26)Siyasi münaqişələr anlayışı
Siyasi münaqişələr politologiyanın əsas və aparıcı kateqoriyalarından biridir.Buna baxmayaraq siyasət elmində siyasi münaqişələri öyrənən konfloktologiya elmi də mövcuddur.Konfliktologiya elmi siyasi münaqişələrin mahiyyətini, strukturunu, funksiyalarını,xüsusiyyətlərini öyrənir. Münaqişə nəzəriyyəsi e.ə 7-6 əsrlərdə Çin filosofları tərəfindən irəli sürülmüşdür. Aristotel qeyd edirdi ki, öz təbiəti etibarilə insan düşmənçiliyə və zorakılığa meyilli olur.
Siyasi münaqişə- hakimiyyət səlahiyyətləri və sərvətlər uğrunda mübarizə aparan iki və ya daha çox tərəfin (qrupun, birliklərin, dövlətlərin) rəqabət mahiyyətli qarşılıqlı fəaliyyətidir. Hər bir münaqişə üç əsas mərhələdən keçir: münaqişənin başlanması, inkişafı və sona çatması mərhələsi. Bu mərhələlər münaqişənin məzmununu təşkil edən zidiyyətlərin üzə çıxması, subyektlərin fəaliyyətində əsas amilə çevrilməsi və ziddiyyətlərin həll edilməsi mərhələsini ifadə edir. Münaqişənin mərhələləri içərisində ən mürəkkəb sonuncu mərhələ hesab edilir.
Münaqişələr müxtəlif formalarda təzahür edir: sosial, siyasi, şəxsiyyətlər arası, dövlətlərarası və s. Siyasi münaqişələrin hərbi, beynəlxalq, dini dözülməzlik, ərazi iddiası və s. tipləri vardır. Siyasi münaqişələr ictimai tərəqqinin təkanvericisidir. Siyasi münaqişələr növünə görə aqonist (barışdırıcı) və antaqonist (barışmaz) ola bilərlər. Aqonist münaqişələrin vaxtında həll olmaması onun antoqonist münaqişəyə çevrilməsinə gətirə bilər.Münaqişənin subyektinə daxildir: fərdlər, kiçik və böyük qruplar, sosial hərəkatlar və s.Münaqişənin obyekti - tərəflər arasında ziddiyyətlərə səbəb olan dəyərlərdir. Məsələn, mübahisəli ərazi, müzakirə olunan qanun layihəsi və başqa ünsürlər.
Münaqişənin həll edilməsinin isə üç yolu vardır:
1. Bir tərəfin digər tərəf üzərində qələbəsi (güc vasitəsi ilə məsələnin həll olunması);
2. Qarşılıqlı məcburiyyət (kompromis,güzəşt, üçüncü tərəfə müraciət və s.);
3. Hər iki tərəfin qələbəsi (konsensus əldə olunması).
Konsensus (lat. dilində razılıq, birlik deməkdir) – hər hansı ziddiyyətli məsələdə ümumi dil tapılması, razılığa gəlməkdir.
Siyasi münaqişələrin əsas xüsusiyyətləri-■maraqların toqquşması■münaqişənin ictimai forma alaraq ictimaiyyətə təsiri ■münaqişələrin ümumiliyi ■hökmranlıq və tabeçilik.
Beynəlxalq münaqişələrin aşağıdaki tipologiyasını vermək olar:
1. Müxtəlif sosial-siyasi sistemlərə mənsub olan dövlətlərin arasında ziddiyyətləri və mübarizəni əks etdirən beynəlxalq münaqişələr.
2. Xalqın öz azadlığı uğrunda mübarizəsinin boğulması cəhdi ilə bağlı olan beynəlxalq münaqişələr.
3. Bu və ya digər dövlətlər sistemi içərəsində ziddiyyətləri və mübarizəni əks etdirdirən benəlxalq münaqişələr
Dostları ilə paylaş: |