3. ZATA ARTIRILAN SİFƏTLƏRİN İNKAR EDİLMƏSİ
Tövhidin üçüncü mənası zati sifətlərin Allahın zatının özü ilə yeganə olmasına (eyniyyət təşkil etməsinə) inanmaq və zata artırılan sifətləri inkar etməkdir ki, bu da “sifati tövhid” olub rəvayətlərdə “nəfyi-sifat” adı ilə qeyd olunur. Bu da əşərilər kimi Allahın sifətlərinin zatına artırıldığını güman edən və “qədim səkkizlik”ə (“qüdəmai səmaniyə”) inananların müqabilində dayanır.
Sifati tövhid belə isbat olunur ki, əgər Allahın sifətlərinin hər birinin ayrılıqda nümunələri və müqabili olsaydı bir neçə haldan xaric olmazdı:
1.Onların nümunələri ilahi zatın daxilində fərz olunur. Bu da Allahın zatının hissələrdən təşkil olunmasını gərəkli edir və əvvəldə isbat edildi ki, belə bir şey qeyri-mümkündür.
2.Onların nümunələri zatdan xaricdə, yaxud da mümkünül-vücud və Allahın yaratdığı təsəvvür olunur. Amma onların Vacibül-vücud olması fərzi zatın çoxluq mənasında olduqda aşkar şirkdir və heç bir müsəlmanın ona inandığı güman olunmur. Sifətlərin mümkünül-vücud olması fərziyyəsi bunu tələb edir ki, fərzimizə görə, bu sifətlərə malik olmayan ilahi zat onları yaratsın və sonradan onlarla vəsf edilsin. Məsələn, zatən həyata malik olmayan bir şey həyat adlı bir varlığı yaratsın və onun vasitəsilə həyata malik olsun. Eləcə də elm, qüdrət və s. kimi sifətlərdə də bunu demək olar. Halbuki varlıq bağışlayan illətin məxluqunun kamallarından məhrum olması zatən qeyri-mümkündür. Bundan da pisi odur ki, öz yaratdıqlarının sayəsində həyat, elm və qüdrətə malik olsun və sair kamal sifətləri ilə vəsf edilsin!
Bu fərzlərin batil olması ilə aydın olur ki, ilahi sifətlərin bir-birindən və Allahın zatından ayrı nümunələri yoxdur, onların hamısı elə bir məfhumlardır ki, əql bunu Allahın müqəddəs zatından ibarət olan bəsit vahidin nümunəsindən bilir.
Dostları ilə paylaş: |