4. ƏFALİ TÖVHİD (fellərdə tövhid)
Filosofların və mütəkəllimlərin istilahında əfali tövhid adlanan dördüncü istilahın mənası bundan ibarətdir ki, Mütəal Allahın Öz işlərini yerinə yetirməkdə heç kəsə və heç nəyə ehtiyacı yoxdur, heç bir varlıq Ona heç bir kömək edə bilməz.
Bu mətləb varlıq bağışlayan illətin özünün bütün məlullarına qarşı qəyyumiyyətindən ibarət olan xüsusiyyətlərinə diqqət yetirməklə sübuta yetir. Çünki belə bir illətin məlulu bütün vücudu ilə illət vasitəsi ilə qaimdir, fəlsəfə istilahında isə ona “eyni-rəbt və təəllüq” deyilir, onun özündən heç bir istiqlaliyyəti yoxdur.
Başqa sözlə desək, hər kəsin nəyi varsa, Allahdandır, Onun təkvini və həqiqi qüdrəti, səltənəti və malikiyyəti dairəsindədir, başqalarının qüdrət və malikiyyəti ilahi qüdrətdən sonrakı mərhələdədir və onun təfərrüatındandır, nəinki onunla ziddiyyətdədir. Buna qulun malikiyyətini misal gətirmək olar. Onun kəsb etdiyi mal-dövlət öz ağasının mal-dövləti vasitəsi ilədir. (Yəni, sərmayə də, qazanc da, hətta özü də ağasına məxsusdur.) Bu halda Mütəal Allahın kiminsə köməyinə ehtiyac duyması necə mümkün ola bilər? Halbuki bütün varlıqlar və onların vücud işləri Allahın hesabınadır və Onunla qaimdir.
Dostları ilə paylaş: |