Fəsil.2.ABŞ-ın metalurgiya sənayesi.
Hər hansı yüksək inkişaf etmiş ölkədə olduğu kimi ABŞ-ın da iqtisadi simasını sənaye müəyyən edir. Dünya iqtisadiyyatında ABŞ-ın sənaye gücünü müəyyən edən ən mühüm sahə emaledici sənayedir. Sənaye məhsulları istehsalının 90%-ə qədəri bu sahənin, 10%-dən bir qədər artığı isə energetika və hasilat sənayesinin payına düşür. Ölkənin energetika təsərrüfatı, yerli yanacaq və hidrosərvətlərlə yaxşı təmin olunmuşdur. Lakin bu ehtiyatlar ABŞ-ın enerjiyə olan nəhəng tələbatını tam olaraq ödəyə bilmir. Yanacaq-energetika balansının strukturunda neft və təbii qaz əsas yeri tutur. Ölkədə istehsal edilən elektrik enerjisinin 75%-ə qədəri əsas etibarilə daş kömür, neft və təbii qaz çıxarılan rayonlarda yerləşən İES-lərin payına düşür. Elektrik enerjisi istehsalında SES-lər Qərb regionunda Kolumbiya və Kolorado çayları üzərində tikilmişdir. Dünyada ən güclü (20 milyon kvt.) SES kaskadı Kolumbiya çayında yerləşir. İri SES-lər həm də ölkənin cənubunda Tennessi çayında və şimalında Niaqara şəlaləsinin ABŞ-a aid olan hissəsində tikilmişdir. Elektrik enerjisi istehsalında AES-lərin payı 20% təşkil edir. İsveçdə bu göstərici 47%, Belçikada 65%, Fransada isə 74%-dir.Sənaye maddi istehsalının aparıcı sahəsi olmaqla xalq təsərrüfatının struktorunda başlıca yer tutur. Ümumi Daxili Məhsul istehsalında onun xüsusi çəkisi 25 % təşkil edir. Aktiv əhalinin 16%-i burada cəmləşərək ixrac olunan məhsulun 2/3-ni verir. Amerikan sənayesinin başlıca xüsusiyyətlərindən biri onun yüksək dərəcədə texniki səviyyəyə malik olması, avtomatlaşmanın və kompüterləşmənin müasir səviyyəyə çatması və əmək məhsuldarlığının yüksəkliyidir. Onun başlıca aparıcı sahələri emaledici, dağmədən və energetika hesab edilir. İllik məhsul istehsalının 75 %-i emaledici sahənin payına düşür. Bu sahənin inkişafına Elmi-Texniki Tərəqqinin (ETT') nailiyyətlərinin çox böyük təsiri vardır. Sənaye sahələri, o cümlədən emaledici sahə daha çox ərazi təmərküzləşməsi ilo səciyyələnir. Emaledici sahənin 1/4 -i cəmi 3 ştatın - Kaliforniyanının (10 %), Texasın (8 %>) və Oqayonun (6 %) payına düşür. Lakin dağ-mədən sənayesində bu ştatlar - 37 % xüsusi çəkiyə malik olmaqla Texasda 25 %, Kaliforniyada 7 %, Alyaskada 5 %, Oqayoda 0,1 % təmərküzləşmə vardır. Baxmayaraq ki, yerli yancaq - energetika ehtiyatları çoxdur, bu hesaba tələbatın 80 % ödənilir. Son illər yanacaq-energetika balansında əsaslı dəyişikliklər aparılaraq neftin xüsusi çəkisi 13 %- dən 38%-ə, qazın xüsusi çəkisi 4 %-dən 28 %-ə, atomun xüsusi çəkisi «0»-dan 7 %-ə, su və digər resursların xüsusi çəkisi 4 %-dən 5 %-ə çatdırılmış və kömürün xüsusi çəkisi 79%-dən 22%-ə endirilmişdir. Göründüyü kimi balansda neft və qazın xüsusi varlığı 70 %-ə qədər qaldırılrmşdır. Hal-hazırda atmosferin enerji mənbələrinin axtarılıb tapılmasına xüsusi fıkir verir.
Yanacaq-energetika kompleksi (YEK) ABŞ iqtisadiyyatında aparıcı yer tutaraq ümumi məhsul istehsalında 8 %-ə qədər xüsusi çəkiyə malikdir. Ölkənin illik yanacaq və enerji tələbatı 3,1 mlrd. tut təşkil edir. ABŞ ildə xarici ölkələrdən 810 mln. tut miqdarında yanacaq və enerji məhsulları idxal edir. Yerli istehsal isə 2500 mln. tutdur. YEK-də, 15-dən çox ştatda aşkarlanaraq illik hasilatı 1,1 mlrd. tondan çox olan kömür ən çox Appalaç hövzəsindən (400 mln. t), Vayominq ştatından (300 mln. t), Qərbi Virciniya ştatından (170 mln. t), Kontukki ştatından (150 mln. t), Pensilvaniyadan (70 mlnt) istehsal olunur. Bu sahədə ABŞ dünyada Çindən sonrakı yeri tutur. Açıq üsulla daha çox hasil olunan kömür (2/3 hissəsi) şaxtaları yiiksək dərəcədə mexanikləşdirilmişdir. Son vaxtlar kömürün qazlaşdırılmasına və onların boru-kəmər nəqliyyatı ilə nəql olunmasına xüsusi fıkir verilir. Bu məqsəd üçün çəkilmiş borukəmərləri Qayalı dağlardan şərqə və cənub-şərqə doğru istiqamətlənmişdir. Müasir dövrdə hasil olunmuş kömürün 83 %- indən İES-lərin işləməsində istifadə olunur. Hər il ABŞ dünya bazarına 100 mln. ton kömür nəql edir. Metallurgiya hələ XIX əsrin 70-ci illərindən inkişaf etməyə başlayaraq ölkənin qədim tipik sənaye sahələrindən hesab edilir. İlk illər metallurgiya kompleksi yerli təbii ehtiyatlar əsasında inkişaf etdirilmişdir. Sonralar metallurgiya məhsulları istehsah Qərbin bir sıra inkişaf etmiş ölkələrində olduğu kimi azalaraq necə deyərlər öz böhran həddinə çatmışdır. Buna ümumən material tutumlu istehsalm azalması, yerli dəmir fılizi xammalları ehtiyatlarının azalması, «çirkli» istehsal sahələrinin bilərəkdən inkişaf etməkdə olan ölkələr (ĐEOÖ) ərazisinə keçirilməsi, gətirilmə metallara üstünlük verilməsi səbəb olmuşdur. ABŞ-ın qara metallurgiyasını xarakter xüsusiyyətlərindən biri onların illik istehsal güclərinin daha böyük olmalarıdır. Fəaliyyət göstərən 65 zavodun hər birinin istehsal gücü 1-25 mln. t arasında dəyişir. Lap son illərdə (2003-cü ildə) fəaliyyət göstərən 140 qara metallurgiya müəssisələri ildə 92 mln. ton polad istehsal etmişdir. Lakin mövcud zavodların illik kəmiyyət göstəricisi öz maksimal həddinə 1970-ci ildə çataraq 132 mln. t polad hasilatı ilə səciyyələnir. Hal-hazırda ABŞ ildə ayrı- ayrılıqda 25 mln. t prokat və polad idxal edərək bu sahədə dünyada liderlik edir.
2.1.Əlvan metalurgiya sənayesi
Əlvan metallurgiya müəssisələri də müxtəlif prinsip və zəminlərə əsaslanır. Daha doğrusu, ağır əlvan metalların müəssisələrinin yerləşməsində xammal faktoru başlıca rol oynayır. Ona görə də başlıca misəritmə zavodları Dağhq ştatlarda - Arizonada (Morensi), Yeni-Meksikada, Yutada, Vayominqdə yaradılmışdır. Atlantikət-rafı ştatlarda yaradılmış zavodlar isə tələbata müvafıq olaraq Kanadadan gətirmə xammala əsaslanır. Alüminium sənayesi isə başlıca olaraq Qvineyadan, Qayanadan, Yamaykadan, Surinamdan gətirmə xammala və yerli, ucuz elektrik enerjisi mənbələrinə istiqamətlənmişdir. Ona görə də başlıca alüminium əridilməsi müəssisələri Kolorado və Tennesi (Alkoada) çayları hövzələrində, Meksika körfəzi sahillərində (Korpus - Kristi, Şalmet), Oqayo (Reyvensviddə) çay dərəsində, Sakit okeanın Takoma, Spokan hissələrində fəaliyyətdədir. Əlvan metallurgiya (xüsusilə mis, qurğuşun, sinkəridilməsi) filiz çıxarılan rayonlarda, dağlıq ştatlarda inkişaf etmişdir. İdxal xammala əsaslanan iri alüminium müəssisələri isə Kolumbiya və Tennessi çaylarının energetika komplekslərində yerləşir. Əlvan metal və ərintilərin hasilatını, saflaşdırılmasını və əridəlməsini birləşdirir. Əlvan metallar aşağıdakı qruplara ayrılır:
1. Ağır metal - mis, qalay, qurğuşun, sink, nikel və s.
2. Yüngül metal - alüminium, maqnezium, titan və s.
3. Çətin əriyən – volfram, molibden və s.
4. nadir metallar - uran, germanium və s.
5. Qiymətli metal - qızıl, gümüş, platin. CAR, Rusiya və ABŞ- ən çox qızıl ehtiyatlarına malik ölkədir. Ağır metal filizlərinin (məs. mis və sink) tərkibində metalın miqdarı az olduğundan xammal bazalarına meyl edir.(Şəkil.1.)
Şəkil.1.
Mis ən çox Mərkəzi Afrika və And dağlarında çıxarılır. Misin ilkin emalı- onun hasilatı, saflaşdırılması və qara misin alınması – Çili, Peru, Zair, Zambiya, Konqo, Filippin və s. mis filiz yataqları ilə zəngin olan IOÖ-lərdə yerləşir. Misin alınmasının son mərhələsi isə IEÖ-lərdə cəmləşib. Misin emalı ekoloji cəhətdən «çirkli» olduğundan son zamanlar IOÖ-lərdə mis emalının bütün mərhələləri inkişaf edir. Mis idxal edən ölkələri – ABŞ, Fransa, AFR, Italiya, Yaponiya və s. IEÖ-lərdir.
Kanada, Rusiya, Çili və Konqoda mis sənayesi yerli xammal əsasında formalaşır.
Misdən həm hazır, həm də qalayla (bürünc), nikellə (melxior), alüminiumla (düraliminium) və sink ilə (latın) ərinti halında maşınqayırma və elektrotexnikada istifadə edirlər.
Qurğuşun hasilatı – Rusiya, Avstraliya, Kanada, Peru, ABŞ və Meksikada, qurğuşun istehsalı isə ABŞ, Rusiya və Qərbi Avropa ölkələrində (yalnız IEÖ-də)
Qalay hasilatı - Boliviya və Cənub –Şərqi Asiyada yerləşmiş qalay qurşağındadır. (Malayziya və İndoneziya)
Son illərdə atom energetikasının inkişafı ilə əlaqədar uran hasilatı artırılmışdır.
Alüminium – yer qabığında ən geniş yayılmış metal olub, təyyarə və gəmiqayırmada geniş istifadə olunur. Alımım filizinin tərkibində 49-60 % alımınam olur. Alüminim –metallurgiya sənayesinin ən çox elektrik enerjisi tələb edən sahəsi olduğundan alüminium zavodlarını iri elektrik stansiyalarının yaxınlığında tikilər. Alüminiumun xammalı - boksit, nefelin və alunitdir. Avstriya, Rusiya, Braziliya, Macarıstan, Yamaya, Surinam, Çin, Hindistan, Qvineya və Qayana boksit yataqları ilə zəngindir. Boksitin tərkibində alüminium çox olduğundan, onu iri elektrik stansiyası olan istehlak rayonlarına göndərirlər.
Çin və Azərbaycan alunit yataqları ilə zəngindir. Alüminium istehsal edən başlıca ölkələr – ABŞ, Yaponiya, AFR, Rusiya, Kanada və Norveçdir.
Yaponiya, Kanada, Norveç Islandiya, İsveçrə, Avstriya, BƏƏ və Bəhreyn ölkələrində alüminium xammalı olmasa da ucuz elektrik enerjisi hesabına gətirilmə xammal əsasında onu əridir və ixrac edirlər.
Alüminium istehsalı 2 mərhələdən keçir. I mərhələdə alüminium oksidi, II mərhələdə isə alüminium alınır.
Beləliklə ağır metallurgiya sahələri xammal bazalarına, yüngül metallurgiya sahələri isə enerji mənbələrinə meyl edir. Son vaxtlar metallurgiyanın yeni sahəsi olan elektrometallürgiya güclü inkişaf edir.
2.2.Qara metalurgiya sənayesi
Tam dövriyyəli qara metallurgiya sənayesində istehsal prosesi aşağıdakı mərhələlərdən ibarətdir. Dəmir filizinin çıxarılması → onun saflaşdırılması → çuqun → polad→ prokatın alınması. Qara metallurgiyanın əsas xammalı kokslaşan kömür və dəmir filizi; əsas məhsulları isə çuqun, polad və prokatdır. Çin, Braziliya, Avstraliya, Ukrayna, Hindistan, ABŞ, Rusiya, Kanada və CAR zəngin dəmir filizi yataqlarına malikdirlər. Dəmir filizinin başlıca ixracatçıları - Braziliya, Avstraliya, başlıca idxalçıları isə Yaponiya, ABŞ, Avropa ölkələridir. Qara metallurgiya müəssissələrini kömür və ya dəmir filizi yataqlarına yaxın və ya onların arasında yerləşdirirlər. Metalın əsas hissəsi metallurgiya kombinatlarında istehsal olunur. Metallurgiya kombinatları əmək məhsuldarlığını artırır, məhsulun maya dəyərini aşağı salır və vəsaitə qənaət etməyə imkan verir.
Əsas polad istehsal edən ölkələri ölkələr - Yaponiya (1-ci yer) ABŞ, Çin, Rusiya, AFR və Ukraynadadır. ETI dövründə IEÖ-lərdə qara metallurgiya gətirmə xammala əsaslaqndığından əsasən dəniz limanlarında və nəqliyyat qovşaqlarında yerləşdirilir. Son zamanlar iri metallurgiya kombinatlarının əvəzinə tələbat rayonlarında kiçik metal əritmə sexləri fəaliyyət göstərir. Son illərdə IEÖ-lərdə az metaltutumlu sahələrin daha çox inkişaf etməsi və plastik kütlənin metallı əvəz etməsi nəticəsində qara metallurgiya sənayesinin inkişafının sürətinin xeyli azalmasına səbəb olub. Nəticədə ucuz işçi qüvvəsinin və bol xammal bazasının olması «çirkli» sənaye sahələrinin IOÖ-lərə köçürülməsi siyasətinin aparılması nəticəsində IOÖ-lərdə bu sahə daha sürətlə inkişaf edir.
Qara metallurgiyanın ən qədim rayonu Şimali-Appalaç sayılır. Burada yerli yanacağın - kömürün və xammalın-dəmir fılizinin zənginliyi Pitsburq, Yanqstaun, Uoppon metallurgiya mərkəzlərinin yaradılmasına imkan vermişdir. Yerli kömürə, dəmir filizinə əsaslanaraq yaranma tarixinə görə (XIX əsrdə) 2-ci metallurgiya bazası Göllərətrafı hesab olunur. Miçiqan, Eri gölləri boyu uzunu ardıcıl düzülən Miluoki, Çikaqo, Detroyt, Tolido, Klivlend, Buffalo kimi qara metallurgiya mərkəzləri formalaşaraq istehlaka müvafıq ağır sənaye kompleksinin bu bölgədə cəmləşməsinə səbəb olmuşdur. Qara metallurgiyanın 3-cü rayonu Atlantik-sahili bölgədir. Məhsul istehsalı Kanadadan, eləcə də inkişaf etməkdə olan Braziliyadan, Venesueladan idxal olunan yüksək keyfıyyətli dəmir fılizinə əsaslanır. Bu əsasdan da Sparruas - Pount (Baltii-morda), Betlex (Filadelfıyada) kimi kombinatlar yaradılmışdır. Göründüyü kimi ölkənin 65 %-dən artıq metalını verən 3 əsas qara metallurgiya rayonu Sənaye qurşağında yerləşir. Sənaye qurşağından kənarda yerləşənlər isə Birminqem, Cənubi Appalaç, Xyuston, Los-Andjelesdədir. Dünyanın 3-cü ən böyük polad istehsalçısı olan ABŞ-da illik istehsal 1,7% artaraq 88 milyon tona bərabər olmuşdur. Bunu Şəkil.1. görə bilərik.Bununla da Şimali Amerikanın istehsalı dünyada 7,3% paya malik olmuşdur. Cənubi Amerikada xam polad istehsalı 1.4 faiz azalaraq ilə 45 milyon ton olmuşdur.
Şəkil.1.Qara metalurgiya
2.3.Xammal problemi
Xammal resursları üzrə qiymət formalaşmasının mühüm xüsusiyyəti ondan ibarətdir ki, bu proses daxili xərjlərin böyük olmasından deyil, başqa amillərdən asılıdır. Bunlardan ən əsası aşağıdakılardır:
1)Xammal məhsulları bazarında tələb və təklifin qarşılıqlı əlaqəsi
2) Əsas istehsalçıların – ixrajatçıarın və birca kotirovkalarının qiymətlərinin dünya qiyməti kimi uyğunlaşdırılması
3) Müxtəlif valyutaların istifadəsi, tələb və təklifin tarazlığının pozulması təsiri altında dünya pulları rolunu oynayan əsas istehsalçıların qiymət çoxluğu
4) Müvafiq əmtəələrin aparıcı ixracatçıları, idxalatçılarının dünya qiymətinin formalaşmasında xüsusi rolu da kömür üzrə dünya qiymətlərinin formalaşmasında əsas rol oynayır.70-ci illərdə dünya qiymətləri gərgin bir dövr yaşadı. Bu dövrdə xammal üzrə qiymət artımı miqyasına görə 1918-20, 1950-51-ci illərdəki oxşar hadisələri geridə qoyurdu. 1970-1980-cı illərdə xammalların qiyməti 7 dəfə artmışdı. Bunun da əsas iqtisadi səbəbi əksər xammal məhsullarının təklifində meydana çıxan defisit ilə bağlı idi. Bir çox məhsullar üzrə dövri və spekulyativ səbəblərlə şərtləşdirilmiş qısamüddətdi defisit yarandı. Xammal qiymətinin yüksək olmasının başqa bir səbəbi valyuta sferasında böhran, inflyasiyanın yüksək olması idi. 60-cı illərin II yarısında Qərbin inkişaf etmiş sənaye ölkələrində daxili qiymətlərin yüksəlməsi emalediji sənaye məhsullarının ixraj qiymətinin artımına gətirib çıxardı. Bu da xammal ixrac edən inkişaf etməkdə olan ölkələri öz iqtisadi maraqlarını qorumağa sövq etdi. 70-ci illərdə qiymətlərin qarşılıqlı əlaqəsi xammal məhsullarının xeyrinə dəyişdi. Mineral xammalların qiymətinin kəskin dəyişməsi dünya təsərrüfatında istehsal şərtlərinin dəyişməsinə gətirib çıxardı. Daxili iqtisadi planda xammal siyasəti xammala qənaətin güclənməsinə, istehsalın enerji və material tutumluluğunun aşağı salınmasına istiqamətlənmişdi. Bir çox ölkələr ikinci dərəjəli xammallardan istifadəni genişləndirdi. Bütün tətbiq olunan bu tədbirlər istehsalın material və enerji tutumluluğunun azalmasına gətirb çıxardı. Nətijədə 80-ji illərin ortalarında xammal məhsullarının qiyməti aşağı düşdü.ABŞ-ın əlvan metallurgiya müəssisələri də müxtəlif prinsip və zəminlərə əsaslanır. Daha doğrusu, ağır əlvan metalların müəssisələrinin yerləşməsində xammal faktoru başlıca rol oynayır. Xammal bazarları arasında dəmir filizinin bazarı dəyər baxımından neft bazarından sonra ikinci yerdədir. 25 illik müddət ərzində (1983-2008-ci illər) dəmir filizin 1 tonunun satış qiymətləri 15-30 ABŞ dolları arasında idi. Yalnız 2008-ci ildən başlayaraq qiymətlər kəskin şəkildə qalxaraq 150 ABŞ dolları civarına çatmışlar (hazırda qiymətlər enərək 60 ABŞ dolları civarındadır). Ümumiyyətlə, son 40 il ərzində dəmir filizinin qiymətlərinin müəyyən edilməsi bir tərəfdən əsasən Yaponiya və bir neçə digər ölkənin polad istehsalat şirkətləri, digər tərəfdən dünyanın ən iri filiz istehsalçıları, yəni dünya hasilatının təqribən 34%-ni təşkil edən “üçlük” (“BHP Billiton”, “Rio Tinto” və “Vale SA” şirkətləri) arasında danışıqlar aparılmaqla baş verir və danışıqlar nəticəsi haqqında 1 aprel tarixində elan verilir. Digər filiz istehsalçı və alıcıları isə bu qiymətləri indikativ qiymətlər kimi qəbul edirlər.
Nəticə.
ABŞ olduqca güclü inkişaf etmiş sənayesinin xammala və yanacağa olan tələbatını həm yerli resursların, həm də xarici ölkələrdən idxal hesabına təmin edir.
ABŞ zəngin təbii sərvətlərlə (daş kömür, qonur kömür, dəmir, sink, uran) malik olsada xammal və yanacağa olan tələbatının xeyli hissəsini idxal hesabına təmin edir.Ən iri daş kömür yataqları Appalaç hövzəsində (Kentukki və Qərbi Virginiya ştatlarındadır.Dəmir filizi yataqları yuxarı göl və Appalaçda , əlvan və nadir filizlər Kordiliyerdədir. Əvvəllər qara çetalurgiyanın coğrafiyası kömür və dəmir yataqlarına (Appalaç və Göllər ətrafına )uyğun idi. İndi yeni yaranan müəssisələr idxala uyğun olaraq Atlantik okeanı sahillərinə (Baltimor, Filadelfiya ) irəliləmişdir. Hər hansı yüksək inkişaf etmiş ölkədə olduğu kimi ABŞ-ın da iqtisadi simasını sənaye müəyyən edir. Dünya iqtisadiyyatında ABŞ-ın sənaye gücünü müəyyən edən ən mühüm sahə emaledici sənayedir. Sənaye məhsulları istehsalının 90%-ə qədəri bu sahənin, 10%-dən bir qədər artığı isə energetika və hasilat sənayesinin payına düşür.
Metallurgiya sənayesi 2 sahədən – qara və əlvan metallurgiyadan ibarətdir. Burada əsas rol qara metallurgiyaya məxsusdur. Bu sahə də material tutumlu olduğundan xammal və yanacaq mənbələri yaxınlığında yerləşdirilir. Tam dövriyyəli qara metallurgiya sənayesində istehsal prosesi aşağıdakı mərhələlərdən ibarətdir. Dəmir filizinin çıxarılması → onun saflaşdırılması → çuqun → polad→ prokatın alınması. ABŞ-ın qara metallurgiyasını xarakter xüsusiyyətlərindən biri onların illik istehsal güclərinin daha böyük olmalarıdır.
Ədəbiyyatlar
1.Məmmədov R.H, Tofiq Bəhərçi və b.-Dünyanın iqtisadi və social coörafiyası .
2.Soltanova H.B.- Xarici ölkələrin iqtisadi və social coğrafiyası.
3.Sauşkin Y.Q.-İqtisadi coğrafiyaya giriş.
4.Əliyeva A.Ə, Şəkərəliyev A.Ş, Dadaşov İ.Ş-Dünya iqtisadiyyatı; müasir dövrün problemləri. Bakı, 2003
5.Qurbanzadə A.A-Ölkəşünaslıq. Bakı, 2008
6.Şəkərəliyev A.Ş-Dünya iqtisadiyyatı və beynəlxalq iqtisadi münasibətlər. Bakı, 1999
Dostları ilə paylaş: |