A zərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti Niyazi Əlikram oğlu Həsənov Bİznesin strateji İdarə ediLMƏSİ (Dərslik)


VII FƏSIL. Uğura nail olmaq üçün strategiyanın əsas amillərinin müəyyən edilməsi və təhlili



Yüklə 3,11 Mb.
səhifə79/179
tarix02.12.2023
ölçüsü3,11 Mb.
#137759
növüDərslik
1   ...   75   76   77   78   79   80   81   82   ...   179
Biz-Str-Id-Ed-Derslik-Niyazi

VII FƏSIL.
Uğura nail olmaq üçün strategiyanın əsas amillərinin müəyyən edilməsi və təhlili


7.1. Uğura nail olmaq üçün biznesin inkişaf strategiyasının yerinə yetirilməsinə nəzarət

İlk baxışdan elə görünə bilər ki, strategiyanın yerinə yetirilməsi "adi” fəaliyyət planının həyata keçirilməsi üzrə tam və ya demək olar ki, eynidir. Elə görünə bilər ki, şirkətin strategiyası müəyyən edilibsə, onda strateji idarəetmədən çox uzaq olan onun yerinə yetirilməsi üzrə mühafizəkar işlərə başlanılmalıdır. Deməli, strategiyanın yerinə yetirilməsi mərhələsində strateji idarəetmənin komponenti kimi xarakterizə edilən xüsusi bir şey yoxdur. Əslində, bu fikirdə böyük yanlışlıq var. Strateji idarəetmə şirkət tərəfindən seçilmiş strategiyanın həyata keçirilməsi zamanı şirkətin fəaliyyəti prose­sində çox mühüm yer tutur, çünki, məhz bu mərhələdə strategiyanın həyata keçirilməsi üçün şərtlər formalaşdırılır. İlk növbədə, biznesin inkişaf strate­gi­yasının hazırlanması və idarə edilməsi strateji idarəetmənin icrası mər­hə­ləsi kimi adlandırılması qəbul edilmiş bir geniş anlamdır.


Şirkətdə biznesin inkişaf strategiyasının idarə olunması və həyata ke­çirilməsi prosesində strategiyanın yerinə yetirilməsi mərhələsi nə qədər çox mühüm rol oynadığı artıq əvvəlki fəsillərdə qeyd edilmişdir. Bu vəziyyətin inkişafında biznesin inkişaf strategiyasının yerinə yetirilməsi onun həyata keçirilməsinin strateji vasitələri kimi qəbul edilməsi münasibətində passiv rol oynamadığına diqqət yetirmək lazımdır. Biznesin inkişaf strategiyasının yerinə yetirilməsi mərhələsində mühüm xüsusiyyətlərin yerinə yetirilməsi önəmli olduğundan hətta yaxşı strategiyanın pis yerinə yetirilməsi nəticə­sində onda olan çətinlikləri rahat keçmək olar. Şirkət yaxşı həyata keçiril­mə şərtləri zamanı strategiyanın hazırlanması və həyata keçirilməsi zamanı hətta səhvlərə yol verilibsə belə, uğur əldə edə bilər. Təbii ki, inkişaf strategi­ya­sının yerinə yetirilməsi təşkilati strategiyanın məzmununa bütöv­lükdə uy­ğun­­laşdırılmalıdır. Lakin inkişaf strategiyasının yaxşı yerinə yeti­ril­məsi onda mö­v­cud olan çatışmazlıqlar və ya mühitdə baş verən göz­lənilməz də­yi­şik­liklər səbəbindən strategiyanın həyata keçirilməsi zamanı yarana bilən mən­fi nəticələrin kompensasiya etmək qabiliyyətinə malik olmağından asılıdır.
Öz inkişaf strategiyalarını uğurla həyata keçirən şirkətlərin fəaliy­yətinin təhlili göstərir ki, onlar adətən öz fəaliyyətində aşağıdakı qaydalara əməl edirlər.
Birincisi, inkişaf üçün məqsədlər, strategiyalar və planlar işçilərə yax­şı çatdırılmışdır ki, şirkətin nə etdiyini onlar tərəfindən nəinki düz başa düşülsün, həmçinin inkişaf strategiyasının yerinə yetirilməsi prosesində qey­ri-formal cəlb olunan, xüsusilə də, əməkdaşların strategiyanın həyata ke­çirilməsində şirkətin qarşısında öhdəliklərini başa düşülməsinə nail olunsun.
İkincisi, rəhbərlik nəinki strategiyasının həyata keçirilməsi üçün lazım olan bütün ehtiyatların daxil olmasını vaxtında təmin etməlidir, həm də hər bir yeni məqsədə nail olduğunu qeyd edən faktorların yekun olaraq, təkrar yeni məqsədlərin maket halında biznesin inkişaf strategiyasının həyata keçirilməsini planlaşdırmalıdır.
Biznesin inkişaf strategiyasında ali rəhbərliyin funksiyasıyasının təhlili çox vacib tədbirlərdən hesab edilir.
Strategiyanın həyata keçirilməsi prosesinin hər bir səviyyəsində rəhbərlik özünün vəzifələrini müəyyən edir və təsbit edilmiş həmin funksiyaları həyata keçirir və keçirməkdə borcludur.Çünki, bütün hallarda həlledici rol ali rəhbərliyə məxsusdur. Biznesin inkişaf strategiyasının həyata keçirilməsi mərhələsində nəzərə almaq lazımdır ki, onun fəaliyyəti beş ardıcıl mərhələ şəklində təqdim oluna bilər.
Birinci mərhələdə - məqsəd və strategiyalar işlənib hazırlanır, mühitin vəziyyəti dərindən təhlil edilir. Məhz bu mərhələdə aşağıdakı əsas vəzifələr öz həllini tapır:

  • Müəyyən edilmiş yeni məqsədlərin mahiyyətini, işlənmiş strategiya­ları, onların düzgünlüyünü və bir – birinə, həmçinin mühitin vəziyyə­tinə uyğunluğunu tam aydınlaşdırmaqdır. Bu təhlilin nəticəsi olaraq im­kanlar vasitəsi ilə sanki biznesin inkişaf strategiyasının reallaşdırıl­masına son “razılıq” verilir anlamı başa düşülməlidir. İnkişaf strate­gi­ya­sı zamanı əgər mühitdə dəyişikliklər baş veribsə, həmçinin əv­vəllər aparılmış təhlildə və yeni strategiyanın, yeni məqsədlərin hazırlanması və həyata keçirilməsi zamanı aşkar edilən nöqsanlara düzəlişlər etmək im­kan­larının mümkünlüyü;

  • Biznesin inkişaf strategiyasının həyata keçirilməsi prosesində əmək­daş­ların məntiqli və ciddi cəlb edilməsi üçün torpağın hazırlanması məq­sədilə şirkətin əməkdaşlarına məqsədlərin mənasını və yeni strate­giya ideyalarının daha geniş çatdırılması və izah edilməsi;

İkinci mərhələ ali rəhbərliyin şirkətdə mövcud olan ehtiyatlardan sə­mərəli istifadə etmək üzrə qərar qəbul etməsindən ibarətdir. Bu mərhələdə ehtiyatların qiymətləndirilməsi aparılmalıdır, onların bölüşdürülməsi, həmçinin yeni strategiyanın həyata keçirilməsi prosesində maraqların cəlb edil­məsi üçün şəraitin yaradılması üzrə mütərəqqi qərarlar qəbul olun­ma­lıdır. Bu mərhələdə həlledici mühüm vəzifə, ehtiyatlardan səmərəli isti­fa­də etməklə yeni strategiyaya uyğunluğu təmin etməkdir. Onların yerinə ye­tirilməsi üçün ehtiyatların inkişafına kömək edən xüsusi proqramlar tərtib edilməlidir. Buna nümunə olaraq biz əməkdaşların ixtisasartırma proq­ramını göstərə bilərik.
Üçüncü mərhələdə ali rəhbərlik təşkilati strukturu ilə bağlı qərarlar qə­bul etməlidir. Biznesin inkişaf strategiyasının həyata keçirilməsində qə­bul edilən mövcud təşkilati strukturun uyğunluğu aydınlaşdırılmalıdır və əgər lazım olarsa, şirkətin təşkilati strukturunda müvafiq dəyişikliklər edil­mə­lidir.
Dördüncü mərhələ şirkətdə zəruri dəyişikliklərin aparılmasından ibarətdir ki, onsuz inkişaf strategiyasının həyata keçrilməsinə başlamaq müm­kün olmayacaqdır. Biznesin inkişaf strategiyası zamanı dəyişikliklərə aid olan problemlər incəliyi ilə yanaşı mürəkkəbdir və ağrılıdır. Də­yi­şik­liklər obyektiv amillərsiz həmin dəyişikliklərin aparılmasında imkanlar və mövcud şərait nəzərə alınmadan keçirilə bilməz. Bazara əsaslanaraq tez – tez şirkətdə biznesin inkişaf strategiyasına uyğun ciddi dəyişiklik etmək üçün bir neçə il vaxt tələb olunur.
Məsələnin müzakirəsi zamanı vacib olan diqqəti cəmləşdirmək deyil, əsas olan dəyişikliklərin nəyə görə edilməsi, edilən dəyişikliklərin nəyə gəti­rib çıxarmasıdır və həmçinin necə dəyişməsi, dəyişikliklərin hansı üs­lub­da seçilməsi və onların hansı üsullarla həyata keçirilməsi məsələsi va­cibdir. Biznesin inkişaf strategiyasına uyğun dəyişiklikləri uğurlu aparmaq üçün şirkətin ali rəhbərliyi tipli və məzmunlu dəyişikliklərin mahiyyətindən asılı olmamalıdır. Bunun üçün vacibdir:

  • dəyişikliklərə mümkün müqavimət ssenarisini tərtib etmək;

  • dəyişikliklərin müqavimətini zəiflətmək məqsədi ilə müəyyən manevr edici hərəkətlər aparmaq;

  • real müqaviməti aradan qaldırmaq və ya minimuma endirmək;

  • aparılan dəyişiklikləri təmin etmək.

Beşinci mərhələdə ali rəhbərliyin iştirakının həmin yeni strategiyanın həyata keçirilməsində vəzifəsi bu strategiyanın həyata keçirilməsi planını yenidən nəzərdən keçirməkdir. Bazar iqtisadiyyatı şəraitində strateji planın məzmunu dəyişdirilə də bilər, dəyişdirilməyə də bilər. Lakin hər dəfə yeni hal­lar yarandıqda planın dəyişdirilməsindən qaçmaq lazımdır. Yeni plan o za­man qəbul edilə bilər ki, səmərəli böyük imkanların yarana biləcəyini vəd etsin, nəinki mövcud plan. Biznesin inkişaf strategiyasının daha düz­gün olması üçün strateji dəyişikliklərin təhlilini də yaddan çıxarmaq lazım deyil.
İnkişaf strategiyasının yerinə yetirilməsi üç məsələnin həllinə yö­nəl­dil­məlidir. İnzibati vəzifələrin arasında prioritetlik bərqərar olması məq­sə­diylə həyata keçirəcək şirkətin inkişaf strategiyasının onların nisbi əhə­miy­yətinə uyğun olmasıdır. İlk növbədə, belə məsələlər təşkilati əla­qə­lərin qu­rul­ması, ehtiyatların bölüşdürülməsi, yardımçı sistemlərinin yara­dıl­ması və s. məsələləri nəzərdə tutur. İkincisi isə seçilmiş yeni stra­tegi­yanın həyata ke­çirilməsi üçün şirkətin fəaliyyətini istiqamətləndirmək məq­sədilə, se­çilmiş yeni strategiyanın və daxili proseslərin arasında kar­gü­zar­lığın düz­gün yaradılmasıdır.
Uğura nail olmaq üçün şirkət bu xarakteristikalara malik olmalıdır, onun strukturu, sistem əsaslandırması və stimullaşdırılması, norma və düz­gün davranış və dəyərləri, ortaq inancları, işçilərin və menecerlərin qay­da­lara düzgün riayət etməsi vacibdir.
Üçüncüsü, bu seçim və uyğunlaşma üzrə yeni strategiyanın həyata keçrilməsi üçün liderlərdən biri olmalıdır və yanaşma menecment elminə əsaslanan təşkilati struktura uyğun olmalıdır. Bu üç məsələ yeni strate­giyaya uyğun dəyişikliklər vasitəsilə həll olunur və olunmalıdır, hansı ki, fak­tiki olaraq bunlar biznesin inkişaf strategiyasının icrası sayılır. Məhz bu­na görə də, yeni strategiyanın yerinə yetirilməsi prosesində baş verən də­yişiklik strateji dəyişiklik adlandırılır. Dəyişikliklərin aparılmasının təşkili ona gətirib çıxarır ki, orada seçilmiş yeni strategiyanı həyata keçirmək üçün şə­rait yaradılır. Məhz bu zaman biznesin inkişafı üçün strategiyanı dəyiş­dir­mək məqsədə uyğun sayılmır. Zəruriliyin və dəyişikliklərin dərəcəsi şir­kətdə səmərəli yeni strategiyanın həyata keçirilməsi üçün bu şirkətin nə qə­dər hazır olmasından asılıdır. Elə hallar olur ki, dəyişikliklərin aparılması fak­tiki olaraq tələb olunmur, elə hallar da olur ki, inkişaf strategiyasının ye­rinə yetirilməsi çox dərin islahatların keçirilməsini nəzərdə tutur. Yuxa­rıda­kıları əsas götürərək bazarda vəziyyətindən asılı olaraq zəruri dəyişikliklər və dəyişikliyin dərəcəsini təşkil edən əsas amillərdən asılı olaraq, məhsulda və bazarda beş növ fərqli istiqamətlərdə dəyişikliklər etmək olar.
Şirkətin yenidən qurulması, şirkətdə fundamental dəyişikliklərə, onun missiyasına və təşkilati mədəniyyətinə təsir edir. Bu tip dəyişikliklər o vaxt keçirilə bilər ki, şirkət öz sahəsini dəyişir və müvafiq olaraq məhsul da, bazar da öz mövqeyini dəyişir. Şirkətin yenidən qurulmasında ən böyük çətinliklər yeni strategiyanın yerinə yetirilməsində yaranır. Bu zaman ən ciddi yanaşma tələb edən iş yeni təşkilati mədəniyyətin yaradılmasıdır. Çox böyük dəyişikliklər texnologiya, həmçinin, əmək ehtiyatlarının sahəsində baş verir.
Radikal islahat şirkətin yeni strategiyasının yerinə yetirilməsi mərhələsində həyata keçirilir, əgər şirkət sahəsini dəyişmirsə, lakin, buna baxmayaraq, onda radikal dəyişiklik baş verə bilər, məsələn, onun bazarda güclənməsində əsaslı dəyişikliklər mümkündür. Bu hal, müxtəlif mədəniy­yətlərin qovuşması, yeni məhsul və yeni bazarların yaranmasında şirkət daxilində, xüsusən də şirkətin strukturunda güclü dəyişikliklərin baş verməsinə səbəb ola bilər.
Biznesin inkişaf strategiyasına, əsasən, mülayim dəyişiklik o halda həyata keçirilir ki, şirkət yeni məhsulla bazara çıxır və bu yeni əmtəəni alıcılar almağa çalışırlar. Bu halda dəyişikliklər, əsasən, istehsal prosesində olur, həmçinin, marketinq, xüsusilə də onun bir hissəsi bu yeni məhsulla diqqəti cəlb etməsi ilə bağlıdır.
Sadə dəyişiklik marketinq sahəsi olub, inkişaf strategiyasına əsasla­na­raq islahatların aparılması ilə əlaqədardır, bu dəyişiklik məhsula şirkətin maraqlarının kompleks şəkildə dəstəklənməsi məqsədilə aparılır. Lakin belə dəyişikliklər o qədər də əhəmiyyətli deyil və onların keçirilməsi bütöv­lükdə şirkətin fəaliyyətinə az təsir edir.
Şirkətin inkişaf strategiyasına uyğun dəyişilməsi fəaliyyəti o zaman baş verir ki, o eyni inkişaf strategiyasını daim həyata keçirsin. Bu halda inkişaf strategiyasının yerinə yetirilməsi mərhələsində heç bir dəyişiklik aparmaq lazım deyil, çünki əldə olunmuş təcrübəyə əsaslanaraq şirkət müəyyən şəraitdə yaxşı nəticələr əldə edə bilir. Lakin bu cür yanaşmada xarici mühitdə arzuolunmaz mümkün dəyişiklikləri izləmək çox vacibdir.
Biznesin inkişaf strategiyasına uyğun aparılan dəyişiklik, düzgün aparılarsa sistemin xarakteri daşıyır. Buna görə də, bu məsələlər şirkətin bütün tərəflərinə toxunur. Lakin, əsas strateji dəyişikliklərin aparılmasında şirkəti iki hissəyə ayırmaq olar. Bunlardan birinci hissə - təşkilati struktur, ikinci isə - təşkilati mədəniyyətdir. Biz növbəti fəsillərdə bu məsələlərin geniş izahına müraciyyət edəcəyik.



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin