Aban aban iş olmaz, bəsləməsən qız olmaz


gülcərədə: güllükdə. gülüstanda). tərs tüs ilə doğru yolağ alınmaz. (yolağ



Yüklə 4,96 Mb.
səhifə44/48
tarix22.10.2017
ölçüsü4,96 Mb.
#10467
1   ...   40   41   42   43   44   45   46   47   48
gülcərədə: güllükdə. gülüstanda).

tərs tüs ilə doğru yolağ alınmaz. (yolağ: təriqət. məzhəb). (alnamaz: alınmaz. tutulanmaz).

təzə evə köçəndə, əsgi evdən kül götür.

tıxan sınırı, tutar qırığı.

tik çıxsın, dilə gəlsin.

tikan biləməklə itilməz.

tikan butasından gül dərilər, yaman qoldan ürək dəlinər. (qoldan: əldən).

tikan ititməklə, itilmək.

tikan tikanı sökər. (tikanla tikan sökülər). (batan tikanı tikanla çıxardırlar).

tikan, biləməklə itilməz.

tikanı, tikanla çıxarırlar. (batan tikan, tikanla çıxar).

tikanla tikan sökülər. (tikan tikanı sökər) batan tikanı tikanla çıxardırlar).

tikansız gül baxcası. (tam iyiliklərin, gözəlliklərin olduğu yer).

Tikə qarın doyurmaz sevgi artırar. (Araz Gunduz).

tikən acısı gedərgi, dil acısı qalarğı.

tikən acısı gedərmiş, dil acısı qalarmış.

tikən batab yerdən, gömük quylağ yerdən çıxar. (batab yerdən: batmış yerdən). (gömük: gənc).

tikən bitər başına, yaşarikən gül bitir.

tikən quru, yandaq höl. (höl: şeh). (yandaq: tikan kolu. dəvə tikanı).

tikən mənim, qol sənin, dərməyə nə varki. (tikən yerdən, qol səndən, dərməyə nə varki).

tikən yerdən, qol səndən, dərməyə nə varki. (tikən mənim, qol sənin, dərməyə nə varki).

tikəndən darı ündüm demə. (tikəndən darı yetişməz).

tikəndən darı ürüdüm demə: - tikəndən darı yetişməz.

tikənlə gül ayrılmaz, əkrilməsə avrılmaz. (əkrilməsə avrılmaz: əkilməsə, səprilməsə, saçrılmasa yığılmaz, dərilməz).

tikənsiz gül olmaz, əngəlsiz yar olmaz.

tikənsiz gül, əngəlsiz yar olmaz.

tikməsə önməz, diləməsə bulmaz.

tikməsən çıxmaz, diləməzsən gəlməz.

tikməyincə onalmaz, dilgəmincə duralmaz. (dilgəmincə: dilməyincə. diləməyincə. sormayınca. qurcalamayınca. izləməyincə).

tikməyincə onğamaz, diləməyincə bulnamaz. (tikməsə önməz, diləməsə bulmaz). (tikməyincə onmaz, diləməyincə, bulmaz).

tikməyincə onmaz, diləməyincə, bulmaz.

tikrar olunan söz, yalansılaşır. (qaytalan söz aldağan olur). (bir söz çox deyilirsə, tәkәrlәnirsә, tikrar olunursa yalan olmaq olasılığı çoxalır).

tiksən biçərsin, sorsan bilərsin. (tiksən: əksən).

tin diləni (nəfs istəyəni), dil deyər, göz sezəni, qol edər.

tin diləni, dil deyər, göz sezəni, qol edər.

tin durar bir qurd dolum bilməz, doyum sanmaz. (tin: nəfs).

tin sağlığı, tən sağlığından qabaq. (tin: iç. nəfs. ruh).

tini ölük təni qalıq kişilər. (tini: ruhu).

tini tindən, təni təndən, canı candan aralı. (tin: soluq. ruh. köksüdə, könüldə olan güc). (tən: gövrə. bədən. cism). (can: təndə, başda gəzən güc).

tirsin utan tərsəməz. (tirsin: hirsin) (tərsəməz: yanılmaz).

Tısbağa qınından çıxdı, qının bəyənmədi. (Araz Gunduz).

toğar görməz, yaş pişməz. {tağar: < toğar. tuğar. (< tuğ) (iki dalqa arasında oluşan qorxunc oyuq). təhlükə. risk}. (risksiz gənc pişməz).

toğlaçıya (kərpişçi) günəş, cütçüyə yağmır.

tox aca, ac toxa inanmamış.

tox aca, uvağ doğrar.

tox at yorulmaz.

tox bala, eçtəməni oylabayt. (oylabayt: oylamaz: düşünməz). (uşağın qarnı toxdursa, heç nəməni (heç nəyi belə) düşünməz).

tox çalxanmaz, ac doymaz. (tox: dolu).

tox deyib tülküyə barmaqdansa, ac deyib qurda var. (tox olan tülküyə barmaqdansa, ac olan qurda var). (kişilikdə tülkülük, yırtıcılıqdan qat qat yamandır).

tox dursun!. gerçək gülü qızarmaz, tikanlıqdan qutarmaz, yaşıl doğub, yaş qalar!. (tox dursun!: hak yaşasın). (yaş: gülən. gözəl. gənc. sulu. ölməz).

tox edəni ac edənməmiş, tox yıxanı ac yıxanmamış.

tox gözü ağzındakı doyurdu, ac gözü dünya doyurmadı.

tox xoca, ac qurddan yamandır.

tox ikən, yemək yeyən, dişi ilə qəbrin qazar.

tox it yuvasında hürməmiş.

tox qalmasın poxu deyər, ac qalmasın poxu yeyər.

tox qarın hər nə deyər, ac olan hər nə yeyər, bağın salan barın yeyər, igit varlı varın verәr.

tox olmağa bir tikə çörək, bəliyə nə gərək, bəylər vardır gözü acın götündə. (tox durmaq üçün bəy olmaq, çox varlı olmaq gərəkmir).

tox olub, gözə baxma, ac olub, götə baxma.

tox, ac bağırın duymaz. (bağırın: bağırtısın. çığırtısın. fəryadın).

tox, acın götün güdməz.

toxar qapı, buldun tapı. (haqqa açılan qapını buldun, tapıntıvı (gəncivi) buldun). (bu qapıdan qolba qanat qırılmadan keçilməz, əşsiz dossuz, arman amac tutulmadan girilməz).

toxçuluq yoxçuluq birgə doğur.

toxdala isduyuvu qızma belə, yel gətirmiş qalamır, gedir yelə. (toxdala: cilovla. kontrol ed). (isduyuvu: ehsasatıvı).

toxdalı gəl iş olsun, əğri otur düz olsun (əğri otur düz danış).

toxdayan dincəlir, yeriyən yol alır.

toxdayan taxda oturmamış. (toxdayan: təskin tapan).

toxduğa, toxlu əti dad verməz (doyandan sonra, toxlunun əti toprax dadır) (toxduğ: boğazına dək tıxmış).

toxikən, yemək yiyən, dişilə qəbrin qazar.

toxlar deyər acalmaz, aclar deyər toxalmaz, yaşlar deyər qocalmaz, evrən saymaz yaş neçə, gündüz ola ya gecə.

toxlu qarıncaya yol veririz, toxsuz fili yolundan ediriz, bəlkidə başı qarlı uca dağ değiliz, bir addımda keçiləcək təpədə değiliz. (toxlu: haqlı). (toxsuz: haqsız).

toxlu toxu toxdadar. (çox, çoxa axar).

toxlu üzüb, quyruqda pıçaq sıma.

toxluq nə dedirtməz, aclıq nə edirtməz.

toxmaq vardı daş yarar, toxmaq vardı baş oyar. (toxmaq: çırpma. tənqid). (oyar: oydurar. düşündürər).

toxşa deyir olmasın gərək, başım deyir dönəsən gərək, könül deyir dənəsən gərək. (toxşa: məntiq). (məntiq deyir mümkün deyir, ağıl deyir qayıtmalısan, ürək deyir sınamalısan).

toxu ağırlamaq, zor olur.

toxu təprətmə, acı gəplətmə.

toxu toxusan, bez olar, cəhrələsən, ip olar.

toxul gəzən hər nə gəlirsə deyir, acılgəzən hər nə tapırsa yeyir. (toxul: hər nədən tox olan) (acul: öləsi ac olan).

toxun acdan alası yok, acın toxa verəsi yok.

toxun başına bol yağar, acın başına dol. (toxun başına yağ damar, acın başına dolu).

toxunan dil ilə, açılmadı diş ilən.

toxunmasın kimsə dilə, dinimə, biri varlığımdır, biri inancım.

toxunmaz qaranın çoxu yaxşı.

tom ağaca quş qonur.

topal ilə gəzən, axsamaq öğrənir.

topallamaz axsaq yox, qan görməmiş sallax yox.

topdan çıx, kopdan yox. (qurupçuluqdan uzaq ol, cəmiyyətdən yox).

topla kəndin al ələ, el içində yararsan nəyə?.

toplum yaşam savaşda (cummada savunmada) keçir, bu savaşı qazanan itirməz. (ama özəl yaşam barış alanıdır. barışı qazanmasan itirdin!!).

toprada bitmiş güllər, ömür sürmüş üç günlər, bitən güllər könüldə banqu qalar evrəndə. (banqu: manqu. ölməz).

toprağ çörəyi ilə, kişi, əməyi ilə.

toprağın aldıran (itirən) ac qalar.

toprağın dəğəri, oturanındandır.

toprağın ululuğu (qiyməti) olanındadı, köçənində yox.

topraq bağlıdır dağına, dağı topraqdan ayırmaq olmaz, dağ ayrılırsa topraqdan, toprağı qorub saxlamaq olmaz.

topraq belinən, kişi bilinən. (topraq belnən, kişi bilnən). (topraq belinən işlənir, kişi bilinən). (toprağa bel gərək, kişiyə bil gərək). (toprağa bel gərəkir, kişiyə bil).

topraq diyər: tərlə mənə, zər töküm sənə.

topraq əkdirənin deyil, əkənindi.

topraq günəşlə qatılır (bərkir), kişi iş ilə.

topraq nədir: -duran yerin topraq, qalan yerin topraq, gömən yerin topraq. {tikilən gözü toprağa, oxlamasan toprağa, salar səni toprağa. (oxlamasan toprağa: oyub yerə tökməsən)}.

topraq öz payın həmməşə alacaq.

topraq şoraq gül bitməz, başdaqsız iş son yetməz. (baştaqsız: başçısız). (son yetməz: sonuca yetməz).

topraq ülüş götürməz. (topraqdan pay olanmaz). (ülüş: bölüş. pay. səhm).

topraq üzü soyuqluq, para üzü istilik.

topraq verən yersiz qalıb gəbərir.

topraq, içindəkin gücədir (becədir).

topraq, qoynuna aldıqlarını vermir.

topraqda, güclülərdə çürür.

topraqların dadlısıda, yurd olmuş!.

topraqsız kişinin varlığı danılır. - quşlarında var umaq evi qonmağa, baş götürüb çalsa qanat uçmağa.

torayğa yağış yağasa, balasın qorur, dolu yağsa, özün.

torba tikilib, qapı bağlanıb. (artıq hər nəyə gec).

torlağı bəslə, gözün çaxartsın.

Torpağın üzü soyuq olur. (ölənlər tez unudulur anlamındadır).

toruvu sal suya ki, var balığı.

tosunsan çox hələ pişmək üçün işlər gərək. (tosun: naşı. əcəmi. iş görmədik. pişmədik. bərkiməmiş. təcrübəsiz. xam).

tovca ölüm bilməz. (tovca: enerji).

toy aldışı oynama, yas aldışı ağlama. (aldışı: rəsmi. adəti).

toy çalqısız, yas ağıtsız olmaz.

toy oynağsız, ev qonağsız olmaz.

toya isti çağın girsən yeğ, bitinmədən çıxsan yeğ.

toyda qız bəyənən, götünə xına yaxar.

toyda qız bəyənməzlər.

toydan sonra nağara xoş gəldin bayram ağa.

toyuğ həm toyda kəsilir, həm yasda.

toyuğ, eşinə eşinə göz açar.

toyuğun başı dənə qarışıq, yumurta doğar götündən. (doğa yasaları qaçınılmaz).

toyuğun məməsi, dimdiyindədir.

toyuq həm toyda kəsilir, həm yasda.

toyuq kimi olma yesiri, pətəyin, dənləyib doldurur, tökür təzəyin. (pətəyin: çinəligin. qarnın). (yemək düşgünü olma).

Toyuq ölsə bir ovuc tükdü, Dəvə ölsə dərisi də bir yükdü. (Ara Gündüz).

toyuq ölsə bir tükdü, dəvə ölsə dərisi bir yükdü.

toyuq şişər, şişək olmaz, qubba (günbəz) üsdə, cəviz durmaz.

toyuq yatanda yat, xoruz duranda dur.

tozda duman, tündə tütün görünməz. (tündə: qaranquda).

tök boğazına sıç ağzına. (yaltağı, pulakını, qarınqulunu minik (ulağ. vəsilə. heyvan) edməyə nəvar).

tökəndikcə tükənmiyən varlığımız, sevgidir. (tökəndikcə: xərccləndikcə).

tökmə güllər, solmazmış. (tökmə: məsnovi).

tökmə su ilə, dəyirman dönməz.

tökülən çanaq geri dolmaz, keçən ömür geri dönməz. (yaşam irəli baxır, sular baxara axır).

tökülmüş süt, göz suyuyla yığılmaz.

törül sevgi bürürsə könül, baş dəlirir. (törül: cinsi).

tuğlayıca (kərpişçiyə) günəş, cütçüyə yağmır.

tuxum cücə, güzün gələr sayılar.

tuxum harda, əkən yoxdur, suvarma yox, biçən olmaz.

tuxumu bizdən suyu ondan. (ondan: tanrıdan). (tanrıdan artıq gözləməməli).

tuxumu yazdan, balanı yaşdan əkit. (əkit: becərt. tərbiyət ed). (yaşdan: yaşkən. uşaqkən. uşaqkən).

tulbar yükün ornatmaz. (tulbar: savaş atı). (ornatmaq: olduğu dəğərin vermək). (savaş atı, yükün ağırlığın var saymaz, sezməz).

tulla bata qorxunu, yanlış yaparsan işi, doğrunu sən yaparsan, yanlışı sən anlasan!.

tulla bata qorxunu, yanlış yaparsan işi, doğrunu sən yaparsan, yanlışı sən anlasan!.

Tullan baxaq! (Araz Gunduz).

tullananın ardıca tullanma.

turmuşda başın dikə tut, alt olan başa döğən çox olar.

turuzun doğumuna sevinməyən, ölümünə döğünməz.

tusqun qılıc sökənməz. (tusqun: . paslı).

tuş olsan yaman qadına, yaşın ötər qor ilən. (qor: şər).

tuşlamasan cayğıldığın min oli, tuşalayarsın cayğıldığın bir oli. (tuşlamaq. tuçlamaq. . tuş tuşlamaq. amaclamaq).

tuşun tutub tuşlayar, quşun tutub quşlayar, işin tutub işləyər, keçər günü bal kimi, bir dad olmaz yağ kimi. (tuşlamaq. tuçlamaq. . tuş tuşlamaq. amaclamaq).

tut, tutulma!.

tutalım var tovanın, işlədə bilmək gərəkir.

tutan bitirdi, küsən itirdi!.

tutan, işin bitirən, gedən yerin itirən.

tutar qatıq, tutmaz süt.

tutar, kim pusu qoya gecə ilə, məsəldir ərlik on, doqquzu hiləilə. (pusu: tələ).

tutarın bilməlisən əldə olanda günüvün, yola çıxmazdan alunda yoluvun qıl yarağun. (alunda: qabağ. öncə).

tutda qolum, sıxda güvən bırakma, ya qır itin qutar məni uzatma.

tutduğu işi bitirir, getdiyi yerdən gətirir.

tutduğun altın, qılıcın kəsgin, sözün keçgin olsun. (tutduğun: dəğdigin). (alqış).

tutduğun amac, verur işə tac. (tac: qiymət. dərək).

tutduğun amac, vər işə tac. (vər: verir). (tac: qiymət. dərək).

tutduğun qoyur, qaçanı qovur.

tutduğun yol doğrular uğru, kəndinvə güvən atavun oğlu.

tutduğun yol yasamır səni, sən yolun yasa !. (yasmır: yasmır: yarmır: yaramır: düzəltmir).

tutduğun yollar çıxmazdan ərir, geddiyin yollar çıxmaza varır. (ərir: gəlir. dönür).

tutduğun yön, hızığından yeğ basar. (hızığından: çabuqluqdan). (yeğ basar: önəmli).

tutduğunda durarsan, istəyivə çatarsan.

tutğun alıb qul satan dünya. (əsir götürüb qulluğa, qul kimi satan).

tutqunluğun tükitən, uçqunluğa yol açar.

tutma yüngül dilivi, türkcə dilin inci dəgər. (inci: mərcan. mirvarid).

tutsa işi kişinin qar əriyib yağ olu, dönsə işi kişinin, yağı donsa qar olu.

tutu budur tüm yaxşılar bəklənirkən az gəlir, hər bir yaman bəklənmədən güc gəlir. (tutu: qərar).

tutu budur tüm yaxşılar bəklənirkən az gəlir, hər bir yaman bəklənmədən güc gəlir. (tutu: qərar).

tutub duran utanmış, atıb qaçan utanmaz.

tutuğ barmaz dözümlə, çalış atış olmasa. (tutuğ: qəsd. murad).

tutuqla açıq dan atanca bəllənər.

tutuqları boşlamadan, dusdağıvı uçurtma. (boşlamaq: bıraxmaq. ötürmək).

tutuqlu (paslı) qılınc, baş kəsməz.

tutulan bir gün qutular. tez geci var, tezi qazaş geci bataş.

tutun qopuran iylənir. ( tüstü salan tüstüyə tutular. odu pülüyən, oda düşər. aşıran, aşar. aşıran, aşacaq).

tutunmadan utunmur. (tutunmadan: müsəmməm olmadan). (iradə edmədən, çabamadan qazanılmır).

tutunmadan yol tutma, tanımazdan qol tutma. (tutunmadan: arxayınlıqsızın. müsəmməm olmadan) (qol tutma: əl tutma).

tutuşmadan tutuzluqlar əl verməz. (tutuşmadan: çalışmadan. döğüşmədən). (tutuzluqlar: müvəffəqiyyətlər).

tutuşmasa düzəlməz, tüpürməsə açılmaz.

tutuşmasa düzülməz, tüpürməsə açılmaz. vuruşmasa, qarışmasa, yarışmaz, əsişməsə açışmaz. üzülməzsə düzülməz, bulanmasa durulmaz, solummasa sevilməz, gömülməsə görünməz, alınmasa qalınmaz, təpilməzdən tapılmaz, tapılmadan təpilməz, çalınmadan salınmaz.

tutuşmasa yanmaz, çalışmasa qanmaz.

tutuzlular utanmış, tutuzsuzlar utanmaz. (tutuzlular: bəfalılar).

tutuzuş varsa utan var, utuzan var.

tükan olsa doslarıvın ovlağu, alver köçər, çıxar onun çovlağu. (çovlağu: şoru. çürüyü). (iş yerinin dosluğu, alverivin poxluğu).

tükənib tanıq oldular.

tükənməz malın olunca, utanmaz üzün olsun.

tülkü ayıq gəzər. (tülkü gəzən dağ bərəni tanıyar).

tülkü deyər: özüm üçün demirəm, amma üzümsüz bağ qurusun.

tülkü əfə dadlı dillər söylədi, qarqa bəydən pəndirini almağa.

tülkü ətə gələr, dovşan ota.

tülkü gəzən dağ bərəni tanıyar. (tülkü ayıq gəzər).

tülkü ilə çaqqal bol olar, qurd olmayan meşədə.

tülkü ilə çaqqal nə gəzir, qurd olan meşədə.

tülkü qolay avlanar, tazı çıxsa yutdaşı. (oğru dosduyla, tanışıyla qolay tutulur).

tülkü quyruğun tanımaz.

tülkü quyruğundan övünməsin, xoruz banından.

tülkü olursa dosdun, qurulu qapanın olsun.

tülkü ovlayan iti, sınamazlar.

tülkü ölümü, aslan ağlatmaz.

tülkü öz quyruğun tanıq çəkər.

tülkü öz quyruğun tanımaz.

tülkü salar xolları, dovşan alar kollari.

tülkü vardır kəsir, qurdun adı yamandır.

tülkü yatağın bilir.

tülkünü min bir sapalağı var, ən güclüsü görünməzlik. (sapalaq: buruq. oyun. kələk).

tülkünün gəzib gəldiyi yer, kürkçü tükanıdır.

tülkünün quyruğu, başından dəyərlidir.

tülkünün min bir fəndi vardır, ən güvənlisi gözə görünməməkdir.

tülkünün türküsü, xoruz banı.

tülküyə sevilməz, yügürən tazı.

tüm aləmə xeyri şərri sən yasadun. sığıncağım tapıncağım, tapundur (xitmətindir). yatancağım, yastancağım qapundur.

tüm anılar silinmiş, heç bir keçmiş yoxiymiş, keşmişdə məndə durmaz. axıb keçən çayam mən.

tüm anılar silinmiş, heç bir keçmiş yoxiymiş, keşmişdə məndə durmaz. axıb keçən çayam mən.

tüm barışa altın haçar, yarış iş. (barışa. çatağa. ərişə. nailiyyətə).

tüm barışa yollar açar iş çalış. (barışa. çatağa. ərişə. nailiyyətə).

tüm başarı saklı səndə, kəndivə güvən güclüsəndə.

tüm başınla düşün, tüm könüllə inan, tüm gücünlə çalış.

tüm böyüklər uşaqlıqdan böyümüş, ama çox az böyük uşalığın anıqlar. (anıqlar: xatırlar).

tüm dalqalar oğurla yoğrular. (dalqalar: xəyallar). (oğurla: zamanla). (yoğrular: düzən tapar). (zamanla çox şeylər düzələr).

tüm güvənmə kimsəyə, qoyar yaman günlərə.

tüm qayğı kitin söküb atmış, mutluğa, sevincə ultanmış. (qayğı kitin: qussə kədərin) (ultanmış: çatmış).

tüm qüllərdən yaz olmaz, bir gül ilə yaz başlar. (başlar: gəlir).

tüm nisgillər hamısı, çox əkilən, az cücərən, sevi adlı tuxumdandır. (sevi: məhəbbət).

tüm salıqlar yetərmiş, ölüm salıqdan sıvay. (salıq: xəbər).

tüm ulduzlar, bir aycanı dəğişməz.

tümün istəyən, tümü itirər.

tün düşürsə ağgünümuz qaralar, arman qalsa gənc könlüm yaralar, soyuq düşsə yağış dönüb qarolar, vırqın vırıb soldu ömür gülləri. (vırqın: bəla. fəlakət). (arman: çatılmamış, uzaq duran arzu).

tün ertinlə yarınar. (tün: gecə) (ertinlə: sabahla). (yarınar: ışıqlar). (gecə sabahla ışıqlar).

tün gün durma ağlayu, yaşın gözdən savlayu, balta götür yavuz başın yar gilən, qazma götür dərin gorun qaz gilən. (savlayu: coşub axıdıb. töküb).

tün günü, gün tünü, kölgə günü, gün kölgəni tanımaz.

tün qapısın tınq açar. (tınq: tınqa: danqa. qara pul).

tün yoğar, gün doğar.

tündə bəslənən, tanqası doğar.

tündə bəslənər, danda səslənər.

tündüz yerin, gündüz sevin, kiçdə evin, ulğuz sevin. (gecə yeri, günüz dincəl, yaşkən (gənckən) evlən, yaşlıykən dincəl).

tünlə belə basıldı, dəğmə yana pusuldu, tarla bağı pozuldu, uşaq ərən biçildi, dayanma dur indi gəl. (ər altunqaya qayğırış).

tünlü tünün tininə düşdük: çox pisin pisinə düşdük.

tünlükdə alçaq könüllər itir, itgin qalır, içlərin ucuz satanlar qabarır. (tünlükdə: çoxluğda. qalabalıqda).

tünlükilə gün keçsə acı dadlı bəllənməz.

tünlüyüzdən ay göründü, könlümüzə, car göründü. (car: ışıq).

tünüz oda, günüz düdə gedən çox. (tünüz: gecə).

tüpən qalxar bulut sürünər, tüpən yatar qalığ süzünər. (tüpən: tufan) (qalığ: hava) (süzünmək: durunmaq. saflanmaq).

tüpür acını, yala dadıını.

tüpürdün utanmadan üzünə, utanmazın, tüpür üzünə!. (ana dilin danan).

tüpürüm mən üzüvə ''dosd asdıran'' dosdum sənin.

türdəşlər birbirilə ölçüşər. (dadla acı, yaxcıyla pis ölçülməz).

türk dəmir deyir, pas yeyə. (pas: 1. dəmir pası, pusu. 1. fars. tat).

türk dili bağa bənzər.

türk dili birdir, min qollu olsada. (türk dili birdir, türkcəmiz min).

türk dilinə tük bağlıyan, poxun yeyib, başı şişsin.

türk doğma demək, azeri yapma demək. (yapma: çıxma. qondarma).

türk elin, tanrım yarqulasın, yarquladı, sona qoysun işin, çəksin bu qaraqlıqı, yaratsın ağı. atalar sözü söz yaraşığı.

türk ərin dönük qırar. (dönük: xain).

türk igidləri yaraqlandı, yaraq bəkli, sanki ulduz.

türk kimi türkana, çalışqan. (türkana: alçaqkönül. mütəvaze').

türk kimi yaşa, qonşunu boşa. (ilkin kəndivi düşün).

türk qonaqları, toylayıb, yaylamaq gərəkir (gərəkdir).

türk sözü yaraşır türkün adına, tez düşər, kim minər özgə atına.

türk tatlamaz, tatlayırsa dadığı çıxar.

türk tatsız olmaz. (tat: yad (yağu). (türk yağusuz olmaz. türkə qısqanan köp olur).

türk tək qalmaz. (türk olasan tək qalasan, olamaz).

türk türkü vurar, arada 'tat' (yad) aparar.

türk, türkcəni yanlış yazamaz, kal olan bu dadlını anlayamaz. (kal: yad).

türk, türkü vurar, arada 'tat' aparar.

türkce düşün, türkce döğün, türkce sev.

türkcə canım, damarda qanım.

türkcə oyun, türkcə yazın, türkcə gəp!.

türkcəmizə qarışsa, yaban dili olar tat, qara qatıq qanmazları, kəltə beyin tulla at. (qara qatıq qanmazları: qəliz yoğun, gobudları). (kəltə: güdə).

türkcəni unudan türk qala bilməz.

türkcəni yaşatmaq, türkü yaşatmaqdır.

türkə düşman yaradan çoxdur, türkün doğma düşmanı yoxdur.

türkə bir səlam ver, yeməyi özü verir.

türkə, dilmac gərəkməz.

türkəm, qaçanı qovmaram, qovandan qaçmaram.

türklərə başqa dil ilə tanrını banlamaq olmaz. (banlamaq: çağırmaq).

türklük dillə inancdadır.

türklük dillə inancındır.

türklük yaşam diləyim sizə. (türklük. türk kimi).

türksüz tat olmaz, börksüz baş olmaz.

türkü anlamaq üçün kişidən dinləmək gərək!.

türkü tanı, türkə inan, türkü sev!.

türkü yazın besavatlarda oxusun.

türkün dəb ərdəmi kəməlməsin. (türkdən dəb ərdəm azalmasın).

türkün gözü, türk ardında durarar, erməni gözü, yad götündə uyar.

türkün gücü, türkə çatar.

türkün yoluna türkcəsi bayraq, dilçi çalışa, işçiyə qayrağ. (qayrağ: qayrat).

türlü ağac, türlü yemiş bəsləyir.

tüsdü kövrədən çıxar, evdəkin çöllərə yaxar. (kövrədən: bacadan). (yaxar: yayar).

tüsdüsüz od olar, odsuz tüsdü yox.

tüstü çəkib qızınmadın oduna, özgə dili özgə işi, qarışma sən poxuna.

tüstü görsən, od ara.

tüstü harda, od da orda.

tüstü oddan ayrılmaz.

tüstü odla törür, tüstü odu boğur.

tüstü odu, çis yağmuru andırır.

tüstü olub çıxar yolu tap, od olub yaxmağa navar.

tüstü salan tüstüyə tutular. (tutun qopuran iylənir. odu pülüyən, oda düşər. aşıran, aşar. aşıran, aşacaq).

tüstülü ocaq, qonaqlı ev.

tüstüsüz od yandırır, sağı sola calıyır.

tüstüsüz yanmaq, türk olub, türklügün danmaq.

tüsü qaçmış, isi gedmiş, gülün tökmuş dalı qalmış. (tüsü: boyası). (isi: iyi).

tüt çaydan vur geç, lam çaydan qox geç.

tütənlərə: -mator ol! düdü bas dışarı, yox içəri, boğar səni!. (tütənlərə: tüstüçülərə).

tütün çıxmaz alov olmayan yerdən.

tütün yandı kül oldu, yandıran külə döndü!.

tütün yandı kül oldu, yandıranı kül etdi!. (tütün yandı kül oldu, yandıran külə döndü!).

tüys sevgiyə qarşılıq, təməl sevgi anlamı. (tüys: düz. çin).

u axır nola dolur, dağ yıxılır dərə dolur, baş olursa işlər olur.

uc verilsə tapılar onda haçar. (uc vermək: nişanə vermək).

uca ağacın gurultusu, dalıynan (daldadır). {uca ağacın gurultusu, dalıynan olur (dalındadır)}.

uca ağacın gurultusu, dalıynandır (dalındandır).

uca başlar enmiş olar ayağa, ağ günündə qara günün qarağa. (qarağa: 1. bax. önləm, tədbir qıl. 1. qara ağa: bax ağa). (necə uca olsa baş, günü gələr yerə düşər).

uca dağ, dərin dərə. (ucalırsa dağ, çökür dərələr).

uca dağdan duman durub əylənməz. (əylənməz: əsgilməz). {kətə (qata. ağır) işlərin yüküdə ağır olur. böyük işlərin qorunma qoşuluda yüngül olmur).

uca dağın başı qar olur, qutlu elin başı sağ. (qutlu: baxlı. (başı sağ: sağ duyulu. huşlu).

uca dağın ətəyindən düşən ölmədi, alçaq dağın təpəsindən düşən öldü.

uca dağlar qarsız, uca başlar qaysız olmaz. (qaysız: qayğısız. ağrısız).

uca dağlar min yamacdan bir amaca yol verir.

uca dağlar uzqaçqaşdıqca alçalar. (uzqaçqaşdıqca: uzaqlaşdıqca). (ötüşlə hər nəyə öğrəşilir, hər nə bayağılaşır).

uca dağların suyu, çaya axar.

uca oğan burğanı, türlü dərdlər dərmanı. (


Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin