2015-ci il Fənn proqramı (sillabusu) Kafedra



Yüklə 66,65 Kb.
tarix17.01.2017
ölçüsü66,65 Kb.
#420
AZƏRBAYCAN RESPUBLİKASITƏHSİLNAZİRLİYİ

AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ
Təsdiq edirəm:

Kafedra müdiri____________

prof. Ocaqov H.O.

“___”____________2015-ci il



Fənn proqramı (sillabusu)

Kafedra Fövqəladə Hallar və Həyat Fəaliyyətinin Təhlükəsizliyi

Fənnin adı Əməyin mühafizəsi və texniki təhlükəsizlik



1. Fənn haqqında məlumat:

Kodu ____________

Tədris ili 2014-2015 semestr 4

Fakültə İnşaat-texnologiya

Qrup ­­­­_643a_____

Tədris yükü: mühazirə 30 saat, seminar (məşğələ) 0 saat,

laboratoriya 15 saat. Cəmi 45 saat.

Kredit: 3 (15saat 1 kredit)

Auditoriya: № ________

Saat: ________



2. Müəllim haqqında məlumat:

Adı, atasının adı, soyadı və elmi dərəcəsi M.O.Hümbətov, t.e.n.

Kafedranın ünvanı: Bakı,A.Sultanova,6.AzMİU,2—ci korpus,mərtəbə 10

Məsləhət saatları: __________________

E-mail ünvanı: mamed_gumbatov@mail.ru

İş telefonu: _(012)539-07-75



3. Tələb olunan dərslik və dərs vəsaitləri:

1. Bıstrıtskiy Y. Y. Oxrana truda, M. 1999

2. Orlov Q.Q. Oxrana truda v stroitelstve. M.1999

3.Oxrana truda v ximiçeskoy promışlennosti, M. 2007

4.,Əməyin mühafizəsi və texniki təhlükəsizlik ,fənn üzrə mühazirə materialı(elek.var)

5. Məmmədova O.M., Qafarov E.K, Hümbətov M.O.Əməyin mühafizəsi fənnindən laboratoriya işləri



4. Fənnin təsviri və məqsədi:

(Fənn haqqında qısa məlumat, onunla əlaqəli fənlər, fənnin tədrisinin məqsədi yazılı şərh olunur. Bu fənni öyrənməklə tələbələrin nəyi biləcəkləri, nəyə nail olacaqları və hansı vərdişlərə yiyələnəcəkləri qeyd edilir.)


“Əməyin mühafizəsi və texniki təhlükəsizlik” fənni ixtisasın Dövlət strukturuna daxil olub peşə hazırlığı bölməsinə aiddir.

“Əməyin mühafizəsi və texniki təhlükəsizlik ” fənninin məqsədi Əməyin mühafizəsi və texniki təhlükəsizliyin həyata keçirilməsi metodlarının nəzəri bazasını və praktiki tətbiqini öyrətməkdir.

Fənnin vəzifələri gələcək mütəxəssislərə Əməyin mühafizəsi və texniki təhlükəsizlik üçün zəruri olan bilikləri verməkdir.

Fənni mənimsəyən tələbə:

-məyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mövcud qanunvericiliyi , bu sahə üzrə texniki məsələlərin həllini, texniki və təşkilatı əsaslarını bilməli , əməyin mühafizəsi və texniki təhlükəsizlik problemlərinin həllinə yaradıcı yanaşmağı bacarmalıdır

5. Fənnin təqvim planı:

5.1. Mühazirə dərslərinin mövzuları və qısa icmaları

Həftələr

Mövzunun adı və qısa icmalı

Saat

Tarix

1

2

3

4

1

Mövzu№1.Giriş. Əməyin mühafizəsi üzrə qanunvericilik.Təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması.

Əməyin mühafizəsi və təhlükəsizlik texnikasının mahiyyəti və əhəmiyyəti.Əməyin mühafizəsi.Əməyin mühafizəsi haqqında qanun və hüquqi əsaslar.Əməıyin mühafizəsi qanununun və normativlərin pozulmasına məsuliyyət.

Əməyin mühafizəsi üzrə standartlar, normalar, təlimatlar və qaydalar.Sənaye müəssisələrində işçilərin təhlükəsizlik texnikası üzrə vəzifələri.Təhlükəsizlik iş metodu ilə işləməyin öyrədilməsi və təlimatlandırılması .Texki təhlükəsizlik xidməti.Əməyin mühafizəsi üzrə tədbirlər, qanunlar və onlara əməl olunmasına nəzarət.


2

28.01.

2

Mövzu№2. İstehsalat zədələri , peşə xəstəlikləri , onların səbəbləri və təhlili.

Bədbəxt hadisə, zədələnmə və peşə xəstəlikləri haqqında anlayış. Bədbəxt hadisələrin, zəhərlənmələrin və xəstəliklərin tədqiqi. İstehsalatda zədələnmələrin və peşə xəstəliklərinin göstəriciləri. Peşə xəstəliklərinin, zədələnmələrin səbəblərinin araşdırılması və təhlili.




2

04.02

3

Mövzu№3. Zərərli - toksiki maddələr və onlardan mühafizə.

Maddələrin fiziki- kimyəvi xassələri, struktur quruluşları ilə toksikliyinin əlaqəsi. İstehsalat tozları, zəhərli maddələrin təsnifatı.Yanıqlar və onların profilaktikası. İstehsal binalarında havanın keyfiyyətinə nəzarət.




2

11.02

4

Mövzu№4. İonlaşdırıcı şüalar, radioaktiv maddələr və onlardan mühafizə.

Radioaktiv şüalanmanını insan orqanizminə bioloji təsiri.İonlaşdırıcı şüaların xassələri və ölçülməsi. Şüalanmanın buraxıla bilən həddləri. İonlaşdırıcı şüalanmadan mühafizə vasitələri. Radioaktiv maddələrlə təhlükəsiz işləmək tələbləri. Dozimetrik nəzarət və dezaktivləşdirmə



2

18.02

5


Mövzu№5. Meteoroloji şərait və istehsal mühiti

Orqanizmin temperatur tənzimlənməsi. Meteoroloji şəraitin normaları və onların istehsalatda təmin edilməsi. Meteoroloji şəraitin parametrlərinin müəyyən edilməsi



2

25.02

6

Mövzu№6. İstehsal binalarının ventilyasiyası və qızdırılması.

Ventilyasiya sistemləri, havadəyişmə. Təbii ventilyasiya və aerasiya. Mexaniki ventilyasiya, ventilyasiya qurğularının istismarı.İstilik sistemi.




2

04.03

7

Mövzu№7. Fərdi mühafizə vasitələri

Xüsusi iş paltarları, ayaqqabılar, qoruyucu vasitələr



2

11.03

8

Mövzu№8. Səs və titrəyişdən mühafizə

Səs və titrəyişin xarakterik göstəriciləri. Səs və titrəyiyişin normaları. Səs və titrəyişdən mühafizə metodları. Səs və titrəyişi ölçmə cihazları. Səsdən fərdi mühafizə vasitələri



2

18.03

9

Mövzu№9. İstehsal binalarının işıqlandırılması

Təbii işıqlandırma, süni işıqlandırma mənbələri, lampalar,qəza işıqlandırması. Süni işıqlandırmanın hesablanması və normallaşdırılması.İstehsal binalarının rəngli işıqlandırılması.




2

25.03

10

Mövzu№10. Partlayış və yanğın proseslərinin fiziki –kimyəvi əsasları.

Yanğın şəraiti, yanğın növlərinin təsnifatı. Yanğın prosesinin mexanizmi. Qaz-hava qarışığının yanması və partlayışı.Yanan maddələrin yanğın və partlayış göstəriciləri. Maddələrin yanğın və partlayış xassələrinin tədqiqi üsulları. Toz və toz-hava qarışıqlarının yanması və partlayışı. Bərk maddələrin yanması. Öz-özünə yanan maddələr və yanğın mənbələri.




2

01.04

11

Mövzu№11.Elektrik təhlükəsisizliyi. Elektromanit sahəsinin və statik elektrikdən mühafizə.

Elektrik cərəyanının insan orqanizminə təsiri. İnsanın elektrik sisteminə birləşməsi təhlükəsi. Elektrik qurğularının mühafizə sistemi. Elektroqurğularda mühafizə tədbirləri.Ətraf mühitdən asılı olaraq elektrik avadanlıqlarının seçilməsi. Elektrik zədələnməsində yardım göstərilməsi. Statik elektrik yüklənmənin yaranması. Elektromaqnit sahəsindən və elektrostatikdən mühafizə.




2

08.04

12

Mövzu№12. İstehsal qurğularının və binalarının layihələndirilməsində təhlükəsizlik təlabatları

Müəssisə üçün sahənin secilməsi və istehsalın sanitar təsnifatı. Müəssisə sahələrinin zonalara ayrılması, daxili yolların müəyənləşdirilməsi, xammal- məhsulların və s. yerləşdirilməsi, boşalma–doldurma iişlərinin təşkili. Müəssisədaxili kommunikasiyaların yerləşdirilməsi.




2

15.04

13

Mövzu№13. İstehsal binalarının baş planın işlənməsində təhlükəsizlik təlabatları.

İstehsal binaları və qurğularının növləri və gigienik qiymətləndirilməsi. İstehsal binalarının planlaşdırılması növləri.




2

22.04

14

Mövzu14. Su təchizatı və kanalizasiya sistemlərinə təhlükəsiz istismarına olan tələblər

Sənaye sahələrinin su təchizatı və kanalizasiya sistemlərinin təhlükəsiz istismarına verilən tələblər




2

29.04

15

Mövzu15. Avadanlıq və qurğuların istismarında təhlükəsizlik tədbirləri. Texnoloji və mexaniki avdanlıqların , qurğuların təhlükəsiz istismarına verilən tələblər.




2

06.05


5.2. Laboratoriya dərslərinin mövzuları və qısa icmaları

Həftələr

Mövzunun adı və qısa icmalı

Saat

Tarix

1

Mövzu№1 Giriş. Təhlükəsiz iş üzrə təlimatlandırma. Laboratoriya işlərinin verilməsi


2

26.01

2

Mövzu№2 İstehsal binaları və iş otaqlarının mikroiqliminin tədqiqi


2

09.02

3

Mövzu№3 İstehsal otaqlarının və iş yerlərinində tozun təyini


2

23.02

4

Mövzu№4 İstehsal binalari və iş otaqlarının işıqlandırılmasının tədqiqi


4

09.03

5


Mövzu№5İş yerlərində səs-küyün tədqiqi


2

23.03

6

Mövzu№6 Asan alovlanan maddələrin alışma temperaturunun təyini və laboratoriya işlərinin yekunu


3

06.04

Sərbəst işlərin mövzuları

Sıra

№-si


Mövzunun adı

1.

İstehsalat zədələri , peşə xəstəlikləri , onların səbəbləri və təhlili

2.

Zərərli - toksiki maddələr və onlardan mühafizə.

3.

İonlaşdırıcı şüalar, radioaktiv maddələr və onlardan mühafizə.

4.

Meteoroloji şərait və istehsal mühiti

5.

. İstehsal binalarının ventilyasiyası və qızdırılması.

6.

Fərdi mühafizə vasitələri

7.

Səs və titrəyişdən mühafizə

8.

İstehsal binalarının işıqlandırılması

9.

Partlayış və yanğın proseslərinin əsasları.fiziki –kimyəvi

10.

Yanğın şəraiti, yanğın növlərinin təsnifatı.

11.

Təbii ventilyasiya və aerasiya

12.

Elektrik təhlükəsisizliyi. Elektromanit sahəsinin və statik elektrikdən mühafizə.


13.

Ətraf mühitdən asılı olaraq elektrik avadanlıqlarının seçilməsi

14.

İstehsal qurğularının və binalarının layihələndirilməsində təhlükəsizlik təlabatları

15.

İstehsal binalarının baş planın işlənməsində təhlükəsizlik təlabatları.

16.

Su təchizatı və kanalizasiya sistemlərinə təhlükəsiz istismarına olan tələblər

17.

Elektromaqnit sahəsindən və elektrostatikdən mühafizə.

18.

İstehsal binaları və qurğularının növləri və gigienik qiymətləndirilməsi

19.

Ventilyasiya sistemləri, havadəyişmə

20.

Təbii ventilyasiya və aerasiya


6. Davamiyyətə verilən tələblər.

Dərsə davamiyyətə görə verilən maksimum bal 10 baldır. Balın miqdarı əsasən: tələbə semestr ərzində fənn üzrə bütün dərslərdə iştirak etdiyi halda ona 10 bal verilir. Semestr ərzində fənnin tədrisinə ayrılan saatların hər buraxılan 10 %-nə 1 bal çıxılır. Bütün fənlər üzrə semestr ərzində buraxılmış dərs saatlarının ümumi sayı normativ sənədlərdə müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə imtahan sessiyasına buraxılmır və onun haqqında müəyyən qərar qəbul edilir.



7. Qiymətləndirmə.

Tələbənin biliyi maksimum 100 balla qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılar aiddir: dərsə davamiyyətə görə ─ 10 bal;sərbəst işə görə ─ 10 bal;məşğələ (seminar) və ya laborator dərslərin nəticələrinə görə - 30 bal.Əgər fənn üzrə kurs işi (layihəsi) nəzərdə tutulubsa, onda məşğşlə (seminar) vəlaborator dərslərinə görə 20 bal, kurs işinin (layihəsinin) hazırlanması vəmüdafiəsinə görə 10 bal verilir.

Tələbənin imtahanda topladığı balın miqdarı 17 baldan aşağı olmamalıdır. Fənn üzrə ayrılmış bütün saatların 25 %-dən çoxunda iştirak etməyən tələbə həmin fənnin imtahanına buraxılmır.

Fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbənin biliyi Avropa Kredit Transfer Sisteminə (AKTS) görə aşağıdakı kimi qiymətləndirilir:

51 baldan aşağı – “qeyri-kafi” – F

51 - 60 bal – “qənaətbəxş – E

61 - 70 bal – “kafi” – D

71 - 80 bal – “yaxşı – C

81 - 90 – “çox yaxşı – B

91 - 100 – “əla” – A



8. Davranış qaydalarının pozulması. Tələbə Universitetin daxili nizam-intizam qaydalarını pozduqda Əsasnamədə nəzərdə tutulan qaydada tədbir görülür.

9. Fənn üzrə tələblər, tapşırıqlar.

Sərbəst işlərin hazırlanması, məşğələ tapşırıqlarının yerinə yetirilməsi, müzakirələrdə sualların cavablandırılması və s.



10. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi.

____________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

Müəllim: ____________ Hümbətov M.O.


“_____”________________ 2015-ci il.
Yüklə 66,65 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin