Ad: Elsanə Soyad: Məmmədli İxtisas: Peşə təlimi Qrup: Pt. 018 Fənn: İstehsalat təlimi və təşkili metodikası



Yüklə 24,62 Kb.
səhifə4/4
tarix31.12.2021
ölçüsü24,62 Kb.
#112849
1   2   3   4
İstehsalat təliminin emalatxanada keçirilməsi

Nəzəri təlim dərsləri zamanı əsas üstünlük təhsilalanların daha fəal olmasına yönəldilir. Tələbələrə tapşırıq verilən zaman müəllim müasir təlim metodlarına uyğun olaraq  yalnız müşahidəçi rolunu oynayır ki, bu da mövzunun mənimsənilməsi zamanı tələbələrin diqqətini problemin qoyuluşuna yönəltmək,  axtarış aparmaq, diskussiyalara  girmək, informasiya-kommunikasiya texnologiyalarından istifadə edərək lazım olan məlumatların toplanması şəraitini  yaradır.  Bu da onların daha aktiv olmasına gətirib çıxarır.

Nəzəri təlim zamanı həm də tələbələrin bilik və bacarıq  səviyyələrinin qiymətləndirilməsi aparılır. Qiymətləndirmə əsas etibarı ilə test tərtib etməklə  və ya şifahi sorğu yolu ilə həyata keçirilir.

Nəzəri təlim zamanı tələbələrin fəallığını artırmaq məqsədi ilə dərsdə tələbələr 4-5 nəfərdən ibarət qruplara ayrılır və hər qrupa ayrılıqda tapşırıqlar verilir.  Qruplar lazımı material və alətlərlə təchiz olunurlar. Tapşırıqlar verildikdən sonra hər qrup öz tapşırıqlarını yerinə yetirərək onların icrasını təqdim edirlər. Burada məqsəd ənənəvi tədris metodundan fərqli olaraq tələbələrin fəallığını artırmaq, onları müstəqil  axtarışlara cəlb etməkdir.

Yerinə yetirilmiş tapşırığı qrup lideri təqdim edir. Bu zaman digər qruplar təqdimata qoşulur və suallarla qrup liderinə  müraciət edirlər. Bu isə bütün tələbələr tərəfindən  mövzunun tam mənimsənilməsi ilə nəticələnir.

Qeyd edək ki, digər müasir  təlim metodlarını (klaser, karusel, BİBÖ və s.) tətbiq etməklə də mükəmməl nəticə əldə etmək mümkündür.

Belə təlim metodu zamanı qiymətləndirmə dərsin sonunda fəallıq və təqdimetmə əsasında aparılır. Bu zaman seçilmiş mövzu əsasında aşağıdakı meyarlar nəzərə alınır:

Təqdimetmə, fərqləndirmə, nəticə çıxartma, əməkdaşlıq, ünsiyyət.

İstehsalat təlimi liseydə BOSCH firmasının alət və avadanlıqları ilə təchiz edilmiş emalatxanada aparılır. İstehsalat təlimi dərslərində tələbələr əsasən BOSCH firmasının alət və avadanlıqları ilə təmasda olur və bu da onların bacarıqlarının artmasına, müasir avadanlıqlarla yaxından tanışlığa  səbəb olur.  İstehsalat təlimi zamanı, ilk növbədə, tələbələrin istifadə edəcəkləri alət və avadanlıqlardan təhlükəsizlik texnikasına riayətetmə qaydaları aşılanır və sonra isə onlara tapşırıqlar verilir.

Tapşırıqlar zamanı alət və avadanlığın istifadə sahəsinə uyğun olaraq hər bir tələbə lazımi materiallarla təchiz edilir və onlar istehsalat təlimi ustasının nəzarəti  ilə verilmiş tapşırıqları yerinə yetirirlər. Təlimin sonunda tələbələrin bacarığı qiymətləndirilir. Nəzəri təlimdə olduğu kimi, istehsalat təliminin sonunda  da qiymətləndirmə zamanı aşağıdakı meyarlar nəzərə alınır:

* Tələbələr tərəfindən təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi.

* Alət və avadanlıqlardan istifadə qaydalarına əməl edilməsi.

* Hazırlanmış məhsulun keyfiyyəti.

* İş yerinin sanitar qaydalarına əməl etməklə saxlanılması.

* Verilmiş tapşırığın yerinə yetirilməsi bacarığı.

Qeyd etmək lazımdır ki, liseyin Pedaqoji Şurasının qərarı ilə 2013-2014-cü tədris ili "İşəgötürənlərlə əlaqə ili" elan edilmişdir. Bu səbəbdən tələbələrin istehsalat təcrübəsi keçdiyi müəssisələrlə  müqavilələr bağlanılmış, müntəzəm olaraq onlarla əlaqələr saxlanılmış, istehsalat təlimi ustaları tərəfindən  təcrübə təşkil olunmuş müəssisələrdə   tələbələrə təlimlər keçirilir.

İlk peşə-ixtisas təhsili müəssisələri üçün ilk dəfə olaraq  nəzərə alınmışdır ki, tələbələrin sınaq işləri istehsalat təcrübəsi keçirilən müəssisələrdə götürülməsin və buna görə həmin  müəssisələrlə razılıq əldə edilmişdir.



Bu gün bilinmir ki, müasir texnoloji proseslərin avtomatlaşdırmasının müəyyən mərhələlər ilə xarakterizə olunması qanuna uyğunluqdur yoxsa təsadüfüdür. Çünki zəmanəmizdə ideoloji, təşkilati və texniki planda ciddi dəyişiklər getməkdə-dir. Sifarişçilərin səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmişdir, avtomatlaşdırılmış sistemlərə qarşı qoyulan tələblər formalaşır, prinsipcə yeni texnologiyalar meydana çıxır, avtomatlaşdırma sistemlərində liderlik roluna iddiaçıların sayı artır və s. Hazırki dövrə qədər sənaye müəssisələrinin avtomatlaşdırmasının üç tipik səviyyəsi – AİS (idarəetmə, maliyyə - təsərrüfat fəaliyyətinin avtomatlaşdırılmış sistemləri) ayrıca və bir – birindən asılı olmayan şəkildə inkişaf etmişdir. Onlar müəssisənin müxtəlif bölmələrinin tələblərinə və müxtəlif «oyun qaydaları» – na uyğun olaraq layihələndirilmiş və yaradılmışdır. Əvvəllər, onlar vahid bir məqsədə və müəssisələrə fiziki, eləcə də informasiya baxımından çox zəif, əksər hallarda isə tamamilə bağlı deyildilər. Bundan əlavə bu sistemlərdən hər biri ənənəvi olaraq öz daxili qanunlarına görə qurulurdular. Buna görə də onlar praktiki olaraq bir – biri ilə öz ara¬larında ünsiyyətdə olmurdular, necə deyərlər bir –birini başa düşmədən müxtəlif dillərdə danışırdılar. Vəziyyət onunla daha da çətinləşirdi ki, əksər hallarda bu sistemlər müxtəlif cihazlar, proqramlar və informasiya standartları əsasında reallaşdırılırdı. Belə bir şəraitlər də müəssisənin rəhbərlərini çox çətin seçim qarşısında qoyurdu - avtomatlaşdırmanı nədən başlamalı? AİS – dən, ALS – dən yoxsa TP AİS – dən, hansı standartlara həvalə etmək, kimə qulaq asmaq? Təbiidir ki, qeyri – müəyyənlik və məhdud ehtiyatlar şəraitində əksəriyyət optimal qərar tapa bilmirdi. Məcburiyyət qarşısında özlərinə belə suallar verirdilər avtomatlaşdırmanın bu sahələrinə başlamaq lazımdırmı və sonda praktiki olaraq hamı bunu qəbul edirdi və bunların əksəriyyətində də, təəccüblü olsa da eyni nəticələr alınırdı. Deyilənlərə rəğmən yaradılmış yeni texnologiyalardan və materiallardan istifadə etmək lazımdır ki, bu çatışmamazlığı aradan götürmək mümkün olsun. Bəs bu gün avtomatlaşdırmanın inkişafında müəyyən edilmiş yeni ənənələrə nələr aiddir. Birincisi, biznes – (AİS), layihələndirmə - (ALS), və istehsalat – texnoloji (TP AİS) kimi müxtəlif avtomatlaşdırma səviyyələrinin məntiqi və informasiya baxımından bir – birinə nüfuz etməsi daha çox qabarıq şəkildə meydana çıxmaqdadır. Bu sistemlərin bir – birinə belə inteqrasiyası avtomatlaşdırmaya real istehsalat gücü olmasına və operator – texnoloqdan başlamış yuxarı səviyyə rəhbərlərinə kimi tamlıqla müəssisəni əhatə etməyə imkan verir. Müəssisə vahiddir və ancaq bir informasiya məkanında fəaliyyət göstərməlidir, ancaq bu halda firmaların maliyyə - təsərrüfat və istehsalat fəaliyyətinin optimal, eləcə də operativ idarə olunmasına imkanlar yaranır.

ƏDƏBİYYAT

  1. Friedman, David (2006). "No Light at the End of the Tunnel". Los Angeles Times. New America Foundation.

  2. Joseph, Keith (1976). "Monetarism Is Not Enough". Center for Policy Studies. Margaret Thatcher Foundation.

  3. Bailey, David and Soyoung Kim (June 26, 2009).GE's Immelt says U.S. economy needs industrial renewal.UK Guardian.. Retrieved on June 28, 2009.

Yüklə 24,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin