YERLİ (BƏLƏDİYYƏ) BÜDCƏLƏRİN GƏLİRLƏRİNİN FORMALAŞMASI XÜSUSİYYƏTLƏRİ Bir qayda olaraq yerli büdcələrin gəlirləri aşağıdakı mənbələr hesabına formalaşır.
yerli vergi və rüsumlar;
tənzimləyici gəlir və ödənişlərdən ayırmalar;
qeyri-vergi gəlirləri.
Yerli vergi və rüsumlar qanunvericiliyə uyğun olaraq yerli özünüidarəetmənin səlahiyyətli orqanları tərəfindən müəyyən edilmiş vergi və rüsumlardır. Tənzimləyici gəlirlər dövlət vergiləri və digər ödənişlərdir ki, bunlar üzrə qanunla yerli büdcələrə növbəti maliyyə ilinə normativ ayırmalar (faizlə) müəyyən edilir; Yerli büdcələrin xeyrinə ayırmalar aşağıdakılar üzrə həyata keçirilir:
dövlət vergilərindən ayırmalar;
məqsədli büdcə fondlarından vəsaitlər;
yuxarı büdcələrdən dotasiya, subsidiya və subvensiya;
qarşılıqlı hesablaşma qaydasında yuxarı büdcələrdən daxilolmalar;
rüsum, yığım, ödənişlər və haqlar;
Yerli vergi və ödənişlər, tənzimləyici gəlirlər, habelə vergi olmayan ödənişlər birlikdə yerli büdcələrin xüsusi gəlirlərini təşkil edir. Başqa sözlə, yerli büdcələrin xüsusi gəlirləri daimi əsaslarla qanunvericiliklə yerli büdcələrə tam və ya qismən həvalə edilmiş yerli vergilər və vergi olmayan ödənişlərdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən yerli (bələdiyyə) vergilərə aşağıdakı dörd vergi aid edilmişdir:
Yerli ödənişlərə isə aşağıdakılar aiddir:
• bələdiyyə mülkiyyətində olan loıpaqlarda. binalarda və digər obyektlərdə (divar) reklamın yerləşdirilməsi və yığımı üçün ödəniş;
• Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsi. kirayə və istifadəyə verilməsindən daxil olan ödəniş;
• bələdiyyə tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödəniş;
• bələdiyyə ərazisində mehmanxana, stasionar - kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş. Bu ödəniş hər bir şəxs üçün sutkada şərti maliyyə vahidinin 1 mislindən çox olmamaqla müəyyən edilir;
• bələdiyyə ərazilərində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödəniş. Bu ödəniş hər bir nəqliyyat vasitəsi üçün sutkada şərti maliyyə vahidinin 0.1 mislindən çox olmamaqla müəyyən edilir.
Qanunvericilikdə nəzərdə tutulmuş, bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan mənfəət vergisi həm bələdiyyələrin, həm də dövlət büdcəsinin təşkilində əsas və sabit mənbədir. Onun dərəcələri vergi qanunvericiliyində təsbit olunmuş hədlər daxilində müəyyən edilir. Yerli (bələdiyyə) büdcələrin qeyri-vergi gəlirləri aşağıdakı mənbələrdən formalaşır: M bələdiyyə mülkiyyətində olan əmlakın istifadəsindən (icarəyə vermək); m yerli özünüidarəetmə orqanları və büdcə idarələri (yerli özünüidarəetmə orqanlarının sərəncamında olan) tərəfindən göstərilən pullu xidmətdən daxilolmalardan; »bələdiyyə mülkiyyətində olan əmlakın satışından daxilolmalardan; »digər vergi olmayan gəlirlərdən (cərimələr, müsadirə məbləği, kompensasiya və s.) daxilolmalardan; »yerli büdcələrin qeyri-vergi gəlirləri habelə unitar bələdiyyə müəssisələrinin vergi ödənildikdən sonra qalan mənfəətinin bir hissəsi hesabına yerli özünüidarəetmə orqanı tərəfindən hüquqi aktla müəyyən edilmiş həcmdə formalaşa bilər. Bələdiyyə qurumlarının hakimiyyət orqanları xüsusi gəlir mənbələrində maraqlıdır. Onların xüsusi gəlirləri təsərrüfat təşəbbüskarlığım geniş təzahür etdirməyə kifayət etmədiyi hallarda əlavə vəsaitlərin cəlb edilməsinə nail olmağa çalışırlar. Yerli büdcə xərcləri artdıqda onun vəsaitləri əsasən dövlət büdcəsi hesabına təmin edilir. Bu isə hər şeydən əvvəl tənzimlənən vergi gəlirləri hesabına həyata keçirilir. “Bələdiyyələrin statusu haqqında“ Azərbaycan Respublikasının Qanununda yerli büdcənin minimum təmin olunması zəruriliyi nəzərdə tutulur. Qanunda göstərilir ki, (maddə 41.2.) əgər yerli büdcənin minimum mədaxil hissəsi göstərilən (yəni bələdiyyələrə təhkim edilən) gəlir mənbələri hesabına təmin edilə bilmirsə, onda dövlət orqanları dövlət büdcəsinin digər gəlir mənbələrini bələdiyyələrə verə bilər və bu zaman yerli büdcələrin əvvəlki ildən növbəti ilə keçən sərbəst qalıqları hesaba alınmır. 2013-cü ildə Azərbaycan Respublikasının şəhər və rayonları üzrə gəlirlər 6400,0 mln. manat, o cümlədən yerli gəlirlər 696,6 mln. manat, “Avtomobil Yollan” məqsədli büdcə fondu məbləği 70,5 mln. manat, büdcə xərcləri isə 1512,2 mln. manat nəzərdə tutulmuşdur. Həmin şəhər və rayonların yerli xərclərindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 2400,0 min manat proqnozlaşdırılmışdır. Yerli gəlirləri və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait 815,5 mln. manat təşkil edir. Deməli, yerli büdcə xərclərinin 53,9%-i mərkəzləşdirilmiş xərclərdən ayırmalar, 46,1%-i i.sə yerli gəlirlər hesabına təmin edilir. 2013-cü ildə Azərbaycan Respublikasının yerli (bələdiyyə) büdcə gəlirlərinin ÜDM-də xüsusi çəkisinin yalnız 1,2 faiz təşkil edəcəyi gözlənilir. Müqayisə üçün qeyd edək ki, Türkiyədə bu göstərici 4,4 faizə bərabərdir. Azərbaycan Respublikasının yerli büdcə gəlir və xərclərinin dövlət büdcəsi gəlirlərinə və xərclərinə nisbəti də hələ ki, aşağı səviyyədədir. Belə ki, cari büdcə ilində ümumi büdcə gəlirlərində yerli (bələdiyyə) büdcənin gəlirlərinin nisbəti 2,8 faiz, ümumi xərclərdə isə yerli xərclərin nisbəti 8,2 faizə bərabərdir. Lakin Rusiyada bu rəqəm 27 faiz, Fransada 19 faiz, Çexiyada isə 21 faizdir. Azərbaycan Respublikası yerli (bələdiyyə) büdcələrinin gəlir və xərcləri üzrə proqnozların yerinə yetirilməsində son dövrlərdə dönüş başlamışdır. Belə ki, 2009-cu ildə yerli özünüidarə orqanlarının (bələdiyyələrin) büdcə gəlirləri 41,9 faiz, xərcləri isə 41,4 faiz yerinə yetirilmişdir.