Müştərilərlə iş sahəsi:
- Müştərilərlə işə, müştərilərə xidmət müddəti, müştərilər tərəfindən şikayətlərin sayı və s. göstəriciləri əhatə edir.
Əməkdaşlarla iş sahəsi:
- Təşkilatın və idarəetmənin dəyişdirilməsi, təşkilati dəyişiliklər müddətində vəzifələrin yaradılması və s;
- İnsan resursları, işdə boşdayanmaların sayı, kadr axıcılığı, işçilərin ixtisasının artırılması və s. göstəriciləri əhatə edilir.
Sosial münasibətlər sferası:
- Cəmiyyətə kömək göstərilməsi, xeyriyyəçiliyin həcmi, sosial və elmi-tədris layihələri, xeyriyyəçilik tədbirlərinin keçirilmə müddəti və s. göstəriciləri əhatə edir.
Böyük şirkətlərdə biznesin inkişaf strategiyasında məqsədlər iyerarxiyası əsasən, bir neçə struktur bölmələri və idarəetmə səviyyələri olan istənilən aşağı səviyyəli məqsədlərdən tutmuş, yüksəksəviyyəli məqsədləri özündə birləşdirən yeni məqsədlər iyerarxiyası mövcud olmalıdır. Şirkətlərdə yeni məqsədlər iyerarxiyasının qurulmasının spesifik cəhətləri aşağıdakılarla bağlıdır:
Biznesin inkişaf strategiyasına uyğun yüksəksəviyyəli yeni məqsədlər həmişə geniş xarakter daşıyır və onlara nail olmaq üçün məsafə, uzunmüddətli vaxt tələb edir;
Biznesin inkişaf strategiyasına uyğun aşağı səviyyəli yeni məqsədlər yüksək səviyyədə məqsədlərə nail olmaq üçün özünə məxsus mütərəqqi üsulları mövcuddur.
Məsələn, biznesin inkişaf strategiyasına uyğun qısamüddətli məqsədlər uzunmüddətli məqsədlərdən ayrılaraq məqsədləri konkretləşdirir və detallaşdırır, onlara “tabe olur” və təşkilati fəaliyyəti yaxın perspektivə müəyyənləşdirir. Qısamüddətli məqsədlər uzunmüddətli məqsədlərə nailolma yolunda mərhələ yaradır. Qısamüddətli məqsədlərə addım- addım nail olaraq şirkət özünün uzunmüddətli məqsədlərinə çatmaq istiqamətində inamla addımlayır. Bu zaman məqsədlər iyerarxiyası şirkətin həyatında çox vacib rol oynayır, belə ki, o şirkətə “bağlılıq” yaradır və yüksəksəviyyəli məqsədlərə nail olmaq üçün bütün bölmələrin fəaliyyətinin uyğunlaşdırılmasını təmin edir.
Biznesin inkişaf strategiyasına uyğun məqsədlərin artım məsələlərini təhlil edərkən bilməliyik ki, inkişaf strategiyasını idarəetmək üçün şirkətin yeni məqsədlərinin artımı vacib şərtlərdən biridir. Hazırki yeni şirkətdə əsasən satışın həcminin dəyişilmə tempi və ümumiyyətlə, bu sahədə gəlirin artırılması və əlaqələndirməsi əks etdirməlidir. Bu əlaqələndirmənin necəliyindən asılı olaraq, şirkətin artım tempi sürətli, sabit və ya ixtisar edilən ola bilər. Məhz artımın bu templərinə uyğun olaraq yeni məqsədlər sürətli artım məqsədlərinə, sabit artım məqsədlərinə və eyni zamanda məqsədlərin ixtisar edilməsinə bölünə bilər.
Sürətli artım məqsədləri çox cəlbedici, nail olunma məqsədi bir qədər çətindir. Bu halda şirkət fəaliyyət göstərdiyi iqtisadi sahədə sürətli inkişaf etməlidir. Əgər şirkətin bu yeni məqsədlərinə nail olmaq üçün lazım olan hər şeyi varsa, yeni məqsədlərin artım tempi seçilməlidir. Şirkətin rəhbəri sürətli artımın öhdəsindən gələ bilmək üçün bazar anlayışını dərindən mənimsəməlidir, bazarın lazımı hissəsini seçə bilməlidir və öz qüvvəsini bazarın həmin hissəsinə cəmləməli, şirkətin resurslarından səmərəli istifadə etməli, şirkət prosesdə axan vaxta yaxşı nəzarət etməlidir. Müasir bazar iqtisadiyyatı şəraitində, gələcəkdə şirkətin biznesinin inkişaf strategiyası çox aydın formalaşdırılmalıdır. Yeni məqsədlərin sabit artımı zamanı, şirkət müəyyən bir sahədə aparıcı mövqeyə nail olmaq üçün inkişafını yeni tempdə aparmağa məcburdur. Biznesin inkişaf strategiyasına uyğun yeni məqsədlər şirkətin öz bazar payını artırmağı və ya sabit saxlamasını daima tələb edir.
Biznesin inkişaf strategiyasına uyğun məqsədlərin ixtisarından o vaxt istifadə olunur ki, şirkət həm sahədə, həm də tamamilə bazarda öz ixtisarlarını əks etdirən səbəblər üzündən məcbur olur və zəif templə inkişaf etməyə başlayır. Belə yeni məqsədlərin yaradılması şirkətin heç də böhran vəziyyətində olduğu demək deyil. Məsələn, sürətlə artımdan sonra ixtisarın aparılması zəruri ola bilər.
Aparılan təhlillərdə qeyd edilən artımın növbəti maraqlı cəhəti meydana çıxır. Bu artımlar bir- birinin ardınca sakitcə əvəz edilə bilər. Bununla yanaşı bazarda yeni məqsədlər ola bilər ki, orada hansısa zəruri ardıcıllığa riayət edilməlidir.
Biznesin inkişaf strategiyasına uyğun məqsədlərə tələbat, uzunmüddətli perspektivdə şirkətin yaşaması və uğurlu inkişafı üçün yeni məqsədlər tamamilə zəruridir. Lakin əgər yeni məqsədlər pis və ya düzgün müəyyənləşdirilməyibsə, o zaman bu şirkət üçün çox ciddi mənfi nəticələrə gətirib çıxara bilər.
Yeni məqsədlərin yaradılması zamanı biznes sahəsində böyük təcrübə toplamaq, bu məqsədlərin düzgün formalaşdırılmasını təmin edən bir neçə əsas tələbatı görməyə şərait yaranır.
- Yeni məqsədlər əlçatan olmalıdır. Əlbəttə ki, bu məqsədlərdə əməkdaşlar üçün çağırışlar müəyyənləşdirilməlidir. Onlara nail olmaq yolları çox sadə şəkildə izah edilməlidir. Lakin inkişaf strategiyasının həyata keçirilməsi, icraçıların imkanları çərçivəsindən çıxmamalı, reallıqdan kənar olmamalıdır. Qeyri-real yeni məqsədlər şirkətin fəaliyyəti üçün mənfi təsir göstərir, belə ki, işçilərin motivasiyasını və onların uyğunlaşmasını itirməyə gətirib çıxara bilər.
- Yeni məqsədlər çevik olmalıdır, belə ki, şirkətin ətraf mühitdə baş verə biləcək dəyişikliklərə uyğun yenidən təşkil edilməsi üçün imkanlara malik olmalıdır. Menecerlər bunu yadda saxlamalı və ətraf mühit tərəfindən şirkət üçün irəli sürülən tələblər, ya da bu şirkətdə yaranan yeni imkanlar hesabına qurulmuş yeni məqsədlərin modifikasiyasını həyata keçirməyə hazır olmalıdırlar.
- Yeni məqsədlər ölçülə bilən olmalıdır. Bu, o deməkdir ki, bu məqsədlər keyfiyyətcə ölçülə bilən olmalı, ya digər bir obyektiv üsulla qiymətləndirilməli, ya da nail olunmuş şəkildə formalaşdırılmalıdır. Əgər yeni məqsəd ölçüyə sığışmırsa, onda onlar müxtəliflik yaradır, fəaliyyətin nəticələrinin qiyətləndirilməsi prosesini çətinləşdirir və bütün bu məsələlər münaqişələr törədə bilər.
- Biznesin inkişaf strategiyasına uyğun yeni məqsədlər konkret olmalıdır, belə ki, o birmənalı şəkildə şirkətin gələcək fəaliyyətinin hansı istiqamətdə olduğunu müəyyənləşdirən zəruri xüsusiyyətlər əldə etməlidir. Yeni məqsədlər aydın şəkildə qeyd edilməli, hansı müddətdə ona nail olmağın və kimlər tərəfindən həyata keçirilirsə, nəticə alınmalıdır. Yeni məqsəd nə qədər konkret olarsa, inkişaf strategiyasının hazırlanması və ona nailolma bir o qədər asan olar. Əgər yeni məqsədlər konkret ifadə olunarsa, o zaman bu şirkətin bütün və ya əksər əməkdaşları tərəfindən asan başa düşüləcək, deməli, onlar, qarşıda nəyin gözlədiyini təsəvvür edə biləcəklər.
- Biznesin inkişaf strategiyasına uyğun yeni məqsədlər şirkətə uyğun olmalıdır. Uyğunluqda uzunmüddətli yeni məqsədlərin missiyaya, qısamüddətli məqsədlərin isə uzunmüddətliyə uyğunluğu nəzərdə tutulmalıdır. Ancaq iyerarxiyaya uyğunluğu – uyğun yeni məqsədlərin qurulmasının yeganə istiqaməti deyil. Şirkətdə mənfəət və rəqabət mövqeyinin qurulması, yaxud mövcud bazarda güclü mövqeyli yeni məqsəd və yeni bazara çıxarılan məqsədlər, gəlirlilik məqsədi xeyriyyəçiliyə münasibətdə daima bir-birlərinə zidd olmamalıdır. Həmçinin, uyğunlaşmış yeni məqsəd artımın və məqsədlərin sabitliyinin saxlanılmasını tələb etdiyini də daima yadda saxlamaq lazımdır.
- Biznesin inkişaf strategiyasına uyğun şirkətin yeni məqsədi onun fəaliyyətini müəyyənləşdirən və ilk növbədə, yeni məqsədlərə nail olmağı özündə əks etdirənlər əsasən subyektlər üçün təsirli olmalıdır. Biznesin inkişaf strategiyasına uyğun yeni məqsədlər formalaşan zaman işçilərin istək və tələbatlarının nəzərə alınması çox vacibdir. Subyektlər arasında aparıcı yer tutan şirkətə təsir edən və gəlir əldə etməkdə maraqları olan mülkiyyətçilərin maraqları nəzərə alınmalı, həmçinin, idarəedicilər yeni məqsədlərin hazırlanması zamanı qısamüddətli gəlirlərin əldə edilməsinə uyğunlaşmaqdan qaçmağa çalışmalıdır. İnkişaf strategiyası uzunmüddətli perspektivdə böyük mənfəəti təmin edən yeni məqsədlər qurmağa çalışmalıdır. Belə ki, alıcılar (şirkətə təsir edən subyektlərdən biri kimi) hazırda şirkətin yaşaması üçün əsas rol oynayırlar, menecerlər məqsədləri müəyyənləşdirən zaman onların maraqlarını nəzərə almalıdırlar, hətta əgər onlar qiymətlərin aşağı salınması hesabına mənfəətin azaldılmasına və ya məhsulun keyfiyyətinin yüksəldilməsi üçün xərclərin artırılmasına gətirib çıxara bilsə belə. Həmçinin, yeni məqsədlərin müəyyənləşdirilməsi zamanı cəmiyyətin maraqlarını məsələn,yerli miyasda yaşayış mühitinin inkişaf etdirilməsini nəzərə almaq lazımdır.
Təbii ki, yeni məqsədlər müəyyən edilən zaman təsir edilən subyektlərin müxtəlif istiqamətli yeni maraqlarını bir araya gətirmək çox çətindir. Mülkiyyətçilər şirkətin yüksək mənfəətlə, böyük dividendlərlə, səhmlərin məzənnəsinin artımı ilə təmin edilməsini və qoyulmuş kapital üçün təhlükəsizliyi gözləmək tərəfdarlarıdırlar. Əməkdaşlar şirkətin onlara yüksək əməkhaqqı ödəməsini, maraqlı və təhlükəsiz iş verməsini, inkişaf və artım üçün şəraitin təmin edilməsini, yaxşı sosial təminatı və istəklərini əməli şəkildə daima sübut etməyə çalışmalıdırlar. Alıcılar üçün isə şirkətin məhsulları keyfiyyətə müvafiq, münasib qiymətə, yaxşı xidmət və digər təminatlarla təqdim edilməlidir. Yaddan çxarmaq olmaz ki, cəmiyyət bu şirkətdən ətraf mühitə zərər vurmamağını, əhaliyə kömək etməyini və digər məsələləri daima tələb edir. Bütün bunları menecerlər biznesin inkişaf strategiyasında nəzərə almalıdırlar və yeni məqsədlərə təsir edilən subyektlərin müxtəlif istiqamətli maraqlarında təcəssüm etdirilən kimi tərtib etməlidirlər.
Biznesin inkişaf strategiyasının hazırlanması zamanı məqsədlərin müəyyən edilməsi mərhələləri önəmli əhəmiyyət daşıyır. Yeni məqsədlərin müəyyən edilməsində yerinə yetirilən, əsasən, fəaliyyət nöqteyi-nəzərdən keçirilərkən, şirkətin yeni məqsədlərinin müəyyən edilməsi prosesini üç ardıcıl mərhələdən ibarət olduğunu qəbul etmək lazımdır. Birinci mərhələdə - mühitin təhlilinin nəticələri araşdırılmalı, ikinci mərhələdə - müvafiq missiya hazırlanmalı və nəhayət, üçüncü mərhələdə - bilavasitə şirkətin yeni məqsədləri hazırlanmalıdır. Şirkətin yeni missiyasının hazırlanması və mühitin təhlilinə aid məsələlərə baxılmışdır. İndi isə şirkətin yeni məqsədlərinin formalaşması prosesinə nəzər salınacaqdır.
Biznesin inkişaf strategiyasının hazırlanması düzgün təşkilati prosesin məqsədlərinin müəyyən edilməsi üçün dörd mərhələnin keçilməsi nəzərdə tutulur:
a). Mühitdə müşahidə edilən trendlərin meydana çıxması və təhlili;
b). Bütövlükdə şirkət üçün yeni məqsədlərin qurulması;
c). Yeni məqsədlərin iyerarxiyasının quruluşu;
d). Yeni fərdi məqsədlərin müəyyən edilməsi.
Dostları ilə paylaş: |