AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ
Təsdiq edirəm:
Kafedra müdiri_____________
prof. Sərdarov B.S.
“___”____________2016-cı il
Fənn proqramı (sillabusu)
Kafedra “Yapışdırıcı materiallar və betonlar texnologiyası”
Fənnin adı “Beton doldurucuların texnologiyası ”
1. Fənn haqqında məlumat:
Kodu 050638
Tədris ili 2016-2017 semestr V (yaz)
Fakültə “İnşaat-texnologiya”
Qrup 654a1, a2
Tədris yükü: mühazirə 30 saat, seminar (məşğələ) 15 saat, laboratoriya 30 saat. Cəmi 75 saat.
Kredit: 7
Auditoriya: № ________
Saat: ________
2. Müəllim haqqında məlumat:
Adı, atasının adı, soyadı və elmi dərəcəsi dosent Haqverdiyeva Tahirə Axi qızı
Kafedranın ünvanı: Ayna Sultanova 11
Məsləhət saatları: _______________________________
E-mail ünvanı: tahirehaqverdi@gmail.com
İş telefonu: (012) 539-10-25
3. Tələb olunan dərslik və dərs vəsaitləri:
1. B.S.Sərdarov, Т.А.Haqverdiyeva. Beton doldurucularının texnologiyası. Bakı 2006.
2. İ.M.Yusifov. Beton və dəmir – beton məmulatların texnologiyası. Bakı, Maarif, 1998.
3. Киреева Ю.И. Строительные материалы. Минск ООО «Новое знание» 2006.399 с.
4. N.N.Osmanov., İ.Ş.İsmayılov “Beton doldurucuları”.Bakı 2010.
4. Fənnin təsviri və məqsədi:
(Fənn haqqında qısa məlumat, onunla əlaqəli fənlər, fənnin tədrisinin məqsədi yazılı şərh olunur. Bu fənni öyrənməklə tələbələrin nəyi biləcəkləri, nəyə nail olacaqları və hansı vərdişlərə yiyələnəcəkləri qeyd edilir.)
“Beton doldurucuların texnologiyası” fənni 050638 «Tikinti materialları və məmulatlarının texnologiyası mühəndisliyi» təhsil ixtisasının «Tikinti materialları, məmulatları və konstruksiyaların istehsalı» ixtisaslaşması üzrə inşaatçı-mühəndis texnoloq hazırlığı üçün nəzərdə tutulmuşdur.
Kursun tədris olunmasında məqsəd tələbələrə müxtəlif təyinatlı doldurucuların istehsal proseslərinin səmərəliliyininin yüksəldilməsi üçün tətbiq olunan texnoloji prosesesləri öyrətmək,bacarıq və biliklərini bu proseslərin təkmilləşdirilməsinə və inkişafına yönəltməkdir.
Fənnin təqvim planı:
1.Doldurucuların təsnifatı.
2. Doldurucularının əsas xassələri.
3. Təbii qumun çıxarılması.
4. Çınqılın çıxarılması və fraksiyalanması.
5. Qırmadaşın istehsalı.
6. Təbii məsaməli doldurucuların istehsalı.
7. Suni məsaməli doldurucuların istehsalı.
8. Üzvi doldurucular.
5.1. Mühazirə dərslərinin mövzuları və qısa icmaları
Həftələr
|
Mövzunun adı və qısa icmalı
|
Saat
|
Tarix
|
1
|
2
|
3
|
4
|
1
|
Mövzu 1. Giriş. Doldurucuların təsnifatı. Dənələrin iriliyinə, tökülmüş halda orta sıxlığına, quruluşuna, mənşəyinə və istehsal üsuluna görə dolrucuların növləri
|
2
|
15.09.16
|
2
|
Mövzu 2. Təbii sıx dağ süxurları əsasında hazırlanan doldurucular. Maqmatik, çöküntü, silikat və metomorfik dağ süxurları əsasında hazırlanan doldurucular
|
2
|
22.09.16
|
3
|
Mövzu 3. Qum. Quma olan texniki tələblər. Qumun dənəvər tərkibi. Qumun tərkibində qarışıqların miqdarı. Qumun nəmliyi
|
2
|
29.09.16
|
4
|
Mövzu 4. qumun istehsal texnologiyası. Təbii qumun çıxarılması. Xırdalanmış qum. Qumun zənginləşdirilməsi və fraksiyalanması
|
2
|
06.10.16
|
5
|
Mövzu 5. Çınqıl. Çınqıla olan texniki tələblər. Çınqılın dənəvər tərkibi, möhkəmliyi. Zəif süxurlardan olan dənələrin buraxıla bilən miqdarı və s. göstəricilərə olan normalar
|
2
|
13.10.16
|
6
|
Mövzu 6. Çınqılın çıxarılması və fraksiyalanması. Doldurucuların yuyulması. Dolurucuların dənələrinin möhkəmliyinə görə zənginləşdirilməsi. Çınqıl-çeşidləyən zavodların texnoloji sxemləri
|
2
|
20.10.16
|
7
|
Mövzu 7. Qum-çınqıl qarışığı. Qum-çınqıl qarışığına olan texniki tələblər. Zənginləşdirilmiş qum-çınqıl qarışığı
|
2
|
27.10.16
|
8
|
Mövzu 8. Qırmadaş. Qırmadaşa olan texniki tələblər. Qırmadaşın dənəvər tərkibi. Yastı və iynəvari dənələrin miqdarı norması. Müxtəlif süxurlar əsasında hazırlanan qırmadaşa olan tələblər
|
2
|
03.11.16
|
9
|
Mövzu 9. Qırmadaşın istehsalı. Çoxmərhələli xırdalama sxeminin xüsusiyyətləri. Eynicinsli süxurlar əsasında xırdalama-çeşidləmə sxemi. Müasir qırmadaş istehsalının texnoloji xüsusiyyətləri
|
2
|
10.11.16
|
10
|
Mövzu 10. Doldurucuların qəbul qaydaları. Qəbul nəzarəti və dövrü sınaqlar. Nöqtəvi sınaq nümunələrinin götürülməsi qaydaları. Qəbul nəzarəti və dövrü sınaqların nəticələrinin keyfiyyəti haqqında sənəd
|
2
|
17.10.16
|
11
|
Mövzu 11. Məsaməli doldurucular. Təbii məsaməli doldurucular. Təbii məsaməli vulkanik doldurucular. Təbii məsaməli çöküntü süxur mənşəli doldurucular. Karbonat doldurucuları istehsalının texnoloji sxemi. Təbii məsaməli doldurucuların zənginləşdirilməsi
|
2
|
24.10.16
|
12
|
Mövzu 12. Süni məsaməli doldurucular. Keramzit. Keramzit istehsalında istifadə olunan xammal və materiallar. Keramzitə olan texniki tələblər. Keramzitin istehsal üsulları – quru, plastik və yaş üsulu. Keramzit doldurucusunun zənginləşdirilməsi
|
2
|
01.11.16
|
13
|
Mövzu 13. Dağ süxurlarının və təbii mineralların köpdürülməsi ilə istehsal olunan süni məsaməli doldurucular. Köpdürülmüş perlit. Texniki tələblər. Köpdürülmüş perlit istehsalında istifadə olunan xammallar. Köpdürülmüş perlit istehsalı. Köpdürülmüş vermikulit. Köpdürülmüş vermikulit istehsalında istifadə olunan xammallar. Köpdürülmüş vermikulitin istehsalı
|
2
|
08.11.16
|
14
|
Mövzu 14. Yerli xammal və texnogen tullantılar əsasında hazırlanan məsaməli doldurucular. Azərit. Azəritin istehsalı. Trasporit. Gəncəporit. İstehsal texnoloji xüsusiyyətləri
|
2
|
15.11.16
|
15
|
Mövzu 15. Sənaye tullantıları əsasında doldurucular. Posaların növləri və tərkibi. Posa-süngər. Domna posası əsasında qırmadaş. Dənəvərləşdirilmiş posa. Yanacaq posaları. Texniki tələblər. Sənaye tullantıları əsasında doldurucuların istehsal xüsusiyyətləri
|
2
|
22.11.16
|
5.2. Məşğələ (seminar) dərslərinin mövzuları və qısa icmaları
Həftələr
|
Mövzunun adı və qısa icmalı
|
Saat
|
Tarix
|
1
|
2
|
3
|
4
|
1
|
Mövzu 1. Qumun dənəvər tərkibinə, irilik moduluna, dənələrin iriliyinə və xüsusi səthinə görə xarakterizə edilməsi.
|
8
|
21.09.16
05.10.16
19.10.16
02.11.16
|
2
|
Mövzu 2. Beton qarışığı hazırlanması üçün tələb olunan qum qrupu fraksiyasının təyini.
|
4
|
16.11.16
30.11.16
|
3
|
Mövzu 3. İşçi qarışıqda qum payının təyin edilməsi.
|
4
|
14.12.16
28.12.16
|
5.3. Laboratoriya dərslərinin mövzuları və qısa icmaları – 654a1, 654a2
Həftələr
|
Mövzunun adı və qısa icmalı
|
Saat
|
Tarix
|
1
|
2
|
3
|
4
|
1
|
Mövzu 1. Qumun dənəvər tərkibinin təyini
|
2
|
16.09.16
|
2
|
Mövzu 2. Qumun sıxlığının, tökülmüş halda orta sıxlığının, dənələrarası boşluğun və nəmliyinin təyini
|
2
|
23.09.16
|
3
|
Mövzu 3. Qumda toz, gil və üzvi qarışıqların miqdarının təyini
|
2
|
30.09.16
|
4
|
Mövzu 4. Çınqılın dənəvər tərkibinin təyini
|
2
|
07.10.16
|
5
|
Mövzu 5. Çınqılın sıxlığının, tökülmüş halda orta sıxlığının, dənələrarası boşluğun və nəmliyinin təyini
|
2
|
14.10.16
|
6
|
Mövzu 6. Çınqılda toz, gil və üzvi qarışıqların miqdarının təyini
|
2
|
21.10.16
|
7
|
Mövzu 7. Çınqılda yastı və iynəvari dənələrin miqdarının təyini
|
2
|
28.10.16
|
8
|
Mövzu 8. Çınqılın silindrdə xırdalanma möhkəmliyinin təyini
|
2
|
04.11.16
|
9
|
Mövzu 9. Doldurucuların su təlabatının təyin edilməsi
|
2
|
11.11.16
|
10
|
Mövzu 10. Doldurucuların iriliyinin və dənəvər tərkibinin beton qarışığının xassələrinə təsirinin öyrənilməsi
|
4
|
18.11.16
25.11.16
|
11
|
Mövzu 11. Məsaməli doldurucunun keyfiyyətinin təyini
|
2
|
02.12.16
|
12
|
Mövzu 12. Keramzit çınqılının hazırlanması və yandırılması
|
4
|
09.12.16
16.12.16
|
13
|
Mövzu 13. Keramzit çınqılının sınanılması
|
2
|
23.12.16
|
5.4. Fənn üzrə sərbəst işlərin mövzuları
Sıra
№-si
|
Mövzunun adı
|
1
|
Mövzu 1. Doldurucularının əsas xassələri və sınaq üsulları
|
2
|
Mövzu 2. Xırda doldurucuların sınanılması
|
3
|
Mövzu 3. Qumun əsas xassələrinin öyrənilməsi metodları
|
4
|
Mövzu 4. Verilmiş dənəvər tərkibinə görə xırda doldurucuların əsas göstəricilərinin təyini
|
5
|
Mövzu 5. İri doldurucuların sınanılması
|
6
|
Mövzu 6. Qum, qırmadaş, çınqıl və onların tətbiq sahələri
|
7
|
Mövzu 7. Çınqılın əsas xassələrinin öyrənilməsi metodları
|
8
|
Mövzu 8. Qırmadaşın əsas xassələrinin tədqiqi metodları
|
9
|
Mövzu 9. Tələb olunan fraksiyalı doldurucu tərkibinin təyini
|
10
|
Mövzu 10. Beton qarışığının hazırlanması üçün tələb olunan işçi qum payının təyini
|
11
|
Mövzu 11. Qumun qəbul qaydaları
|
12
|
Mövzu 12. Nöqtəvi sınaq nümunələrinin götürülmə həcmi və qaydaları. Nəzarət-qeydiyyat vərəqəsinin tərtibi
|
13
|
Mövzu 13. Qumun nəqli və saxlanması
|
14
|
Mövzu 14. Qırmadaş xırdalayıb-çeşidləyən zavodun texnoloji sxemi
|
15
|
Mövzu 15. Məsaməli doldurucuların tətbiqi
|
16
|
Mövzu 16. Məsaməli doldurucular əsasında istilik-izolyasiya məmulatlarının istehsalı
|
17
|
Mövzu 17. Karbonat süxurları əsasında doldurucular. İstehsal xüsusiyyətləri
|
18
|
Mövzu 18. Təbii süxurlar əsasında istehsal olunan süni məsaməli doldurucular
|
19
|
Mövzu 19. Texnogen tullantılar əsasında hazırlanan süni məsaməli doldurucular
|
20
|
Mövzu 20. Təbii mineralların köpdürülməsi ilə alınan süni məsaməli doldurucular
|
21
|
Mövzu 21. Polimer əsaslı məsaməli doldurucular
|
22
|
Mövzu 22. Süni məsaməli doldurucuların təsnifatı
|
23
|
Mövzu 23. Məsaməli qum. Onlara olan texniki tələblər
|
24
|
Mövzu 24. Məsaməli qumun istehsal üsulları
|
25
|
Mövzu 25. Aqloporit
|
26
|
Mövzu 26. Aqloporit istehsalı üçün xammal
|
27
|
Mövzu 27. Aqloporitin istehsalı
|
28
|
Mövzu 28. Şixtanın hazırlanması üsulları
|
29
|
Mövzu 29. Posa-süngərinin istehsalı
|
30
|
Mövzu 30. Üzvi doldurucular
|
31
|
Mövzu 31. Penopolistirol
|
32
|
Mövzu 32. Üzvi doldurucuların istehsal xüsusiyyətləri
|
33
|
Mövzu 33. Doldurucularin istehsalında əməyin və ətraf mühitin mühafizəsi
|
34
|
Mövzu 34. Təhlükəsizlik texnikası üzrə ümumi tələblər
|
35
|
Mövzu 35. Pozulmuş torpaqların rekultivasiyası
|
6. Davamiyyətə verilən tələblər.
Dərsə davamiyyətə görə verilən maksimum bal 10 baldır. Balın miqdarı əsasən: tələbə semestr ərzində fənn üzrə bütün dərslərdə iştirak etdiyi halda ona 10 bal verilir. Semestr ərzində fənnin tədrisinə ayrılan saatların hər buraxılan 10 %-nə 1 bal çıxılır. Bütün fənlər üzrə semestr ərzində buraxılmış dərs saatlarının ümumi sayı normativ sənədlərdə müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə imtahan sessiyasına buraxılmır və onun haqqında müəyyən qərar qəbul edilir.
7. Qiymətləndirmə.
Tələbənin biliyi maksimum 100 balla qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılar aiddir: dərsə davamiyyətə görə ─ 10 bal;sərbəst işə görə ─ 10 bal;məşğələ (seminar) və ya laborator dərslərin nəticələrinə görə - 30 bal.
Tələbənin imtahanda topladığı balın miqdarı 17 baldan aşağı olmamalıdır. Fənn üzrə ayrılmış bütün saatların 25 %-dən çoxunda iştirak etməyən tələbə həmin fənnin imtahanına buraxılmır.
Fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbənin biliyi Avropa Kredit Transfer Sisteminə (AKTS) görə aşağıdakı kimi qiymətləndirilir:
51 baldan aşağı – “qeyri-kafi” – F
51 - 60 bal – “qənaətbəxş – E
61 - 70 bal – “kafi” – D
71 - 80 bal – “yaxşı – C
81 - 90 – “çox yaxşı – B
91 - 100 – “əla” – A
8. Davranış qaydalarının pozulması. Tələbə Universitetin daxili nizam-intizam qaydalarını pozduqda Əsasnamədə nəzərdə tutulan qaydada tədbir görülür
9. Fənn üzrə tələblər, tapşırıqlar.
__________________________________________________________________________________________________________________________________________________________
10. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi.
__________________________________________________________________________________________________________________________________________________________
Mühazirə rəhbəri :__________dos. Haqverdiyeva T.A.
Laboratoriya işlərinin rəhbəri : ____________ Ağazadə M.E., Camalova X.B.
Məşğələ rəhbəri: ____________ Camalova X.B.
Dostları ilə paylaş: |