2. Yeni iqtisadi siyasətə keçidin zəruriliyi və mahiyyəti. Azərbaycanda Yeni iqtisadi siyasətin xüsusiyyətləri


İ. Əliyevin rəhbərliyi altında Azərbaycan Respubliksı yol-nəqliyyat kompleksinin inkişaf etdirilməsi



Yüklə 267,88 Kb.
səhifə71/73
tarix01.01.2022
ölçüsü267,88 Kb.
#103170
1   ...   65   66   67   68   69   70   71   72   73
İ. Əliyevin rəhbərliyi altında Azərbaycan Respubliksı yol-nəqliyyat kompleksinin inkişaf etdirilməsi.

Plan:

1. İ.Əliyevin Azərbaycan Respubliksı yol-nəqliyyat kompleksinin inkişaf etdirilməsi ilə əlaqədar qərarları

2.Daxili invesisiya hesabına görülən işlər.

3.Xarici investisiya hesabına görülən işlər.

Azərbaycan respublikasının xalq təsərrüfatı kompleksinin inkişafında, dünya iqtisadiyyatına inteqrasiyasında, tranzit ölkəyə çevrilməsində, transkontinental yük dövriyyəsinin formalaşdırılmasında yerini müəyyən edən ən mühüm amillərdən biri də inkişaf etmiş yol-nəqliyyat kompleksinin olmasıdır. Bu məsələyə vaxtilə ciddi diqqət yetirən Heydər Əliyev qeyd etmişdir ki, «Yol iqtisadiyyat, mədəniyyət bir sözlə həyat deməkdir». Bu baxımdan Şərqlə Qərbi birləşdirən «İpək yolu»nun bərpasında avtomobil yolları da mühüm əhəmiyyət kəsb edir. Hazırda respublikamızda ümumi uzunluğu 22134 km olan avtomobil yolları vardır. Bu yolların 1684 km-i beynəlxalq magistrallar, 2669 km-i respublika əhəmiyyətli, 13 min km-i yerli əhəmiyyətli, 1, 5 min km-i Bakı şəhərinin ərazisində olan, 3, 3 min km-i isə rayon ərazilərində olan yollardır (179, 13. 03. 2008). Bunların da 92, 3 %-i, yəni 22053 km-i möhkəm örtüklü yollardır. Körpülərin ümumi sayı isə 1201-dir.

Son illərdə ölkədəki sürətli iqtisadi inkişafla bağlı ölkə başçısı İlham Əliyevin bu sahənin inkişafına diqqəti daha da artmışdır. Belə ki, Respublika Prezidentinin 12 oktyabr 2006-cı il tarixli «Avtomobil yolları sahəsində məqsədli büdcə fondunun yaradılması haqqında» sərəncamı, «Azərbaycan respublikasının yol-nəqliyyat kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında» 22 fevral 2007-ci il tarixli sərəncamı, 4784 km-lik yolun Nəqliyyat Nazirliyinin balansına verilməsi, respublika avtomobil yolları şəbəkəsinin inkişafına həsr olunmuş 12 mart 2008-ci il tarixli müşavirə, yol-nəqliyyat kompleksinin inkişafı üçün ayrılan vəsaitlərin daha da artırılması buna misal ola bilər. Belə ki, bu məqsədlə ayrılan vəsaitin həcmi 2004-cü ildə 16, 3 mln manat olmuşdursa, 2006-cı ildə 50 mln manata, 2007-ci ildə 130 mln

 Daxili investisiya hesabına:

          2013-cü ildə respublika əhəmiyyətli Qəbələ - Ağdaş, Oğuz - Qəbələ və Ağstafa - Poylu - Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yollarınm yenidən qurulması avtomobil yoliarının yenidən qurulması, Bakı -Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 177-ci km-də Qurudərə üzərində körpünün tikintisi layihələri başa çatdırılmış, Gəndob - Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi layihələri üzrə tikinti işləri davam etdirilmişdir.

Yerli əhəmiyyətli Qəbələ - Küsnət - Laza avtomobil yolunun yenidən quralması layihəsi başa çatdırılmış, Qusar - Əniğ - Ləzə 4 zolaqlı avtomobil yolunun 10 km-lik hissəsinin və körpünün, Xocasən - Lökbataıı, Cəlilabad - Yardımlı avtomobil yollarmm tikintisi, İsmayıllı - Lahıc, Zərdab - Mollakənd, Şamaxı - Göylər Çöl - Padar, Şəki - Qax - Zaqatala yolunun Şəki - Qax sahəsinin əsaslı təmiri layihələri üzrə tikinti işləri davam etdirilmiş, Salyan-Şirvan, Quba- Qonaqkənd avtomobil yollarının tikintisinə başlanılmışdır.

Şəki - Qax - Zaqatala yolunun Şəki - Qax sahəsində 13 ədəd körpünün, Şəmkir-Gədəbəy avtomobil yolunun 42-ci kilometrində Çolpan çay üzərində körpünün bərpası, R-8 (5km) - Dilman - Xatman avtomobil yolunun və yolun 1-ci kilometrində Ağsuçay çayı üzəıində qəza vəziyyətinə düşmüş körpünün yerində yeni körpünün tikintisi, Quba şəhərini Qırmızı qəsəbə ilə birləşdirmək üçün Qudyalçay çayı üzərində körpünün tikintisi və mövcud tağlı körpünüıı bəıpası layihələri başa çatdırılmış, Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-11-ci km hissəsinin yenidən qurulması, R-9 (127 km) - Baş Daşağıl avtomobil yolunun 10-cu km-də Daşağıl çayı üzərində yerləşən körpünün qəzalı vəziyyətə düşməsi ilə əlaqədar köpünün su istiqamətləndirici qurğularının tikintisi layihələri üzrə tikinti işləri davam etdirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə 2013 - cü il 14 avqust tarixdə ümumi uzunluğu 42 km olan Qaraməryəm - İsmayıllı - Şəki avtoıııobil yolunun Qəbələ-Oğuz sahəsinin ( 75-112 lcm ) və Oğuz şəhərinə giriş yolunun, 16 avqustda Şəlci - Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax hissəsində Qax şəhər ətrafı avtomobil yolunun və Kürmük çayı üzərində körpülərin, 10 sentyabrda Şəmkir-Gədəbəy avtomobil yolunun 42-ci kilometrində Çolpan çay üzərində körpünün, 18 sentyabrda ümumi uzunluğu 12 km olan Quba-Qusar avtomobil yolunun və bu yolda Qudyalçay üzərində beş aşırımlı körpünün, Quba şəhərini Qırmızı qəsəbə ilə birləşdirmək üçün Qudyalçay çayı üzərində bərpa olunmuş mövcud tağlı körpünün açılışı olmuşdur. Bunlardan əlavə 2013-cü il 22 aprel tarixində Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 161-ci km-də Ağçay üzərində körpünün açılışı olmuşdur.



Azərbaycaıı Respublikası Prezidentinin Bakı şəhərində yeni körpülərin yeraltı və yer üstü keçidlərin çox mərtəbəli avtomobil dayanacaqların tikilməsi, nıövcud yol qurğularının təmiri və yenidən qurulması məqsədi ilə imzaladığı “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008 -2013-cü illər üçün əlavə Tədbirlər Planının təsdiq edilməsi haqqında” 2008-ci il 08 iyul tarixli 2930 nömrəli sərəncamına əsasən 17 ədəd yeni yol qovşağının, 75 ədəd piyada keçidinin, yeni çox cərgəli avtomobil yollarının, çox mərtəbəli avtomobil dayanacaqların tikilməsi və mövcud yol qovşaqlarının təmiri nəzərdə tutulmuşdur.    Ziya Bünyadov prospektində yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində prospekt ilə Müzəffər Nərimanov, Əhməd Rəcəbli və Böyük Şor küçələrinin kəsişmələrindəki, Əbdül Vahab Salamzadə, Alı Mustafayev və Hüseynbala Əliyev küçələrinin birləşməsindəki yol qovşaqlarının və uzunluğu 9 kilometr olan Ziya Bünyadov prospektinin tikintisi işləri davam etdirilmişdir. Prospektdə 4 ədəd yerüstü piyada keçidinin tikintisinə başlanılmışdır.Qələbə meydanında (Gənclik metro stansiyası) tunellərin, Neftçilər prospekti ilə Sərdar Səfərov küçəsinin və Babək prospekti ilə Kamran Əfkari küçəsinin kəsişməsində, Binəqədi qəsəbəsində 179 nömrəli məktəbin qarşısında inşa edilən piyada keçidlərinin tikintisi başa çatdırılmış, Azərbaycan Respublikasının Prezidentinin iştirakı ilə 2013-cü il 02 sentyabr tarixində Qələbə meydanında (Gənclik metro stansiyası) yol qovşağınn açılışı olmuşdur. Heydər Əliyev prospektində Şəfa stadionunun qarşısında maşın və piyada üçün yeraltı keçid qovşağının, Babək prospekti ilə Telnov küçəsinin kəsişməsində yeraltı, Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində yerüstü piyada keçidlərinin tikintisi işləri davam etdirilmişdir. Buzovna - Mərdəkan - Qala avtomobil yolunun Buzovna - Mərdəkan hissəsinin, Zığ dairəsi - Heydər Əliyev Hava Limanı avtomobil yolundan Qala stansiyasına gedən avtomobil yolunun tikintisi və Zabrat - Maştağa - Buzovna və Zabrat - Kürdəxanı - Pirşağı avtomobil yollarınm I texniki dərəcəli standartlara uyğun yenidən qurulması layihələri başa çatdırılmış, Heydər Əliyev Hava Limam - Mərdəkan dairəsi - Bilgəh - Novxanı - Sumqayıt avtomobil yolunun 8 cərgəli hərəkət üçün yenidən qurulması, Buzovna - Mərdəkan - Qala, Heydər Əliyev Beynəlxalq Aeroportu- Mərdəkan - Bilgəh yolu ( 24 - cü km ) - Qala - Pirallahı avtomobil yollarmın tikintisi, Pirallahı qəsəbəsini sahillə birləşdirən avtomobil yolunun dəniz suyu ilə yuyulmasıınn qarşısının alınması, yol üzərində avtomobil körpüsünün tikintisi və yol boyunca  sahilbərkitmə işlərinin aparılması layihələrinin icrası davam etdirilmişdir. Həsən Əliyev kiiçəsindən Ziya Bünyadov küçəsinə paralel olaraq Koroğlu metro stansiyasına qədər yolun, Böyükşor gölü ərazisində inşa olunan stadionun ətrafında yolların, tunellərin və piyada keçidlərinin, Nobel prospektinə paralel dənizkənarı 8 hərəkət zolaqlı yeni bulvar yolunun və Bakı - Ələt yolunun 4-6 kilometr hissəsinin ( Beynəlxalq Su İdman Növləri Mərkəzi tikilən sahədə) tikintisi layihələrinin icrasına başlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə may ayının 26-da Buzovna - Mərdəkan - Qala avtomobil yolunun Buzovna - Mərdəkan hissəsinin, iyul ayının 25-də Zığ dairəsi - Heydər Əliyev Beynəlxalq Hava Limanı avtomagistralının 13-cü kilometrindən Qala qəsəbəsinə gedən yolun, avqust ayının 12-də Sabunçu - Zabrat - Maştağa - Buzovna, dekabr ayının 26-da Zabrat - Kürdəxanı - Pirşağı avtomobil yolunun açılışı olmuşdur. Bu dövr ərzində 39 ədəd yeni körpü tikilib istismara verilmiş, 23 ədəd körpü təmir olunmuşdur.

 Xarici investisiya ilə maliyyələşdirilən Layihələr haqqında məlumat

 Avropa Birliyi TRASEKA proqramına uyğun olaraq digər infrastruktur sahələri ilə yanaşı, avtomobil yollarının da yenidən qurulmasını həyata keçirməyə başlamışdır. Bu baxımdan «İpək yolu»nun keçdiyi marşrutlar xüsusi diqqət mərkəzində saxlanılmışdır. Bakı-Ələt-Hacıqabul-Kürdəmir və Gürcüstan sərhədinə qədər olan beynəlxalq dərəcəli avtomagistral «İpək yolu»nun keçdiyi sahədir, ümumi uzunluğu 503 km-dir. Bakı-Ələt avtomobil yolunun yeni tikilmiş 4-8 km-lik və yenidənqurulmuş 8-14 km-lik hissəsinin inşası 2010-cu ilin ikinci yarısında, dəqiq desək noyabrın 8-də başa çatmışdır. Uzunluğu 45, 6 km- olan Ələt–Hacıqabul yolu tikinti layihəsinə görə birinci dərəcəli 4 zolaqlı olması nəzərdə tutulmuşdur. İşə 2000-ci ilin noyabrın 15-dən başlanılmış, 2004-cü ilin fevralın 28-də istismar üçün təhvil verilmişdir( 13, 1mln İslAM Banki, 18,7 mln Küveyt fondu)

«İpək yolu» boyunca respublikamızın ərazisindən keçən vacib avtomagistral seqmentinin bir hissəsini də Hacıqabul-Kürdəmir yolu təşkil edir. Onun uzunluğu 85, 6 km-dir. Yolun 75 km-lik 2 zolaqlı hissəsi 2007-ci ildə, yolun qalan 11, 6 km-lik hissəsi, o cümlədən Kürdəmir dairəvi hissəsinin tikintisi 2008-ci ilin avqustun 27-də başa çatmışdır (31, 5 mln AYİB).



«İpək yolu»nun keçdiyi avtomagistralın bir hissəsi də Kürdəmir-Ucar avtomobil yoludur. Bu yolun uzunluğu 46, 2 km-dir, Yolun 46, 2 km-lik 2 zolaqlı hissəsinin tikintisinə 2008-ci ilin iyununda başlanmış və 2010-cu ilin dekabrın 31-də başa çatmışdır (15, 6 MLN AYİB)..

«İpək yolu»nun keçdiyi avtomagistralın mühüm bir hissəsini də Ucar-Yevlax avtomobil yolu təşkil edir. Yolun uzunluğu 53, 0 km-dir, Yolun tikintisinə 2007-ci ildə başlanmış və 2009-cu ilin noyabr ayının 19-da yolun açılışı olmuşdur (10 mln İslam bankı, 46 mln Səudiyyə İnk fondu).

«İpək yolu»nun əhəmiyyətli bir hissəsini də Yevlax-Gəncə avtomobil yolu təşkil edir. Yolun bütün hissəsinin uzunluğu 88, 8 km-dir. Layihəyə görə burada əsaslı bərpa işləri aparılmalıdır. Bərpa işləri 2010-cu ilin dekabrına başa çatsa da, rəngləmə işləri, işıqlandırma sistemlərinin təmin edilməsi ilə əlaqədar yolun tam açılışı 2011-ci ilin mayın 30-na nəzərdə tutulmuşdur (.

«Yeni ipək yolu»nun bir hissəsini də uzunluğu 94 km olan Gəncə-Qazax avtomobil yolu təşkil edir. 2 zolaqlı olan bu yol 2006-cı ilin noyabrın 6-da istismara verilmişdir Layihəyə görə uzunluğu 10 km olan Tovuz dairəvi avtomobil yolunun tikintisi üçün torpaq sahələrinin alınması və kompensasiyaların verilməsi üçün Azərbaycan hökuməti tərəfindən tədbirlər görülmüş və yuxarıda qeyd edildiyi kimi, inşaat işləri 2008-ci ilin dekabr ayının ortalarına başa çatmışdır (40 mln Dünya bankı).

«İpək yolu»nun mühüm hissələrindən biri də Qazax-Gürcüstan sərhəddi boyunca uzunluğu 38 km olan avtomobil yoludur. İnşaat işlərinin 2009-cu ilin birinci rübündə başa çatdırılması nəzərdə tutulsa da, yolun tikintisi 2010-cu il aprelin 27-də başa çatmışdır (40).

«İpək yolu»nun mühüm tərkib hissələrindən biri də uzunluğu 21, 5 km olan Layihə üç hissədən ibarətdir. Layihənin başa çatması 2009-cü ilin I rübü üçün nəzərdə tutulsa da (179, 13. III. 2008), layihənin birinci və ikinci hissəsinin icrası 2010-cu il noyabrın 8-də başa çatmış, smeta dəyəri 80 mln dollar təşkil etmişdir. Layihənin üçüncü hissəsinin icrasının isə ilin sonuna başa çatmişdir.




Yüklə 267,88 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin