A zərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti Niyazi Əlikram oğlu Həsənov Bİznesin strateji İdarə ediLMƏSİ (Dərslik)


Qrafik 13.1 Xarici mühit və şirkətin təhlili



Yüklə 3,11 Mb.
səhifə190/212
tarix01.01.2022
ölçüsü3,11 Mb.
#105451
növüDərslik
1   ...   186   187   188   189   190   191   192   193   ...   212
Qrafik 13.1

Xarici mühit və şirkətin təhlili


Təlimin faktorları

SWOT

təhlili


ana

Riskin təhlili

İnkişaf ssenarisinin təhlili


Strategiyanın formalaşması


Giriş

İqtisadi

model


Lahiyənin sesiyası

İşgüzar və

funksional strategiya



Proqramın

həyata keçirilməsi planı



Məqsədli

təlimatlar





İdarəetmə strategiyasının həyata keçirilməsi mexanizmi


Nəzarət, korrektəetmə, planlaşdırma, idarəetmə
Mütəxəssislər biznesin inkişaf strategiyasının işlənib hazırlanması və tətbiqi zamanı idarəetmə komandasının tam hüquqlu iştirakçıları kimi, şirkətin rəhbəri isə əsas qərarları verən isə, biznesin tərəfdaşları rolunda çıxış edir. Ən vacib qərarlar modellə birlikdə hazırlanır, bu zaman komanda strateqləri,ümumiyyətlə, şirkətin bazar mövqeyinin xarici əsaslarla təşkili üçün mümkün nəticələri nəzərdən keçirir. Bu halda, qəbul olunmuş qərarlar meyarlara cavab veririrsə, strategiyanın məqsədləri həyata keçirilir.

Bildiyimiz kimi, strateji idarəetmə, şirkətin ardıcıl strukturlaşdırılmış və səmərəli inkişafının açarıdır. Hər mərhələdə, əsas qərarları strateji təfəkkürü inkişaf etdirir və yeni şirkətlərin yaradılmasına zəmin yaradır.

Biznesin inkişaf strategiyasının yaradılması üzrə işlərin nəticələri bizə aşağıdakılardır:

- bazarda şirkətin real mövqeyinin müəyyənləşdirilməsi və onun dəyiş­məsinin proqnozlaşdırılması;

- hər bir şirkət, şirkətlər qrupunun işgüzar davranış prinsiplərini əks etdirir;

- strateji inkişaf modelinin yaradılması;

- əsas uğur amillərinin müəyyən edilməsi;

- şirkətin biznesinin ayrı-ayrı istiqamətlərinin inkişafında strateji planın hazırlanması və strateji ssenarinin yazılması.

Biznesin inkişaf strategiyası və strateji idarəetmə sahəsində layihələr aşağıdakı sahələrdə həyata keçirilir:

- qablaşdırma materialları və qablaşdırılması üçün avadanlıq;

- yanğından mühafizə avadanlıqlarının satışı;

- alüminium profillərinin istehsalı və satışı;

- nəşriyyat işi;

- tozsoran alətlərinin texnika istehsalı;

- dəzgah, sənaye avadanlığı, elektron sistemlərin təmiri və modernləşdirilməsi;

- yükdaşımaları;

- bank sahəsi;

- avtomobil yollarının tikintisi və yenidən qurulması;

- topdan ticarət sahələri.

Biznesin inkişaf strategiyasının idarə edilməsi, şirkətin yaradıcılarının problemin “əsas həlli” metodikası:

1. SAPE. O sərt bazar şəraitində özünü itirməmək və diqqətin ən əsas prio­ritetlərə yönəldilməsi vacibdir. Bu sahədə, "əsas qərarlar" mütəxəssis müəl­liflər tərəfindən, SAPE unikal müəllif metodikasıdır.

SAPE – dəqiqləşdirməyə uyğun, əsas vəzifələr yerinə yetirilməsi vacib­dir.

SAPE - bunu duymaq və dərk etmək, yalnız prioritet istiqamətində hərəkət.

SAPE - biznesin ən vacib prioritetləri üçün bütün səylərin imkanları cəmləşdirmək.

SAPE - bu model yaxın gələcəyin qurulması üçün istifadə oluna bilər.

SAPE - strateji planlaşdırma yaxın üfüqü nəzərdə tutur. Metodika şirkətin real prioritetlərin müəyyən edilməsi üçün istifadə olunur. Hər bir prioritet altında konkret fəaliyyət planı hazırlanır.

İdarəetmə komandasının 2-3 gün ərzində strateji inkişafın təqdimatının yekunlarına görə bilmək olar:

- təşkilat problemlər üçün razılaşdırılmış strateji ortaq anlaşma hazırlanmalı;

- əsas diqqət, bu məqsədə nail olmaq üçün həmin vəzifələrdən istifadə edilməlidir;

- yaxın zaman ərzində yerinə yetirilməsi tələb olunan konkret fəaliyyət planı hazırlamaq lazımdır.

SAPE layihələr aşağıdakı sahələrdə həyata keçirilir:

- bank sahəsində;

- ofis mebellərinin istehsalı və satışı;

- nəşriyyat işi;

- dəzgah, sənaye avadanlığı, elektron sistemlərinin təmiri və modernləşdirilməsi;

- un şirniyyat istehsalı;

- qida xammalının satışı;

- tozsoran alətlərinin texnika istehsalı;

- avtomobil yollarının tikintisi və yenidən qurulması;

- kişi kostyumları istehsalı və satışı;

- alüminium profillərdən istehsal və satışı;

- yükdaşımaları.

Şirkətin iş metodikası əsasında, xəyalların real həyata çevrilməsi üçün "sadə idarəetmə qaydaları" və "idarə nüvəsi" əsasdır.

Ən maksimal 10-15 il müddətində şirkət üçün biznesin inkişaf konsep­siyasını hazırlamaq önəmli məsələlərdən hesab edilir.Strateji baxımdan sahibkar aşağıdakı suallara cavab verməlidir:

- Şirkətin iş prinsiplərində mühüm dəyərlər hansılardır?

- Şirkətin alıcısı kimdir, hansı dəyərləri var və nə təklif edilir?

- Biznesin miqyasının idarə olunması sistemi, onun strukturu, lokallaşdırılması əsasında bütövlüyü hansılardır?

- Şirkətin əlavə dəyərinin modeli necə yaradılır?

- Strateji nəzarət amilləri hansılardır?

Mütəxəssislər tərəfindən verilən mühüm qərarlar şirkətin unikal strateji görmə texnologiyasının yaradılmasını tələb edir. Strateji komandanın sessiya çərçivəsində şirkətin gələcək inkişaf konsepsiyasını dərindən öyrənməsi çox əsasdır və mühüm qaydaları necə həyata keçirə biləcəyinizdən çox şey aslıdır.

Belə ki, şirkətin arxiv sənədləri olmaqdan nəticə çıxarmaq çox çətindir. Hətta eyni dilin olmaması, bəzən sizi və komandanızı çətin vəziyyətdə qoya bilər. Şirkətin strateji cəhətdən idarə olunması və inkişaf strategiyası müxtəlif redaksiyalarda təqdim edilə bilər. Şirkət "biznesin yüksək standartları", habelə xarici və daxili mühitin qiymətləndirilməsi üzrə güclü və zəif tərəflərin təhlilini apararaq, inkişaf strategiyasının işlənməsinin fəaliyyət istiqaməti üzrə qiymət­ləndirilməsi, təsviri və tətbiqinin kompleks halda göstərilməsidir.

Strateji planlaşdırma üzrə konsaltinq xidmətlər özündə aşağıdakıları birləşdirir:

- korporativ səviyyədə;

- strateji biznes vahidləri səviyyəsində;

- marka və məhsul xətləri səviyyəsində.

Bu səviyyələr kimi, biznesin inkişaf strategiyası müxtəlif növlər üçün tətbiq edilə bilər. Hər səviyyədə problemlərə xüsusi yanaşma tələb olunur. Bu iyerarxiya paylanmasını başa düşməyə kömək edir və müxtəlif strategiyaların uzunmüddətli gəlirliliyi ilə biznesə öz töhfəsini verir.

Şirkət və hər bir bölmənin cari fəaliyyətində onun həyata keçirilməsi, inkişafı üçün inkişaf strategiyasını işləyib hazırlamalıdır.

Bəzi nadanlar deyirlər, biznesin inkişafı üçün strategiya niyə lazımdır?

Belə nadanlara demək istəyirik ki, belə məqamlarda mülahizələr tam şəkildə qurulur. Ola bilsin ki, bu gün biznes gəlir gətirir, lakin problemlər yaranarsa, onda onları peşəkarcasına həll etmək lazımdır. Çətinlik ondadır ki, baş verən əsas dəyişiklikləri tədricən və bəzən də birdən - birə deyil, problemlər yaranır, lakin "həyəcan" siqnalı işə düşmür. Artıq təhlil zamanı məlum olur ki, baş verən dəyişikliklərə səmərəli reaksiya vermək artıq gecdir.

Ona görə də, strategiya, ilk növbədə, müvəqqəti və ya uzun müddətdə istənilən biznesin təhlükəsizliyi üçün lazımdır. Əgər səmərəli biznes modeli tətbiq etməklə və xarici qüvvələrin təsiri ilə dəyişən məhsullar əldə etmək üçün, uzunmüddətli plan olmadan keçinmək mümkün deyil. Şirkət öz məqsədlərinə uyğun şəkildə biznes mühitinə təsir etmək iqtidarında olmalı və bazar haqqında fundamental biliklərə yiyələnməlidir. Biznesin inkişaf strategiyası istənilən biznes üçün, etibarlı oriyentdir, naviqatordur, məqsədə doğru hərəkət zamanı optimal marşrutu göstərən qiymətli sənəddir.




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin