2015-ci il Fənn proqramı (sillabusu) Kafedra



Yüklə 78,38 Kb.
tarix14.01.2017
ölçüsü78,38 Kb.
#208
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ
Təsdiq edirəm:

Kafedra müdiri_____________

prof. Sərdarov B.S.

“___”____________2015-ci il


Fənn proqramı (sillabusu)
Kafedra “Yapışdırıcı materiallar və betonlar texnologiyası”

Fənnin adı “Beton və dəmir-beton məmulatları və konstruksiyaların texnologiyası”

1. Fənn haqqında məlumat:

Kodu 050638

Tədris ili 2014-2015 semestr VIII (yaz)

Fakültə “İnşaat-texnologiya”

Qrup 651a

Tədris yükü: mühazirə 30 saat, seminar (məşğələ) 20, saat

laboratoriya 10 saat. Cəmi 60 saat.

Kredit: 4

Auditoriya: № ________

Saat: ________



2. Müəllim haqqında məlumat:

Adı, atasının adı, soyadı və elmi dərəcəsi Sevinc Mirhəsən qızı Əkbərova, dosent

Kafedranın ünvanı: Ayna Sultanova 5

Məsləhət saatları: _______________________________

E-mail ünvanı:sev10@rambler.ru

İş telefonu: (012) 539-10-25



3. Tələb olunan dərslik və dərs vəsaitləri:

  1. İ.M.Yusufov Beton və dəmir-beton məmulatlarının texnologiyası. Bakı. Maarif.1998. 325 s.

  2. B.S.Sərdarov, Ə.B.Həsənzadə, T.A.Haqverdiyeva, Ü.S.Quliyev, S.M.Əkbərova. Beton və dəmir-beton məmulatları və konstruksiyalarının texnologiyası. Bakı-2003.104 s.

  3. Бетоны. Материалы. Технологии. Оборудование. Стройинформ. Издательство «Фенкс» 2/ 2006. 422с.

  4. Ю.М.Баженов. Технология бетона. Москва. «Высшая школа» 1978. 455с.

  5. Ю.И.Киреева. Строительные материалы. Минск ООО «новое знание». 2006. 400с.

  6. Папов К.Н., Каддо М.Б., Кульков О.В. Оценка качества строительных материалов. Москва. «Высшая школа». 2004. 286с.

  7. В.Н.Основин, Л.В.шуляков,Д.С.Дубяго. Справочник по строительным материалам и изделиям. Ростов-на-Дону. «Фенкс» 2005.243 с.

  8. А.А.Кальгин, Ф.Г.Сулейманов. Лабораторный практикум по технологии бетонных и железобетонных изделий. Москва «Высшая школа» 1994. 272с.

4. Fənnin təsviri və məqsədi:

(Fənn haqqında qısa məlumat, onunla əlaqəli fənlər, fənnin tədrisinin məqsədi yazılı şərh olunur. Bu fənni öyrənməklə tələbələrin nəyi biləcəkləri, nəyə nail olacaqları və hansı vərdişlərə yiyələnəcəkləri qeyd edilir.)

Beton və dəmir-beton məmulatlarının və konstruksiyalarının texnologiyası” fənni 050638 - “Tikinti materialları və məmulatlarının texnologiyası mühəndisliyi” ixtisası üzrə mühəndis texnoloq hazırlığı üçün nəzərdə tutulmuşdur.

Proqramda kursu tam əhatə edən üç fəsil nəzərdə tutulur:


  1. Beton və dəmir-beton məmulatlarının texnoloji istehsal üsulları və prosesləri.

  2. Dəmir-beton məmulatlarının zavod hazırlığının yüksəldilməsi, keyfiyyətə nəzarət və onun yaxşılaşdırılması.

  3. Beton və dəmir-beton konstruksiyaların uzunömürlülüyünün artırılması.

Kursun tədris olunmasında məqsəd tələbələrə beton və dəmir-beton məmulatları və konstruksiyaları istehsal edən müəssisələrdə istehsal proseslərinin səmərəliliyininin yüksəldilməsi üçün tətbiq olunan texnoloji prosesesləri öyrətmək və bu proseslərin təkmilləşdirilməsinə və inkişafına yönəltməkdir.

Proqramın əsas xüsusiyyəti odur ki, baxılan məsələlər müasir elmi-texniki tərəqqinin əsas istiqamətləri nəzərə alınmaqla beton və dəmir-beton məmulatlarının və konstruksiyalarının istehsalı nəzərə alınmaqla yerinə yetirilmişdir.

  1. Fənnin təqvim planı:

  1. Giriş. Fənnin məqsədi və vəzifələri

  2. Beton və dəmir- beton məmulatları

  3. Texnoloji istehsal prosesinin ümumi əsasları

  4. Adi və qabaqcadan gərginləşdirilmiş beton məmumulatların armaturlanması

  5. Beton və dəmir-beton məmulatların qəliblənməsi

  6. Qəliblənmiş məmulatlarda betonun bərkiməsinin sürətləndirilməsi yolları və onun əhəmiyyəti

  7. Dəmir-beton məmulatların zavod hazırlığının yüksəldilməsi

  8. Dəmir-beton zavodlarında keyfiyyətə nəzarət

  9. Beton və dəmir-beton konstruksiyaların uzunömürlülüyü

5.1. Mühazirə dərslərinin mövzuları və qısa icmaları

Həftə-lər

Mövzunun adı və qısa icmalı

Saat

Tarix

1

2

3

4

1

Mövzu№1

Adi və qabaqcadan gərginləşdirilmiş dəmir-beton məmulatların armaturlanması. Gərginləşən və gərginləşməyən armaturlar. Armatur elementlərinin növləri. Polad armaturların növləri. Qabaqcadan gərginləşdirilmiş konstruksiyaların armaturlanması. Polad armaturun gərginləşdirilməsi və gərginliyin betona verilmə metodları



2

26.01.15

2

Mövzu№2

Armatur karkaslarının və elementlərinin hazırlanması. Armatur torlarının və karkaslarının qaynağı. Müstəvi və fəza armatur karkaslarının hazırlanmasının axın xətti. Sancma elementləri və onların hazırlanması. Armatur məmulatlarının istehsalının təşkili, keyfiyyətinə nəzarət


2


29.01.15

3

Mövzu№3

Armaturun bərkidilmə və dartılma üsulları. Gərginləşən armaturun hazırlanması və armaturun qəlibləmə zamanı gərginləşdirilməsi, söykənəcəklərə bərkidilməsi üsulları. Armaturun elektromexaniki üsulla gərginləşdirilməsi. Armaturun gərginləşdirilməsi ilə əlaqədar texnoloji hesablamalar. Qabaqcadan gərginləşdirilmiş konstruksiyaların armaturlanması. Polad armaturun gərginləşdirilməsi və gərginliyin betona verilmə metodları. Gərginləşən armaturun növləri və göstəriciləri



2


02.02.15

4

Mövzu№4

Dəmir-beton məmulatlarının qəliblənməsi istehsalda istifadə olunan qəliblər. Polad, çuqun, düralüminium, taxta, dəmir-beton, şüşə plastik və s. qəliblər. Qəliblərin əsas elementləri. Qəliblərin təsnifatı və göstəriciləri, onlara olan tələblər. Qəliblərin yağlanması. Yağlara olan təlabat. Yağların növü. Yağlama qaydası.


2


09.02.15

5

Mövzu№5

Məmulatın qəliblənmə üsulları. Müxtəlif qəlibləmə xassəli və göstəricili beton qarışığının qəlibləmə metodları. Horra şəkilli beton qarışıqlarının qəliblənməsi. Məmulatın horizontal şəkildə qəliblənməsi


2


12.02.15

6

Mövzu№6

Məmulatın qəliblənməsində sıxlaşdırma üsulları. Vibrasiya, presləmə, prokat, sentrifuqa və s. Sərt və az axarlı qarışıqlardan məmulatların qəliblənməsi zamanı beton qarışığının sıxlaşdırılmasının fiziki-mexaniki əsasları.


2


16.02.15

7

Mövzu№7

Vibroemal rejiminin parametrləri. Vibrasiya müddəti. Təkrar vibrasiya. Vibroştamplama, vibroprakat, vibrovakuum, vibropresləmə döyəcləmə, diyircəkli sıxlaşdırma üsulları. Mərkəzdənqaçma üsulu ilə betonun yerləşdirilməsi və sıxlaşdırılması


2


23.02.15

8

Mövzu№8

Təzyiqli və təzyiqsiz boruların sentrifuqada istehsalı. Betonyerləşdiricilər və qidalandırıcılar.Sentrifuqaların sxemi. Sentrifuqaların təqribi və maksimal iş rejimləri.



2


26.02.15

9

Mövzu№9

Atmosfer təzyiqində betonun buxarla emalı, emal rejimləri.Iri məmulatların isti emalı


2


02.03.15

10

Mövzu№10

Fasiləli və fasiləsiz işləyən buxar kameraları.Fasiləsiz işləyən buxaravermə kameraları. Qüllə tipli şaquli kamera. Tunel tipli üfüqi kamera


2


09.03.15

11

Mövzu№11

Yüksək təzyiqdə avtoklavda buxarla emal. Ağır beton məmulatının avtoklavda emalı üçün təxmini rejimlər. Çoxməsaməli betonlardan məmulat istehsalında avtoklav üsulu.


2


12.03.15

12

Mövzu№12

Istiliyin toxunma üsulu ilə betonun istilik emalı, vertikal kasset qəliblərdə istilik emalı. Kasset qurğularında məmulatın isti emal müddəti.



2


16.03.15

13

Mövzu№13

Buxar köynəkli qəliblərdə betonun istilik emalı. Kasset qurğularında ikitərəfli isti emal. Fasiləsiz qəlibləyən kasset qurğuları.


2


23.03.15

14

Mövzu№14

Beton qarışığını qabaqcadan qızdırmaqla isti qəlibləmə metodu. Qarışığın elektriklə qızdırılması.Fasiləsiz işləyən elektrik-qızdırıcı qurğu. Məmulat istehsalında isti qarışıqlar.



2


26.03.15

15


Mövzu№15

Məmulatın istehsalına və keyfiyyətinə nəzarət. dəmir-beton zavodlarında keyfiyyətə nəzarətin təşkili və onun idarə olunması. Texniki nəzarətin əsas növləri: giriş, əməliyyatlararası və qəbul. Müəssisəyə daxil olan materialların keyfiyyətinə nəzarət, texnoloji əməliyyatlara tələb olunan rejim və texnoloji xəritəyə uyğun nəzarət: hazır məhsulun keyfiyyətinə nəzarət. Laboratoriya və texniki nəzarət xidmətlərinin yolları. Keyfiyyətə nəzarətin statistik metodları



2


30.03.15

5.2. Məşğələ (seminar) dərslərinin mövzuları və qısa icmaları

Həftələr

Mövzunun adı və qısa icmalı

Saat

Tarix

1

2

3

4

1

Mövzu№1

Aqreqat-axın texnoloji xəttin hesabatı



4

26.01.15

02.02.15


2

Mövzu№2

Konveyer texnoloji xəttin hesabatı



4

09.02.15

16.02.15


3

Mövzu№3

Kasset texnoloji xəttin hesabatı



4

23.02.15

02.03.15


4

Mövzu№4

Stend texnoloji xəttin hesabatı



2

09.03.15

5


Mövzu№5

Betonqarışdırıcı sexin layihələndirilməssi



2

16.03.15

6

Mövzu№6

Armatur sexinin layihələndirilməsi



2

23.03.15

7

Mövzu№7

Materiallar, yarımfabrikat və hazır məhsul anbarının layihələndirilməsi



2

30.03.15

5.3. Laboratoriya dərslərinin mövzuları və qısa icmaları

Həftələr

Mövzunun adı və qısa icmalı

Saat

Tarix




2

3

4

1

Mövzu№1

Betonun xassələrinə qarışığının sıxlaşdırma parametrlərinin təsirinin öyrənilməsi


2

05.02.15


2

Mövzu№2

Çox məsaməli beton tərkibinin seçilməsi



4

19.02.15

05.03.15


3

Mövzu№3

Polad armaturun dartılmaya sınanılması



2

19.03.15

4

Mövzu№4

Armaturda gərginliyin ölçülməsi və təyin edilməsi üsulları



2

02.04.15

5.4. Fənn üzrə sərbəst işlərin mövzuları

Sıra

№-si


Mövzunun adı

1

Mövzu№1

Adi və qabaqcadan gərginləşdirilmiş dəmir-beton məmulatları üçün armatur karkasları və elementlərin hazırlanması



2

Mövzu№2

Armaturun bərkidilmə və dartılma üsulları



3

Mövzu№3

Məmulatların qəliblənməsi, sıxlaşdırılması üsulları



4

Mövzu№4

Məmulatların vibroqəliblərdə qəliblənməsi



5

Mövzu№5

Betonun bərkiməsini tezləşdirən üsullar



6

Mövzu№6

Xüsusi növ betonlardan məmulat istehsalı



7

Mövzu№7

Müxtəlif növ betonlardan məmulat istehsalı və məmulatın keyfiyyətinə nəzarət





6. Davamiyyətə verilən tələblər.

Dərsə davamiyyətə görə verilən maksimum bal 10 baldır. Balın miqdarı əsasən: tələbə semestr ərzində fənn üzrə bütün dərslərdə iştirak etdiyi halda ona 10 bal verilir. Semestr ərzində fənnin tədrisinə ayrılan saatların hər buraxılan 10 %-nə 1 bal çıxılır. Bütün fənlər üzrə semestr ərzində buraxılmış dərs saatlarının ümumi sayı normativ sənədlərdə müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə imtahan sessiyasına buraxılmır və onun haqqında müəyyən qərar qəbul edilir.



7. Qiymətləndirmə.

Tələbənin biliyi maksimum 100 balla qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılar aiddir: dərsə davamiyyətə görə ─ 10 bal;sərbəst işə görə ─ 10 bal;məşğələ (seminar) və ya laborator dərslərin nəticələrinə görə - 30 bal.Əgər fənn üzrə kurs işi (layihəsi) nəzərdə tutulubsa, onda məşğşlə (seminar) vəlaborator dərslərinə görə 20 bal, kurs işinin (layihəsinin) hazırlanması vəmüdafiəsinə görə 10 bal verilir.

Tələbənin imtahanda topladığı balın miqdarı 17 baldan aşağı olmamalıdır. Fənn üzrə ayrılmış bütün saatların 25%-dən çoxunda iştirak etməyən tələbə həmin fənnin imtahanına buraxılmır.

Fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbənin biliyi Avropa Kredit Transfer Sisteminə (AKTS) görə aşağıdakı kimi qiymətləndirilir:

51 baldan aşağı – “qeyri-kafi” – F

51 - 60 bal – “qənaətbəxş – E

61 - 70 bal – “kafi” – D

71 - 80 bal – “yaxşı – C

81 - 90 – “çox yaxşı – B

91 - 100 – “əla” – A



8. Davranış qaydalarının pozulması. Tələbə Universitetin daxili nizam-intizam qaydalarını pozduqda Əsasnamədə nəzərdə tutulan qaydada tədbir görülür.

9. Fənn üzrə tələblər, tapşırıqlar.

________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

10. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi.

________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________
Mühazirə rəhbəri: ____________ dos. Əkbərova S.M.
Məşğələ rəhbəri:_______________ dos. Əkbərova S.M.
Laboratoriya işlərinin rəhbəri: ______________ass. Şahmarov V.Ü
_____”______________ 2015-ci il
Yüklə 78,38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin