27. Qaz təsərrüfatı müəssələri və onların işçiləri xidmətləri zamanı nələri
təmin etməlidirlər?
bütün istehlakçıların qazla gün ərzində fasiləsiz təchizatını;
qaz təchizatı sisteminin təhlükəsizliyini;
qaz kəmərləri və avadanlıqlarının quraşdırılmasına nəzarəti və tikilməkdə olan
obyektlərin istismara qəbul edilməsini;
qaz kəmərləri və avadanlıqlarının texniki xidmətinin təşkilini və vaxtında
keçirilməsini;
bütün kateqoriyalardan olan istehlakçıların qazdan səmərəli istifadə etmələrinə
və qaz sərfinin qeydə alınmasına nəzarəti;
qaz təsərrüfatında istehsal proseslərinin effektivliyini, etibarlığını və
təhlükəsizliyini təmin edən yeni texnikanın tətbiq edilməsini;
baş verən qəza və bədbəxt hadisələrin vaxtında aradan qaldırılması
üçün müvafiq tədbirlərin hazırlanması məqsədilə onların tədqiqi, qeydə alınması
və təhlilini;
qazdan düzgün istifadə edilməsi və təhlükəsizlik qaydaları haqqında əhalinin
təlimatlandırılmasını və bu sahədə müvafiq təbliğatın aparılmasını.
Dostları ilə paylaş: |