Ad: Elsanə Soyad: Məmmədli İxtisas: Peşə təlimi Qrup: Pt. 018 Fənn: İstehsalat təlimi və təşkili metodikası



Yüklə 24,62 Kb.
səhifə3/4
tarix31.12.2021
ölçüsü24,62 Kb.
#112849
1   2   3   4
İstehsalat təliminin emalatxanada keçirilməsi

Üçüncü mövzu - "Peşə modulunun strukturu və məzmunu" adlanan mövzuda ağac emalı üçün BOSCH elektrik avadanlıqları, peşə modulu təliminin məzmunu və ümumilikdə 18 nömrəli Bakı Peşə Liseyində olan BOSCH elektrik alətləri barəsində məlumatlar verilir. Bunun üçün 8 saat vaxt ayrılmışdır.

Dördüncü mövzu - "Peşə modulunun həyata keçirilməsi" adlanır və bu mövzu üçün 7 saat vaxt ayrılmışdır.  Bu mövzuda istehsalat təliminin aparılması üçün maddi-texniki təchizat tələbləri və təlimin məlumatla təchiz edilməsi tələbələrə aşılanır.

İstehsalat təlimi BOSCH  elektrik avadanlıqları emelatxanasında aparılır. Burada istehsalat təlimi zamanı tələbələrə  ilk növbədə iş yerinin saxlanması tələbləri, təhlükəsizlik texnikası qaydaları və eləcə də əməyin mühafizəsi barəsində məlumat verildikdən sonra mövzuya uyğun olaraq alətlərdən istifadə qaydaları başa salınır və tələbələr  həmin alətlərdən istifadə etməklə təlimə başlayırlar. Burada müəllimin əsas rolu tələbələrə bəzi bacarıqları aşılamaqdır ki, onlar həmin alətlərlə müstəqil işləmək bacarığına yiyələnsinlər.

BOSCH elektrik alətlərinin öyrədilməsinə  16 saat nəzəri təlim üçün vaxt ayrılmışdır.

Birinci mövzu üçün 2 saat ayrılmışdır ki, burada proqramın tətbiqedilmə sahələri modulun məqsədi və vəzifələri, təhlükəsizlik texnikası və əməyin mühafizəsi öyrədilir.

İkinci mövzuya 3 saat nəzəri təlim ayrılmışdır. Bu mövzuda BOSCH elektrik alətləri ilə mişarlama, cilalama, frezerləmə əməliyyatları aparılması qaydaları öyrədilir.

Nəzəri təlim üçün 5 saat vaxt ayrılmış üçüncü mövzuda ağac emalı üzrə BOSCH elektrik alətləri və avadanlıqları peşə modulu təliminin məzmunu və ümumi olaraq BOSCH elektrik avadanlıqları və alətləri haqqında məlumat verilir.

Dördüncü mövzu üçün 6 saat nəzəri təlim ayrılmışdır ki, burada minimum material-texniki təchizat tələbləri, materialların növləri, təsnifat təliminin məlumatlarla  təchiz edilməsi öyrədilir.

BOSCH elektrik alətlərinin öyrədilməsi 3 əsas istiqamət üzrə aparılır. Bu istiqamətlər "Avtomobil təmiri çilingəri", "İnşaatda tamamlama işləri" və "Xarrat-dülgər,  parket ustası"  ixtisasları üzrədir.

Qeyd etmək lazımdır ki, bu alətlərin öyrədilməsi göstərilən hər bir ixtisas üzrə müxtəlif üsullarla aparılır. Belə ki, tədris prosesinə hər bir ixtisas üzrə lazım olan avadanlıqların öyrədilməsi zamanı üstünlük o alətlərə verilir ki, tələbələr ixtisasa yiyələndikdən sonra həmin alətlərdən daha çox istifadə edəcəklər.

Məsələn, avtomobil təmiri çilingəri ixtisası üzrə təhsil alan tələbələrə əsas etibarı ilə cilalama maşınları  (onların növləri və istifadə sahələri),  dəmir və plastik kəsən kəsici alətlər, yonucu alətlər, metal axtaran alətlər və s. alət və avadanlıqlar barəsində daha geniş məlumat verilir və onların təsnifatı, işləmə prinsipləri, işləmə sahələri, texniki göstəriciləri, onlarla iş zamanı təhlükəsizlik qaydalarına riayət edilməsi  və s. öyrədilir.

Nəzəri təlim zamanı müasir təlim metodlarından istifadə edilir ki, bu da, ilk növbədə, keçilən mövzu üzrə dərs planının hazırlanması və təlim nəticələrinin müəyyənləşdirilməsinə  gətirib çıxarır.

Məsələn, birinci mövzu olan "Peşə modulunun proqram pasportu" tədris edilən zaman aşağıdakı dərs planından istifadə edilir.

Modulun adı: Peşə modulunun proqram pasportu

Bu  aşağıdakıları əhatə edir:

Təlim nəticəsi 1: Peşə modulunu və pasportunu bilir.

İcra meyarları:

a)  Proqramın tətbiq edilmə sahələrini bilir. 

b) Modulun məqsədini bilir .

c) Modulun vəzifələrini bilir. 

d) Təhlükəsizlik texnikası qaydalarını bilir.

e) Əməyin mühafizəsini bilir.



Açıqlama:

Tətbiq edilmə sahələri: inşaat işləri, xarrat, dülgər, parket işləri, nəqliyyat sahələri

Modulun məqsədi: tətbiq edilən sahələr üzrə hər bir alətdən  istifadə bacarığının aşılanması

Modulun vəzifəsi:  öyrənənlər tam kursu bitirdikdən sonra bacarığa tam yiyələnərək  işəgötürənlərin tələblərinə cavab verir.

Təhlükəsizlik texnikası qaydaları: hər bir alət və avadanlıqla işləyən zaman təhlükəsizliyin təmin edilməsini bilir.

Əməyin mühafizəsi: işə götürənlərlə müqavilə zamanı onun  hüquq və vəzifələrini bilir.




Yüklə 24,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin