14.2. Göstəricilərin balanslaşdırılmış sisteminin
yaranmasının ilkin şərtləri
Şirkətin səmərəliliyinin qiymətləndirilməsinə mühafizəkar yanaşma son zamanlar müasir idarəetmənin və səhmdarların ehtiyaclarını təmin edir və maliyyə göstəricilərinə əsaslanır. Halbuki, biznesin dəyərinə ən böyük təsiri qeyri-maddi aktivlər göstərir. Bunlara bilik və əməkdaşların təcrübəsi, əməkdaşlarla və müştərilərlə münasibətlər, əmtəə markası və s. daxil edilir. Lakin şirkətlərdə qısamüddətli maliyyə göstəricilərinin yaxşılaşması üçün təhsilə xərclərin azalması tez - tez müşahidə olunur. Nəzərdə tutulan, əlbəttə, marketinq əsasında müştərilərə təqdim edilən məhsulun və xidmətlərin keyfiyyətinin artırılmasıdır. Bu kontekstdə göstəricilərin balanslaşdırılmış sisteminin konsepsiyasının hazırlamasına ehtiyac, əlbəttə ki, böyükdür. Dörd balanslaşdırılmış göstərici əsasında şirkətin işini qiymətləndirmək olar. Bunlara maliyyə mənbələri, daxili biznes prosesləri, müştərilərlə münasibətlər, həmçinin, təhsil və heyətin ixtisasının artırılması daxildir.
Fikrimizcə nailiyyət əldə etmək üçün, qısamüddətli maliyyə nəticələrinin saxlanılmasında şirkətin diqqətinin cəmləşməsi qeyri-maddi aktivlərə kifayət qədər investisiyaların cəlb edilməsinə gətirib çıxara bilər. Belə işin təşkili gələcəkdə şirkətin inkişafına imkan yaradır. Bu problemin həllinin variantlarından biri göstəricilərin balanslaşdırılmış sisteminin tətbiqini təklif edir ki, bu da özündə strateji idarəetmə indikatorlarını nəzərdə tutur. Xarakterizə edən ölçülər şirkətin fəaliyyətinin bütün aspektləri üçün səmərəliliyin qiymətləndirilməsidir. Burada maliyyə, istehsal, marketinq və başqa göstəricilər nəzərdə tutulur.
Son zamanlar bütün böyük əhəmiyyət kəsb edən nəticələr, informasiya texnologiyaları və intellektual kapital əsasında əldə edilir. Maliyyə göstəriciləri, şirkətin fəaliyyətinin idarə etməsinin səmərəliliyinin təyin edilməsinin əsas meyarları ilə çıxış edirdi. Aktivlərin gəlirliliyi, məhsulun gəlirliliyi kimi, cəlb edilmiş kapitalın gəlirliliyini də müəyyən etmək lazımdır. Bu əmsalların köməyi ilə şirkətlərin menecerləri ən səmərəli fəaliyyət istiqamətlərini müəyyən edə bilir və biznesin maliyyə nəticələrinin artımı məqsədilə daxili ehtiyatları yenidən paylaşdırırlar.
Yadda saxlamaq lazımdır ki, əməkdaşların təmin olunması məmnunluğu kimi, müştərilər, cəmiyyətdə ictimai və siyasi vəziyyət və s. kimi belə göstəricilər də mövcuddur. Bunlar hamısı hazırda şirkət üçün aktualdır və keçmişə yalnız təhlillər üçün nəzər salmaq lazımdır. Əldə olan vasitələrlə, sonradan bu məlumatlar göstəricilərə yönəlmiş sistemdə, maliyyənin yalnız köhnə tarixi ilə nəzərə alına bilər ki, maliyyə ölçüləri yalnız keçmişdə şirkətin müvəffəqiyyətini əks etdirə bilər.
Beləliklə, maliyyə və qeyri-maliyyə amillərinə qarşılıqlı tamamlayıcılar kimi baxılmalıdır. Qeyri - maliyyə göstəricilərini yalnız keyfiyyətin pul-kredit göstəricilərinə əlavə etmək məcbur deyil, lakin onlarla məntiqi əlaqə nəzərə alınmalıdır. Deməli, bütün göstəricilərin kompleks hesablama sistemindən istifadə etməklə bu tapşırığın həlli məntiq üzərində qurulmalıdır.
1920-ci illərdə əmələ gəlmiş şirkətlərin fəaliyyətinin nəticələrinin qiymətləndirilməsinin birinci modelləri maliyyə göstəricilərində xüsusi halda qurulurdu. Lakin 1970-1990-cı illərdə dəyərin qiymətləndirilməsinin başqa konsepsiyaları tətbiq olunmağa başlandı və şirkətin işinin səmərəliliyinin artırılması mümkünlüyü ortaya çıxdı ki, bu da göstəricilərin (Cədvəl 14.1) balanslaşdırılmış sisteminin son illərdə böyük məşhurluq qazanması və səmərəli tətbiqi ilə bağlıdır.
Dostları ilə paylaş: |