3. çöküntülərin toplanması üçün hidrodinamik şərait nece olub



Yüklə 20,31 Kb.
tarix01.12.2022
ölçüsü20,31 Kb.
#120315
Belge (4)


5. LAYLARIN YATMA BUCAQLARININ ÖYRƏNİLMƏSİ (NAKLONOMETRİYA)

Layların yatma bucaqlarının öyrənilməsi dedikdə, kəsilişdə olan layın iki əsas elementinin (layın meyl bucağı və azimut bucağı ) təyini nezerde tutulur. Layın yatma bucaqlarını təyin etməklə rayonun geoloji quruluşunu öyrənmək olur. Bele melumat xüsusile mürəkkəb geoloji quruluşuna malik keşfiyyat quyuları az qazılan rayonlarda lazımdır. Layların yatma bucağı haqqındakı məlumatdan QGT nəticələrinin interpretasiyasında istifade olunur.

Quyularda layların yatma bucağını ve azimutunu xüsusi, lay naklonomeri adlanan cihaz vasitəsilə təyin edirlər.

Kəşfiyyat rayonunun qazılmış bir quyusunda layların yatma elementlerinin təyini aşağıdakı suallara cavab vermeye imkan yaradır: 1.müxtelifyaşlı horizontların struktur planları üst-üstə düşürmü;

2. tektonik pozuntular varmı, quyuda onlar nece müşahidə olunur ve fəzada onların oriyentasiyası necədir;

3. çöküntülərin toplanması üçün hidrodinamik şərait nece olub;


4.rastlaşa bilən yatağın struktur forması nəcürdür?

5.1 Naklonometriyanın fiziki əsasları


Yuxarıda qeyd etdiyimiz kimi layın yatma elementlerini naklonomer vasitəsilə ölçürlər. Naklonomerin özü gövdəsində üç elektrod (1+3) olan qurğudan ibaretdir. Bu elektrodlar quyu cihazının en kəsiyinin dairəsində hər 120°-dən bir yerleşmişlər(şekil 20)
Quyu cihazı üç xüsusi yaylı <>vasitəsilə quyuda ele yerləşdirilir ki, cihazın və quyuların oxları üst-üste düşür.
Həmin üç elektrodlar <> izolə edilmiş hissəsində yerlşdirilir, belə ki, onlar quyu divarı ilə təmasda olurlar.Naklonemeri qoruyucu kəmər salınmamış quyuya endirərək ,diaqram üzərində üç əyri (I,II və III)qeyd olunur.Bu əyrilər ya quyu potensialı (QP),ya torpaqlama müqaviməti ya da mikrokarotaj (MK,-MJK)əyrileri ola bilər .
Nəzərə alaraq ki,layları quyu müəyyən bir bucaq altında kəsir,demək olar ki,naklonomerin elektrodları maili layın sərhədlərinə müxtəlif dərinlikdə toxunur.Ona görə də yazılan əyrilər bir-birine nisbətən sürüşdürülmüş alınır (şəkil 20)
Ən sadə bir halda ,yəni quyu şaquli olduqda və quyunun diametri baltanın diametrinə bərabər olduqda ,layların yatma (α) və azimut bucağını(λ) qiymətləndirmək üçün əsas əsas (1) azimutunu ölçmək kifayətdir.
Ümumi halda quyu şaquli olmur (б və ф bucaqları mövcuddur ) ve quyu diametri baltanın diametrinden fərqlənir (d(quyu)≠d(balta).Belə hallarda α və λ-nın qiymətlərini hesablamaq üçün əlavə olaraq (σ,φ və d(quyunun) qiymətlərini bilmek lazımdır .
Quyularda naklonometriya işlərini aparmaq üçün istifade olunan cihaz kompleks cihazdır.Bu cihazla eyni zamanda 7 parametr ölçülür,quyunun meyl (δ) və azimut (Φ) bucaqları, naklonomerin esas elektrodunun (1) azimut bucağı (β),quyunun diametri ve naklonomerin üç elktrodu ile QP (ya MK )əyrisi
Naklonomerin vericiləri iki müxtəlif xüsusi müqavimətli lay serheddindən keçdikde diaqramda üç əyri qeyd olunur. Bu əyrilər öz gedişine göre identikdir (şek 20). Ferq ondan ibarətdir ki, vericilər (1+3) maili layı (ML) müxtəlif dərinliklərdə kəsirlər – Z, Z, ve z Bu dərinlikləri bilerek by ve h (bax şəkilə) mesafelerini tapmaq olar:

H₁ =Z-Z h₁₁ =Z,-Z, hy vǝ hy qiymətlərini bilərək keçid bucağının (w) qiymetin hesablamaq olur:

Tgy =

(5.1.2)


Keçid bucağı ψ quyu diametri d ve h-in qiymetlerine esaslanaraq başqa bir bucağın (γ) qiymeti de tə’yin edilir.

Tg8=


De 3 cosy -√3 siny burada:

(5.1.3)


Have d- santimetrlə ölçülür.

Beləliklə, naklonomerin inklinometr hissəsi ilə ölçülmüş δ, φ ve β bucaqları, ψ ve γ keçid bucaqlarının qiymətlərini bilərək layın yatma bucağını α və azimut bucağını λ aşağıdakı düsturdan hesablamaq olar

-68-

Bu düsturların çıxarılışı ədəbiyyat [8]-də verilmişdir.



(λ-φ) qiymetini (5.1.5) düsturu ilə hesablayırlar. Kotangens funksiyası müxtəlif rüblərdə eyni işarəli olduğuna göre (5.1.6) düsturundan istifade ederek (λ-φ) üçün birmənalı qiymət tapılır.

Qeyd etmək lazımdır ki, h ve h,,-in qiymətləri nisbətən kiçikdir. Bu səbəbdən də onların qiymətini diaqramdan deqiq oxumaq üçün naklonomerle ölçülərin dərinlik miqyasını böyük götürürlər (1:20 və1:10).

Yuxanda verilmiş düsturlarla layların yatma parametrlərinin hesablanması mürəkkəb olduğuna göre bu hesabatı xüsusi proqramlar esasında fərdi kompyuter de aparırlar.

5.2 NAKLONOMERİN QURULUŞU VƏ TEXNİKİ İSTİSMAR

GÖSTƏRİCİLƏRİ

Layların yatma parametrlərini ölçmək üçün istifade olunan cihazların esas konstruktiv xüsusiyyəti ondan ibarətdir ki, quyu cihazı quyuya salındıqdan sonra, üç xüsusi mərkəzləşdirici yaylarla elə yerləşdirilir ki, onun oxu quyu oxu ilə üst-üstə düşsün. İkinci xüsusiyyət ondan ibarətdir ki, mərkəzləşdirici yayların başmakı üzərində yerləşən üç elektrod vasitəsilə QP (MK-MJK) əyriləri qeyd olunur. Bundan əlavə, naklonomerin konstruksiyasına görə, onun daxilinde hem inklinometr, hem de kavernomer yerleşdirilir.

-68-

Müasir dövrde HИД-1 markalı naklonomer istifade olunur. Bu cihaz naklonomerin elektrodları 3 mikroyankarotaj eyrisi qeyd edir.



HИД-1 quyu cihazı dörd hissədən ibarətdir: yuxarıda (qeyri- maqnit gövdədə) inklinometr hissəsi, sonra elektron bloku, ve nəhayət kavernomer ve naklonomer hissəsi.

Cihaz birdamarlı zirehli kabellə işləyir. Quyu cihazından ye üzərinə faydalı siqnallar tezlik teleölçü sistemi vasitəsilə ötürülür Həmin siqnallar 7,8; 14,0; 25,7 ve 44,5 kHs tezliyi ilə modulyasiya olunur.

Quyu cihazından yer üzərinə 7 faydalı siqnal göndərilir ki, onlardan 3-ü naklonomerin siqnalı, naklonomerin esas elektrodunun (1) azimutu (β) quyunun meyl bucağı δ azimut bucağı φ və quyunun diametri Bu siqnallar uzunluğu 5000 m olan kabellə yer üzərinə ötürülür. Quyu cihazının quyuda hərəkət sürəti təxminən 1000 m/saat qəbul edilir. Cihaz quyuda 150°C və 100 MPa termobarik şəraitdə işləyə bilir. Cihazın uzunluğu 4500 mm, diametri 100 mm, kütləsi 100 kq-dır.

Şəkil 21-de naklonomerin quyu cihazının funksional sxemi verilmişdir.

Quyu cihazı yer üzərindən 400 Hs tezlikli dəyişən cərəyanla qidalanır.

5.3 NAKLONOMETRİYA NƏTİCƏLƏRİNİN TƏSVIRI VS

INTERPRETASİYASI

Naklonomerle ölçü neticeleri oxlar qrafiki şəkilində təsvir olunur. (şəkil 22). Bu oxların başlanğıc nöqtəsi layın yatma bucağının(α) qiymetini, oxun istiqaməti ise layın azimut (λ) bucağını gösterir Eyni zamanda nöqtənin yeri quyu dərinliyinə uyğundur. Şekilde gösterilen nöqtələr üçün layın yatma parametrləri və

Quyu derinliyi belədir.
1— α=5° ; λ=90°; 1005 m
2— α=10°; λ=135°; 1015 m
3— α=15°; λ=225°; 1025 m
4— α=20°; λ=315°; 1035 m
5— α=25°; λ=45°; 1045 m
6— α=30°; λ=0° 1050 m

Kəsilişin struktur və tektonik xarakteristikasından asılı olaraq oxların qrafikde paylanmasında müeyyen bir qanunauyğunluq müşahidə olunur. Ən tez-tez rast gələn variantlar aşağıdakılardır (şəkil 23).

Şekilde gösterilen oxların paylanmasının dörd variantin belə izah etmək olar:


  1. Derinlik dəyişdikce oxların ardıcıl yerleşmesi, azimut (λ) və yatma bucağının (α) qiymetlerinin deyişmemesi, layların paralel ve uyğun yatdığını gösterirlər. Nöqtələrin bir xətt üzerinde yerleşmesi ve oxların istiqameti α ve λ bucaqlarının qiymətini tapmağa verir.



  1. Dərinlik artdıqca azimut bucağının praktiki olaraq eyni qiymətində layın yatma bucağı da artır. Bele bir halda layların yatması uygun olaraq parallel deyil. Bunun da səbəbi kesilişde fayın olma yaxud da layların pazlaşması ile izah edile biler.



  1. Dərinlik artdıqca azimutun eyni qiymətində layların yatma bucağı qanuna uyğun olaraq azalır. Belə bir hal stratiqrafik uyğunsuzluq ya da tektonik pozuntu olduqda müşahidə olunur.




  1. Layların yatma bucağı ve azimutunun qanunauyğunsuz dəyişmesi

Kesilişin laylanması ile elaqedar olur. Belə hal sahilyanı

Çöküntülərdə baş verir.

Naklonoqrammanın geoloji interpretasiyası üçün yatma elementlərinin paylanmasının modellerinden istifadə edirlər. Bu modeller təbii şəraitdə layların yatmasının sadə və mürəkkəb halları üçün nəzəri naklonoqramma əsasında qurulur.



Bele tipik, nezeri naklonoqrammalardan istifade etmekle faktiki

Diagramların geoloji interpretasiyası asanlaşdırılır. Şekil 24-27-de «Dresser Atlas>> firmasının istifadə etdiyi nəzəri naklonoqrammalar göstərilmişdir.

Yüklə 20,31 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin