Ајәтуллаһ Мисбаһ Јәзди


QƏZA VƏ QƏDƏRİN İNSANIN İXTİYARI İLƏ OLAN ƏLAQƏSİ



Yüklə 2,8 Mb.
səhifə96/289
tarix10.01.2022
ölçüsü2,8 Mb.
#106744
1   ...   92   93   94   95   96   97   98   99   ...   289

QƏZA VƏ QƏDƏRİN İNSANIN İXTİYARI İLƏ OLAN ƏLAQƏSİ


Məlum oldu ki, Allahın eyni qəza və qədərinə etiqad bəsləmək bunu gərəkli edir ki, varlıqların vücudunun yarandığı ilk vaxtdan inkişaf etdikləri və ömürlərinin axırına qədər, hətta uzaq müqəddimələrin yaranıdğı vaxtdan belə Allahın hikmətli tədbiri altında olduğunu bilək, yekun mərhələyə çatmağın və vücuda gəlməyin şərtlərinin hazırlanmasını da Allahın iradəsinə istinad edək.2

Başqa sözlə desək, hər bir varlığın özü Allahın təkvini iradəsinə və izninə mənsub edildiyi və Onun izni olmadan heç bir şeyin vücuda gəlmədiyi kimi, hər bir şeyin vücuda gəlməsi də ilahi təqdir və qəzaya istinad verilir, bu olmadıqda heç bir varlıq özünəməxsus hədd-hüdud və formaya malik olmur, özünün yekun mərhələsinə çatmır. Bu mənsubedilmənin bəyanı həqiqətdə təsirdə müstəqillik mənasında olan tövhidin tədrici təlim verilməsidir ki, bu da tövhidin ən yüksək mərtəbələrindən olub insanların ruhi-mənəvi baxımdan qurulmasında əzəmətli rol oynayır.

Amma varlıqların və hadisələrin Allahın izninə və hətta məşiyyətinə istinad verilməsi daha asan dərk olunasıdır. Son mərhələnin və onların qəti şəkildə təyin olunmasının ilahi qəzaya istinad verilməsi isə belə deyildir. O çox çətin dərk olunduğuna görə daha artıq araşdırılmışdır. Çünki belə bir etiqadla insanın özünün taleyində həlledici rola malik olan ixtiyarını qəbul etməyin bir yerə cəm olunması çox çətindir. Buna görə də mütəkəllimlərdən bəziləri (əşərilər) ilahi qəzanın insanların rəftarına şamil olmasını qəbul etdiklərinə görə cəbrə meyl etmişlər. Digər bir qrupu isə (mötəzililər) cəbr və onun acınacaqlı, qorxulu nəticələrini qəbul edə bilmədiklərindən ilahi qəzanın insanın ixtiyari fellərinə şamil olmasını inkar etmişlər və hər iki dəstə öz nəzəriyyələri ilə müxalif olan ayə və rəvayətləri başqa mənalara yozmuşlar. Belə ki, müfəssəl kəlam kitablarında, eləcə də cəbr və təfviz barədə yazılan xüsusi risalələrdə bu məsələ qeyd olunmuşdur.

İradın ümdə yeri bundan ibarətdir ki, əgər insanın işi doğrudan da ixtiyari olsa və onun iradəsinə nisbət verilsə, onu ilahi qəza və iradəyə necə aid etmək olar? Əgər ilahi qəzaya istinad verilirsə, onu insanın ixtiyar və seçkisinə tabe olduğunu necə demək olar?

Buna əsasən bu iradın aradan qaldırılması və işlərin insanın ixtiyar və iradəsinə nisbət verilməsi ilə bərabər, onun ilahi qəza və iradəyə də istinad verilməsi arasında cəm etmək üçün vahid bir məlulun bir neçə illətə nisbət verilməsinin növlərini bir qədər izah etməliyik ki, ixtiyari işin insana və Mütəal Allaha istinad verilməsi növü aşkar olsun.


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   289




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin