Şirkət tərəfindən idarəetmə sisteminin optimallaşdırma üçün hazırlanması zamanı bu modeldən istifadə olunması onu nəzərdə tutur ki, səmərəli idarəetmə sistemində birləşdirən amillərdən hər birinin potensialı maksimal şəkildə cəlb edilmiş olmalıdır.
Biznesin inkişaf strategiyasının müvəffəqiyyətli hazırlamasının ilkin şərtləri aşağıdakılardan ibarətdir:
1. Sifarişçi məsuliyyətlidir, şəxsi xəyala və şirkətin inkişafının məntiqi hədəflərinə malik olandır;
2. Hazırlığın və strategiyanın həyata keçirilməsi prosesinin iştirakçılarının məsuliyyəti və mövqeləri aydın bölüşdürülmüşdür;
3. Biznesin strateji inkişafı maksimal dərəcədə müstəqildir və məsuliyyətli sifarişçiyə birbaşa tabe edilmişdir;
4. İşin hər mərhələsinin nəticələrinə görə konkret idarəetmə qərarları qəbul edilir;
5. Hər mərhələdə strateji cəhətdən hazırlanmış prosesin nəticələri şirkətin idarəetmə orqanlarında açıq müzakirənin predmeti olur;
6. Seçilmiş strateji alternativ və onun əsasında hazırlanmış şirkətin inkişaf proqramı rəhbərliyin fəaliyyəti kimi qəbul edilir;
7. Həyata keçrilən strategiyanın hədəfi məzmunlu olmalıdır, çünki çətin yerinə yetiriləndir, lakin realdır. Hədəfin nailiyyət prosesi aralıq alt hədəflərinə və müvəqqəti mərhələlərə bölünməlidir;
8. Şirkətin inkişaf proqramının icrası üzrə məsuliyyətli sifarişçi tərəfindən nəzarət edilir və nəzarət nöqtələri müəyyən edilir;
9. strategiyada düzəlişlər zamanı prinsipial dəyişilməz və "elastik" strategiyanın elementləri aydın bölünür. Əks təqdirdə strategiyanın tamamilə təkrar gözdən keçirilməsi məsələsi ortaya qoyulur.
İnformasiya mənbələrindən biz, adətən, bazarın öyrənilməsi zamanı istifadə edirik və bunlar aşağıdakılardır:
1) sənayesinin ən inkişaf etmiş sahəsində və yanaşı ərazilərdə şirkətin daxili hazırlıqları;
2) tədqiqatlar əsasında bazarın vəziyyəti və sahə üzrə tendensiyalar haqqında Azərbaycan Respublikası və xaricdə olan tədqiqat şirkətlərinin hesabatları;
3) bazarın vəziyyəti və sahə üzrə tendensiyalar (statistik orqanlar tərəfindən verilmiş sahə üzrə assosiasiyaların və şirkətlərin nəticələri.) haqqında açıq mənbələrdən alınmış informasiya;
4) Azərbaycan Respublikasında və xaricdə (rəqiblərin və təchizatçıların nümayəndələri, dilerlər, distribüterlər, assosiasiyaların mütəxəssisləri, tədqiqat təşkilatları) ekspert sorğuları;
5) bençmarkinq sahəsində xidmət göstərən şirkətlərin informasiyası.
Biznesin inkişaf strategiyasının hazırlanmasının ardıcıllığı isə aşağıdakı şəkildə həyata keçirilməlidir:
I. İnkişafın strateji alternativlərinin təhlili:
1) şirkətin inkişafına, sahibkarların və idarəetmənin hədəflərinin nailiyyətinə mane olan əsas amillərin aradan qaldırılması;
• sahibkarlar menecerlər qarşısında hədəflərin və məqsədin təsvir olunmuş formada şirkətin qarşısında məsələsini qoyurlar;
• son 3-5 il ərzində şirkətin fəaliyyətinin nəticələrinin təhlili;
• şirkətdə hazırlanmış olan ortamüddətli və uzunmüddətli planların və proqnozların təhlili.
2) şirkətin biznesinin inkişafının istiqamətinin seçilməsi üçün ilkin şərtlərin təhlilinin aparılması;
• bazarın konyunkturası və şirkətin rəqabət qabiliyyətli mövqeyi;
- amillərin tələbata uyğun üzə çıxardılması və tələbatın proqnozu;
- rəqiblərin davranışının proqnozu və alıcıların üstün tuta biləcəklərinin dəyişməsi;
- rəqabətədavamlılığı müəyyən edən amillərin üzə çıxardılması;
- məhsulun istehsalının hər birinin rəqabətə davamlılığının qiymətləndirilməsi;
- sahədə müvəffəqiyyətli rəqabət üçün lazım olan bacarıqlarla biznesin əsas rəqabət üstünlüklərinin tutuşdurulması;
- şirkətin və ən müvəffəqiyyətli rəqiblərin təcrübəsinin öyrənilməsi;
- ehtiyatlara şirkətin məhdudiyyətlərini (satışın inkişaf strategiyası) nəzərə alaraq hər məhsul biznes üçün rəqabətədavamlılığın artımının mümkün strategiyasının təyin edilməsi;
- əməliyyatın səmərəliliyinin təhlili və artım üçün ehtiyatların təyin edilməsi;
- dünya liderləri ilə şirkətin fəaliyyətinin, idarəetmənin və istehsal edə biləcək texnikaların qabaqcıl metodlarının tətbiqetmə imkanlarının təhlili və əsas göstəricilərinin tutuşdurulması;
- xarici mühitlə (alıcılar, təchizatçılar, kreditorlar, sosial mühit) şirkətin qarşılıqlı təsirinin artması imkanlarının təhlili;
- qərarların qəbul olunması sisteminin təkmilləşdirilməsinin təhlili;
- SWOT - təhlili.
4) şirkətin inkişafının istiqamətinin seçiminə təsir edənlərin və ehtiyatların məhdudiyyətlərinin təhlili;
- şirkətdə müxtəlif bizneslərin (fəaliyyət istiqamətləri və ya bölmələr) qarşılıqlı təsirindən sinergetik səmərəliliyin təhlili;
- şəxsi investisiya imkanlarının təhlili;
- xarici investorların və uzunmüddətli kreditlərin cəlb edilməsi imkanlarının təhlili;
- şirkətin inkişaf alternativlərinin dürüst ifadə edilməsi, bütovlükdə məhdudiyyətləri nəzərə almaqla istifadə edilməsi məqsədəuyğundur.
5) hesablamalar əsasında proqnozlaşdırılan və növbəti meyarlar üzrə xülasəedilmiş alternativlər üçün korporasiyanın fəaliyyətinin gələcək göstəricilərinin qiymətləndirilməsi:
- alternativin həyata keçrilməsi ilə bağlı risklər;
- lazımlı investisiyalar və onların gəlirliliyi;
- konyuktura amillərin təsirinə düçarolma;
- şirkətin dəyəri;
- rəqabətədavamlılığın gücləndirilməsi imkanları;
- yeni bizneslərin ittifaq əsasında udulması imkanları.
II. Seçilmiş alternativin həyata keçrilməsinin strateji planının hazırlanması:
• əsas struktur bölmələr tərəfindən bütövlükdə şirkətin qarşısında duran məsələlərin və prioritetlərin təyin edilməsi;
• əsas mərhələlərin 1- 5 il müddətində şirkətin inkişafının mərhələlərinin təyin edilməsi bu 10 il müddəti də ola bilər.
• satışın qiymətləndirməsinin və biznesin (satışın strategiyasının hazırlaması) hər birinin irəliyə hərəkəti üçün sistemin hazırlanması;
• mərkəzin əsas struktur bölmələrinin qarşılıqlı təsir sisteminin hazırlanması;
• investisiyaların cəlb edilməsinin ən səmərəli üsullarının və investisiya siyasətinin prioritetlərinin təyin edilməsi;
• texniki siyasətin prioritetlərinin təyin edilməsi;
• kadr siyasətinin prioritetlərinin təyin edilməsi;
• innovasiya siyasətinin ən perspektivli və prioritetli istiqamətlərinin təyin edilməsi;
• mülki kompleksdən istifadənin optimallaşdırmasının istiqamətlərinin təyin edilməsi və yenidən strukturlaşdırması.