2015 – 2017
2015 – ci il yanvarın 21-22-də Xəzər Universitetinin Kitabxana informasiya mərkəzinin (KİM) əməkdaşı Səidə Orucova tərəfindən “Dünya” məktəbinin kitabxanasında Çin uşaq kitablarının sərgisi keçirildi. Bir neçə ay əvvəl Kitabxana İnformasiya Mərkəzində (KİM) açılışı olmuş Çin Guşəsinin Çin uşaq ədəbiyyatı, eləcə də Çinin tarixi, coğrafiyası və s. mövzuları əhatə edən kitablar nümayiş etdirildi. Sərgidə Çın dilində “danışan kitablar” şagirdlər tərəfindən maraqla qarşılandı.
Eyni zamanda, uşaqlar KİM tərəfindən “Dünya” məktəbinin kitabxanasına hədiyyə edilmiş çoxlu sayda kitablarla da tanış oldular.
Yanvarın 21-də Xəzər Universitetinin Kitabxana informasiya mərkəzi (KİM) tərəfindən İndilis dili və ədəbiyyatı departamentinin müəllimləri üçün “Onlayn məlumat bazaları və onlardan istifadə qaydaları” mövzusunda təlim keçirildi. Təlimdə departamentin müəllimləri onlayn bazalara, xüsusilə ingilis dilinin tədrisi üçün nəzərdə tutulmuş bazalara daha çox maraq göstərdilər. Təlimdən sonra müəllimlər ingilis ədəbiyyatı sərgisi ilə tanış oldular və təklif edildi ki, kitabların bir hissəsi departamentə istifadəyə verilsin.
Fevralın 12 - də Xəzər Universitetinin Kitabxana - informasiya mərkəzində (KİM) ”Kitabla dost ol, ən fəal oxucu ol!” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. 2014-cü ilin nəticələrinə əsasən müsabiqənin qalibləri kitabxanaçılardan ibarət qrup tərəfindən əməkdaşlar və tələbələr arasından bu meyarlara görə müəyyənləşdirilmişdi: oxunan kitabların sayı; istifadə olunan zalların çoxluğu; KİM-in qaydalarına riayət.
Əməkdaşlardan Maliyyə şöbəsinin müdiri Nağı Bayramlı (I yer), Mühəndislik və tətbiqi elmlər fakültəsinin dekan müavini Vəfa Aslanova (II yer), Cəmilə Quliyeva (III yer), tələbələrdən Fəridə Ocaqova (I yer), Cəvahir Hacıyeva (II yer), Hüseyn Hüseynli (III yer) müsabiqənin qalibləri oldular.
Bundan əlavə, həm əməkdaşlara, həm də tələbələrə həvəsləndirici sertifikatlar və hədiyyələr təqdim olundu.
Ən fəal oxucu müsabiqəsinin əsas məqsədi kitabı, kitabxananı və mütaliəni təbliğ etmək və onların hər bir insanın həyatında və təhsilində rolunu yüksəldmək idi. Zənnimcə, bu tədbiri keçirməklə qoyduğumuz məqsədə nail ola bildik. Bu kimi tədbirlər oxuculara, xüsusən də gənclərə kitab oxumağın əhəmiyyətini aşılayaraq, eyni zamanda kitabxanaya diqqəti cəlb edəcək. Axı kitabxana böyük bir xəzinədir və bu xəzinənin sərvətləri hər kəs üçün daim açıqdır.
Kitabxana İnformasiya Mərkəzinin Kataloqlaşdırma bölməsinin müdiri Orucova Samirə tərəfindən KİM-in əməkdaşlarına təlim keçirilmişdir. Təlimdə Follet Applications proqramının "Cataloging" modulu, MARC/USMARK formatı və kitabların elektron kataloqa salınma qaydaları barədə məlumat verilmişdir.
2015-ci il fevral ayında növbəti Webometrics Dünya ali məktəblərinin reytinqi (sıralaması) elan olunmuşdur. Reytinq cədvəlində Xəzər Universiteti Azərbaycanda birincidir.
Qeyd edək ki, Webometrics universitet kitabxanalarının reytinqini də elan etmişdir. Xəzər Universiteti kitabxanası Azərbaycanda 1-ci olmuş, Mərkəzi-Şərqi Avropa kitabxanaları reytinqində 70-ci yerdə qərar tutmuşdur.
Fevralın 27-də Xəzər Universiteti Kitabxana-İnformasiya Mərkəzinin Elektron informasiya xidmətləri bölməsinin müdiri Aytac Misgərli Bakı Biznes Universitetində keçirilən “Ali məktəblərdə elektron kitabxanaların təşkili və onlardan istifadə olunması istiqamətləri” mövzusunda respublika elmi-praktiki konfransında iştirak edib. Konfransda respublika kitabxanalarının elektron xidmətlərinin təkmilləşdirilməsi müzakirə olunub.
2015-ci il martın 4- də saat 14.00 - da Kitabxana - İnformasiya Mərkəzi tərəfindən Mərmər salonda “Çin Yaz bayram ” adlı tədbir keçiriləcək. Bütün əməkdaşlar dəvətlidir.
Martın 4-də Xəzər Universitetinin Kitabxana - İnformasiya Mərkəzi (KİM) “Çin Yaz Bayramı” adlı tədbir keçirdi. Tədbiri açan KİM direktoru Gülşən Mehdiyeva qonaqları salamladı və KİM-in əməkdaşı Səidə Orucova ilə Çin Yaz Bayramı haqqında iki dilli təqdimatla çıxış etdilər.
Tədbirdə iştirak edən Konfusi İnstitutunun direktoru Xu Fenxua öz çıxışında tədbir iştirakçılarını salamladı və təşəkkür nitqi söylədi. Mərasimin davamı olaraq Çin müəllimlərinin və Xəzər Universitetinin tələbələrinin iştirakı ilə Talant Şousu nümayiş olundu və fəal iştirakçılara təşəkkürnamələr təqdim edildi.
Tədbirdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı iştirak etmişdir.
2015-ci il aprelin 14-də Kitabxana İnformasiya Mərkəzi Xəzər Universitetinin şəhərin mərkəzindəki kampusunda (B.Səfəroğlu küç., 122) Çin kitablarının sərgisini keçirdi. Sərgidə Çin ədəbiyyatı, fəlsəfəsi, mədəniyyəti, dilinə aid kitablar nümayiş olundu. KİM-in əməkdaşı Səidə Orucova kitablar haqqında biblioqrafik məlumat verdi.
Tədbir tələbələrin marağına səbəb olmuşdu.
Tədbirdən əvvəl, dərs zamanı Çin dili müəllimi Luna Zhougun iştirakı ilə tələbələr kitablarla yaxından tanış olmuş, onlar haqqında ətraflı məlumat almışdılar.
Sentyabrın 17-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə dövlət və özəl təhsil müəssisələri, eləcə də, digər müəssisələrin kitabxana sahəsində çalışan rəhbər və işçiləri üçün "ALİSA (Automated Library System of Azerbaijan) - elektron kitabxananın idarə olunması" mövzusunda təlim keçirilmişdir. Təlimdə "Kitabxanaların innovativ idarə olunması", "ALİSA kitabxana sistemi" və kitabxana işində zəruri olan 3M qurğuları barədə məlumat verilmişdir. Təlimdə Xəzər Universitetinin Kitabxana İnformasiya Mərkəzinin əməkdaşı, "Kataloqlaşdırma" şöbəsinin müdiri Samirə Orucova da iştirak etmiş, elektron və onlayn kitabxanalrın qurulması ilə bağlı faydalı məlumatlar əldə edərək sertifikatla təltif olunmuşdur.
6 oktyabr 2015 - ci ildə Xəzər Universitetinin Kitabxana İnformasiya Mərkəzinin "Elektron İnformasiya Xidmətləri" şöbəsinin müdiri Aytac Misgərli tərəfindən Humanitar və Sosial Elmlər fakültəsinin I kurs tələbələri üçün "Kitabxana və elektron xidmətlər" mövzusunda təlim keçirildi.
Xəzər Universiteti Dillər və mədəniyyətlər kafedrasının fars dili müəllimi f.ü.f.d. Zivər Hüseynli öz şəxsi kitabxanasından Xəzər Universitetinin kitabxanasına 50 müxtəlif kitab hədiyyə etmişdir. Bu kitablardan 2 ədədi fars dilində roman, qalan 48 ədədi isə türk dilində tarix, mədəniyyət və ədəbiyyata aid əsərlərdir və bəzi kitabların 2 nüsxəsi vardır. Türk dilində olan kitablar əsasən Zivər Hüseynlinin müxtəlif vaxtlarda Türkiyənin Kahramanmaraş şəhərində üç dəfə Beynəlxalq simpoziumda iştirak etdiyi vaxt həmin şəhər haqqında əldə etdiyi kitablardan ibarətdir. Kahramanmaraş və ətrafında qurulmuş Zülqədəroğulları bəyliyi, Osmanlı dövrünün tarixi, bölgənin ictimai və ədəbi mühiti haqqında qələmə alınmış bu kitablar həmin bölgə haqqında araşdırma aparmaq istəyən tədqiqatçı və tələbələrin ixtiyarına veriləcək.
Caucasus Research Resource Center (CRRC) tərəfindən Xəzər Universiteti KİM-nin fonduna sosiologiya, politologiya, miqrasiya və iqtisadiyyata aid çoxlu sayda kitablar hədiyyə olunmuşdur. Müəllim və tələbə heyəti öz elmi araşdırmalarında bu kitablardan yararlana bilərlər.
22 Oktyabr 2015-ci ildə ADA Universitetinin kitabxanasında Mehmet Haseki tərəfindən IEEE Xplore elektron bazasının təqdimatı keçirilmişdir. IEEE Xplore rəqəmsal elmi-tədqiqat bazası əsasən informatika, elektronika və elektronika mühəndisliyi sahələrini əhatə edir. Təqdimatda Xəzər Universitetinin KİM-in əməkdaşları - Samirə Orucova və Səidə Orucova da iştrak etmişdilər.
“Əlilliyi olan şəxslərin Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” (ESFIDIP) adlı Tempus layihəsi çərçivəsində ali təhsil müəssələrində əlilliyi olan tələbələrə necə dəstək və yardım edilməsi mövzusunda iki hissədən ibarət təlim keçirildi.
Təlimin birinci hissəsi 2015-ci il oktyabrın 14-ü və 15-də layihənin Avropa partnyoru olan Makedoniya Universiteti yerli partnyor universitetlərin işçi və tələbə heyəti üçün onlayn təlim keçirdi.
Təlimin ikinci hissəsi oktyabrın 20-dən 23-dək Sumqayıt Dövlət Universitetində Lodz və Qraz universitetlərinin nümayəndələri tərəfindən həyata keçirildi. Təlimin əsas məqsədi Avropa partnyor universitetlərin əlilliyi olan tələbələrlə işləmə təcrübələrini və biliklərini yerli partnyor universitetlərin nümayəndələri ilə bölüşmək idi.
Təlimdə Kitabxana İnformasiya Mərkəzinin əməkdaşı Aytac Misgərli da iştirak etmişdir.
2015-ci il noyabrın 24-də KİM-in təşkil etdiyi “Çin Mədəniyyətindən İncilər” adlı tədbir keçirildi. Tədbirdə Konfusiya İnstitutunun əməkdaşları, ADA Universitetindən, ADİU-dan qonaqlar və Xəzər Universitetinin müəllim və tələbə heyəti iştirak etmişdir.Qədim Çin mədəniyyətinə həsr olunmuş tədbirdə kalliqrafiya rəsmləri, rəqslər, şeirlər və mövzuya uyğun təqdimatlar da nümayiş olundu. Sonda tədbir iştrakçıları KİM-də yerləşən “Çin Guşəsi” sərgisi ilə tanış oldular.
30 noyabr və 1 dekabrda Müəllif Hüquqları Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə təşkilatçılığı ilə "Arxivlər, kitabxanalar və təhsil müəssisələri üçün istisnalar və məhdudiyyətlər" mövzusunda beynəlxalq seminar keçirilib. Seminarda kitabxanaların hazırki vəziyyəti və kitabxanalarda müəllif hüquqlarının necə qorunması müzakirə edilib. Bununla yanaşı Xəzər Universitetinin kitabxanasının fəaliyyəti haqqında KİM-nin əməkdaşı Aytac Misgərli seminar iştrakçılarını məlumatlandırıb.
2016-cı il aprelin 15-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Elektron kitabxanaların formalaşması problemləri” adlı respublika elmi-praktiki konfransı keçirildi. İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev AMEA Rəyasət Heyətinin qərarı ilə keçirilən konfransın elektron kitabxanaların multidissiplinar problemlərinə həsr olunduğunu qeyd etdi. Ölkədə milli elektron kitabxana mühitinin yaradılmasının prioritet məsələlərdən olduğunu söyləyən alim bildirdi ki, bunun üçün e-kitabxanaların kommunallaşdırılması və inteqrasiyası əsas fəaliyyət istiqamətlərindəndir. Mövzu ətrafında geniş fikir mübadiləsi aparıldı, təklif və tövsiyələr səsləndirildi. Məruzəçilər konfrans iştirakçılarının suallarını cavablandırdılar.
Konfransda Xəzər Universitetinin KİM-nin əməkdaşı Səidə Orucova da iştrak edirdi.
2016-cı il mayın 13-də Xəzər Universitetində “Elsevier” Nəşriyyatının Mərkəzi Asiya və Qafqaz regionu üzrə numayəndəsi Kuşnud Kərimov ilə ilə görüş keçirildi. Görüşdə Xəzər Universitetinin rektoru Dr. Hassan Niknafs, Akademik işlər üzrə prorektor professor Məhəmməd Nuriyev, müəllimlər və KİM-nin əməkdaşları iştirak edirdilər. Görüşdə Xəzər Universitetinin “Elsevier” Nəşriyyatının “ScienceDirect” Elmi Məlumat Bazasına qoşulması, gələcək əməkdaşlıq məsələləri müzakirə olundu.
2016-cı il sentyabrın 15-də Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşı Səidə Orucova 1-ci kurs tələbələrinə “Kitabxana və kitabxana xidmətləri” mövzusunda təlim keçirdi.
Daha sonra KİM-nin əməkdaşları 1-ci kurslara kitabxananı ekskursiya etdirdilər.
2016-cı il oktyabrın 18-də Bakı Dövlət Universitetində “Wiley” onlayn kitabxana platformasından istifadə qaydaları”na həsr olunmuş seminar keçirildi. “Wiley”in Türkiyə, Azərbaycan, Özbəkistan üzrə satış meneceri Duygu Pacalının məruzələri dinlənildi.
Seminarda Xəzər Universitetini KİM-nin Elektron informasiya xidmətləri bölməsinin müdiri Səidə Orucova təmsil edirdi.
Görüşdə “Azərbaycan elmi dünya çapında”, “Azərbaycan elminə “Wiley” tərəfindən baxış”, “Wiley” onlayn kitabxana platformasından istifadə qaydaları”, əməkdaşlıq əlaqələrinin perspektivləri kimi mövzular müzakirə edildi.
Sonda iştirakçıların sualları cavablandırıldı.
2016-cı il oktyabrın 26-da Xəzər Universitetinin Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşları –“Çin guşəsi”nin layihə rəhbəri Səidə Orucova və koordinatoru Esmira Mehdiyeva “Dünya” məktəbinin şagirdləri üçün “Çin xalq oyunları və Çin kitablarının sərgisi” adlı tədbir keçirdilər. Tədbirdə BDU-nin nəznində yerləşən Konfutsi İnstitutunun direktoru xanım Luo Xiaozhi və institutun müəllimləri iştirak edirdilər. Tədbiri lahiyənin rəhbəri Səidə Orucova açaraq, “Çin guşəsi” və Çin haqqında maraqli məlumatlar verdi. Esmira Mehdiyeva şagirdləri kitablar və oyunlar barədə məlumatlandırdı. Daha sonra, Çin dili müəllimləri şagirdlərə Çin xalq oyunlarını nümayiş edirdilər. Tədbir oyunlar və viktronalarla davam etdi.
Şagirdlərə Xəzər Universiteti və Konfutsi İnstitutunun hazırladığı hədiyyələr təqdim olundu.
Sonda şagirdlər sərgi ilə tanış oldular.
Xəzər Universiteti Azərbaycan dili və ədəbiyyatı departamentinin müəllimi Xatirə Yusifovanın təşəbbüsü və vasitəçiliyi ilə Azərbaycana Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundan universitetin Kitabxana-İnformasiya Mərkəzinə ədəbiyyat üzrə 59 adda, 82 nüsxə kitab hədiyyə olunmuşdur.
Müəllim və tələbə heyəti öz elmi araşdırmalarında bu kitablardan yararlana bilərlər.
2016-cı il noyabrın 18-i saat 12:00-da Xəzər Universitetində “İki şəhərin əfsanələri” adlı tədbir keçirildi. Tədbir KİM-də yerləşən “Çin guşəsi”nin layihə rəhbəri Orucova Səidə və koordinatoru Esmira Mehdiyeva tərəfindən hazırlanmışdı. Tədbirdə BDU-nin nəznində yerləşən Konfusiya İnstitutunun müəllimləri , Xəzər Universitetində Çin dilini öyrənən tələbələr və digər qonaqlar iştrak edirdilər. Tədbirdə Konfusiya İnstitutunun müəllimləri Pekinin tarixi, mədəniyyəti, milli yeməkləri, Pekin Operası, abidələri və digər görməli yerləri haqqında təqdimatla çıxış etdilər. Xəzər Universitetinin tələbələri isə Bakı İçərişəhər, Qız qalası, yeni salınmış binalar və muzeylər haqqında təqdimat nümayiş etdirdilər. Daha sonra, Çin xalq və Azərbaycan milli geyimləri nümayiş edildi. Çin dili müəllimi tədbir iştrakçılarının adlarını kalliqrafiyada yazıb hədiyyə etdı.
Sonda tədbir iştirakçıları kollektiv şəkil çəkdirdilər.
2016-cı il dekabrın 12-də Xəzər Universiteti KİM-nin “Elektron informasiya xidmətləri” bölməsi İqtisadiyyat və menecment fakültəsinin bakalavr tələbələrin üçün “Elektron resursların effektiv idarə olunması” adlı təlim proqramı keçirdi. Təlimi KİM-nin Elektron informasiya xidmətləri bölməsinin müdiri Səidə Orucova tərəfindən kecirdi.
Təlimdə tələbələrə elektron kataloqdan istifadə qaqaydaları (OPAC), onlayn məlumat bazaları və onların axtarış üsulları və dünya ali məktəblərinin Webometrics reytinqinə görə birinci olmuş Xəzər Universitetinin Elektron Arxivi barəsində geniş məlumat verildi.
Sonda mövzu ilə bağlı tapşırıqları yerinə yetirildi.
2016-cı il dekabrın 12-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının təşkil etdiyi “Kitab hədiyyə aksiyası” əsasında MEK-in mübadilə fondundan Xəzər Universitetinin Kitabxana-İnformasiya Mərkəzinə 152 adda, 449 nüsxə kitab hədiyyə edildi.
Kitabxanaya hədiyyə olunmuş kitabların müəyyən bir hissəsini Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri, lüğət və ensiklopediyalar təşkil edir.
2017-ci il aprelin 14-də Azərbaycanda Kitabxana İşinin İnkişafı Assosasiyasının təşkilatçılığı və BDU-nin Kitabxanaçılıq-İnformasiya fakültəsinin dəstəyi ilə “Elekltron kataloq-yüksək informasiya texnologiyalarının nəticəsi kimi” mövzusun da elmi-praktik konfrans keçirildi. Konfransın məqsədi Respublika kitabxanalarının məlumat axtarış sistemlərində elektron kataloqun rolu və avtomatlaşdırma proseslərinin tətbiqi idi. Tədbirdə tələbələr və kitabxana rəhbərlərinin dəstəyi ilə təqdimatlat və çıxışlar göstərildi və Xəzər Universitetin Kitabxana-İnformasiya Mərkəzinin avtomatlaşdırma proseslərinin tətbiqi, müasir vəziyəti və əhəmiyyəti mövzusunda təqdimatlar keçirildi. Xəzər Universitetinin KİM-in Kataloqlaşdırma şöbəsinin müdiri Samirə Orucova, BDU-nin tələbələri Teymur Eyvazov, Lalə Salahova,Əzizə Ataşova tərəfindən təqdimat etdilər.
Sonda təqdimat iştirakçıları mükafatlandırıldı.
2017-ci il mayın 26-da Xəzər Universiteti Kitabxana-İnformasiya Mərkəzində “Oxucular və kitabxana əməkdaşları arasında ən çox oxunan kitabların müzakirəsi” adlı tədbir keçirildi. Müzakirədə oxunan kitabların təhlili və dövrümüzdəki hadislələr ilə uyğunluğu müqayisə edilidi. Tədbir tələbələr tərəfindən çox maraqla qarşılandı və təkrar keçirilməsi arzu edildi.
2017 - ci il iyulun 5 - də "Regent Book Supplies" şirkətinin nümayəndəsi Abbas Virjee Xəzər Universitetinin Kitabxana İnformasiya Mərkəzində qonaq oldu.
Dostları ilə paylaş: |