20 Yanvar –Azadlığa gedən yolun başlanğıcıdır.



Yüklə 56,37 Kb.
tarix22.11.2017
ölçüsü56,37 Kb.
#32540

Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsi

Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Metodika və Məlumat

biblioqrafiya şöbəsi



20 yanvar ile ilgili görsel sonucu

20 Yanvar –Azadlığa gedən yolun başlanğıcıdır.

(metodik vəsait)

Biləsuvar -2017


XX əsr tarixində totalitarizmin törətdiyi ən qanlı terror aktlarından biri olan

20 Yanvar faciəsində Azərbaycan xalqına qarşı işlədilmiş cinayət, əslinbəşəriyyətə,

humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli bir əməldir. Həmin cinayəti

törədənlər indiyədək öz cəzalarını almamışlar. Xalqımız əmindir ki, müqəssirlər tarix, bəşəriyyət, eləcə də Azərbaycan xalqı qarşısında cavab verməli olacaqlar.

Heydər Əliyev

Ümummilli lider.
1990 - cı ilin 20 YANVAR Azərbaycan xalqının tarixinə QARA YANVAR faciəsi kimi daxil olmuş və yaddaşlarda tariximizin ən faciəli hadisələrindən biri kimi əbədi yazıldı. O, QANLI ŞƏNBƏ gecəsindən 27 il keçir. Həmin gün azadlıq, istiqlaliyyət uğrunda küçələrə, meydanlara çıxan Azərbaycan xalqına qarşı törədilmiş ağlasığmaz terror aktı dəhşətli bir cinayət hadisəsi kimi tarixə düşmüşdür. Həmin gün müstəqillik istəyi ilə həmrəylik nümayiş etdirən dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbiri Beynəlxalq İnsan Haqları Bəyannaməsinin və bu sahədə qəbul olunmuş digər konvensiyaların müddəalarının kobud şəkildə pozulması demək idi. Artıq çökməkdə olan sovet rejimi son günlərində bütün tarixi ərzində törətdiyi cinayətlər sırasına misli görünməmiş bir vəhşilik aktı da əlavə etdi.

1990 - cı il yanvarın 19-dan 20- nə keçən gecə təpədən - dırnağa qədər silahlanmış sovet ordusu hissələri heç bir xəbərdarlıq edilmədən Bakı şəhərinə və Azərbaycanın bir sıra digər rayonlarına yeridilərək Azərbaycan xalqına vəhşicəsinə divan tutdu.

20 YANVAR “ faciəsi haqqında rəsmi məlumatlarda deyilir: “ faciə zamanı 131 nəfər öldürülmüş 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs edilmişdir. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı məhv edilmişdir. Həlak olanlar arasında qadınlar , uşaqlar, qocalarla yanaşı, təcili tibbi yardım və polis işçiləri də olmuşdur.

O vaxt SSRİ rəhbərliyinin açıq şəkildə Ermənistanın respublikamıza qarşı ərazi iddialarını dəstəkləməsi və Azərbaycan rəhbərlərinin xəyanətkar siyasət yeritməsi xalqı qəzəbləndirmişdi. Torpaqlarının bir qarışınıda düşmənə qıymayan xalq ayağa qalxmış və bu ayrı seçkiliyə, ədalətsizliyə dözməyərək, “ Torpaqdan pay olmaz” deyərək etiraz səsini ucaltmışdı. Öz konstitusiya hüquqlarının bərqərar edilməsi tələbi ilə küçə və meydanlara çıxan dinc əhali qəflətən gülləboran edildi, insanlar hətta faşistlərin də törətmədikləri qəddarlığa məruz qaldılar.

Bu cavanlar silahla deyil, ölümlərilə ölüm saçan tanklara meydan oxuyarkən artıq ölümün o tayına ölümdən yüksək olan ŞƏHİDLİK mərtəbəsinə yüksəldilər. Bu mərtəbədə onlar Babəkin, Nəsiminin və Koroğlunun xeyir duasını qazandılar.

Onlar məlum həqiqəti bir daha təsdiq etdilər ki, Vətən oğulları Vətən uğrunda ölməyi bacarmasa Vətən dirilməz. Vətən uğrunda ölməyi bacaran oğullarımızın şücaəti sayəsində biz indi özümüzü dünyaya tanıda bildik.

Ümummilli lider 20 YANVAR günü imperiya qoşunları qarşısında mərdimərdanə dayanan Azərbaycanın mərd oğul və qızlarının bu dəyanətini çox yüksək qiymətləndirərək demişdir. ”Azərbaycan xalqı 20 YANVARDA hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin Azadlıq və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta,şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi.

1990-cı ilin QANLI YANVARINDA “Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda ŞƏHİDLİK zirvəsinə ucalmış Vətən övladları özlərinin fədakarlığı, şəhidliyi ilə xalqımızın qəhrəmanlıq səlnaməsinə parlaq səhifə yazdılar. Bu gün Azərbaycan özünün milli mənliyini qorumaq üçün canlarından keçən övladları ilə fəxr edir.”


Yalın əllər ilə tanklar üstünə,

Atılan cavanlar; eşq olsun sizə!

Siz təsdiq etdiniz azadlığın da

Halal olduğunu millətimizə!

Bakının ən yüksək , ən gözəl nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var ŞƏHİDLƏR XİYABANI.
Adımız dolaşdı bütün dünyanı,

Çox da ki,ağımız qara yozuldı.

Bizim şəhidlərin tökülən qanı

Haqqın kitabında imzamış oldu.




20 YANVARIN – BİLƏSUVAR ŞƏHİDLƏRİ.
O, QANLI ŞƏNBƏ gecəsində yüzlərlə azərbaycanlı oğullar kimi Biləsuvardan olan iki həmyerlimiz – Baba Xammədov və Əlimərdan Hüseynov da qəhrəmancasına həlak oldular.

BABA XAMMƏDOV – 1935-ci ildə Biləsuvar rayonunda anadan olub.O zamankı Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib . Uzun illər Biləsuvar şəhər 1 saylı Nizami Gəncəvi adına orta məktəbdə müəllim işləyib. Sonralar Bakıya köçüb. Müəllimlərin Təkmilləşdirmə İnstitutunda çalışıb.Qanlı yanvar gecəsi həlak olub.
ƏLİMƏRDAN HÜSEYNOV—1962-ci ildə Biiləsuvarın Çaylı kəndində dünyaya gəlib.Orta məktəbi qurtardıqdan sonra hərbi xidmətə gedir. Hərbi xidmətini başa vurduqdan sonra Bakı şəhərində yaşayırdı.1990-cı ilin yanvar gecəsində sovet qoşunları Bakıya daxil olanda düşmən gülləsinə tuş gəlmiş və qəhrəmancasına həlak olmuşdur.
20 Yanvar faciəsinin 27–ci ildönümü ilə əlaqədar

kitabxanalarda keçirilən tədbirlər.

20 YANVAR faciəsinin 27–ci ildönümü ilə bağlı respublikamızın hər bir müəssisələrində olduğu kimi Mərkəzləşdirilmiş Kitabxana Sistemində də tədbirlər planı hazırlanmışdır. Tədbirlər planına kitab sərgisi, foto sərgi, rəsm, inşa və şeir müsabiqələrini, xatirə gecələrin, ədəbi – bədii kompozisiya və s. tədbirləri daxil edilmişdir. İlk öncə isə kitabxanalarda kitab sərgisi və foto stend hazırlanmışdir.

Bu tarixi günü hər il qeyd edirik. Belə tədbirləri keçirmək bizim hər birimizin vətəndaşlıq borcumuzdur. Bu tədbirlər siyahısına xatirə gecəsini də əlavə etmək məqsədəuyğun olar.Xatirə gecəsinə bir sıra qonaqları. Biləsuvar rayonunun şair və yazıçılarını, ədəbiyyat müəllimlərini və bu faciədə şəhid olmüş həmyerlilərimizin valideyinlərini və qohumlarını dəvət etmək olar. Bunlarla yanaşı kitabxanada ədəbi –bədii kompozisiya kecirmək olar.

20yanvar –Qan yaddaşımız“adlıı



ədəbi - bədii kompozisya.
Aparıcı: I Düz 27 il bundan əvvəl imperiya zülmündən cana doymuş Azərbaycan xalq ayağa qalxaraq azad yaşamaq haqqı olduğunu birmənalı şəkildə elan etdi. Əvvəlcə torpaqlarımızın toxunulmazlığı uğrunda başlamış mübarizənin sonunda xalq hərəkatına çevrildi. 20 yanvar dövlətçiliyimizin tarixinə xalqımızın ən faciəli, eyni zamanda qəhrəmanlıq günlərindən biri kimi əbədi həkk olunmuşdur. 1990 - cı il yanvar ayının19-dan 20 –nə keçən gecə özünü sülhsevər ordu kimi qələmə verən imperiya qoşunu vətənimizin paytaxtı Bakı şəhərinə hücum etdi.

Tankların qarşısına çıxan hər nə varsa qəddarcasına məhv edərək şəhərin mərkəzinə doğru irəliləyirdi. Qoşunların qanunsuz yerləşməsi nəticəsində Bakıda və rayonlar da 170 nəfər öldürülmüş, 400 nəfər yaralanmışdır.

Aparıcı: II 20 yanvar günü

Boran günü, qar günü

Millətimin dar günü

Anaların üzündə

Qanla açılan şırım

Ataların başında

Çaxan şimşək, ildırım

Bacıların qəlbində

Sağalmaz qardaş dağı

Qardaşların gözündə

Qan odu, qan ocağı

Ölüm dalınca, ölüm

Qandı çiçəyim ,gülüm

Qandı əllər, dodaqlar

Çatılan qaşlarda qan

Yolunan saçlarda qan

Ayaqda qan,başda qan

Torpaqda qan ,daşda qan.


Aparıcı: III Yanaqlardan yaş gedir

Kipriklər nəm içində

Bakı dərd içindədir

Bakı matəm içində

20 yanvar günü

Xalqımızın başına

Açılan oyunların

Yenidən təkrar günü

Ellərin ürəyindən

Axıb qara qan gedir.

Azadliq meydanından

Dağüstü parka qədər


Qara bir karvan gedir

Bu karvanın yükü qəm

Budağı qəm, kökü qəm

Gedir çiyinlər üstə şəhid cənazələri

Bütün dünya eşidir bu dəhşətli xəbəri
Dinirik susdururlar

Əzirik küsdürürlər

Haqq çağıran dilləri

Dibindən kəsdirirlər

Şəhid oğullar verən

Ellərin harayını

Dünya unudan deyil

Qanlı yanvar ayını


Aparıcı: I Bəli ! Tarix unuda bilməz

Bu qanlı müsibəti

Eşidənin görənin, çıxmaz yadından qəti

Neçə milyonluq şəhər qalxır, yatır vurnuxur

Zülm sitəm içindədir

Bakı matəm içində.


Aparıcı: II 1990-cı ilin qışı idi.Qoca şərqin astanasında yerləşən qədim odlar yurdu Azərbaycan layiq olduğu haqq və hüquqlarına sahib olmaq üçün növbəti mücadiləsinə başlamışdı. Neçı illərdən bəri apardığı mübarizəsində qazandığı təcrübə bu xalqa öyrətmişd ki, azadlıq yalnız qanla əldə olunur.

Aparıcı: III Həyatımda ilk dəfə bu qədər qan görürdüm,

Qızıl qana bürünmüş, sökülən dan görürdüm,

Qan içində çalxanan Azərbaycan görürdüm,

Yerdən ,göydən ,dənizdən axırdı şəhid qanı !

Əzizinəm qan ağlar

Könül ağlar ,can ağlar.

Bu gün yaman günümdür,

Mərd yanar, meydan ağlar.


Aparıcı: I Həyatımda ilk dəfə bu qədər gül görürdüm,

Hər gülün arxasında sınan könül görürdüm,

Bütün Azərbaycanə məlul ,məşkül görürdüm

Dünyanı yandırırdı,yaxırdı şəhid qanı!

Aparıcı: II Əzizim nələr gördüm,

Dərd dağı dələr gördüm.

Min şəhidin yasında

Bir xalqı mələr gördüm.


Aparıcı: III Həyatımda heç zaman belə dərd görməmişdim,

Dərdi belə amansız, belə sərt görməmişdim.

Mənim düşmənim qədər ,mən namərd görməmişdim,

Namərdlərin başında çaxırdı namərd qanı!

Əzizinəm yaş günü,

Yas qara libas günü.

Qoymaram qiyamətə

Qala bu qisas günü.

Aparıcı: I Burda ən çox işlənən söz, cəlladlara nifrət sözü

Burda ən çox işlənən söz ,ölüm sözü ,həsrət sözü

Ziyarətə gələnlərin dilindəki rəhmət sözü

Yağış olub yağasıdır şəhidlərim yatan yerdə.


Aparıcı: II Dilimizdə dil göynədən yüz bayatı , yüz ağı var

Canımızda qanlı qışın şaxtası var, sazağı var

Dərdi olan darıxmasın yaxını var ,uzağı var.

Gün təzədən doğasıdır şəhitlərin yatan yerdə


Aparıcı: III Düşmən hər gün öz əyninə paltar kimi geyir şəri

Yalan min qat çoxalsa da haqqın gücü əzir şəri

Alçaqların fəndi keçməz düz əyrini ,xeyr şəri

Nur zülməti boğasıdır şəhitlərin batan yerdə.


Aparıcı: I Ulu öndərimiz H. Əliyevin siyasi fəaliyyətinə qırmızı xətlə keçən bir məna da var. Ey xalq ! Oyan , özünü yaxşı –yaxşı dərk et , öz haqqını bil , öz torpaqlarına sahib çıx, ictimai dərdlərini araşdır, işləməyi mərdlərimizdən öyrən, böyüklüyünü öz əməlinlə təsdiq et.

Aparıcı: II Bu gün qara geyinmişəm, qara günümdür mənim,

Dünyanı silkələyən ahım .ünümdür mənim.

Şəhidlər xiyabanı qibləm yönümdür mənin,

Öz dərdimi çəkməsəm özgələr dərdə qalmaz!
Aparıcı: III Çox uzaq gedə bilməz, bu qurğular, hoqqalar,

Dönər misri qılınca düz yalanı şaqqalar.

Lap dünya dağılsa da öz yerini haqq alar,

Heç vaxt xeyrin- qisası böhtanda, şərdə qalmaz!

Aparıcı: I Sınar dağların beli ,bu qədər ah götürməz,

Adı insan olan kəs belə günah götürməz.

Yerdə bəndə götürsə göydə Allah götürməz,

Qəm yemə dəli könlüm nahaq qan yerdə qalmaz!


Düşməni sevindirər, kədərimiz yasımız,

Qılınc qında durmasın ,qoy tökülsün pasımız

Aman Allah ! Sabaha qalmasın qisasımız

Bizi haqqa çağırın, nahaq qan yerdə qalmaz


Aparıcı: I l Günahkara günahını tanıtmalıdır

Kəsərini .silahını tanıtmalıdır

Allahsıza Allahını tanıtmalıdır

Diz çökdürüb dinsizləri gətirər dinə

İnanırıq həqiqətin təntənəsinə
Aparıcı: IIl Günah cilov tutandadır, cilovda deyil

Günah tilov tutandadır, tilovda deyil

Günah alov tutandadır, alovda deyil

Düşmən nöqtə qoymasa da nifrətə, kədərə

İnanırıq həqiqətin təntənəsinə
Aparıcı: I Mən sabahı dumanlı yox təmiz görürəm

Mən sevgini bir damla yox dəniz görürəm

Mən xalqımı əzizlərdən əziz görürəm

Coşur, ürək , yaşayır göz ,qabarır sinə

İnanırıq həqiqətin təntənəsinə.

SON
Ədəbiyyat siyahısı

Kitablar:

ƏbdülsəlimzadəQ.20 yaşlı Yanvar.-B:Şirvannəşr,2010.-396s.

Səməndər R. Şəhidlər.-B: Gənclik,1990.-448 s.

Dövrü mətbuatda:

Mirzəbəyliİ . 20 yanvar faciəsi nə qədər dəhşətli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq əzminin qıra bilməzdi//Xalq qəzeti.-2015.-13 yanvar.-S.5.

Nərimanoğlu M.. əbədilik qazandı:20 yanvarda şəhid olmuş Nəsimi Əliyev haqqında // Azərbaycan : qəzeti.-2015.-25 yanvar.-S.7.



Tərtibçi:: Səfərova Məhsətixanım - Metodika və Məlumat biblioqrafiya

şöbəsinin müdiri.
Ədəbiyyat siyahısı

Kitablar:

ƏbdülsəlimzadəQ.20 yaşlı Yanvar.-B:Şirvannəşr,2010.-396s.

Səməndər R. Şəhidlər.-B: Gənclik,1990.-448 s.

Dövrü mətbuatda:

Mirzəbəyliİ . 20 yanvar faciəsi nə qədər dəhşətli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq əzminin qıra bilməzdi//Xalq qəzeti.-2015.-13 yanvar.-S.5.



Nərimanoğlu M.. əbədilik qazandı:20 yanvarda şəhid olmuş Nəsimi Əliyev haqqında // Azərbaycan : qəzeti.-2015.-25 yanvar.-S.7.

Tərtibçi:: Səfərova Məhsətixanım - Metodika və Məlumat biblioqrafiya

şöbəsinin müdiri.
Yüklə 56,37 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin