Aban aban iş olmaz, bəsləməsən qız olmaz



Yüklə 4,74 Mb.
səhifə152/233
tarix01.01.2022
ölçüsü4,74 Mb.
#104017
1   ...   148   149   150   151   152   153   154   155   ...   233
dosda alqış, çora qarqış. (çora: düşmana).

dosda aytdım sözümü, düşman bildi sirrimi, söz aytmadım dosduma, dərdlər yedi içimi. (aytdım: dedim).

dosda bağlanma, dossuzda qalma. (dosda bağlan, qapılma, dossuzda qalma).

dosda eşmədən ver bir telin, əğrilirsə qır qutar. (eşmədən: qatmadan. ipdən). (ipin ucun özgəyə vermə).

dosda güvən, poxuna bələn.

dosda qıymamağı, yağuya qıymağı öğrəş!. (qıymamağı: acımağı). (yağuya: düşmana) (qıymağı: acımamağı).

dosda uyan çöldə qaldı, oynaşa guman evsiz. (guman: gumanı gedən).

dosdu iş başında gör.

dosdu kəndi dışında arayan, dossuz qalar.

dosdu yoxun, düşmanı yoğun.

dosdum dönə çıxdı, itim dona qaldı. (dönə: bəfsız) (dona qalmaq: şaşmaq. mat qalmaq).

dosdum olan güzgü kimi aytar manım üzümə, yağum olsa gülgü ilə manım örtər gözümdən. (manım: aybım).

dosdum sevinsə, düşmanın gözü çıxar.

dosdun axsağına göz yuman, qərib qalıb, göz yummaz. (axsağ: çaş. çaşa. səhv. iştibah).

dosdun aran dosda varmış. (yaşamda hamı içindəkindən çəkir).

dosdun bal kimi şirinsə, o saat yalama.

dosdun çini qın gündə.

dosdun dosd olsun, özündən üst olsun.

dosdun dosluğu gün (qın: korluq) düşəndə bəllənir. (gün: qın. korluq).

dosdun dosluğu gün düşəndə bəllənir. {dosdun dosluğu qın düşəndə bəllənir. (qın: korluq)}.

dosdun dosluqu günü (qın) düşsə bəllənir. (dosdun dosluqu gün (qın) düşəndə bəllənir).

dosdun düzü içində qalır, dosdoğrusu səninlə qalır, yoldaş tanış pay gözlər, umut güvən sinində yatır. (sinində: içində. ruhunda. ).

dosdun düzü içində qalır, dosdoğrusu səninlə qalır, yoldaş tanış pay gözlər, umut güvən sinində yatır. (sinində: içində. ruhunda.).

dosdun əsgisi, arvadın tazası.

dosdun görsən kişinin, sonu bəllər işinin. (görsən: tanısan).

dosdun gözündə yox, könlündə ol.

dosdun içi düz gərək, qoşluq tayı tuş gərək. (qoşluq: cütlük).

dosdun ikiz, düşman sekiz.

dosdun köhnəsi qalar, geyimin təzəsi.

dosdun könlü xoş olsun, düşman gözü kor olsun.

dosdun könlü xoş olsun, düşman gözü kor olsun.

dosdun olursa qarğa, izitdirsə koralqa. {götürdüyü yer daldurum (qozabad ıssız, ucqar yer). (na koca abad)}.

dosdun pisdir, daşın at, qonşun pisdir, daşın, at.

dosdun pullu olsun, yoxsullar yad olsun.

dosdun yaxşısı, başa salır, yamanı, yoldan alır.

dosdun yaman? bəkləmə uğur, yoğur ha yoğur. (uğur: xeyir) (yoğur!: yasa. yağla).

dosdun yoxsa yaşamda, könül bağın açılmaz, söylə dadlı dadlı duy, dil çiçəkdir suvarmasan gövərməz.

dosdundusa söyməz, düşmanındısa sevməz.

dosdunisə ver gedsin, dos değilsə at gedsin.

dosdunla aşır aşı, daşı daşı. (dosla kölgəli gəzmə).

dosdunla dost olduğuna öğün (sevin), düşmanınla dost olandan çəkin (sağın).

dosdunla üzləş, yağunla güləş. (yağunla: düşmanınla).

dosdunu əkmə, işdən qalmasın, yağuna güləmə, sirrin almasın. (əkmə: boşuna saxlama, gözətlətmə, mə’təl eləmə). (yağuna güləmə: düşmanıva üz vermə).

dosduva at vermə, verdinsə ''yavaş ged'' demə (at verməyin nə, yavaş ged deməyin nə?).

dosduva dos, düşmanıva yaman ol.

dosduvu bəklətmə işdən qalur, düşmənlə uğraşma, sirrün alur.

dosduvu borca, qonşuvu aşa öğrətmə.

dosduvu övürkən, yerəcək yer bıraq. (yerəcək: qınacaq).

dosduvu övürkən, yerəcək yer bıraq. (yerəcək: qınacaq).

dosduvu vara, qonşuvu paya öğrətmə. (arvadı vara, qonşunu paya öğrətmə). (çevrəvi vara, qonşuvu paya öğrətmə).

dosduvu vara, qonşuvu paya öğrətmə. (arvadı vara, qonşunu paya öğrətmə). (çevrəvi vara, qonşuvu paya öğrətmə).

dosduvu yük altda olanda sına.

dosla, dağı, tez aşmaq olar.

doslar dursada yanyana, atma gözdən düşmanı yana.

doslar olar üç qollu, dilək, çörək, can yollu. diləkçini xoş söz ilə danışdır, çörəkçini bir çörəklə barışdır, can yolluya varınca, saxla onu özünlə, qoru canın gözünlə. (qollu: çeşitli).

doslarıvı artırma, doslarıvı arıtla.

doslğun dilin bil, düşmanın dilin öğrən.

dosluğ yağ ilə, düşmanlıq qan ilə başlar.

dosluğu aşdırsa qoy, dosluğu başdırsa tut.

dosluğu uca tut. –sözün dosd ağzına dadlısı, düşmanlara ağrısı gəlsin.

dosluğu var bir itin, cana dərman, bir dosduvun itligin, yağu alman. (alman: almaz)..

dosluq bilən, ara güdəndə gördüm, dosda qurban ara pozandan oldum. (ara: fürsət).(ara güdəndə fürsəttələb).

dosluq dağca, sanaq qılca. (sanaq: hesab).

dosluq dağca, sanaq qılca. (sanaq: hesab).

dosluq, arxalıq güvənlə qalır, gülün yolsan, ot alağ qalır.

dosluqlarda küsmə barış olası, sevgilərdə nə küsməyin yeri var, nə barşığın adı.

dosluqlarda küsmə barış olası, sevgilərdə nə küsməyin yeri var, nə barşığın adı.

dosluqları yaman işlər yavuz duyqu pozarmıış.

dosman başan baxar, düşman ayağan. (dos baş ucalığın güdər, düşman ayağın altın qazmağı).

dosman üzündə aydar, düşman izində. (dosman: dosd olan) (aydar: söylər) (izində: dalında. arxanda).

dossuz başım, duzsuz aşım. (əli , könlü açıq çörəyin tək yeyənməz).

dossuz başım, duzsuz aşım. (əli, könlü açıq çörəyin tək yeyənməz).

dossuz başım, duzsuz aşım. (yaşam belə gətirir ki, bir əl suyun tökür, bir əl duzun!. tək qalmaq, kişiyə uymaz).


Yüklə 4,74 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin