A zərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti Niyazi Əlikram oğlu Həsənov Bİznesin strateji İdarə ediLMƏSİ (Dərslik)


Strateji idarəetmənin nəzəri əsasları



Yüklə 3,11 Mb.
səhifə92/179
tarix02.12.2023
ölçüsü3,11 Mb.
#137759
növüDərslik
1   ...   88   89   90   91   92   93   94   95   ...   179
Biz-Str-Id-Ed-Derslik-Niyazi

Strateji idarəetmənin nəzəri əsasları:
Strateji idarəetmənin mahiyyəti üç ən əhəmiyyətli suala cavabdan ibarətdir:
− Şirkət hal-hazırda hansı vəziyyətdə fəaliyyət göstərir?
Şirkət üç, beş, on ildən sonra hansı vəziyyətdə olmaq istəyir?
− Şirkət hansı arzuolunan vəziyyətə nail olmaq istəyir və hansı üsullar ilə?
Birinci suala cavab tapmaq üçün menecerlər cari vəziyyəti anlamağa məcburdurlar, çünki şirkətlər var ki, problemləri həll etməzdən əvvəl, bunun üçün keçmiş, indiki və gələcək vəziyyətlərin təhlilini aparmalıdır. Bunun üçün, uyğun olan məlumatlarla strateji qərarların qəbulunun prosesini təmin edən informasiyaları təhlil etmək vacib məsələdir.
İkinci sual, biznesin strateji idarə olunmasının mühüm əhəmiyyətli xüsusiyyətini əks etdirir, onun gələcəkdə uyğunlaşması kimi baxmağı təklf edir. Buna cavab tapmaq üçün aydın və düzgün müəyyən etmək lazımdır ki, əsas nəyə cəhd etmək daha məntiqlidir.
Biznesdə strateji idarəetmənin üçüncü sualı, seçilmiş strategiyanın həyata keçrilməsi ilə bağlıdır çünki, iki əvvəlki mərhələdə düzəlişlər ola bilər. Bu mərhələnin ən əhəmiyyətli məsələsini əldə olan ehtiyyatlardır, idarəetmə sistemidir, şirkətin strukturu və heyyətidir.
Biznesin strateji idarə olunmasının obyektləri arasında, əsasən, üç qrup xüsusi seçilir:
1. Təşkilati strukturun bölmələrinin məcmusunu təqdim edən açıq kompleks ictimai - iqtisadi sistem.
2. Struktur bölmələrdir ki, bu şirkətin fəaliyyət istiqamətidir, sərbəst səmərəli fəaliyyət üçün yönəlmişdir, bazarda öz seqmentinə uyğun dəyərli rəqib kimi çıxış edə bilsin. Təchizatçılar, istehlakçılar və rəqiblər öz fəaliyyət dairəsinə malikdirlər.
3. Biznesdə şirkətin funksional zonası – bu funksional struktur bölmələri tərəfindən təqdim edilmiş fəaliyyət sferasıdır ki, müəyyən funksiyaların icra edilməsində ixtisaslaşdırılır.
Biznesin strateji planlaşdırması və idarəedilməsinin əsas problemləri aşağıdakılardan ibarətdir:
1) şirkətin əsas hədəfləri ilə birbaşa bağlı olan problemlər;
2) şirkətin hər hansı elementi ilə bağlı problemlər və ya qərarlar;
3) qarşısı alınmaz xarici amillərlə bağlı problemlər.
Biznesin strateji idarəedilməsinin növbəti funksiyalarının həyata keçrilməsi aşağıdakıları nəzərdə tutur:
1. Şirkətin xarici və daxili mühitinin təhlili;
2. Şirkətin missiyasının hədəflərinin təyin edilməsi;
3. Alt hədəfdə ümumi məqsədin bölünməsi;
4. Vasitələrin təyin edilməsi və bu hədəflərin nailiyyəti;
5. Strategiyanın seçimi;
6. Strategiyanın həyata keçrilməsi üçün, hədəflərin nailiyyətə yönəldil­məsi;
7. Strategiyanın icra edilməsinin qiyymətləndirilməsi və nəzarət.

Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin