Mühazirə Kursa giriş Quyuların geofiziki tədqiqatı


Faktiki zondlama əyrisinin tipinin müəyyənləşdirilməsi



Yüklə 0,66 Mb.
səhifə2/6
tarix29.06.2018
ölçüsü0,66 Mb.
#55106
növüMühazirə
1   2   3   4   5   6

3.3 Faktiki zondlama əyrisinin tipinin müəyyənləşdirilməsi

Müqavimətin xarakter qiymətlərini təyin etdikdən sonra loqarifmik miqyasda zondlama əyriləri qurulur. Sonra faktiki zondlama əyrisi interpetasiya üçün uyğun gələn paletka əyriləri ilə bir araya gətirilir. Müvafiq paletkanı seçmək üçün faktiki zondlama əyrisinin tipini müəyyənləşdirmək lazım gəlir. Bəzi hallarda əyrinin tipi və lazım olan paletka bir sıra aşkar nişanələrə görə müəyyənləşdirilir. Əgər bu nişanələr kifayət etmirsə onda əyrinin tipi yalnız faktiki zondlama əyrisi ilə paletka əyrilərini tutuşdurduqdan sonra təyin edilir. Təcrübədə daha çox rast gəlinən zondlama əyrilərinin tipini nəzrdən keçirək:



a) əsas hal – layda heç bir dəyişiklik olmadıqda.

Zondlama əyrisi paletka əyrilərinin birisi üzərinə düşür və yaxud onlara paralel gedir. Bu halda layın xüsusi müqaviməti nəzəri əyrinin moduluna əsasən təyin olunur:



ρlay = μρm

burada μ- nəzəri əyrinin modulu; ρm -məhlulun xüsusi müqavimətidir.



ρlay –ın qiyməti zondlama əyrisinin, asimptotlar əyrisi (A əyrisi) ilə kəsişməsinin ordinatına kimi də götürülə bilər.

b) quyu diametrinin artma halı. Yuyulma.

Bu hal kavernometriya işləri aparılmadıqda və quyunun diametri nominal diametrə (baltanın diametrinə) bərabər götürüldükdə alına bilər.

Zondlama əyrisi öz formasına görə nəzəri əyrilərə uyğun gəlir, ancaq bu əyrilərə nisbətən sağ tərəfə sürüşmüş olur. Quyunun həqiqi diametrini təyin etmək üçün zondlama blankını sol tərəfə o qədər sürüşdürürlər ki , zondlama əyrisi nəzəri əyrilərin birisi ilə tutuşmuş olsun və yaxud onlara paralel getsin. Əyrilər tutuşduqda “xaç” nöqtənin absis oxu üzərində vəziyyəti quyunun həqiqi diametrini göstərəcəkdir.

ρlay - əsas halda qeyd edildiyi kimi təyin olunur.


  1. azaldıcı keçirmə halı.

Məhlulun laya hopması nəticəsində azaldıcı keçirmə yaranıbsa, interpretasiya etdiyimiz əyri öz formasına görə YKZ-1-A paletkasının nəzəri əyrilərinə oxşar olur. Qurulmuş əyrinin sağ hissəsi, zondun uzunluğu artdıqda, paletka əyrilərini kiçik modullu əyrilərdən yüksək modullu əyrilər istiqamətində kəsir. Bu halda, götürülmüş əyriyə uyğun nəzəri əyrini tapmaq üçün YKZ –c paletkasından istifadə edilir. YKZ-c paletkası YKZ-1-A və EK-2 paletkalarının yığımından ibarətdir.

Zondlama əyrisinin blankı YKZ-c paletkası üzərinə yerləşdirilir və elə hərəkət etdirilir ki , blankın xaçı müəyyən (ρkz ρm)-ə uyğun EK -2 paletkasının əyrisi üzrə getsin (zəif sementləşmiş süxurlar üçün ρkz ρ1 =8 qəbul edilir). Blankı sürüşdürərkən onun və paletkanın koordinat oxlarının paralel qalmasına nəzər yetirmək lazımdır.

Layın xüsusi müqaviməti yuxarıda qeyd olunmuş qaydada və yaxud uyğun nəzəri əyrinin sağ asimptodunun ordinatına əsasən təyin edilir.

“Xaç” nöqtəsinin EK-2 paletkası üzərində vəziyyətinə görə Ddq-nin qiyməti və buna əsasən də keçirmə zonasının diametri (D) təyin edilir.



d) yüksəldici keçirmə halı.

Yuxarıda qeyd edildiyi kimi yüksəldici keçirmə olması zondlama əyrisini YKZ-1-A paletkası ilə müqayisə etdikdə müəyyən edilir. Bu halda zondlama əyrisi paletkanin nəzəri əyrilərinə uyğun gəlmir və onları yüksək modullu əyrilərdən az modullu əyrilər istiqamətində kəsir.

İnterpretasiya YKZ-2 paletkası vasitəsilə aparılır. Bu paletka YKZ-1-B və EK-3 paletkalar yığımından ibarətdir. Zondlama blankı YKZ-2 paletkası üzərinə yerləşdirilib elə hərəkət etdirilir ki , blankın xaçı müəyyən modula malik (ρkz ρm) EK-3 paletkasının əyrisi üzrə getsin.

Layın xüsusi müqaviməti uyğun nəzəri əyrinin sağ asimptodunun ordinatına əsasən təyin edilir. Keçirmə zonasının diametri isə xaçın EK-3 paletkası üzərində vəziyyətinə görə , yəni uyğun qırıq-qırıq xətlərlə göstərilmiş əyrilərin moduluna (Ddq) əsasən təyin edilir.



Mühazirə 4

YAN, İNDUKSİYA VƏ MİKROKAROTAJ ÜSULLARI
Təcrübədə elə hallara rast gəlinir ki, lay sularının xüsusi müqaviməti quyu qazılan gil məhlulunun xüsusi müqavimətindən çox-çox yüksək olur. Belə mühitlərdə adi elektrik karatoj zondlarından istifadə səmərəsiz olur. Buna səbəb quyuda yaradılan elektrik həmin yalnız gil məhlulunda paylanmasıdır. Belə şəraitdə ölçü işlərinin nəticəcələri yalnız gil məhlulunun xüsusi müqaviməti ilə əlaqədar olur. Yəni lay zaqqında məlumat almaq olmur. Çünki elektrik sahəsinin cərəyan qüvvə xətləri laya daxil ola bilmir. Buna səbəb layların xüsusi müqavimətinin çox yüksək olmasıdır. Bu isə keçiriciliyin azalması deməkdir. Məhz bu baxımdan da yüksək müqavimətli layların kəsilişlərin tədqiqatında yan karatoj üsulu onun modifikasiyalarının tətbiqi daha səmərəlidir. Yan karatoj üsulu elektrik karatojunun modifikasiyalarından biri olub bütün quyu kəsilişlərinin məhsuldar qat çöküntülərinin yerləşdiyi hissələrdə aparılır. Bu üsulun məzmunu aşağıdakı şəkildədir. Bu üsulda cərəyan elektrodları ilə yanaşı ekran elektrodlarıda iştirak iedir. Ekran elektrodlarının əsas funksiyası mərkəzi A0 elektrodundan çıxan cərəyan qüvvə xətlərini fokuslaşdıraraq quyu oxuna perpendikulyar istiqamətdə laya doğru istiqamətləndirməkdən ibarətdir. Nəticədə ölçülən xüsusi müqavimət təxminən 80-90 faiz layın həqiqi xüsusi müqavimətinin qiymətini verir. Elektrodların sayına görə YK-nın üç-, yeddi-, və doqquz elektrodlu zondları mövcuddur. Bu zondlar bir-birindən elektrodlarının sayına və formasına görə fərqlənir (şəkil 1,2)

1234

Şəkil.1. YK zondunun sxemi: I-üç elektrodlu (YK3), II-yeddi elektrodlu (YK7), III-doqquz elektrodlu (psevdo) yan karotajı



scan0043

Şəkil 2. Bircinsli mühitdə cərəyan xətlərinin paylanması. I-üçelektrodlu, II-yeddi elektrodlu, III-çoxelektrodlu


Bu modifikssiyalar iş prinsipləri eyni olmaqla elektrodların sayına və quruluşlarına görə bir-birlərindən fərqlənirlər. Təcrübədə yan karotajının 3, 7 modifikasiyalarından istifadə olunur

Üç elektrodlu YK zondunda elektrodlar silindir formasında, yeddi və doqquz elktrodlu YK- zondlarında isə elektrodlar ya nöqtəvi ya da halqavari şəkildə olur.

Mədən geofizikası təcrübəsində üç və yeddi elektrodlu zondlar eləcədə mikroyan karotaj zondu daha geniş tətbiq olunur.

3 elektrodlu yan karatoj üsulu (UK-3)

3 elektrodlu yan karatoju üsulu. Yan karatojinin 1-ci modifikasiyasıdır. Bu karatoj zondu 1 düz xətt üzərində 2 ekran və 1 mərkəzi elektrodun ardıcıl yerləşməsindən ibarətdir. Bu elektrodlar çubuqvari formadadırlar. Mərkəzi A0 elektrodu ekran elektrodlarından ölçücə bir neçə dəfə kiçikdir. Ekran elektrodlarının funksiyası mərkəzi A elektrodundan verilən cərəyan qüvvə xətlərini fokuslaşdıraraq laya doğru istiqamətləndirməkdən ibarətdir.

Şəkil3


3 elektrodlu yan karatoj zondunun iş prinsipi aşağıdakı şəkildədir. Sxemdəndə göründüyü kimi hər 3 elektrod cərəyan elektrodudur. Bu elektrodlara eyni anda cərəyan verilir və potensialın bərabərliyini yaratmaq məqsədilə bu elektrodlar biri-birinə r=0,01Om-luq rezistorlar vasitəsilə birləşdirilir. Nəticədə mərkəzi A0 elektrodundan çıxan cərəyan qüvvə xətləri Ae1 və Ae2 ekran elektrodları vasitəsilə fokuslaşdırılaraq laya doğru istiqamətlərdirlər. Bu isə layın həqiqi xüsusi müqavimətin ölçülməsinə bilavasitə zəmin yaradır. Yandan ölçü nöqtəsi kimi A0 mərkəzi elektrodunun tən ortası (mərkəzi) götürülür. Zondun uzunluğu xəyali O1 O2 ölçü nöqtələri arasında məsafə götürülür. Bu ölçü nöqtələri uyğun olaraq rezustorların mərkəzi götürülür. Zondun ümumi uzunluğu isə ekran elektrodları arasındakı məsafəyə bərabər götürülür. Yan karatojunun nəzəriyyəsində zondun ümumi uzunluğu kimi L-2l zondudur. Yan karatoj üsulu ilə ölçü zamanı ölçü nəticələri yan karatajı YK-3 zondunun parametrlərindən kəskin asılı olur. Yəni bu parametrlər elə seçilir ki, mərkəzi elektroddan çıxan cərəyan qüvvə xətləri laya doğru tam istiqamətləndirilir. Bunun üçün zondun uzunluğunu zondun diametrinə nisbəti nəzərə alınmalıdır.

Ll=(1,52)dz qədər götürülməlidir. Fokuslaşdırmanın dərəcəsini maksimuma qaldırmaq üçün zondun uzunluğu ilə zondun ümumi uzunluğu arasında aşağıdakı şərtlər nəzərə alınmalıdır. Məsələn Lümumi=(810)dy Lzond=(0,50,6)dquyu . belə olduqda f.x.m-ının ölçülən qiyməti layın həqiqi xüsusi müqavimətinin qiymətindən 10% qədər fərqlənir ki, bu da təcrübədə sayılan xəta kimi qəbul edilir. Üç elektrodlu YK zondunun əmsalı zondun ölçüsündən asılı olub, düsturu ilə təyin edilir. Burada L-zondun ümumi uzunluğu (A1 və A2 elektrodlarının kənar ucları arasındakı məsafə), L0 - əsas elektrodun (A0) uzunluğu, dz- zondun diametridir.

Hazırda istifadə olunan YK cihazlarında L0=0,18m; L=3,2m; dz=0,07m olduğundan zond əmsalı 0,24-ə bərabərdir.

Üç elektrodlu YK zondunda ölçü nöqtəsi A0 elektrodunun tən yarısına aid edilir. Ümumiyyətlə L0=0,150,3m olduğundan ekranlaşdırıcı zondlar yüksək ayırdedicilik xüsusiyyətinə malik olurlar.


Yeddi elektrodlu yan karatojı zondu UK-ə. Bu zondun UK-3-dən fərqi ondan ibarətdir ki, bu karatoj zondu 7 nöqtəvi elektroddan ibarətdir. Bunlardan 3-ü cərəyan (Ae1, A0, Ae2) 4-ü isə ölçü elektrodloridi (M1, M2 /N1, N2) (şəkil.1, II)

Zondun uzunluğu UK-3-də zondunun uzunluğu kimidir. UK-7-də fokuslaşdırmanın tam baş tutması üçün foekuslaşdırma dərəcəsi adlanan, parametrdən istifadə edilir. Aşağıdakı kimi yazılır q fokuslaşdırma parametri



q=1,3-1,5

Ümumiyyətlə yan karatoj üsulunun tədqiqat radiusu 1-2 m arasında dəyişir.

Süxurların FXM-ni təyin etmək üçün zondun istənilən elektrodu ilə (praktiki olaraq hər üç elektrodun potensialı eynidir) nisbətən böyük məsafədə yerləşən N elektrodu arasındakı potensial (U) ölçülür. Nəticədə fxm -in qiyməti aşağıdakı düsturla təyin edilir.


Cərəyanın (İ0) sabit qiymətində potensialın dəyişməsini qeyd etməklə fxm əyrisi alınır.

YK diaqramlarının ilkin emalı tədqiqat üçün seçilmiş layların sərhədlərinin və qalınlığının təyinindən, onların xüsusi müqavimətlərinin qiymətləndirilməsindən və bu qiymətlərə cihazın, quyunun, layın qalınlığının (h) eləcədə ətraf layların xüsusi müqavimətlərinin (ətr) təsirinə görə düzəlişlərin verilməsindən ibarətdir. Bu düzəlişlər sistemi diaqramların qeydiyyatında istifadə olunmuş cihazların növünə uyğun mövcud qaydalar əsasında yerinə yetirilir. Diaqramların transformasiyasında yekun məqsəd quyu şəraitinin və cihazın ölçü nəticələrinə təsirini aradan qaldırmaqla ölçü nəticələrini sonsuz qalınlıqlı lay şəraitinə və yaxud standart quyu şəraitinə uyğunlaşdırmaqdır.

İnduksiya karatojı üsulu
Təcrübədə elə hallara rast gəlinir ki, quyular şirin su əsaslı məhlulla və ya yaxud neft əsaslı məhlulla qazılır. Belə quyu kəsilişlərinin öyrənilməsində yan karatoj üsulları öz səmərəliyi itir. Məhz buna görə bu tip kəsilişlərin öyrənilməsində induksiya karatoj üsulundan istifadə olunur. İnduksiya karatoj üsulu elektromaqnit karatoj üsulunun modifikasiyalarından biri olub, quyu daxilində elektromaqnit sahəsinin yaradılmasına əsaslanır. Üsulun mahiyyəti belədir. Şüalandırıcı makara ilə quyuda elektromaqnit sahəsi yaradılır (şəkil 5)

рисунок3

şəkil 5


.

Burada qırıq-qırıq xətlər halqadakı Fuko cərəyanının sahəsidir Bu sahə mühitdə paylanaraq II dərəcəli fuko cərəyanlarının yaranmasına səbəb olur. Şəkil 5-də qırıq-qırıq xətlər halqadakı Fuko cərəyanının sahəsidir. Bu cərəyanlar yüksək tezlikli dəyişən cərəyan olduğundan suxurda öz elektromaqnit sahəsini yaradır. Dəyişən maqnit sahələri (H1H2) qəbuledici makarada E1E2-dən ibarət e.h.q. induksiya etdirirlər. Ölçü makarasındakı e.h.q. (E) ilkin (E1) və ikinci (E2) elektromaqnit sahələrinin e.h.q.-ləri cəmindən ibarət olur. İkinci maqnit sahəsi isə öz növbəsində, aktiv (Ea) və reaktiv (Er) təşkiledicilərin cəmini ifadə edir. Yəni: E=E1+E2 və yaxud E=E1+Ea+Er

Deməli quyularda induksiya karatoj işləri zamanı 2 cür elektromaqnit sahəsi yaradır. I şüalandırıcı makara ilə yaradılan elektromaqnit sahəsi II fuko cərəyanı ilə yaradılan elektromaqnit sahəsi. Şüalandırıcı makara ilə yaradılan elektromaqnit sahəsi (E1) suxur haqqında heç bir məlumat daşımadığından kompensasiya edir. Fuka cərəyanı ilə yaradan elektromaqnit sahəsi isə suxurların elektrik keçiriciliyi ilə düz mütənasiblik təşkil etdiyindən gücləndiricidə qeyd olunaraq nəticələr karatoj diaqrammı şəklində verilir. İnduksiya karataj suxurların xüsusi elektrik keçiriciliyinin öyrənilməsinə əsaslanır. Xüsusi elektrik keçiriciliyi

kimi yazılır vahidi.

İnduksiya karatoj üsulu kiçik xüsusi müqavimətə malik layların ayırd edilməsində səmərəlidir. Ən sadə induksiya karatoj zondu 2 elementli olur. I şüalandırıcı makara II qəbuledici makara. Lakin İK məlumatların dəqiqliyini artırmaq məqsədilə əlaqə fokuslaşdvrıcı makaralardan istifadə olunur. Təcrübədə 3-8 makaralı İK zondundan istifadə edilir. Bunlardan ikisi əsas (cərəyan və ölşü), biri kompensasiyaedici, digərləri isə fokuslaşdirişı makaralardır. Fokuslaşdırıcı makaraların funksyası quyu kəsilişlərinini şaquli və üfiqi. Bu tip İK zondunun simvolu aşağıdakı şəkildə verilir. Məsələn , . Uyğun olaraq uzunluğu 1 m olan 4 və 6 makaralı zondlar. 4 və 6 makaraların sayı (2-si qəbul edici və şüalandırıcı digərləri isə fokuslaşdırıcı)

Şəkil 6-da İnduksiya karotajı zondunun sxemi verilmişdir. a - zondun sxemi; b - quyu cihazında makaraların qarşılıqlı yerləşmə sxemi. 1- generator makarası; 2- qəbuledici makara; 3-generator; 4-gücləndirici; 5-süxurun halqasında cərəyan xəttlərinin istiqamətidir.
рисунок2

şəkil 6
Mikrokarotaj üsulları


Elektrik karotajının digər növləri ilə yuyulma zonasının və «gil qazmağının» xüsusi müqavimətini, eləcədə kiçik laycıqların sərhədlərinin təyin edilməsi mümkün olmur, bu çətinliyi aradan qaldırmaq üçün kiçik ölçülü elektrik karotaj zondlarından istifadə edilir. Belə karotaz növünə misal olaraq mikrokarotajı göstərə bilərik. Mikrokarotajın quruluşu və iş prinsipi aşağıdakı kimidir: təcrid edilmiş (izola edilmiş) nöqtəvi elektrodlar rezin başmaq üzərində yerləşdirilir (şək.).

Təcrübədə mikrokarotaj zondların əsas iki növündən istifadə olunur:



  1. Mikroqradiyent zond (MQZ) – A0,025M0,025N

  2. Mikropotensial zond – MPZ – A0,025MN

Bəzi hallarda mikropotensial zondun böyük ölçülərindən də istifadə olunur ki, belə zondlara böyük ölçülü MPZ-lar deyilir və belə ifadə olunur:

A0,05MN

Uyğun olaraq MQZ-in zond uzunluğu l=0,0375m, MPZ-in zond uzunluğu l=0,025-dir. Böyük ölçülü MQZ-in zond uzunluğu l=0,05m-dir.



vaq

Şəkil 1


Şəkildən göründüyü kimi mikrokarotaj zondları bir-birindən 120° bucaq altında yerləşən 3 qoldan ibarətdir və bu qolların birinin üzərində rezin lövhə bərkidilmişdir və bu lövhənin üzərində isə bir-birindən 2,5 sm məsafədə yerləşən 3 elektrod yerləşdirilmişdir. Bu elektrodlar diametri 10mm olan latundan ibarətdir. Cəriyan eletrodu olan A-ya cəriyan verilir, ölçü elektrodları M və N arasında yaranan potesiallar fərqi ölçülür. MQZ-in tədqiqat radiusu 3-4 sm-ə dək, MPZ-in tədqiqat radiusu isə 10-12 sm–ə qədər götürülür. Tədqiqar radiusundan göründuyu kimi qradient mikrozond kavernada gil məhlulunun (eləcədə tam yuyulmamış arqilitlərin), keçrici kollektor qarşısında «gil qazmağının» xüsusi müqavimətini, potensial zond isə kavernada gil məhlulunun (eləcədə yuyulmamış arqilitləri), kollektorlar qarşısında keçricilik zonasının xüsusi müqavimətinin təyin edilməsinə imkan yaradır.

Mikrokarotaj zondları vasitəsilə quyularda ölçü işləri aparılan zaman rezistor vasitəsilə cihaz quyu divarına tam sıxılır ki, bu da quyu şəraitinin ölçü nəticələrinə mənfi təsirini aradan qaldırmış olar. Quyularda mikrokarotaj işləri zamanı eyni anda iki əyri qeyd olunur. MQZ və MPZ əyriləri.



c:\users\pc\desktop\4421.png

Şəkil 2


Şəkil.2.-dən göründüyü kimi gilli laylar qarşısında hər iki əyri eyni göstərici ilə xarakterizə olunur və minimum qiymətlə səciyyələnir. Bərk süxurlar qarşısında isə hər iki əyri maksimum qiymətlə səciyyələnir. Kollektor laylar qarşısında isə MPZ əyrisi MQZ əyrisindən müsbət fərqlənmə ilə və orta göstərici ilə xarakterizə olunur. Bu müsbət fərqlənmə həmin zondların tədqiqat radiusu ilə əlaqədardır.
Mikro Yan karotajı üsulu

Qeyd etdiyimiz kimi mikrokapotajla kiçik layların sərhədləri dəqiq təyin edilir, lakin onların xüsusi müqavimətinin təyin edilməsinə bu zondun tədqiqat radiusu imkan vermir. Kollektorla bircinsi olmayıb coxsaylı laycıqlardan təşkil olunduqlarından onların xüsusi müqavimətinin təyini çox böyük maraq kəsb edir. Bu məqsədlədə mikroyan karotajından istifadə edilir. Mikro yan karotajı üsulu klassik MK üsulunun modifikasiyalarından biridir. Mikro Yan karotajı üsulunun MK üsulundan fərqi ekranlaşdırma yolu ilə cərəyan qüvvə xətlərinin laya doğru fokuslaşdırılmasından ibarətdir. Adi MK zondları ilə ölçü işləri zamanı alınan xüsusi müqavimət təhrif olunmuş şəkildə olur. Yəni bu qiymətə aralıq qat, gil qabığı, ətraf lay vəs. Təsir göstərir. Bu təsirləri aradan qaldırmaq üçün kiçik layların tədqiqində Mikroyan karotajı (YK) üsulundan istifadə olunur. Mikroyan karotajının quruluşu və iş prinsipi aşağıdakı kimidir: bir-birindən tədric edilmiş (izolə edilmiş) elekrodlar rezin başmaq üzərində yerləşdirilir (şək.).



vaq4
Bu elaktrodların iş prinsipi yan karotajının iş prinsipi ilə eynidir, ancaq ölçülərinə görə bir-birindən fərqlənirlər. Mikroyan karotajında istifadə edilən elektrodlar həlqəvari olur. Mikroyan karotajına hətta 20 mm-lik qalınlığa malik «gil qazmağı»da təsir edə bilmir. Bu karotojda kiçik qalınlıqlı laylın xüsusi müqavimətindən başqa mikro kavernomer əyrisidə qeyd edilir ki, buda quyu oxu boyu diametrin laylar qarşısında dəyişməsmini tam dəqiq təyin etməyə imkan verir.

Mikroyan karotajı YK üsulunun iş prinsipi YK-3 və YK-7-də olduğu kimidir. Yəni mərkəzi elektroddan çıxan cərəyan qüvvə xətləri ekran elektrodları vasitəsilə laya doğru istiqamətləndirilir. Potensialın bərabərliyini MN ölçü elektrodları təmin edir. Mikro YK üsulu aşağıdakı şəkillərdə göstərmək olar.



c:\users\pc\desktop\фываыф.png
Şəkildən göründüyü kimi mikro YK zondu bir-birindən 15-17 mm məsafədə yerləşən həlqavari elektrodlardan ibarətdir. Şəkil.2.-də də göründüyü kimi mərkəzi A0 elektrodundan çıxan cərəyan qüvvə xətləri Ae ekran elektrodu vasitəsilə laya doğru fokuslaşdırılır. Potensialın bərabərliyini MN ölçü elektrodları təmin edir. UM=UN bərabərliyi ödənilir. Mikro YK üsulu alınmış xüsusi müqaviməti aşağıdakı kimi ifadə olunur:

Rezistivimetriya üsulu

Rezistvimetriya üsulu gil məhlulunun xüsusi müqavimətinin quyu şəraitində və laboratoriya şəraitində ölçüməsinə əsaslanan karotaj üsuludur.

Rezistvimetriya üsulu 2 cür olur: Laboratoriya rezistvimetri və quyu rezistvimetru

Laboratoriya rezistvimetri ilə müxtəlif qatılıqlı məhlulların xüsusi müqavimətini laboratoriya şəraitində təyin etmək üçün tətbiq edilir. Quyu rezistvimetri ilə quyu daxilində gil məhlulunun xüsusi müqaviməti ölçülür. Gil məhlulunun xüsusi müqavimətinin əhəmiyyətli məsələ həll edilir.( Belə ki, quyu potensialının yaranmasında) Belə ki, karotaj üsullarının interpretasiyasında habelə, quyu potensialının yaranmasında gil məhlulunun xüsusi müqavimətindən istifadə olunur.Məsələn: yan karotajı məlmatlarının transformasiyasında keçirmə zonasının xüsusi müqavimətinin və diametrinin ölçülməsində və s. Gil məhlulunun xüsusi müqavimətinin qiymətindən istifadə olunur.

Aşağıdakı şəkildə quyu rezitvimetrinin sxemi təsvir olunmuşdur. Şəkildəndə göründüyü kimi gil məhlulunun xüsusi müqavimətini təyin etmək üçün istifadə edilən qurğu kiçik ölçülü qradient zondda xatırladır. Ətraf mühitin ölçü noqtələrinə təsirini aradan qaldırmaq üçün elektrodlar xüsusi izole edilmiş

slindir daxilində yerləşdirilir. Burada 1- xüsusi materialdan izole edilmiş silindir,2- gücləndiricidir, 3-qeyd edicidir. Cihaz quyu daxilində hərəkət etdirilərkən gil məhlulu elektrodların səthindən keçir və nəticə etibarı ilə gil məhlulunun xüsusi müaviməti ölçülür. Gil məhlulunun xüsusi müqaviməti aşağıdakı düsturla hesablanır.ρ

ρməh= KR∆U/J

Burada KR – rezistvimetriya əmsalıdır. Zamandab asılı olaraq bu əmsalın qiyməti dəyişir. Məhz bu səbəbdən də bu əmsalın qiyməti laboratpriya şəraitində təyin edilir. Üsulun bir neçə çatışmayan cəhətləri var.f:\qgt2\rezistrimetriyas.png

1) Rezistvimetr qiymətinin dəyişkənliyi. Buna səbəb ölçü prosesi nəticəsində gil məhlulunun slindrik daxilindən keçərək elektrodları mexaniki təsirə məruz qoymuşdur yəni onların deformasiyaya uğramasıdır.

2) Ölçü prosesində gil məhlulunu slindrik daxilində daxilində elektrodların səthini örtürki, bu da hər ölçü zamanı silindrik daxilinin yuyulmasına tələbat yaradır.

3) Rezistvimetrdən uzun müddət istifadə etdikdə elektrodların səthi yuyulur və onun həndəsi forması dəyişir. Bu da ölçü nəticələrinin təhrif olunmasına səbəb olur. Bütün bunlara baxmayaraq ölçü nəticələri qənaətbəxş hesab olunur. Əgər müəyyən səbəblərdən quyularda quyu rezistvimetrilə tədqiqat aparılmasa, bu zaman gil məhlulunun xüsusi müqaviməti xüsusi düsturlarla hesablanır.

ρməh20(1-α)(t-20) (1)

ρməh- gil məhlulun xüsusi müqavmətidir.

ρ20- quyu ağzındakı temperatura uyğun xüsusi müqavimətdir.

α- xüsusi istilik əmsalıdır α=0,23 1/C0

t- mühitib temperaturudu

Əgər (1) düsturu yalnız t-20˂ 45C0 şərti daxilində doğrudur.Əgər bu şərt ödənilmirsə bu zaman gil məhlulunun xüsusi müqaviməti aşağıdakı düsturla hesablanır. ρməh= ρ20/(1-α)(t-20)


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin