NAXÇIVAN MR-İN BÜDCƏSİ, ONUN GƏLİR VƏ XƏRCLƏRİ Naxçıvan Muxtar Respublikasının büdcəsi dedikdə maliyyə ilinə Muxtar Respublikanın xərc öhdəliklərinin yerinə yetirilməsi üçün pul vəsaitləri fondlarının yaradılması və istifadəsi başa düşülür. Naxçıvan MR-in büdcəsi Azərbaycan Respublikasının Konstitusiyası və Naxçıvan MR-in Konstitusiyası ilə, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu və digər qanunvericilik aktları ilə müəyyən edilir. Naxçıvan MR-in büdcəsi Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş dövlət vergiləri, digər ödənişlər, həmin vergi və ödənişlərə görə hesablanmış faiz və sanksiyalar, habelə digər daxilolmalar hesabına formalaşır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən Muxtar Respublika vergilərinə aşağıdakılar aiddir: m fiziki şəxslərin gəlir vergisi; m hüquqi şəxslərin mənfəət vergisi; m əlavə dəyər vergisi; m aksizlər; a yol vergisi; m hüquqi şəxslərin əmlak vergisi; m hüquqi şəxslərin torpaq vergisi; m mədən vergisi; a sadələşdirilmiş vergi. Naxçıvan MR-in büdcəsinin vəsaiti Muxtar Respublikanın sosial - iqtisadi inkişafı, əhalinin rifahının yaxşılaşdırılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə istifadə edilir. Naxçıvan MR-in büdcəsinin layihəsi “Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanunu və Naxçıvan MR-in qanunvericiliyinə uyğun olaraq tərtib olunur. Növbəti il üzrə Naxçıvan MR-in büdcəsi cari ilin dekabr ayının 25-dən gec olmayaraq Naxçıvan MR Ali Məclisi tərəfindən təsdiq edilir və Naxçıvan MR- in mətbuatında dərc olunur. Naxçıvan MR-in büdcəsinin kassa icrası dövlət xəzinədarlığı vasitəsilə həyata keçirilir. Naxçıvan MR-in büdcəsinin icrasına nəzarəti Azərbaycan Respublikasının Hesablama Palatası və Naxçıvan MR-in Ali Məclisi həyata keçirir. Qeyd etmək lazımdır ki, 2006-cı ilədək Naxçıvan MR-in büdcəsinin gəlir və xərcləri Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibinə daxil olurdu. 2006-cı ildən başlayaraq Naxçıvan MR-in büdcəsi Azərbaycan Respublikasının icmal büdcəsinin bir həlqəsi kimi göstərilir. 2013-cü ildə Naxçıvan MR-in büdcəsinin gəlir və xərcləri bərabər olaraq 332,7 mln. manat məbləğində proqnozlaşdırılmışdır. Cari büdcə ilində dövlət büdcəsindən Naxçıvan MR büdcəsinə ayrılan dotasiya 277,7 mln. manat nəzərdə tutulmuşdur ki, bu da keçən ilə nisbətən 8,7% çoxdur. Azərbaycan Respublikasının büdcə sisteminin və icmal büdcənin tərkib hissəsi olan Naxçıvan MR büdcəsinin xərclərinin 16,5%-i Nax. MR-in öz gəlirləri, 83,5 faizi dövlət büdcəsindən ayrılan dotasiya hesabına formalaşır. Göründüyü kimi, yerli gəlirlər Naxçıvan MR-in büdcə gəlirlərinin cüzi hissəsini təşkil edir. Büdcə gəlirlərində ən böyük xüsusi çəkiyə ƏDV malikdir. Büdcə xərcləri tərkibində isə təhsilə, sənaye və tikintiyə ayrılan xərclər daha çox üstünlük təşkil edir.
Bələdiyyə - qanunla müəyyən edilmiş ərazi hüdudlan daxilində yerli özünüidarəetmə orqanıdır. Yerli büdcə maliyyə ilinə müvafiq bələdiyyə qurumlarının (rayon, şəhər, qəsəbə və kənd) xərc öhdəliklərini yerinə yetirmək üçün pul vəsaitləri fondlarının yaradılması və istifadəsinin formasıdır. Yerli büdcə bələdiyyə maliyyəsinin əsasını təşkil edir. Bələdiyyə qurumlarının büdcəsi (yerli büdcə) yerli özünüidarəetmə orqanlarının üzərinə düşən vəzifə və funksiyaların həyata keçirilməsi üçün pul vəsaitlərinin əmələ gəlməsi və istifadəsi formasıdır. 2013-cü ildə Azərbaycan Respublikasında 66 rayon, 78 şəhər, 14 şəhər rayonları, 262 qəsəbə, 1721 kənd büdcəsi (bələdiyyə) fəaliyyət göstərirdi. Bələdiyyə qurumlarının büdcəsi (yerli büdcə) Azərbaycan Respublikasının maliyyə sisteminin tərkib hissəsidir. Regionların sosial-iqtisadi inkişafında bu büdcələrin rolu “Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununa (1999-cu il) əsasən yerli hakimiyyət orqanlarının hüquqlarının genişləndirilməsi ilə əlaqədar olaraq artır. Regionların sosial-iqtisadi inkişafında yerli büdcələrin rolu aşağıdakılarla xarakterizə olunur: Birincisi, maliyyə resurslarının bələdiyyə qurumlarında cəmlənməsi yerli hakimiyyət orqanlarına Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq öz səlahiyyətlərini reallaşdırmaq üçün maliyyə bazasına malik olmaq imkanı verir. Konstitusiyada göstərilir ki, bələdiyyələrin mülkiyyətə sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermək, yerli sosial-iqtisadi inkişaf və ekoloji proqramları qəbul və icra etmək səlahiyyətləri vardır (maddə 144). Burada daha sonra qeyd edilir ki, yerli özünüidarəetmə orqanları yerli vergi və ödənişləri müstəqil müəyyən edir, yerli büdcəni və onun icrası haqqında hesabatı təsdiq edir, habelə digər yerli əhəmiyyətli məsələləri həll edir. Bu zaman maliyyə bazasının yaradılması yerli büdcənin başlıca vəzifəsidir. İkincisi, bələdiyyə qurumlarının büdcələrinin formalaşması, onlarda pul vəsaitlərinin cəmlənməsi bələdiyyələrə ərazinin sosial-iqtisadi inkişafına vəsaitlərin xərclənməsində tam şəkildə maliyyə-təsərrüfat müstəqilliyini təzahür etdirməyə imkan verir. Yerli büdcələr bələdiyyə hakimiyyət orqanlarına təhsil, səhiyyə xidməti, mənzil fondunu və yol təsərrüfatını planauyğun inkişaf etdirməyə imkan verir. Üçüncüsü, yerli büdcənin köməyi ilə ərazilərin iqtisadi və sosial inkişaf sə viyyəsinin bərabərləşdirilməsi həyata keçirilir. Bu məqsədlə zəruri hallarda büdcələrarası münasibətlərdən istifadə etməklə kəndlərin və şəhərlərin abadlaşdırılması, yol şəbəkəsinin inkişafı, mədəni-maarif abidələrinin bəıpası üzrə regionların iqtisadi və sosial inkişaf proqramı formalaşdırılır və həyata keçirilir. Dördüncüsü, sərəneammda maliyyə resursları olmaqla bələdiyyə hakimiyyət orqanlarının qeyri-istehsal sahəsi (məktəb, xəstəxana və s.) müəssisələrində bələdiyyə xidməti göstərməyə maliyyə məsrəfləri nomıativlərini artırmaq və azaltmaq səlahiyyətləri vardır. Beşincisi, qanunverieilik və iera hakimiyyəti orqanları yerli büdeələrdə maliyyə resursları təmərküzləşdirməklə onları mərkəzləşdirilmiş qaydada regionların və üstün sahələrin inkişafının strateji məsələlərinin həllinə yönəldə bilər. Altıncısı, bələdiyyələrin maliyyə orqanları yerli büdcələr vasitəsi ilə əsaslı və cari məsrəflərin maliyyələşdirilməsində optimal proporsiyalarm əmələ gəlməsinə, maddi və əmək resurslarından səmərəli istifadə edilməsinə, yeni yerli istehsal və digər sahələrin yaradılmasının slimullaşdırılmasına təsir göstərə bilər. Yerli büdcələrin regionların sosial-iqtisadi inkişafında rolundan danışarkən inflyasiya, maliyyə sisteminin pozulması yerli büdcəyə öz rolunun tam yerinə yetirilməsinə imkan vermir. Bu kimi neqativ hal-amillərə büdcə kəsirini aid etmək olar. Regionların sosial-iqtisadi inkişafında yerli büdcənin rolu müəyyən şərt daxilində daha da arta bilər. Bu kimi şərt yerli özünüidarəetməni həyata keçirən orqana gəlirlərin formalaşması və onların istifadəsi üzrə geniş səlahiyyətlər verilməsindən ibarətdir. Yerli büdcə - bələdiyyə qurumlarının büdcəsidir, onun tərtibi, təsdiqi və icrasını yerli özünüidarəetmə orqanları həyata keçirir. Yerli büdcələrin gəlirləri - Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yerli özünüidarəetmə orqanlarının sərəncamına əvəzsiz olaraq daxil olan pul vəsaitidir. Yerli büdcənin vəsaitləri bələdiyyə mülkiyyətinin obyektidir. Bu, büdcə vəsaitinin mülkiyyətçisini müəyyən edir. Deməli, büdcə vəsaitinin mülkiyyətçisi yerli hakimiyyət orqanı deyil, inzibati ərazi qurumudur. Hakimiyyət və idarəetmə orqanları öz səlahiyyətləri çərçivəsində bu mülkiyyətə sərəncamı həyata keçirirlər. “Bələdiyyələrin statusu haqqında“ Azərbaycan Respublikası Qanununa əsasən (maddə 33) bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına fonnalaşan yerli büdcələrin vəsaitlərindən əlavə büdcədənkənar fondlar və yerli özünüidarəetmə orqanlarına mənsub dövlət və bələdiyyə qiymətli kağızları, bələdiyyə mülkiyyətində olan sair pul vəsaiti də daxildir. “Bələdiyyələrin maliyyəsinin əsaslan haqqında" Azərbaycan Respublikasının Qanunu bələdiyyələrin maliyyəsinin formalaşması və istifadəsi prinsipləri, yerli büdcə prosesinin əsaslan və bu sahədə bələdiyyələrin səlahiyyətləri və onların müvafiq icra orqanları ilə qarşılıqlı münasibətlərini ifadə edir. Yerli (bələdiyyə) maliyyənin formalaşması qaydaları Azərbaycan Respublikasının Konstitusiyası ilə, “Büdcə sistemi haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının qanunları və digər normativ-hüquqi aktlarla müəyyən edilir. Yerli büdcələrin formalaşması və istifadəsi müstəqillik, dövlət maliyyə yardımı, maliyyə resurslarının formalaşması və i.slifadəsinin aşkarlığı prinsiplərinə əsaslanır. Yerli büdcələrin formalaşdırılması, tərtibi, müzakirəsi, təsdiqi və icrasına nəzarət “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında həyata keçirilir. Yerli büdcələrin iqtisadi mahiyyəti onun təyinatında öz əksini tapır və aşağıdakı funksiyaları həyata keçirir; - yerli (bələdiyyə) orqanların fəaliyyətinin maliyyə təminatı olan pul fondlarının yaradılması; - pul fondlarının tə.sərrüfatın müxtəlif sahələri arasında bölgüsü və istifadə olunması; - yerli orqanların tabeçiliyində olan müəssisə, idarə və təşkilatların maliyyə -təsərrüfat fəaliyyətinə nəzarət. Yerli büdcənin tərtibi və icrası prosesində büdcə sisteminin qanunvericiliklə müəyyən edilmiş ümumi prinsiplərindən və Azərbaycan Respublikasında tətbiq olunan büdcə təsnifatından istifadə olunur. Yerli büdcələrin yerinə yetirilməsinə xidmət göstərmək və işi səmərəli təşkil etmək üçün bələdiyyələr dövlət xəzinədarlığının ərazi (rayon) orqanları ilə müqavilələr bağlayaraq, yaxud da yerli büdcənin vəsaitləri hesabına bələdiyyə xəzinədarlığı yarada bilərlər. Yerli büdcənin müstəqilliyi öz daxili mənbələrinin olması və bələdiyyənin yerli büdcə vəsaitinə sərəncam vermək barədə müstəsna hüququ ilə təmin edilir. Azərbaycan Respublikasının qanunvericilik və icra hakimiyyəti orqanlarının bələdiyyələrin büdcə fəaliyyətinə müdaxiləsinə, Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, yol verilmir. Bələdiyyə (yerli) büdcənin maliyyə ilinin sonuna əmələ gəlmiş sərbəst qalıqlarına müstəqil sərəncam verir. Qanunvericilik yerli büdcələrin möhkəmlənməsi üçün dövlətin üzərinə aşağıdakı əlavə məsuliyyətləri qoyur.
1) investisiya və pul-kredit siyasəti əsasında istehsal sferasının inkişafına şə rait yaratmaq;
2) yerli sosial-iqtisadi inkişafproqramlarını yerli büdcə gəlirləri hesabına maliyyələşdirmək mümkün olmadıqda yerli büdcə kəsirini ödəmək üçün dövlət büdcəsinin imkanlarını nəzərə alaraq əlavə gəlir mənbələrini müəyyən etmək və ya dövlət büdcəsindən dotasiya və subvensiya ayırmaq;
3) yerli büdcələrin gəlirlərinin azalması və xərclərinin artması baş verdikdə uyğun azalma və ya artma məbləğlərinin müvallq qərar qəbul edən orqan tərəfindən kompensasiya edilməsi.