun əsil humanist, sərbəstlik tələb edən zəminini məhdudlaĢdırırdı. Azərbaycanda ali məktəb quruculuğu iĢinə ana dilində dərs deməyi bacaran kifayət qədər yüksək ixtisaslı mütəxəssis kadrların olmaması, bina və zəruri avadanlıqların çatıĢmaması, təsərrüfat dağınıqlığı ilə əlaqədar maddi çətinliklər Ģəraitində baĢlandı.
Azərbaycanda yalnız 1919-cu ilin noyabrında açılmıĢ yeganə ali təhsil müəssisəsi olan Bakı Universiteti fəaliyyət göstərirdi. Sovet hökuməti respublikada ali təhsilin inkiĢafında Bakı Universitetinin rolunu artırmaq üçün ciddi səy göstərirdi. Bakı ġəhər Soveti, Xalq Təsərrüfatı ġurası, Azərbaycan Həmkarlar Ġttifaqları ġurası, Azərneft və digər sovet-təsərrüfat idarələri Universitetin maddi bazasının möhkəmlənməsinə yardım göstərməyə səfərbər edilmiĢdi.
Fəaliyyətə baĢladığı vaxt Universitetin tərkibində yalnmız iki fakültə (tibb və tarix-filologiya) var idi138. 1921 -1922-ci ildə isə tarix-filologiya fakültəsi ictimai elmlər fakültəsinə çevrildi, ictimai elmlər və fizika-riyaziyyat fakültələri əsasında pedaqoji fakültə yaradıldı. Azərbaycan Ġnqilab Komitəsinin sədri N.Nərimanov respublika üçün birinci növbədə texniki ali məktəb yaradılmasının vacibliyin nəzərə alaraq, 1920-ci ilin dekabrında keçmiĢ Bakı Texniki Məktəbinin ali məktəbə çevrilməsi haqqında dekret verdi. 1921-ci ilin yanvarında isə bu məktəbin, habelə RSFSR Xalq Maarif Komissarlığının qərarı ilə Petroqraddan Bakıya köçürülmüĢ politexnik texnkumun bazasında Azərbaycan Politexnik Ġnstitutu (APĠ) açıldı.
1921-ci ilin yanvarında Ġnstitutda dorslor baĢlandı, N.Nərimanov professor-müəllim və tələbə heyətini Azərbaycan SSR XKS və MĠK. Adından salamlayaraq, Ġnstitutun milli kadrların hazırlanması iĢində böyük əhəmiyyətini qeyd etdi141. Politexnik institutunun formalaĢması və inkiĢafında Azərneftin rəhbərləri, uzun müddət Ġnstitut direktoru olmuĢ A.A.Nikitin, habelə müəllimlər – Ġ.Q.Yesman, Y.N.Dunin, Z.B.YelyaĢeviç, M.V.Abramoviç, H.B.ġahtaxtinski, A N.Amosov və b. Fəal iĢtirak etdilər. Respublikada müəllim kadrların hazırlanması mərkəzi olan Azərbaycan Pedaqoji Ġnstitutu N.Nərimanovun böyük səyi sayəsində 1921-ci ilin payızında Bakıda fəaliyyətə baĢladı. Ġnstitutun təsisi barədə dekretdə deyilirdi: “Vahid əmək məktəbi ideyalarını həyata keçirə bilən yüksək ixtisaslı maarif iĢçiləri ilə respublikanı təmin etmək məqsədilə Xalq Komissarları Soveti qərara alır: Bakı Ģəhərində bu ilin (1921-ci il) 1 sentyabrından xüsusi olaraq ikipilləli məktəblər üçün dövlət türk dilində müəllimlər hazırlayan birinci Azərbaycan Dövlət KiĢi Ġnstitutu təsis etmək”. İnstitutun tərkibində fizika-riyaziyyat, təbiət-kimya və ədəbiyyat Ģöbələri var idi144. Burada tədris Azərbaycan dilində aparılırdı. R.B.Rzabəyli, M.O.Əfəndiyev, K.D.Cəfərov, M.Q.Əliyev, T.A.ġahbazi, A.Məmmədov, B.T.Talıblı, Ə.Haqverdiyev, V.Xuluflu və b. Ġnstitutun ilk fədakar təĢkilatçıları, müəllimləri idilər.
1921 –ci ildə qadın Məktəbəqədər Tərbiyə Ġnstitutu yaradıldı. 1921-ci ilin noyabrında isə o, Ali Qadın Pedaqoji Ġnstitutuna çevrildi. 1921-ci ildə Respublikada Ali Bədii Məktəb və Konservatoriya yaradıldı145.1926-1927-ci tədris ilində Azərbaycanda 5351 tələbənin təhsil aldığı yeddi ali təhsil müəssisəsi var idi. Tələbələrin ancaq 27,5 faizini azərbaycanlılar təĢkil edirdi146.
Ali məktəblərə köhnə ziyalı nümayəndələrinin cəlb edilməsi, ali məktəblərin müəllim heyətinin sosial və milli tərkibinin yaxĢılaĢdırılması, onun fəhlə-kəndli mühitindən çıxmıĢ kadrlarla geniĢləndirilməsi sayəsində onlarda Azərbaycanlı müəllimlərin və müdavimlərin sayının artması sürətləndi.
Müəllim heyətinin vəziyyətini yaxĢılaĢdırmaq məqsədilə 1925-ci ildə Azərbaycan SSR XKS və MĠK “Ali tədris müəssisələrinin akademik heyəti üzvlərinin pensiya təminatı haqqında” qərar qəbul edildi.
Azərbaycanın ali tədris müəssisələrinin iĢçilərinə elmi-tədqiqat iĢləri və ixtisaslarını artırmaq üçün geniĢ imkanlar açdı. Milli ziyalı kadrların hazırlanması və səmərəli müəllimlik fəalliyyəti üçün lazımi Ģərait yaradıldı. Azərbaycan Ġnqilab Komitəsinin 1920-ci il 16 iyul tarixli dekreti ilə Bakı Universitetinin professor və müəllimləri hərbi səfərbərlikdən azad edildilər148. Ali tədris müəssisələri qapısının fəhlə və kəndli üzünə geniĢ açılmasını təmin edən bir sıra dekretlər verildi. Onlar üçün pulsuz təhsil prinsipi həyata keçirildi149, dövlət təqaüdləri müəyyən edildi, ehtiyacı olan tələbələr üçün xüsusi fond ayrıldı. Beləliklə də gənclər ali təhsil almağa qeyri-adi həvəs göstərirdilər: təkcə fəaliyyətə baĢladığı birinci ildə Politexnik Ġnstitutuna 1135 tələbə daxil olmuĢdusa, 1924-25-ci tədris ilində onların sayı 2483-ə çatdı. Bu mənzərə Bakı Universitetində və baĢqa ali təhsil müəssisələrində də müĢahidə olunurdu Eyni zamanda çoxlu azərbaycanlı tələbə Moskva və Leninqradın (Sankt-Peterburq) ali tədris müəssisələrinə göndərilirdi. 1925-ci ildə RSFSR və baĢqa sovet respublikalarının ali məktəblərinə 120 azərbaycanlı tələbə göndərilmiĢdi. Həmçinin ən istedadlı tələbələrin bir hissəsinin təhsilini baĢa çatdırmaq üçün xarici ölkələrin ali məktəblərinə göndərilməsinə baĢlanmıĢdı. AK(b)P MK 1922-ci ilin noyabrında xarici ali məktəblərdə təhsil alan tələbələrə dövlət tərəfindən maddi yardım göstərilməsi haqqında qərar qəbul etdi150. 1922/23 və 1925/26-cı tədris illərində Almaniya, Fransa, Ġtaliya və Ġstanbulda Azərbaycan Sovet Respublikasının təqaüdçüsü olan 129 tələbə təhsil alırdı.
Fəhlə-kəndli gənclərin ali məktəblərə geniĢ axını üçün lazımi Ģərait yaradılmasına baxmayaraq, ali məktəb tələbələrinin sosial mənĢəcə “proletariatlaĢdırılması” prosesi respublikada zəif gedirdi. 1924/1925-ci tədris ilində bütün ali tədris müəssisələrində fəhlə və kəndlilər cəmi 26,3 faiz, qulluqçu və digərləri isə 73,7 faiz təĢkil edirdi. Bunu nəzərə alaraq, Azərbaycanda əməkçi kəndlilərin yenı təhsil forması olan fəhlə fakültələrinin təĢkil edilməsi tətbiq edildi. Hökumət fəhlə-kəndli gənclər üçün ali məktəblərin qapılarını geniĢ açdı. Fəhlə və kəndlilər üçün ali məktəbə qəbul imtahansız və diplomsuz həyata keçirilirdi. Fəhlə fakültələri fəhlə-kəndli gəncləri ali məktəbə daxil olmaq üçün öyrətmək və hazırlamaq məqsədı güdürdü. Maarifçilik Assosiasiyası 1920-ci ilin dekabrında Bakı Univerteti nəzdində respublikada birinci mərkəzi fəhlə fakültəsi açdı, ilk dövrdə burada təhsil rus dilində aparılırdı152. 1921-ci ilin payızında həmin fakültənin nəzdində 80 nəfər dinləyicisi olan Azərbaycan Ģöbəsi də açıldı. Azərbaycan fəhlə fakültəsinin dinləyiciləri hər növ mülki və hərbi səfərbərlikdən azad edilirdilər.
1923/24-cü tədris ilində Azərbaycan dilində fəhlə fakültələri Gəncə və Nuxada da açıldı. Onlarda 470 dinləyici təhsil alırdı155. 1924/25-ci tədris ilində Bakı Ģəhər fəhlə fakültəsi nəzdində isə 85 nəfərlik erməni Ģöbəsi təĢkil olundu156.
Fəhlə fakültələrinə dövlət xüsusi qayğı göstərirdi. Təkcə 1920-ci ilin dekabrında Xalq Maarif Komissarlığı Bakı Universiteti nəzdindəki fəhlə fakültələri üçün iki milyon manat ayırmıĢdı.
III Ümumazərbaycan Sovetlər qurultayı (1923-cü ilin noyabr-dekabrı) fəhlə fakültələrinin mühüm əhəmiyyətini qeyd edərək, fabrik-zavod fəhlələri və yoxsul kəndlilərdən “mütəxəssislər, yeni sosialist həyat qurucuları hazırlamaq üçün respublikanın bütün ictimai təĢkilatlarına “Azərbaycan fəhlə fakültələrinin daha da yüksəliĢi, onların maddi rifahının möhkəmlənməsi üçün maksimum səy və vasitələr sərf etmək” çağırıĢı ilə müraciət etdi.
Müraciət təsərrüfat və sovet təĢkilatlarının fəhlə fakültələri, quruculuğunda fəal iĢtirakına səbəb oldu. Azərneft, Bakı ġəhər Soveti, Xalq Maarif Komissarlığı və digər təĢkilatlardan alınmıĢ vəsaitlə elmi kabinet və laboratoriyaları təchiz etmək, QaraĢəhərdə fəhlə fakültəsi üçün bina tikintisinə baĢlamaq mümkün oldu159. Nikolayevski küçəsindəki (indiki Ġstiqlaliyyət küçəsi) realnı məktəbin köhnə binası 1923-cü ildən fəhlə fakültəsinə verildi160. Fəhlə fakültəsinin iqtisadi vəziyyətini yaxĢılaĢdırmaq üçün konkret tədbirlər görülürdü. 1921-ci ilin aprelində Maarifçilik Assosiasiyası AHĠġ-in Rəyasət Heyətinə fəhlə fakültəsi dinləyicilərinin iĢ gününü qısaltmaq və maddi təminatının zəruriliyi barədə təkliflə müraciət etdi161. Həmin ilin sentyabrında AHĠġ fəhlə fakültəsi dinləyiciləri üçün güzəĢtlər haqqında qərar verdi: dinləyicilər təhsil müddətində hər gün iki saat iĢdən azad olunur, Ġkinci kurs dinləyiciləri isə əmək haqqı saxlanmaqla xidmətdən azad edilirdilər. Fəhlə fakültəsi tələbələri içərisində azərbaycanlıların sayı eyni artdı. Fəhlə fakültəsinin Azərbaycan Ģöbəsi açılan zaman 80 dinləyici var idisə, 1925/26-cı tədris ilində onların sayı artmıĢ 1477 nəfərə çatdı163. Bütövlükdə həmin tədris ilində respublika fəhlə fakültələrində müdavimlərin sayı birinci fəhlə fakültəsi açılan zaman olan 209-a qarĢı 3046 nəfər təĢkil edirdi164. 1922-23 ildən 1927-ci ilədək fəhlə fakültələri respublikanın ali tədris müəssisələri üçün 907 nəfər, o cümlədən 227 azərbaycanlı müdavim hazırlamıĢdı.
Beləliklə, 20-ci illərdə respublikada ali məktəblərin inkiĢafı üçün əsas qoyuldu, fəhlə-kəndli gənclərin ali məktəblərə axını yeni “sovet ziyalı” kadrları hazırlanmasına Ģərait yaratdı.
Elm. Azərbaycanda ilk dəfə olaraq dövlət səviyyəsində elmi-tədqiqat özəkləri və institutları Ģəbəkəsinin yaradılması iĢinə baĢlandı. 1921-ci ilin fevralında Xalq Maarif Komissarlığı nəzdində “elm və təhsil sahəsində bütün iĢə “Ümumi ideya rəhbərliyi üçün akademik Ģöbə yaradıldı166. Onun tərkibinə Azərbaycan Dövlət Universiteti, Azərbaycan Politexnik Ġnstitutu, Dövlət Muzeyi, Dövlət Arxivi, Dövlət Kitabxanası və bütün digər “elmi xarakterə malik məktəblər, idarələr” daxil edildi.
1920-ci ilədək respublikada formalaĢmıĢ təbii-texniki profili elmi-tədqiqat müəssisəsi yox idi. Elmi fəaliyyətlə məĢğul olan kadrların sayı çox az idi. Azərbaycanda təbiət və texnika elmlərinin inkiĢafına RSFSR və digər sovet respublikalarının elmi idarələri kömək göstərdilər. Bu respublikalardan Bakıya görkəmli alimlər yüksək ixtisaslı mütəxəssislər göndərilirdi. Mərkəz birinci növbədə bütün sovet ölkəsinin iqtisadiyyatı üçün vacib olan elm sahələrinə diqqət yetirərək, ən ümdə ÜmumĠttifaq mənafelərindən çıxıĢ edirdi. Sovet Ġttifaqının baĢlıca neft bazası olan Azərbaycanda elmi dairələrin qarĢısında qazıma texnikası, neft kimyası, energetika, geoloji elmlərin inkiĢafı sahəsində tədqiqatlar əsas vəzifə kimi qoyulmuĢdu. 1920-ci ildə Bakıda Azərneftin geoloji kəĢfiyyat bürosu, 1923-cü ildə isə “Geoloji kəĢfiyyat komitəsi” yaradıldı. Kimyaçı alim A.Q.Qurviçin rəhbərliyi altında Bakıda Azərneftin nəzdində Mərkəzi kimya laboratoriyası təĢkil edildi. Akademik Ġ.M.Qubkin, professor D.V.Qolubyatnikov və M.V.Abramoviç Bakı neft rayonunun geoloji xəritəsini tərtib etdilər. Onlar Azərbaycan SSR neft sənayesinin bərpası və texniki cəhətdən yenidən qurulmasının elmi əsaslandırılmıĢ planını hazırladılar.
Neft mədənlərinin təkmilləĢdirilməsini həyata keçirmək və bərpa iĢlərinə texniki rəhbərliyi təmin etmək üçün istedadlı mühəndis F.B.Rüstəmbəyovun baĢçılığı ilə Azərneftin “Texniki büro”su yaradıldı168. Onun iĢində akademik L.S.Leybenzon, bakılı mühəndislər M.A.KapelyuĢnikov, E.Ġ.Tağıyev (sonralar professor, Moskvada ÜmumĠttifaq Neft Ġnstitutunun kafedra müdiri), Azərneftin rəisi A.P.Serebrovski (sonralar Moskva Mədən Akademiyasının qazıma kafedrasının müdiri) və baĢqaları fəal iĢtirak etmiĢlər. 1924-cü ildə M.A.KapelyuĢnikov qazıma texnikasının inkiĢafında mühüm addım hesab edilən dünyada birinci turboboru quraĢdırıldı. Böyük elmi qüvvələrin cəmləĢdiyi Azərbaycan Politexnik Ġnstitutu texniki elmlərin mərkəzlərindən biri oldu. Neft geologiyası (M.V.Abramoviç), hidroneft (L.S.Leybenzon), hidravlika və hidravlik mühərriklər (Ġ.Q.Yesman), buxar mühərrikləri və istilik dmamikası (K.V.Pokrovski), fizika (K.B.Lopuxin), neft kimyası (K.A.Krassuski) kafedra və laboratoriyalarında mühüm elmi tədqiqatlar aparılırdı.
M.Əzizbəyov adına Azərbaycan Politexnik Ġnstitutunun elektrik fizikası laboratoriyasında professor S.N.Usatının rəhbərliyi altında elektrik fizikasının ayrı-ayrı məsələləri iĢlənmiĢdi. Azərbaycan Politexnik Ġnstitutunun “Xəbərləri” jurnalında onun ilk məqaləsi çap edilmiĢdi169. Laboratoriyada sonralar sovet atom elminin əsasını qoyanlardan biri olan N.V.Kurçatov bir müddət elmi fəaliyyət göstərmiĢdi. Beləliklə, RSFSR və digər respublikaların alimlərinin yerli qüvvələrlə birgə fəaliyyəti sayəsində Azərbaycanda çoxsahəli elmin inkiĢafı zəmini yaranırdı. Üzrə ixtisaslı azərbaycanlı qadın ustalar hazırlamaq üçün respublikada birinci sənət məktəbi açıldı. Artıq 1922-ci ilin aprelində 11 qəza və 6 rayon qadın klubu var idi və qadınlar üçün 17 istehsalat arteli təĢkil edilmiĢdi .
ZəhmətkeĢ qadınlar, xüsusilə Bakı Ģəhərinin fəhlə rayonlarının qadınları hökumətə Məktubla müraciət edərək, onlar üçün klublar açmağı tələb edirdilər. Balaxanı-Sabunçu rayon maarif Ģöbəsinin Respublika Xalq Maarif Komissarlığına göndərdiyi məktubda deyilirdi: “Rayonumuzun ən ucqar guĢəsində klubun təĢkilini çox mühüm fakt hesab edərək, bu təĢəbbüsü hərtərəfli müdafiə etmək və dərinləĢdiımək lazımdır, belə ki, biliklərə coĢqun həvəs və qadınların tam müəyyən inqilabi əhvali-ruhiyyəsi vardır”.
Qadın klubları bütün Azərbaycan üzrə geniĢ yayıldı. Artıq 1926-cı ilin əvvəllərində 42 qadın klubu var idi. Onlardan səkkizi Bakı rayonlarında, on səkkizi qəza Ģəhərlərində, on altısı isə kəndlərdə yerləĢirdi115. Klub üzvlərinin sayı orta hesabla 50-dən 300 nəfərədək olurdu.
Beynəlxalq inqilabi fəhlə hərəkatının görkəmli xadimi Klara Setkin qadın klublarının fəaliyyəti ilə 1924-cü ilin sonunda Bakıda tanıĢ olaraq, onları yüksək qiymətləndirmiĢ, “ġərqin inqilabçı qadın qüvvələrinin toplanıĢ məntəqələri” adlandırmıĢdı”.
Qadın klubları ilə eyni zamanda yerli sakinlərin təĢəbbüsü ilə kəndli qadın guĢələri yaradılmıĢdı. Birinci belə guĢə 1924-cü ildə Zaqatala qəzasının Qax kəndində açılmıĢdı. 1926-cı ilin əvvəlində isə onların sayı 16-ya çatmıĢdı. 117
Azərbaycan və eləcə də bütün Zaqafqaziya qadın hərəkatında, qadınların həmrəyliyində 1922-ci ilin mayında RK(b)P Zaqafqaziya ölkə Komitəsinin qərarı ilə Bakıda keçirilən Zaqafqaziya qadınlarının I qurultayı mühüm rol oynamıĢdı. Qurultay Zaqafqaziyanın bütün regionlarında qadınlar arasında iĢə yekun vurmalı id. Qurultayın keçirilməsi yerinin seçilməsi təsadüfi deyildi. Qurultaya qədər artıq Azərbaycanda ġərq qadınlarını arasında iĢ aparma sahəsində müəyyən təcrübə toplanmıĢdı: nümayəndə yığıncaqları aparıcı fəaliyyət göstərirdi, xüsusi qadın klubları təĢkil edilmiĢdi. Azərbaycan qadın Ģöbələri ətrafında 20 mindən artıq qadın birləĢmiĢdi. Bütün bunlar Zaqafqaziya qadınları arasında iĢin quruluĢuna köklü təsir göstərirdi. Təsadüfi deyil ki, qurultayın çağırılmasının təĢəbbüsçüsü AK(b)P MK-nın qadın Ģöbəsi idi.
Qurultayın çağırılması üzrə geniĢ təĢkilati iĢ aparılmıĢdı. Onun hazırlanmasında Ayna Sultanova, Klavdiya Ġģkova, Viktoriya Tseytlin, Xavər Qarayeva-ġabanova fəal iĢtirak etmiĢdilər. 1922-ci il mayın 26-da Gürcüstan, Azərbaycan, Ermənistan, Dağıstan respublikalarının ucqarlarından
Dostları ilə paylaş: |