Mühazirə 1.
Kursa giriş Quyuların geofiziki tədqiqatı
Quyuların geofiziki tədqiqatı fiziki üsulların cəmi olub quyu uəsilişi üzrə və ya yaxud quylar arası fəzanın tədqiqinə əsaslanır. Neft-qaz quyularının tədqiqində istifadə olunan kompleks QGT üsulları mədən geofizikası adlanır. QGT kompleksi dedikdə karotaj üsullarının məcmusu nəzərdə tutulur. Quyu kəsilişi boyunca suxurlara fiziki xassələrinin fasiləsiz olaraq öyrənilməsi məqsədilə aparılar geofiziki tədqiqatlara karotaj deyilir.
QGT-nin yeri və rolu geoloji proseslərin mərhələləri ilə şərtlənir ki, bu da geoloji məsələnin qoyuluşundan yatağın istismarı da daxil olmaqla kompleks əməliyyatlar deməkdir.
I mərhələ: Regional tədqiqatlar aparmaqla regionun perspektivli geoloji obyektləri aşkarlanır.
II mərhələ: Zonal tədqiqatlar mərhələsində perspektivli geoloji obyektlərin quruluşu öyrənilir.
III mərhələ: Axatarış mərhələsində əsas məsələ yatağın mövcudluğunun təsdiqi və onun sənaye əhəmiyyətliliyinin qiymətləndirilməsidir
IV mərhələ: Kəşfiyyat mərhələsində faydalı qazıntıların ehtiyatının hesablanması və yatağın istismara hazırlanması məqsədilə axtarış mərhələsində qurulmuş model dəqiqləşdirilir və müfəssəlləşdirilir.
V mərhələ: QGT-nin istismar prosesindəki rolu yatağın işlənmə texnologiyasından (quyu, şaxta və s.) asılı olur.
QGT əsas aşağıdakı məsələlərin həllində əhəmiyyətlidir.
I.Ümumi geoloji xarakterli məsələlər-burada quyu kəsilişini litologiyanın öyrənilməsi, layların sərhəd və qalınlıqlarının öyrənilməsi, quyu kəsilişlərinin koolasiyası.
II.Layların kollektorluq xüsusiyyətlərinin öyrənilməsi-məhsuldar kollektor layların seçilməsi, onların məsaməliliyinin, gilliliyinin, keçiriciliyinin effektiv qalınlığının neft-qaz doyumluluğunun və s. təyin edilməsi.
III.Quyuların texniki vəziyyətinə nəzarət-quyuların sementləməsinin keyfiyyətinə nəzarət, kəmərin zədələnməsi yerinin təyini, quyuda laya və ya laydan quyuya maye axınının intervalının təyini, quyuların mayilliyinin ölçülməsi, quyunun həqiqi diametrinin öyrənilməsi və quyuda pervasiya talpitlənmə işləri və s.
IV. Neft-qaz yataqlarının işlənməsinə nəzarət – su, neft, qaz, maye kontanklarının, yerinin müəyyənləşdiriliməsi, cari neft-qaz doyumluluq əmsalının təyini, məhsuldarlığın qiymətləndirilməsi.
QGT tədqiqat obyekti əsasən müəyyən fiziki xassə və maddi tərkiblə müəyyənləşən, müəyyən həndəsi ölçüyə malik olan geoloji modellə təsvir olunan geoloji obyektdir.
-
neft və qaz yataqlarının işlənməsinə geofiziki nəzarət-su neft
-
qaz kontoklarının öyrənilməsi
-
ani neft qaz doyumluluq əmsalının təyini, məhsuldarlığın qiymətləndirilməsi və s.
QGT-nin tədqiqat obyekti müəyyən fiziki xassələri malik maddi tərkiblə həndəsi ölçülərlə xarakterizə olunan hər hansı bir petrofiziki və geoloji modeldir. Yəni lay suxur geoloji obyekt nəzərdə tutulur.
QGT-nın 50-dən modifikasiyaları mövcuddur. Belə say çoxluğu həll edilən geoloji məsələlərin xüsusiyyətlərindən və növündən asılıdır. Bu üsullardan quyu kəsilişlərinin tədqiqində əsas aşagıdakı üsullar tətbiq olunur
Fərz olunan xüsusi müqavimət üsulu- quyu sütunu boyunca süxurların sünii elektrik xüsusiyyətlərinin öyrənilməsinə əsaslanır.
Quyu potensialı üsülü- quyu sütunu boyunca süxurların təbii elektrik xüsusiyyətlərinin öyrənilməsinə əsaslanır.
Yan karotaj üsulu-quyu kəsilişi üzrə məhsuldar layların həqiqi xüsusi müqaviməti müəyyən edilir.
İnduksiya karotajı üsulu-süxurların xüsusi elektrik keçiriciliyi və elektrik müqavimətinin ayrılmasına əsaslanır
Mikrokarotajı üsulu-Bu üsulda nazik layların xüsusi elektrik müqaviməti təyin edilir.
Rezistrometriya -gil məhlulunun xüsusi müqavimətinin dəyişməsini öyrənir.
Radioaktiv karotaj- süxurların təbii və süni radioaktivliyinin intensivliyini öyrənir.
Qamma karotajı üsulu- (QK) Bu üsulda təbii yaranmış qamma kvantlar sahəsi öyrənilir.
Neytron qamma karoyajı üsulu-(NQK) Bu üsulda quyuda süni yaradılmış qamma kvantlar sahəsi öyrənilir.
İmpuls-neytron karotaj üsulu: Bu üsul vasitəsi ilə su-neft, neft-qaz əlaqələri təyin edilir.
Qamma-qamma karotajı üsulu- Bu üsul vasitəsi ilə layı təşkil edən süxurların sıxlığı öyrənilir.
Quyuların akustik karotajı vasitəsilə öyrənilməsi üsulu: Bu üsul vasitəsilə kəsilişində olan və sıxlığına görə fərqlənən layları təyin etmək mümkündür. Akustik karotajı –uzununa və eninə elastiki dalğaların mühitdə yayılma sürətini öyrənir. Quyuların texniki vəziyyətinə nəzarət üsulları aşağıdakılardır.
Termometriya üsulu- Bu üsul ilə quyuda temperaturun dəyişməsi öyrənilir.
Kavernometriya üsulu-Bu üsul vasitəsi ilə quyunun həqiqi diametrinin dərinlik üzrə dəyişməsini öyrənir.
İnklinometriya üsulu-Bu üsul vasitəsilə quyunun meyl və azimut bucaqları öyrənilir.
Naklonometriya üsulu-Bu üsul vasitəsilə quyu kəsilişində olan layların meyl bucağı öyrənilir.
Quyularda termometriya işləri qoruyucu kəmər arxasında sementin səviyyəsini öyrənir.
Akustik karotajı vasitəsilə sementlənməyə nəzarət üsulu: Bu üsul vasitəsilə sementlənmə işlərinin səmərəliliyini təyin etmək mümkündür.
Perforasiya üsulu- Bu üsul vasitəsilə quyularda sementləmə işləri aparıldıqdan sonra məhsuldar layla quyu arasında əlaqə yaradılır.
Torpedləmə üsulu- Bu üsul vasitəsilə quyuda baş verən qəzanı aradan götürmək mümkündür.
Maqnit karotajı- süxurların maqnit həssaslığını öyrənir.
Geofiziki işlər əsasən 2 mərhələyə ayrılır.
I. Informasiyanın toplanması, yəni çöl işlərinin aparılması, quyularda karotaj üsulunun aparılması.
II. mərhələ alınan məlumatların interpretasiyası.
İnterpretasiya kəmiyyət və keyfiyyət interpretasiyasına ayrılır. Keyfiyyət interpretasiyası zamanı tədqiq olunan geoloji obyektin coğrafi mövqeyi yeri, ölçüləri, fiziki kəmiyyətləri qetd olunur. Kəmiyyət interpretasiyası zamanı alınmış məlumatlar uyğun qaydada interpretasiya edilir və geofiziki məsələ həll edilir. Kəmiyyət interpretasiyası ilk növbədə düz və tərs məsələnin həllindən ibarətdir. Qrşıya qoyduğumuz modeli qurmaq üçün sahələr mərkəzinin müəyyən edilmiş hansısa geofiziki parametri təyin edir. Tərs məsələ dedikdə əldə olunan geoloji geofiziki modeldən interpretasiya etməklə petrofiziki və ya geofiziki parametri təyin edirik.
Mürəkkəb geoloji məsələlər kompleks ilə həll edilir. Geoloji obyekt haqqında daha dəqiq və geniş miqyaslı imkan yaradır. Əsasən 2 mərhələyə ayrılır.
İnformasiyanın toplanması isə yer səthində istərsə quyu daxilində 2 mərhələ alınan məlumatların interprefasiyası alınır. İnterprefasiya onun kəmiyyət kəşfiyyat interpretasiyalarına ayrılır. Tətbiq olunan geoloji obyektin coğrafi mövqeyi yeri, ölçüləri, fiziki kəmiyyətləri qeyd olunur. Kəmiyyət interpretasiyası zamanı olunmuş məlumatla uyğun qaydada interpretasiya edilir və geofizik məsələ həll edilir. Kəmiyyət interpretasiyası ilk növbədə olur və tərs məsələnin həllindən ibarətdir. Qarşıya qoyduğumuz modeli qurmaq üçün fiziki sahələr məmbəyinin müəyyən edilmiş mənbəyindən hansısa geofiziki parametri təyin edir. İnterpretasiya edirik. Tərs məsələ dedikdə əldə olunan geoloji geofiziki modeldən interpretasiya etməklə petrofiziki və ya yaxud geofiziki parametri təyin edirik. (keçiricilik, gillilik, məsaməlilik).
Mühazirə 2.
Süxurların elektrik xüsusiyyətləti və Elekrtik karotajı (EK). Fərz olunan xüsusi müqavimət üsulu
Süxurların xüsusi elektrik müqaviməti (ölçü vahidi omm, tərəfləri 1m bərabər olan kub şəkilli süxurun müqavimətidir) süxurun elektrik müqavimətindən, quruluşundan (skelet və məsamə boşluğundan, laylanma istiqamətindən və ayrı-ayrı fazaların mühitdə tutduğu həcmlərin nisbətindən, fazalar arası sərhədlərdə yaranan fərqli mühitdən (keçid zonası), temperatur, quyu diametri və təzyiqdən asılıdır.
Süxurlarən bərk fazası müxtəlif minerallardan təşkil olunmuşdur. Mineralların xüsusi müqavimətinə görə keçirici (10-8-10-4 omm), yarımkeçirici (10-4-108 omm) və dielektrik xüsusiyyətinə malik olurlar. Süxur əmələgətirən minerallar dielektrik növünə aid edilir.
Süxurlar ayrı-ayrı bərk mineral dənəciklərin kombinasiyalı yığımından və bu yığımların aralarındakı boşluqları dolduran lay flüidindən ibarətdir. Mineralların xüsusi müqaviməti mində bir Omm-dən milyonlarla Omm-dək dəyişilir. V.N. Daxnov xüsusi müqavimətin qiymətinə görə mineralları yeddi sinifə ayırır: İfrat kiçik ( <10-6 -Qızıl, platin,gümüş); Çox kiçik (10-6-10-2- Qrafit, pirit, xalkopirit, kobalt, nikel); Kiçik (10-2-102 -Maqnetit, ilmenit, markazit və s); Orta (102-106- Boksit, hematit, dəmir, slüdə, montomorillonit, xromit və s); Yüksək (106-1010 - Anhidrid, monasit); Çox yüksək (1010-1014 -Kalsit, kvars, kükürd, çöl şpatı və s.); İfrat yüksək (>1014- Halit, silvin, neft)
Mineralların xüsusi müqavimətinin geniş hüdudda dəyişməsi əlverişli amil kimi elektrik üsulları ilə süxurların tədqiqinə imkan verir. Nəzərə almaq lazımdır ki, neft və qaz yataqlarının əksəriyyəti çökmə süxurlarda formalaşır. Bununla yanaşı çökmə süxurlardan: gillərin, qumların, qum daşlarının, alevrolitlərin, qravelitlərin, əhəngdaşlarının, dolomitlərin xüsusi müqavimətləri 10-1-dən 104 Omm-dək dəyişir ki, bu göstərici süxurtörədən mineralların dənəciklərinin xüsusi müqavimətindən bir neçə dəfə kiçikdir. Belə bir fərq süxurun ikinci komponenti olan lay flüidinin təsirindən yaranır. Süxurların məsamələri adətən lay suları ilə doymuş olur.
Elektrik karotajı ilə tədqiqat zamanı quyuya elektrodlardan ibarət zondlar buraxılı:
Şək. a-bir qütbülü, çevrilmiş potensial zond; b-bir qütbülü daban qradient zond; c-iki qütbulu çevrilmiş potensial zond
Cərəyan elektrodlarına cərəyan verildikdə onun ətrafında elektrik sahəsi yaranır və elekrtik sahəsinin cəryan xətləri mühitə daxil olur.
Şək. 1- elekrtik sahəsi (dairələr); 2-cərəyan xətti (qırıq xətlər)
M və N ölçü elektrodunda potencial yaradır (). Ölçü zamanı bu elektrodlar arasındakı potensiallar fərqi () qeyd edilir ki, bu qiymət elektrodlar arasındakı süxurun xüsusi müqavimərinə mütəhasibdir.
Fərz olunan xüsusi müqavimə (F.x.m) üsulu dərinlikdən asılı olaraq kəsiliş üzrə suxurların fərz olunan xüsusi müqavimətin dəyişməsinin öyrənilməsinə əsaslanır. Dərinlikdən asılı olaraq suxurların f.x.m-nin dəyişməsini əks etdirən əyriyə fərz olunan xüsusi müqavimət əyrisi deyilir. Bu üsulun mahiyəti belədir. Quyuya 3 elektroddan ibarət zond qradiyent və ya potensial zond salınır. Cərəyan mənbəyindən A elektroduna cərəyan verilir və mühitdə elektrik sahəsi yaradılır. Bu elektrik sahəsi paylanaraq süxura daxil olur. Nəticədə M və N ölçü elektrodları arasındakı potensiallar fərqi ölçülərək layların xüsusi müqavimət təyin olunur.
Burada A və B cərəyan elektrodu (qidalandırıcı elektrod) M və N ölçü elektrodlarıdır. Biz A və B cərəyan elekronlarının yaratdığı elektrik sahəsində M nöqtəsindəki potensialının aşağıdakı şəkildə yaza bilərik.
(2)
Uyğun olaraq A və B elektrodların N nöqtəsindəki poitensialların aşağıdakı şəkildə yaza bilərik:
(3)
A və B elektrodlarının M və N ölçü elektrodlarından potensiallar fərqini aşağıdakı şəkildə yaza bilərik:
(4)
Nəzərə alsaq ki, B elektrodu yer səthində basdırılıb və onun təsiri sıfıra bərabərdir və Biz burada nu tapsaq.Onda (4) düsturunu aşağıdakı kimi yazarıq.
(5)
Sonuncu ifadəni k ilə işarə etsək, fərz olunan xüsusi müqaviməti aşağıdakı düsturla ifadə edərik.
(6)
Burada -fərz olunan xüsusi müqavimət, -zond əmsalıdır, potensiallar fərqi, cərəyan şiddətidir.
.(7)
(7) düsturundanda göründüyü kimi -fərz olunan xüsusi müqavimət parametrinin vahidi Om.m-dir.
Bu düstur bir cinsli izotrop mühitlər üçün doğrudur. Alınan müqavimət əyrisinə bir sıra amillər təsir göstərir ki, quyu şəraiti ətraf layların qalınlığı lay qalınlığı ilə zond uzunluqlarının müsbət təsiri və s. məhz buna görədə alınan müqavimət əyrisinə fərz olunan xüsusi müqavimət əyrisi deyilir və f.x.m şəklində yazılır
-fərz olunan xüsusi müqavimət əyrisi bərk suxurlar qarşısında maksimum anomaliya ilə, gilli-qumlu laylar qarşısında azalma isdiqamətində orta göstərici ilə, qumlu-gilli laylar qarşısında artma isdiqamətində orta göstərici ilə, gilli-laylar qarşısında isə minimum göstərici ilə səciyyələnir.
Quyu potensial üsulu
Quyu potensialı üsulu elektrik karotajı nın mofikasilarından biridir və bu üsulla təbii yaranan elektrik sahəsi öyrənilir. İlk dədə bu üsul 1928-ci ildə tətbiq edilmişdir. Quyuda və onun ətrafıda müxtəlif fiziki-kimyəvi proseslə nəticəsində e.h.q. yaranır və quyuya buraxılmış bir elektrodla (bu ölçü elektroda olur) yer səthində torpaqlanmış elektrodlar arasındakı potensiallar fərqi ölçülür (şək 1).
Şəkil 1. QP-nin quyuda ölçülmə sxemi
E.h.q. –nin yaranması əsasən iki prosesin nəticəsində baş verir: diffuziya və süzülmə.
Diffuziya potensialı. Hər hansı bir çən hissəyə ayrılır, ona NaCl duzunun məhlulu doldurulur (şək.2). Arakəsmənin bir hissəsindəki məhlulun duzluluğunu o birindən yuksək götürmək lazımdır. Sonra arakəsmə görürülür, bu zaman qatılıqlırı müxtəlif olan məhlular tədricən Osmotik təzyiq altında qatılıqların stabilləşməsinə meyil edəcəklər. Fizikadan məlumdur ki, xörək duzu suda həll olunduqda iki ion yaranır: Na+ və Cl- .
Şəkil 2.
Mənfi ionların sürəti müsbət ionların sürətindən böyük olur. Ona görədə qatılığı çox olan məhluldan qatılığı az olan məhlula daha çox mənfi ionlar daxil olacaq və nəticədə qatılığı az olan tərəfdf mənfi ionlar üsünlük təşkil edəcəklər. Bu o deməkdir ki, qabda iki qürb yaranaır və nəticədə e.h.q. baş verir. Əgər qaba elektrodlar (iki) buraxsaq və onları ampermetrə birləşdirsək, görərik ki, ampermetr cərəyan şiddəti qeyd edir. Qeyd edilən bu proses quyuda da baş verir. Beləki, quyuya vurulan gil məhlulu ilə lay sularının mineralizasiya dərəcələri müxtəlif olduğundan quyu divarı qarşısında mənfi və ya müsbət işarəli ionlar toplanır. Diffuziya prosesi qatılıqların bərabərləçmə anına qədər davam edir. Yəni C1=C2 olur. Bu zaman xəyali xətt boyunca elektrik hərəkət etdirici qüvvə yaranır. Bu bizə diffuziya potensialının qiymətini verir Dd kimi işarə olunur
Şəkil 3-də diffuziya mənşəli QP-nın süxurun məsamələrində (bəyük və kiçik kapiliyarlarda) yaranma sxemi verilir. Göründüyü kimi süxur həcminin daban və tavan hissələrində müsbət onun qarşısında isə mənfi ionlar toplanır. Mərkəzdə əsasən qarəşıq şəkildə ionlar iştrak edir (burada C1 və C2 mayelərin qatılığını göstərir, C1>C2).
Şəkil 3.
Şəkil 4-də quyu şəraitində diffuziya potensialının baş bermə sxemi verilir.
Şəkil 4 Diffuziya mənşəli QP : 1-kollektor, 2- qeyri kollektor
Diffuziya prosesində iki məhlulun təması zamanı yaranan e.h.q. aşağıdakı düsturla təyin olunur:
burada U -mənfi ionların orta sürəti; V- müsbət ionların orta sürəti; n ionların valentliyi; R- unveristet qaz sabitidir; T tempuraturun mütləq qiymətidir; F- faradey ədədir; C1 və C2 –təmasda olan məhlulların qarışığıdır.
Süzülmə potensialı. Süxurların məsamələrini uzun bir kapliyar kimi təsəvür etmək olar. Fiziki kimyadan məlumdur ki, əgər belə bir kapliyar borudan elektrolit hərəkət edirsə, onda həmin kapliyarda e.h.q. yaranır. Bu EHQ nin istiqaməti kapliyarda mayenin hərəkət istiqaməti ilə üst-üstə düşür. Belə bir şəraitdə yaranmış EHQ-yən süzülmə EHQ-i deyilir. Süzülmə nəticəsində əmələ gələn EHQ-ni onunla izah etmək olar ki, süxurların kapliyarlarının divarlarında müəyyən yüklü ionlar udulur; nəticədə kapliyarın en kəsiyi boyu mayedə başqa yüklü ionlar toplanır. Maye kapliyarlarla hərəkət etdikdə bu ionlarda hərəkət edir və nəticədə EHQ-nin yaranmasına səbəb olur (şək. 5).
Şəkil 5. Süzülmə mənşəli QP
Beləliklə süzülmə EHQ-i yaranır. Süzurun məsamələrinin divarlarında mənfi yüklü ionlar, mayenin hərəkəti istiqamətində isə müsbət yüklü ionlar toplanır. Yaranan e.h.q.süzülmə potensialini ifadə edir və Ds ilə işarə olunur. Təcrübələr göstərir ki, süzülmə potensialının qiyməti düffuziya potensialının qiymətindən bir neçə dəfə kiçik olur. Yəni, Dd>>>Ds
Süzülmə potesialı aşağıdakı düsturla ifadə olunur:
burada -məhlulun xüsusi müqaviməti; -mayenin özlülüyü; f-süxurun xüsusiyyətindən asılı olan əmsaldır; P-kapliyarda olan təzyiqdir.
Quyu potensialının qiyməti diffuziya potensialı ilə süzülmə potensialının cəmi olduğunu nəzərə alsaq, Dd>>>Ds olduğundan, quyu potensialının qiymətini diffuziya potensialının qiyməti kimi qəbul etmək olar. Əgər gil məhlulunun qaltılığı lay sularının qatılığından böyük olarsa, bu zaman alınan QP əyrisi düz QP, əks halda isə C12 olarsa, bu zaman alınan QP əyrisi tərs QP adlanır. Ölçü zamanı adətən potensialın mütləq deyil nisbi qiyməti ölçülür. Quyu potensialının vahidi kimi mV götürülür.
QP-yə görə gilliliyin təyini. QP (quyu potensialı) əyrilərinin interpretasiyası təbii elektrik sahəsinin faktiki təbiətinə əsasən aparılır. Qum və gillərdən ibarət kəsiliş şəraitində təbii elektrik sahəsinin yaranmasına əsas səbəblər diffuziya və süzülmə prossesləridir.
Belə prosseslərdə quyu potensial əyrisi kəsilişdə keçiriciliyə malik və keçirici olmayan layların aşkar edilməsinə, layların sərhədlərinin təyin olunmasına, lay sularının təyin olunmasına, lay sularının qatılığının qiymətləndirilməsinə və bəzən süxurların litoloji-kollektorluq xüsusiyyətlərinin müəyyən edilməsinə imkan verir.
Keçirici layların seçilməsi, quyu içərisindəki məhlul və lay suları arasında gedən diffuziya-adsorbsiya prossesinə əsaslanır. Lay sularının qatılığı (mineralizasiya) məhlulun qatılığından böyük olarsa QP əyrisi üzərində keçirici laylar minimula qeyd edilir, keçiriciliyi olmayan laylar isə maksimumla qeyd edilir. Buna «düz QP sahəsi» deyilir. Qatılıqların əks nisbətində «tərs QP sahəsi» alınır və QP əyrisi üzərində keçirici laylar maksimumla, gillər isə minimumla qeyd edilir.
QP sahəsinin dəyişmə xarakterini bildikdə, digər geofiziki üsulların nəticəsindən istifadə edərək kəsilişi araşdırmaq və keçirici layları seçmək mümkündür.
QP əyrisi ilə gilliyin qiyməti aşağıdakı ardıcılıqla hesablanır:
-
Əyri üzərində gil xətti keçirilir;
-
Əyridə maksimal amplitudlu təmiz qum layları seçilir (istinad layı) və onun qiyməti hesablanılır ;
-
Əyri üzərində tədqiq edilən layı qiymətləndirilir ;
-
düsturundan istifadə edilərək, hesablanır; -quyu potensialının nisbi amplitud qiymətidir.
-
-nın Cg-dən asılılıq paletkasından istifadə edilərək, Cg-lik qiymətləndirilir (Şəkil 6).
Şəkil 6 Kollektorların gilliliyinin təyini üçün asılılıq
Mühazirə 3
YAN KAROTAJ ZONDLAMASI ÜSULU
YKZ üsulunun mahiyyəti quyu kəsilişinin məhsuldar qat çöküntüləri qarşısında eyni tipli, müxtəlif uzunluqlu zondlarla ölçü işləri aparmaqdan ibarətdir. Ölçü işlərinin nəticəsinə görə layın həqiqi xüsusi müqaviməti və layda baş verən dəyişikliklər müəyyənləşdirilir. Layda baş verən dəyişikliklər dedikdə keçirmə zonasının yaranması və bu zonanın xüsusi müqavimətinin (ρkz) eləcə də keçirmə zonasının diametrinin (D) təyini nəzərdə tutulur. YKZ işləri adətən müxtəlif uzunluqlu 5 qradiyent zondla yerinə yetirilir. Təcrübədə adətən ölçüləri 1-30 quyu diametrinə bərabər olan qradiyent zondlardan istifadə edilir. Ən kiçik ölçülü qradiyent zondun uzunluğu quyu diametrinə yaxın, ən böyük qradiyent zondun uzunluğu isə təxminən 8 m olur. Azərbaycanda məhsuldar qat çöküntülərinin tədqiqi üçün YKZ üsulunun mahiyyəti quyu kəsilişinin məhsuldar qat çöküntüləri qarşısında eyni tipli, müxtəlif uzunluqlu zondlarla ölçü işlərinin aparılmasına əsaslanır. Ölçü işlərinin nəticəsinə görə layın həqiqi xüsusi müqaviməti və layda baş verən dəyişikliklər müəyyənləşdirilir. Layda baş verən dəyişikliklər dedikdə keçirmə zonasının yaranması və bu zonanın xüsusi müqavimətinin (ρkz) eləcə də keçirmə zonasının diametrinin (D) təyini nəzərdə tutulur. YKZ işləri adətən müxtəlif uzunluqlu 5 qradiyent zondları ilə yerinə yetirilir (A2M0.5N (N0.5M2A), A0.45M0.1N. A1M0.5N. A4M0.5N, A8M0.5N. Təcrübədə adətən ölçüləri 1-30 quyu diametrinə bərabər olan qradiyent zondlardan istifadə edilir. Ən kiçik ölçülü qradiyent zondun uzunluğu quyu diametrinə yaxın, ən böyük qradiyent zondun uzunluğu isə təxminən 8 m olur. Azərbaycanda məhsuldar qat çöküntülərinin tədqiqi üçün AO=0,45; 1,05; 2,25; 4,25 və 8,25 m uzunluqlu qradiyent zondlardan istifadə olunur. Layların sərhədlərinin daha inamlı təyini üçün daban qradiyent zondları cərgəsinə bir tavan qradiyent zondu və yaxud əksinə əlavə edilir. (şək. 3.1).
3.1 YKZ məlumatlarının ilkin emalı
YKZ diaqramlarının emalı aşağıdakı mərhələlərdən ibarətdir:
- İnterpretasiya üçün yararlı layların seçilməsi və onların sərhədlərinin təyini;
- Seçilmiş laylar qarşısında fərz olunan xüsusi müqavimətin xarakter qiymətlərinin təyini;
- Fərz olunan xüsusi müqavimətin zondun uzunluğundan ρfxm =f (AO) asılılıq əyrisinin qurulması;
- Qurulmuş əyrilərin nəzəri əyrilərlə müqayisəsi
əsasında layların xüsusi müqavimətlərinin təyini və keçirmə zonasının müəyyənləşdirilməsi.
Layların sərhədləri adətən YKZ-nin ən kiçik ölçülü zondu və standart elektrik karotajı zondu ilə alınmış fərz olunan xüsusi müqavimət əyrilərinə əsasən mövcud qaydalara görə təyin edilir. Mürəkkəb şəraitlərdə isə layın sərhədləri daban və tavan qradiyent zondları ilə yanaşı mikrozond, kavernomer, QP və digər karotaj üsulları ilə alınmış diaqramlara görə dəqiqləşdirilir. Tətbiq edilmiş bütün geofiziki üsulların diaqramlarının birgə interpretasiyası nəticələrinə görə quyu kəsilişində süxurların xüsusiyyətləri haqqında lazımi məlumatlar alınır və kəmiyyət interpretasiyası üçün maraq doğuran obyektlər aşkar edilir.
3.1.1. Müqavimətin xarakter qiymətlərinin təyini.
Quyu YKZ əyrisini qurmaq üçün müqavimətin xarakter qiymətləri (optimal, orta və ekstremal qiymətlər) təyin edilir. Boyük qalınlığa malik laylar üçün qəbul edilir. Müqavimətin xarakter qiymətlərini təyin edərkən quyu şəraitinin və layın qalınlığının təsirini nəzərə almaq lazımdır.
1. ρlay > ρətr və h / dq >16-25 olduqda əyrilər üzərində xüsusi müqavimətin optimal (ρopt) qiyməti götürülür. Bu halda ρopt -ın qiyməti əyri üzərində və lay qarşısında h-AO (lay qalınlığı və zond uzunluğunun fərqi) nöqtədə götürülür. Zond tavan qradiyent zondu olduqda layın dabanından yuxarı, zond uzunluğuna bərabər olan ekran zonası çıxılır, daban qradiyent zondu olduqda isə layın tavan hissəsindən aşağı ekran zonası çıxılır (şək. 3.2).
2. Layın xüsusi müqaviməti (ρlay) ətraf süxurların xüsusi müqavimətindən (ρətr) az fərqləndikdə və h/dq > 16÷25 olduqda fərz olunan xüsusi müqavimətin orta qiyməti (ρort) götürülür.
Şəkil 3.2 , 3.3
3. h <16dq (3÷5 m) olan halda isə müqavimətin ekstremal qiymətlərindən: əgər ρlay >ρətr olarsa ρfxm, ρlay<ρətr olduqda isə qiymətlərindən istifadə etmək tövsiyə olunur.
3.2 Nəzəri YKZ paletkaları
Müəyyən nişanələrə görə qruplaşdırılmış və sonsuz qalınlıqlı laylar üçün qurulmuş ρfxm/ρməh-un AO/dq-dən asılılığını ifadə edən nəzəri əyrilər YKZ paletkası adlanır. YKZ əyriləri iki və üçtəbəqəli olur.
3.2.1. İkitəbəqəli YKZ əyriləri
Bu əyrilər qazıma məhlulunun laya hopmayan halı üçün hesablanıb. Bu halda iki variant mümkün ola bilər:
a) qazıma məhlulunun xüsusi müqaviməti layın xüsusi müqavimətindən kiçikdir (ρməh< ρlay)
b) qazıma məhlulunun xüsusi müqaviməti layın xüsusi müqavimətindən böyükdür (ρməh> ρlay)
YKZ-nin ikitəbəqəli nəzəri əyriləri ρməh<ρlay halı üçün YKZ–1A paletkasında (şək.3.3) ρməh> ρlay halı üçün isə YKZ-1B paletkasında qruplaşdırılır.
Paletkada təsvir olunan «A» əyrisi YKZ əyriləri ilə onların sağ asimptotlarının kəsişmə nöqtəsinin həndəsi yerini səciyyələndirir.
İkitəbəqəli YKZ əyrisi bir nisbi parametrlə: ρlay /ρməh işarə olunur ki, bu YKZ əyrisinin modulu adlanır və əyrinin şifrini göstərir.
3.2.2 Üçtəbəqəli YKZ əyriləri
Bu əyrilər qazıma məhlulunun laya hopan halı üçün hesablanıb. Üçtəbəqəli YKZ əyriləri beş parametrlə: ρlay , ρkz , ρməh , D və dq təyin edilir. Lakin YKZ əyriləri ikiqat loqarifmik miqyasda qurulduğundan paletkalarda onların forma və vəziyyəti üç nisbi parametrlərdən: ρkz / ρməh , D/dq və ρlay / ρməh asılı olur.
Şəkil 3.4 Üç təbəqəli zondlama əyrisinin interpretasiyasına dair nümunə
Qazıma məhlulu laya hopduqda iki hal qeydə alına bilər: layın xüsusi müqaviməti azalır (azaldıcı keçirmə) və əksinə, layın xüsusi müqaviməti artır (yüksəldici keçirmə).
Əgər ρlay / ρkz<1 olarsa yüksəldici keçirmə, ρlay / ρkz>1 olduqda isə azaldıcı keçirmə müşahidə olunur.
Layda yüksəldici keçirmə (ρməh <ρkz >ρlay və ρlay >ρsu) daha çox dənələrarası məsaməliyə malik sulu kollektorlarda qeydə alınır.
Layda azaldıcı keçirmə (ρməh<ρkz<ρlay) olduqda üç təbəqəli YKZ əyrisi məhsuldar neftli-qazlı laylarda müşahidə olunur.
YKZ əyriləri üçün sol və sağ qanad anlayışlarından istifadə olunur. Əyrinin sol qanadı kiçik ölçülü zondla alınan qiymətləri xarakterizə edir ki, bu qiymətlərə quyunun parametrləri təsir göstərir. Əyrinin sağ qanadı isə böyük ölçülü zondla alınan qiymətlərə müvafiq olduğundan quyunun təsirindən az təhrif olunur.
Azaldıcı keçirmə halında EK-2, yüksəldici keçirmədə isə YKZ-U paletkalarından da istifadə edilə bilər.
YKZ əyrilərində bəzən ekvivalentlik müşahidə olunur ki, bu da müxtəlif kəsilişlər üçün bir-biri ilə tam, yaxud qismən üst-üstə düşən əyrilərin alınması deməkdir.
Əgər keçirmə zonasının parametrləri cədvəl 3.1-də göstərilən qiymətləri üstələmirsə, onda zondlama əyrilərinin ekvivalentliyi müşahidə olunur.
Cədvəl 3.1
ρKZ/ ρməh
|
5
|
10
|
20
|
40
|
100
|
200
|
D/dq
|
2
|
2
|
3
|
4
|
6
|
8
|
Dostları ilə paylaş: |