Ајәтуллаһ Мисбаһ Јәзди


ALLAHA ETİQAD BƏSLƏMƏKDƏ QORXU VƏ CƏHALƏTİN ROLU



Yüklə 2,8 Mb.
səhifə65/289
tarix10.01.2022
ölçüsü2,8 Mb.
#106744
1   ...   61   62   63   64   65   66   67   68   ...   289

ALLAHA ETİQAD BƏSLƏMƏKDƏ QORXU VƏ CƏHALƏTİN ROLU


Bəzi sosioloqlar digər bir şübhəni irəli sürərək iddia edirlər ki, “Allahın varlığına etiqad təhlükələrdən, xüsusilə zəlzələ, ildırım və s. kimi təbii hadisələrdən yaranan qorxudan əmələ gəlmişdir, həqiqətdə bəşər özünə ruhi aramlıq və təskinlik vermək üçün (nəuzibillah) xəyali bir varlıqdan Allah düzəldərək ona pərəstiş etməyə başlamışdır. Buna görə də həmin hadisələrin təbii amilləri və təhlükələrdən amanda qalmaq üçün yollar nə qədər artıq kəşf olunsa, Allahın varlığına olan etiqad da bir o qədər zəifləyəcəkdir.”

Marksistlər bu şübhəni öz kitablarında çox hay-küylə “sosiologiyanın nailiyyətlərindən biri” kimi irəli çəkir və ondan agah olmayan insanları aldatmaq üçün bir vasitə kimi istifadə edirlər.

Onların cavabında demək lazımdır:

Əvvəla, bu şübhənin əsası sadəcə bir fərziyyədir ki, onu sosioloqların hamısı deyil, bəziləri irəli çəkmişlər və onun düzgünlüyünə heç bir elmi dəlil yoxdur.

İkincisi, elə yaşadığımız bu əsrdə hadisələrin səbəbinə başqalarından daha artıq agah olan böyük alimlərdən çoxu hikmətli Allahın varlığına yəqin etmişlər və etməkdədirlər.1 Deməli, Allahın varlığına etiqad bəsləmək cəhalət və qorxudan irəli gəlmir.

Üçüncüsü, əgər bəzi hadisələrdən qorxmaq, yaxud bəzi hadisələrin təbii amillərini tanımamaq Allaha inanmağa səbəb olsa, bunun mənası “Allah insanın cəhalət və qorxusunun yaratdığı bir şeydir” demək olmayacaqdır. Necə ki, ləzzəttələblik, şəhvətpərəstlik və s. kimi psixi məqsədlərdən çoxu da elmi və fəlsəfi səylərə səbəb olur, lakin onların dəyər və etibarına xələl yetirmir.

Dördüncüsü, əgər müəyyən şəxslər Allahı səbəbi məlum olmayan hadisələrin yaratdığı bir şey ünvanı kimi tanısalar və hətta əgər onların təbii amillərinin kəşf olunması ilə imanları azalsa belə, bunu Allaha etiqadın etibarsız olduğunu deyil, onların öz nəzəriyyə və imanlarının zəifliyi hesab etməliyik. Çünki həqiqət bundan ibarətdir ki, Allah-taalanın, dünya varlıqlarına nisbətən olan səbəbkarlığı (illiyyəti) təbii səbəblərdən və onlarla eyni səviyyədə deyildir. Əksinə, daha geniş miqyaslı səbəb olub bütün maddi və qeyri-maddi səbəblərin hamısının fövqündədir. (Gələn dərslərdə bu barədə daha artıq məlumat veriləcəkdir.) Təbii səbəblərin kəşf olunub-olunmaması da onun isbat və ya inkar olunmasına əsla təsir göstərmir.


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   289




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin